Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bizanslı Filon
Bizanslı Filon (E.ə. 280 – E.ə. 220) – Arximedin dövründə yaşamış, İsgəndəriyyə məktəbində Ktesibiosun rəhbərliyi altında işləyib, yaradıcılıq fəaliyyəti göstərən yunan mühəndisi və ixtiraçısıdır. Filonun Ktesibiosun şagirdi olması, onun bizə gəlib çatan elmi işlərində dəfələrlə xatırlanmışdır. Bizansda anadan olan Filonun İsgəndəriyyəyə nə vaxt gəlməsi barədə dəqiq məlumat yoxdur. == Həyatı == Filonun mexanika sahəsində apardığı tədqiqatları "Mexanikanın əsasları" (yun. Mechanike syntaxis) adlı 9 kitabda öz əksini tapmışdır. Bizə qədər onun kitablarından yalnız bir neçəsi eramızın əvvəlində ərəb və daha sonra latın dillərinə tərcümə olunmuş fraqmentlər şəklində gəlib çatmışdır. O, kitablarında tarix haqqında məlumat vermədiyindən bu işlərin xronoloji ardıcıllığını müəyyən etmək çətinlik yaradır. Yalnız yazı stilinə əsasən tarixçilər onun işlərinin E.ə.
Bizanslılar
Rum, rumilər və ya rumlular (ərəb. الرُّومُ‎‎, təkdə رُومِيٌّ) — romalıların və bizanslıların tarixi adı.
Bizans
Şərqi Roma imperiyası (Yunanca: Βασιλεία τῶν Ῥωμαίων, Basileía tôn Rhōmaíōn "Roma İmperatorluğu"; Latinca: Imperium Romanum). Bizans imperiyası və ya Yunan imperiyası, Roma imperiyasının 395-ci ildə Şərq və Qərb hissələrinə parçalanması ilə quruldu. Paytaxtı Roma olan Qərbi Roma imperiyası V əsrdə Qot qəbilələrinin İtalyanı istila etməsi ilə süquta uğradı. Mərkəzi Konstantinopol (bugünkü İstanbul) olan və Bizans imperiyası da deyilən Şərqi Roma İmperatorluğu isə min ildən artıq varlığını qoruya bildi. Avropa, eləcə də bütün dünya mədəniyyətinin tarixində Bizans sivilizasiyası xüsusi yer tutur. Bizans imperiyası mövcud olduğu bütün minillik ərzində yunan-roma dünyasının və ellinist Şərqin ənənələrini davam etdirərək parlaq mədəniyyət mərkəzinə çevrildi. Bizansın meydana gəlməsi, Roma İmperatoru I Konstantinin paytaxtı Romadan bugünkü İstanbula köçürməsi ilə də bağlıdır. Roma İmperatoru I Konstantin (Büyük Konstantin), 330-cu ildə imperatorluğun paytaxtını qədim yunan şəhəri Bizantiona (Bizans) dəyişdi və yeni paytaxta "Nova Roma" (Yeni Roma) adını versə də imperatorun ölümündən sonra "Konstantinin şəhəri" anlamına gələn "Konstantinopol" adı istifadə olunmuşdur. Büyük Konstantin, Romadan senatorlar və yüksək məmurlar gətirərək Konstantinopolda yeni idarə meydana gətirdi və şəhəri yenidən abadlaşdırdı. Roma çox tanrılı olmasına baxmayaraq, Konstatinopolu xristian şəhəri etdi və özü də bu dini qəbul etdi.
Bizansda ikonoborçuluq
Bizansda ikonoborçuluq (yun. εἰκονομαχία; εἰκόνα — təsvir, rəsm (икона) + κλάω — sındırıram, dağıdıram) — VIII — IX-cu yüzilliyin əvvəllərində ikonalara (yun. “eikon”) sitayiş edilməsinə qarşı yönəlmiş dini-siyasi hərəkat. Xristianlıqda aparılan xristoloji mübahisələrin nəticəsində yaranan dini siyasi hərəkatdır. == Olaylar öncəsi == Xristianlığın Roma imperiyasında yayılmasından sonra müqəddəslərin şəkillərinin çəkilməsi, onlara edilən ehtiram və sayğı kütləvi hal almışdı. Bu sayğı bir çox hallarda onlara sitayişə çevirilirdi. Bu ehtiram və sitayişə qarşı etirazlar da mövcud idi. İkonalara qarşı çıxış edənlər onları bütpərəstliyin əlaməti hesab edirdilər. Onların arasında məşhur kilsə tarixçisi Qeysərili Eusebius da olmuşdur. Qərbdə isə 305-ci ildə yığılan bir Kilsə Məclisi ikonaların kilsələrdə yerləşdirilməsini yasaqlamışdı.
