Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Barneby
Rupert Çarlz Barnebi (ing. Rupert Charles Barneby, 6 oktyabr 1911 – 5 dekabr 2000, Bronks, Nyu-York ştatı) — Böyük Britaniya əsilli Amerika botaniki. Nyu-York Botanika Bağının görkəmli alimlərindən biridir.. == Elmi əsərləri == Atlas of North American Astragalus. Daleae Imagines. Intermountain Flora, Volume 3, Part B. Silk Tree, Guanacaste, Monkey's Earring: A Generic System for the Synandrous Mimosaceae of the Americas (3 Volumes). == Şərəfinə adlandırılmış taksonlar == Barnebya bitki cinsi Barnebinin şərəfinə adlandırılmışdır.. Onun şərəfinə həmçinin Barnebyella, Barnebydendron və 25 bitki növü adlandırılmışdır.. == İstinadlar == == Xarici keçidlər == DNB, Katalog der Deutschen Nationalbibliothek: Rupert C. Barneby (alm.) Botanical Elctronic News: Dr.
Klarnet
Klarnet — nəfəslə çalınan musiqi aləti. Simfonik orkestrin tərkibinə daxil olan əsas alətlərdən biridir. == Söz açımı == Italyanca «clarinetto» - «kiçik klarina» deməkdir. Klarina isə (latınca «clarus» - aydın) XVIII əsrdə aydın, təmiz səsə malik olan yüksək registrli truba aləti idi. == Tarixçə == Klarnet ağac nəfəs alətlərindən biri olub, 1690-cı ildə Nürnberqli alman musiqi ustası İohann Xristof Denner tərəfindən ixtira olunmuşdur. Artıq XVIII əsrdən etibarən müasir təkmilləşmiş formada orkestrlərin tərkibinə daxil olmuşdur. Solo, ansambl və eləcə də simfonik orkestrin ən başlıca ağac nəfəs aləti kimi geniş tədbiq edilir. == Quruluşu və diapazonu == Silindr şəkilli boru formasındadır, birdilçəkli olub, klapanlar sistemi ilə təchiz olunmuşdur. Uzunluğu 70 sm olan borudan və qamış müştükdən ibarətdir və çoxlu sayda klapanlar vasitasilə çalınır. Onun diapazonu kiçik oktavanın «re» («re b») notundan III oktavanın «lya» - «si b» notuna qədər davam edir.
Blanet
Blanet qara dəliklərin orbitində fırlanan hipotetik ekzoplanetlər sinfinin üzvüdür. Blanetlər prinsipcə planetlərə oxşardırlar; onların öz cazibə qüvvələri tərəfindən dövrə vurdurula biləcək qədər kütlələri mövcuddur, lakin ulduzların orbitində fırlanan planetlər kimi termonüvə birləşməsinə başlatmaq üçün kifayət qədər kütlələri yoxdur. 2019-cu ildə astronomlar və ekzoplanetoloqlardan ibarət bir qrup superkütləvi qara dəliyin ətrafında və onun orbitində minlərlə blaneti saxlaya bilən təhlükəsiz zona olduğunu göstərdilər. == Etimologiyası == Yaponiyanın Kaqoşima Universitetindən Keiiçi Vadanın rəhbərlik etdiyi komanda bu adı qara dəlik planetlərinə verib. Söz qara dəlik və planetin portmantosudur. == Formasiya == Kifayət qədər böyük qara dəliyin orbitində fırlanan yığılma diskində blanetlərin əmələ gəldiyindən şübhələnirlər.
Karney
Karney (ing. Carney Island) — Cənub okeanı akvatoriyasında Meri Berd Torpağının sahilində yerləşir. == Tarixi == Ada ABŞ admiralı Robert Karninin şərəfinə adlandırılmışdır. O, 1957–1958 ci illərdə Ümudünya qeofizika ilinə dəstək üçün təşkil edilən dəniz əməliyyatına rəhbərlik etmişdir. Ada Antarktida haqqında konvensiya əsasən heç bir ölkəyə mənsub olmasa da, adaya virtual dövlətlər olan Vestarktika və Flandensis knyazlığı ərazi iddiasındadırlar.
Barnet borosu
Barnet borosu (ing. London Borough of Barnet) — 32 London borosundan biri. Böyük Londonun şimalında yerləşir. == Tarix == Rayon 1 aprel 1965 ildə yaradılmışdır.
Boris Barnet
Boris Vasilyeviç Barnet (5 (18) iyun 1902, Moskva – 8 yanvar 1965[…], Riqa, SSRİ) — sovet aktyoru. == Həyatı == Boris Barnet 18 iyun 1902-ci ildə Moskvada anadan olub. MXT-nin