Bianlı (Xoy)
Bianlı (fars. بيانلو‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 354 nəfər yaşayır (58 ailə). Əhalisini gəlmə kürdlər təşkil edir.
Bizans imperiyası
Şərqi Roma imperiyası (Yunanca: Βασιλεία τῶν Ῥωμαίων, Basileía tôn Rhōmaíōn "Roma İmperatorluğu"; Latinca: Imperium Romanum). Bizans imperiyası və ya Yunan imperiyası, Roma imperiyasının 395-ci ildə Şərq və Qərb hissələrinə parçalanması ilə quruldu. Paytaxtı Roma olan Qərbi Roma imperiyası V əsrdə Qot qəbilələrinin İtalyanı istila etməsi ilə süquta uğradı. Mərkəzi Konstantinopol (bugünkü İstanbul) olan və Bizans imperiyası da deyilən Şərqi Roma İmperatorluğu isə min ildən artıq varlığını qoruya bildi. Avropa, eləcə də bütün dünya mədəniyyətinin tarixində Bizans sivilizasiyası xüsusi yer tutur. Bizans imperiyası mövcud olduğu bütün minillik ərzində yunan-roma dünyasının və ellinist Şərqin ənənələrini davam etdirərək parlaq mədəniyyət mərkəzinə çevrildi. Bizansın meydana gəlməsi, Roma İmperatoru I Konstantinin paytaxtı Romadan bugünkü İstanbula köçürməsi ilə də bağlıdır. Roma İmperatoru I Konstantin (Büyük Konstantin), 330-cu ildə imperatorluğun paytaxtını qədim yunan şəhəri Bizantiona (Bizans) dəyişdi və yeni paytaxta "Nova Roma" (Yeni Roma) adını versə də imperatorun ölümündən sonra "Konstantinin şəhəri" anlamına gələn "Konstantinopol" adı istifadə olunmuşdur. Büyük Konstantin, Romadan senatorlar və yüksək məmurlar gətirərək Konstantinopolda yeni idarə meydana gətirdi və şəhəri yenidən abadlaşdırdı. Roma çox tanrılı olmasına baxmayaraq, Konstatinopolu xristian şəhəri etdi və özü də bu dini qəbul etdi.
Bizans incəsənəti
Bizans İncəsənəti — Orta əsrlər incəsənətinin parçası hesab olunan Bizans İncəsənəti.
Bizans memarlığı
Bizans memarlığı — Bizans İmperiyasının mövcud olduğu dövrdə yaranmış və inkişaf etmiş memarlıq sənəti. Bizans memarlığının ən mükəmməl nümunələrinə imperiyanın mərkəzi olan Konstantinopol şəhərində və Qərbi Avropada yaradılmışdır. Bu memarlıq sənəti Orta əsrlər və İntibah dövrü memarlıq məktəblərinə təsir göstərmiş, 1453-cü ildə Konstantinopol şəhərinin fəth olunmasından sonra isə Osmanlı memarlığının təsirlərinə məruz qalmışdır. Bizans memarlığının nümunələri əsasən kilsə və kafedrallarda yaradılmışdır. Konstantinopol Ortodoks Kilsəsinə mənsub kilsələrin divarlarında Bizans memarlığının nadir nümunələri mövcuddur. Bizans memarlığı Qədim Roma memarlıq məktəbənini davamı hesab olunur. Roma İmperiyasının imperatoru I Konstantin eramızın 330-cu ilində imperiyanın mərkəzini Romadan Bizantinə (Konstantinopol şəhərinin ilkin adı) köçürməsindən sonra gələcəkdə Bizans memarlıq məktəbi adlandırılacaq yeni bir memarlıq sənətinin əsası qoyulmuşdur. == Ümumi baxış == Erkən Bizans memarlığı, Qədim Roma memarlığının davamıdır. Memarlıq üslublarındakı dəyişikliklər texnoloji inkişaflar ilə siyasət və hökmranlıq sahəsindəki inkişaflar nəticəsində Yaxın Şərqin müəyyən təsiri ilə doldurulmuş və kilsə memarlığında kvadrat-xaç tipli bir plandan istifadə edilərək müstəqil bir üslub nəhayət meydana gəlmişdir. === Erkən dövr Bizans memarlığı === Erkən dövr Bizans memarlığının ilkin nümunələri imperator I Yustinianın hakimiyyəti zamanı yaradılmışdır.
Bizans mətbəxi
Bizans mətbəxi (yun. βυζαντινή κουζίνα) — yunan və roma xalqlarının yeməkləri daxildir. Bizans imperiyasının inkişafı dövründə Yunanıstana çoxlu sayda tərəvəz, şəkər və ədviyyat ədviyyat gətirilmişdir. yeni ərzaqların bişirilməsinin iki prosesi mövcuddur. Birinci Şərqi Asiya ölkələrində olduğu kimi və digəri isə bizans imperiyasının özlərinin kəşf etdikləri növ kimi bişirilməsi idi. == Pəhriz == Bizans yeməklərinin müxtəlif növləri var. İmperiyanın sarayında əsasən ədviyyatlı və müxtəlif ekzotik meyvə və tərəvəzlərdən istifadə edilirdi. Sivari vətəndaşlar isə daha çox adət etdikləri yeməkləri yeyirdilər. Əsas pəhriz çörək, tərəvəz və taxıl məhsullarının müxtəlif varinatda bişirilməsi idi. Salat ö dövrün ən məşhur yeməyi idi.
Bizans tarixi
Şərqi Roma imperiyası (Yunanca: Βασιλεία τῶν Ῥωμαίων, Basileía tôn Rhōmaíōn "Roma İmperatorluğu"; Latinca: Imperium Romanum). Bizans imperiyası və ya Yunan imperiyası, Roma imperiyasının 395-ci ildə Şərq və Qərb hissələrinə parçalanması ilə quruldu. Paytaxtı Roma olan Qərbi Roma imperiyası V əsrdə Qot qəbilələrinin İtalyanı istila etməsi ilə süquta uğradı. Mərkəzi Konstantinopol (bugünkü İstanbul) olan və Bizans imperiyası da deyilən Şərqi Roma İmperatorluğu isə min ildən artıq varlığını qoruya bildi. Avropa, eləcə də bütün dünya mədəniyyətinin tarixində Bizans sivilizasiyası xüsusi yer tutur. Bizans imperiyası mövcud olduğu bütün minillik ərzində yunan-roma dünyasının və ellinist Şərqin ənənələrini davam etdirərək parlaq mədəniyyət mərkəzinə çevrildi. Bizansın meydana gəlməsi, Roma İmperatoru I Konstantinin paytaxtı Romadan bugünkü İstanbula köçürməsi ilə də bağlıdır. Roma İmperatoru I Konstantin (Büyük Konstantin), 330-cu ildə imperatorluğun paytaxtını qədim yunan şəhəri Bizantiona (Bizans) dəyişdi və yeni paytaxta "Nova Roma" (Yeni Roma) adını versə də imperatorun ölümündən sonra "Konstantinin şəhəri" anlamına gələn "Konstantinopol" adı istifadə olunmuşdur. Büyük Konstantin, Romadan senatorlar və yüksək məmurlar gətirərək Konstantinopolda yeni idarə meydana gətirdi və şəhəri yenidən abadlaşdırdı. Roma çox tanrılı olmasına baxmayaraq, Konstatinopolu xristian şəhəri etdi və özü də bu dini qəbul etdi.
Bizans təqvimi
Bizans təqvimi — Bizans imperatoru II. Basileios tərəfindən qəbul olunub, 988-ci ildən 1453-cü il Bizans İmperiyasının sonuna kimi tətbiq olunub. Bu təqvimə görə dünya e.ə. 5509-cu il 1 sentyabrda yaranıb. Ona görə təqvim 1 sentyabrdan başlayır.
Bizans ədəbiyyatı
Şərqi Roma İmperiyası (Yunanca: Βασιλεία τῶν Ῥωμαίων, Basileía tôn Rhōmaíōn "Roma İmperatorluğu"; Latinca: Imperium Romanum)və yaxud Bizans imperiyasının ədəbiyyatı. Buraya hər mənada, Bizans imperiyasının mövcudluğu dövründə yazılmış mətnlərin hamısı daxil edilir. == Tarixi == Bizans ədəbiyyatı, o cümlədən mədəniyyəti öz tarixi boyu antik ənənələrə əsaslanıb. Yunan dilində yazılan Bizans ədəbiyyatı həm imperiyanın ərazisində, həm də onun hüdudlarından kənarda, itirilmiş torpaqlarda yaradılırdı. Bizans müəllifləri Ksenofont və Platonun dilində yazırdılar ki, bu da artıq danışıq dilindən uzaq idi. Antik dövrdən əsas ədəbi janrların miras olaraq qalması ənənə şəklini alsa da Bizans ədəbiyyatı antik ədəbiyyatdan fərqli olaraq xristian yönümlü idi. Bu, köhnə janrların bir daha nəzərdən keçirilməsinə və yenilərinin yaranmasına səbəb oldu. Antik ənənələrin mənimsənilməsi orta əsr Qərbi Avropası üçün də xas idi. Lakin bunların arasında böyük fərq var idi: Qərbdə bədii əsərlər həm latın, həm də ayrı-ayrı xalqların dilində, Bizansda isə ancaq yunan dilində yazılırdı. Müasir və orta əsr yunan ədəbiyyatı da bu dildən bəhrələnmişdir.
Bizans dili
Orta yunan dili (yun. μεσαιωνική Ελληνική (γλῶσσα), q.yun. Ῥωμαϊκὴ γλῶσσα; hərfi mənada – "Roma dili"), həmçinin Bizans yunan dili və ya Bizans dili — Şərqi Aralıq dənizində orta əsr dövlətlərinin yunan və ellinləşmiş əhalisinin dili, Şərqi Roma (Bizans) imperiyasının, xüsusən də paytaxtı Konstantinopolun rəsmi və danışıq dili; qədim yunan dili ilə Yunanıstan və Kiprdə danışılan müasir yunan dili arasında keçid mərhələsi. Ortayunan dilinin başlanğıcı bəzən IV əsrə aid edilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Византия // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Xain Bizans
Xain Bizans — Qani Müjdənin ssenarisini yazdığı və rejissorluğunu üstləndiyi 21 yanvar 2000-ci il çıxış tarixli türk parodiya filmi. Filmdə Mehmet Əli Ərbil, Demet Şener, Cem Davran, Hande Ataizi, Sümer Tilmaç, Ayşəgül Aldinç, Yılmaz Köksal, Nursəli İdiz kimi ustad aktyor və aktrisalar yer alır. Film kenquru hücumları və quraqlıq üzündən vətənləri Avstraliyadan Fransaya köç edən Nacaroğullarının qabaqlarına çıxan itin bələdçili ilə Anadoluya gəlmələriylə başlayır. Bu dönəmdə Anadolu Şərqi Roma imperatorluğu hakimiyyəti altındadır. İmperator İlletyus bir yuxu görür və bunu kahinə yozdurur. Kahin imperatora illər sonra bu gün doğulan bir nacar oğlan uşağının əliylə öləcəyini xəbər verir. Buna görə də İlletyus nacarların yeni doğulan bütün oğlan uşaqlarının öldürülməsini əmr edir. Bizans əskərlərinin hücumu əsnasında əşirətin rəisi Süper qazi uşaqların və qadınların gizlənməsini əmr edir. Arvadı həmin gün doğulan üçəm oğullarını çaya buraxır. İllər sonra uşaqlar böyüyür.
Bizans oyunları
Bizans oyunları və ya Bizans oyunları: Qeym of Bizans — 2016-cı il istehsalı türk komediya filmi. == Mövzu == Cənubi Amerikanın istisindən, Rio-Karnavalın səs-küyündən bezən mayyalılar Anadolunun daşının-torpağının qızıl olduğunu eşidib Bağçılar ətrafına yerləşirlər. Yeni yerləşdikləri bu bərəkətli torpaqlarda türk boyları ilə qaynayıb-qarışaraq Cənubi Amerikanın texnikası ilə Anadolu mədəniyyətini birləşdirən mayyalılar zamanla elm, sənət, texnologiya və sudokuda göstərdikləri üstün nailiyyətlər ilə qonşuları olan Bizansın diqqətini və nifrətini üstünə çəkməkdən yayına bilmir. Bizansın dostyana və sülhsevər kralı III Klitor əsl mayya heyranı olsa da, arvadı V Klitorya və qardaşı Muhteris mayyalıların inkişafını dayandırmaq üçün xaincə plan qururlar. Plana görə, Klitorya və qaynı Muhteris ilk olaraq Klitoru aradan qaldıracaq, sonrasında da mayyaların bütün qadınlarını qaçırıb Bizans zindanlarına atacaqdılar. Bizanslılar mayya qadınlarına təcavüz ederkən mayyalı kişiləri də "Təklik Allaha məxsusdur" deyərək ətraf qəbilələrdəki aşağı profilli qadınlarla birləşəcək və beləcə mayyalıların qüsursuz genləri zamanla sıradan DNA-a çevriləcəkdi. Filmin əsas süjet xətti mayyaların bu çirkin plan ilə mübarizələri üzərində qurulmuşdur.
Bizansda vətəndaş müharibəsi
Bizansda vətəndaş müharibəsi (1321-1328)
Xain Bizans (film)
Xain Bizans — Qani Müjdənin ssenarisini yazdığı və rejissorluğunu üstləndiyi 21 yanvar 2000-ci il çıxış tarixli türk parodiya filmi. Filmdə Mehmet Əli Ərbil, Demet Şener, Cem Davran, Hande Ataizi, Sümer Tilmaç, Ayşəgül Aldinç, Yılmaz Köksal, Nursəli İdiz kimi ustad aktyor və aktrisalar yer alır. Film kenquru hücumları və quraqlıq üzündən vətənləri Avstraliyadan Fransaya köç edən Nacaroğullarının qabaqlarına çıxan itin bələdçili ilə Anadoluya gəlmələriylə başlayır. Bu dönəmdə Anadolu Şərqi Roma imperatorluğu hakimiyyəti altındadır. İmperator İlletyus bir yuxu görür və bunu kahinə yozdurur. Kahin imperatora illər sonra bu gün doğulan bir nacar oğlan uşağının əliylə öləcəyini xəbər verir. Buna görə də İlletyus nacarların yeni doğulan bütün oğlan uşaqlarının öldürülməsini əmr edir. Bizans əskərlərinin hücumu əsnasında əşirətin rəisi Süper qazi uşaqların və qadınların gizlənməsini əmr edir. Arvadı həmin gün doğulan üçəm oğullarını çaya buraxır. İllər sonra uşaqlar böyüyür.
Xəzər–Bizans münasibətləri
Xəzər xaqanlığı özünün sələfləri saydığı Suvar və Göytürk dövlətləri kimi Sasani İranına qarşı mübarizədə Bizansla müttəfiqlik edirdilər. Xəzər xaqanlığı Azov və Qara dənizin şimal sahillərindəki düzənlik əraziləri ələ keçirdikdən, Sasaniləri Cənubi Qafqazdan sıxışdırmalarından sonra Bizansla həmsərhəd oldu. Xəzərlərin bu qələbələrinə paxıllıq edən Bizans saray tarixçisi Abid Feofan yazırdı: «Qara dənizdən şimaldakı bütün ərazilərdə Böyük Xəzər xalqı hökmranlıq etməyə başladı». VII əsrin sonlarında Bizans hakimiyyəti uğrunda gedən mübarizələr Xəzər xaqanlığını öz müttəfiqinin daxili işlərinə qarışmağa vadar etdi. 695-ci ildə taxtdan salınan Bizans imperatoru II Yustinian Xəzər xaqanı Əbuzər Qalavanın yanına qaçdı. Öz qızını II Yustiniana ərə verən xaqan 705-ci ildə ona öz hakimiyyətini bərpa etməkdə kömək göstərdi. Yenidən Bizans imperatoru olan II Yustinian Xəzər xaqanının qızından oğlu Tiberini öz şəriklisi elan etdi. 710-cu ildə Krım uğrunda Bizansla Xəzər xaqanlığı arasında münaqişə başladı. Münaqişənin əsas səbəbi Bizans hakimiyyətini istəməyən Krım əhalisinin yardım üçün Xəzər xaqanına müraciət etmələri oldu. Üsyançılara başçılıq edən qaçqın erməni taciri Vardan Xəzər xaqanının etimadını qazandı və onun köməyilə 711-ci ildə Flipp adı ilə Bizans imperatoru oldu.
İrina (Bizans imperatriçası)
Afinalı İrina (yun. Ειρήνη η Αθηναία)(təq. 752[…], Afina – 9 avqust 803[…], Lesbos) — Bizans imperatriçası. Afinalı əsilzadə ailələrindən birinə mənsub olan İrina uşaq yaşlarında valideynlərini itirməsi səbəbilə əmisi və Balkanlardakı əyalət birliklərindən birinə rəhbərlik edən Konstantin Srantapekin himayəsində böyüdü. 1 noyabr 769-cu ildə Konstantinopola göndərildi və həmin ilin 17 dekabr tarixində imperator V Konstantinin oğlu Leoyla evləndirildi. Cütlüyün bu evlilikdən gələcəkdə taxta çıxacaq yeganə oğlu Konstantin dünyaya gəlir. Qaynatasının ölümündən sonra 775-ci ildə əri IV Leo adıyla taxta çıxdı. Bu qısa müddət ərzində ərinin ikonomaxiya cərəyanını şiddətlə dəstəkləməsinə baxmayaraq Afinalı İrina sarayda bu siyasəti yumşaltmağa çalışdı. Rəvayətə görə, sırf bu məsələ səbəbilə imperator xanımıyla yataqlarını ayırmışdır. Aralarındakı soyuq münasibətə baxmayaraq ərinin ölümünün ardından 780-ci ildə taxta çıxan azyaşlı oğlu Konstantinə naibə olaraq xidmət etdi.
Bizans–ərəb müharibələri
Bizans-ərəb müharibələri (VII–XI əsrlər) — Yaxın Şərqdə, Aralıq dənizində və Cənubi Qafqaz uğrunda Xilafətin Bizansla müharibəsi. Cihad və islamın yayılması adı ilə Əbu Bəkrin dövründə Aralıq dənizinin şərq sahilindəki işğallardan başlamışdır. == Ərəblərin ilk uğurları. Konstantinopolun mühasirəsi (717-718) == 633-cü ildə Vadi- Ərəbdə(Ölü dənizindən cənuba) ərəblər öz ilk böyük qələbələrini qazandılar. 7-ci əsrin ikinci yarısında Bizans bir sıra məğlubiyətlərdən sonra Suriyada, Fələstində, İraqda, Misirdə, Cənubi Qafqazda, qismən Şimali Afrikadakı mülklərini itirdi. 646-cı ildə Xilafət ordusu İsgəndəriyyəni, Kipr (648) və Rodos (654) adalarını birdəfəlik tutdu. 668-ci ildən hərbi əməliyatlar əsasən Kiçik Asiyada aparılırdı. 668–669,673–678, 716–717-ci illərdə donanmanın dəstəyilə ərəb qoşunları Konstantinopola qarşı bir neçə yürüş təşkil etdilər. Sonuncu yürüş vaxtı(717) Xilafətin ordusu və donanması məğlub oldu, bu Anadoludakı ərəb işğallarına son qoydu. == Bizanslıların fəallaşması == Sonrakı 20 il ərzində bu rayonda müharibə dəyişkən uğurla getdi.
Bizans-Osmanlı müharibələri
Bizans-Osmanlı müharibələri 154 il davam etmiş olan bir sıra müharibələrdən ibarət olmuşdur. Baş vermiş müharibələr nəticəsində Osmanlı imperiyası yüksəlişini davam etdirmiş və eyni zamanda da Bizans imperiyası süqut etmişdir. 1204-cü ilə baş vermiş olanDördüncü Səlib yürüşü nəticəsində işğal edilmiş Konstantinopol və sonradan zəifləmiş olan Bizans xaos içində idi. Bu vəziyyətdən məharətlə istifadə etmiş olan Anadolu Səlcuqlu Dövləti Bursa da daxil olmaqla Anadolunun daxili regionlarına qədər yayılmışdısa da, Konstantinopolu əldə edə bilməmişdir. Bizanslılar 1261-ci ildə latınlar tərəfindən işğal edilmiş Konstantinopolu geri almışdırlar. Pravoslav Bizanslılar katolik latınlara nifrət edirdilər. Bizans imperiyası həmsərhəd olduğu II Bolqarıstan İmperiyası, Serb Krallığı, Epir çarlığı və bəzən də ona qarşı üsyan qaldıran Moreya krallığı görə əsas ordularını Kiçik Asiyadan çıxardaraq Frakiya və Balkanlara göndərməyə məcbur olmuşdur. Bu zaman Anadolu Səlcuqlu Dövləti monqolların hücumuna məruz qalmış və gücünü getdikcə itirmişdir. Monqollarla müharibə nəticəsində Anadolu Səlcuqlu dövləti müxtəlif bəyliklərə bölünmüşdür. Bu müstəqil olmuş bəyliklərdən biri də 1299-cu ildə I Osman tərəfindən yaradılmış olan Osmanlı Bəyliyi idi ki, bu bəylik sonralar Bizansla çox şiddətli müharibələrə girəcək Osmanlı imperiyasına çevrilmişdir.
Vahan (Bizans komandiri)
Vahan (erm. Վահան) — erməniəsilli Bizans hərbi rəhbəri. Onun 636-cı ildə Yərmuq döyüşündən az sonra öldürüldüyü güman edilir. Emesa qarnizon komandiri olmuş və 602–628-ci illər Bizans–Sasani müharibəsi zamanı hərbi magistr vəzifəsində çalışmış erməniəsilli Vahan Yərmuqda ümumi səhra komandiri idi. Vahan və onun qüvvələrinin bir hissəsi döyüşün özündə məhv olmaqdan qaçmışdır, lakin sonradan Dəməşqə geri çəkilərkən ərəb mobil mühafizəçiləri tərəfindən təqib edilmiş və öldürülmüşdür. Buna baxmayaraq, digər mənbələrdə rüsvay olmuş Vahanın Sinaydakı monastıra təqaüdə çıxa biləcəyi bildirilmişdir. Ərəb mənbələri digər Roma sərkərdələri ilə müqayisədə Vahanın "nəcib və saleh davranışını" vurğulayır. Vahanın və ya onun əsgərlərinin Yərmuqdan əvvəl imperator İrakliyə qarşı üsyan etdiyinə dair iddialar məğlubiyyətin günahını onun üzərinə yıxmaq üçün hazırlanmış qarayaxma olduğu ehtimal edilir.
Cəbəliyyə Bizans kilsəsi
Cəbəliyyə Bizans kilsəsi — Qəzzə zolağında Bizans imperiyası dövrünə aid xristian kilsəsinin qalıqları. Abidədə 400 metri mozaika ilə döşənmiş olmaqla 850 kvadrat metrlik sahədə mərmər sütunlarla əhatə olunmuş qəbirlər və mozaika döşəmələri var. Kilsə V əsrə aiddir. == Tarixi == Kilsə Qəzzə şəhərinin şimal-şərqində, Cəbəliyyə şəhərinin bələdiyyə sərhədləri daxilində yerləşir. Onun tikintisi b.e. 444-cü ilə, Bizans imperatoru II Feodosinin hakimiyyəti dövrünə təsadüf edir. Kilsənin dekorasiyasında çoxlu sayda həndəsi və nəbati bəzəklər, fiqurlu rəsmlər, kənd mənzərələri, yemək qabları, Fələstindən və xaricdən gələn ev heyvanları, yırtıcı heyvanlar, müxtəlif növ dəniz balığı var. Buraya ov səhnələri, çaylar və xurma ağacları da daxildir, lakin bu bəzəklərin əksəriyyəti ikonoborçu müharibə zamanı məhv edilmişdir. Kilsə kafedral sistem üzərində qurulmuşdur və üç portikə malikdir. Onlardan ən genişi orta eyvandır və kilsənin şimal tərəfində bir kilsə var.
Bizans–Osmanlı müharibələri
Bizans-Osmanlı müharibələri 154 il davam etmiş olan bir sıra müharibələrdən ibarət olmuşdur. Baş vermiş müharibələr nəticəsində Osmanlı imperiyası yüksəlişini davam etdirmiş və eyni zamanda da Bizans imperiyası süqut etmişdir. 1204-cü ilə baş vermiş olanDördüncü Səlib yürüşü nəticəsində işğal edilmiş Konstantinopol və sonradan zəifləmiş olan Bizans xaos içində idi. Bu vəziyyətdən məharətlə istifadə etmiş olan Anadolu Səlcuqlu Dövləti Bursa da daxil olmaqla Anadolunun daxili regionlarına qədər yayılmışdısa da, Konstantinopolu əldə edə bilməmişdir. Bizanslılar 1261-ci ildə latınlar tərəfindən işğal edilmiş Konstantinopolu geri almışdırlar. Pravoslav Bizanslılar katolik latınlara nifrət edirdilər. Bizans imperiyası həmsərhəd olduğu II Bolqarıstan İmperiyası, Serb Krallığı, Epir çarlığı və bəzən də ona qarşı üsyan qaldıran Moreya krallığı görə əsas ordularını Kiçik Asiyadan çıxardaraq Frakiya və Balkanlara göndərməyə məcbur olmuşdur. Bu zaman Anadolu Səlcuqlu Dövləti monqolların hücumuna məruz qalmış və gücünü getdikcə itirmişdir. Monqollarla müharibə nəticəsində Anadolu Səlcuqlu dövləti müxtəlif bəyliklərə bölünmüşdür. Bu müstəqil olmuş bəyliklərdən biri də 1299-cu ildə I Osman tərəfindən yaradılmış olan Osmanlı Bəyliyi idi ki, bu bəylik sonralar Bizansla çox şiddətli müharibələrə girəcək Osmanlı imperiyasına çevrilmişdir.
Bizanti
Bizantium və ya Bizantion (yun. Βυζάντιον, lat. Byzantium) — İstanbul şəhərinin Konstantinopoldan əvvəlki adıdır. Əfsanəyə görə, Meqara, Arqos və Korinfdən gələn dori yunanlar tərəfindən e.ə. 667-ci ildə qurulub və adını kral Bizas və ya Bizantasdan (yunanca: Βύζας, ya da Βύζαντας) alıb. Eramızın 330-cu ilində bizanslılar tərəfindən adı Konstantinopol olaraq dəyişdirilib. Şəhəri 1453-cü ilin may ayında türklər ələ keçirdikdən sonra Kostantiniyye və ya Dersaadet kimi adlandırılır. Yunanca "εις τήν Πόλι(ν)" (/is tin boli/) yəni "şəhərə" adı türklər tərəfindən sıx istifadə olunurdu. 1930-cu ildə Türkiyə Cumhuriyyəti dövründə şəhərin adı rəsmi olaraq İstanbul olur. == Tarixi == == İstinadlar == Necdet Sakaoğlu (1993/94a): "İstanbul'un adları".
Bizans-gürcü müharibəsi
Bizans-gürcü müharibəsi (gürcü dilində:ბიზანტიურ-ქართული ომები) — XI əsrdə Bizans-gürcü sərhəd zolaqlarında baş vermiş silahlı münaqişələr. == Müharibə ərəfəsində vəziyyət == 976-cı ildə Bizans imperiyasının ordusunda Varda Sklipin başçılığı ilə üsyan baş verdi. Tezliklə üsyançılar imperiyanın, demək olar ki, Kiçik Asiyadakı bütün vilayətlərini ələ keçirdilər. Bizans imperatoru II Vasilinin qiyamı yatırmaq üçün kifayət qədər qüvvəsi yox idi. Varda Sklipə qarşı göndərilmiş Kiçik Foka da üsyanı yatıra bilmədi. Bizans imperatoru kömək üçün gürcü hökmdarı III Davidə müraciət etməyə məcbur oldu. III David Tornikin və Cocikin başçılığı ilə Bizansa 12 min nəfərlik ordu göndərdi. Varda Sklipin ordusu darmadağın edildi və qiyam rəhbəri ərəblərin yanına qaçdı. Qiyamın yatırılmasında köməklik göstərilməsinə minnətdarlıq əlaməti olaraq III David Tao və həmçinin Ərzurum,Pasiani və Anahunik bölgələrini Bizansdan aldı. III Davidin ölümündən sonra bu əraziləri Bizans imperiyasına qaytarılmalı idi.
Ərəb-bizans müharibələri
Bizans-ərəb müharibələri (VII–XI əsrlər) — Yaxın Şərqdə, Aralıq dənizində və Cənubi Qafqaz uğrunda Xilafətin Bizansla müharibəsi. Cihad və islamın yayılması adı ilə Əbu Bəkrin dövründə Aralıq dənizinin şərq sahilindəki işğallardan başlamışdır. 633-cü ildə Vadi- Ərəbdə(Ölü dənizindən cənuba) ərəblər öz ilk böyük qələbələrini qazandılar. 7-ci əsrin ikinci yarısında Bizans bir sıra məğlubiyətlərdən sonra Suriyada, Fələstində, İraqda, Misirdə, Cənubi Qafqazda, qismən Şimali Afrikadakı mülklərini itirdi. 646-cı ildə Xilafət ordusu İsgəndəriyyəni, Kipr (648) və Rodos (654) adalarını birdəfəlik tutdu. 668-ci ildən hərbi əməliyatlar əsasən Kiçik Asiyada aparılırdı. 668–669,673–678, 716–717-ci illərdə donanmanın dəstəyilə ərəb qoşunları Konstantinopola qarşı bir neçə yürüş təşkil etdilər. Sonuncu yürüş vaxtı(717) Xilafətin ordusu və donanması məğlub oldu, bu Anadoludakı ərəb işğallarına son qoydu. Sonrakı 20 il ərzində bu rayonda müharibə dəyişkən uğurla getdi. 739-cu ildə Bizans ordusu ərəbləri Akroin (indi Karahisar) şəhəri yanında darmadağın etdi, bundan sonra ərəblər Kiçik Asiyanın qərb hissəsindən təmizləndilər.
Bizantili Homer
Bizantili Homer (q.yun. Ὅμηρος ὁ Βυζάντιος) — qədim yunan qrammatiki və faciə janrında yazan şairi. Onu yaşlı Homerdən fərqləndirmək üçün onu "ho Neoteros", yəni "gənc" də adlandırırdılar. Qrammatik Andromak Filoloqun və şair Moeronun oğludur. Bəzi mənbələr Moeronu Homerin qızı kimi təqdim edirlər. E.ə. III əsrin əvvəllərində, İsgəndəriyyədə yaşayan II Ptolemey Filadelfin sarayında inkişaf etmişdir. Əsas rəqibi Sosit ilə birlikdə o, "İsgəndəriyyə Pleyad"ının (yeddi ulduz topasının adından) yeddi böyük faciəsi sırasında sayılır. Homerə müxtəlif 45, 47 və ya 57 pyes aid edilir, onların hamısı indi itirilmişdir. Yalnız birinin adı, "Eurypyleia" məlumdur.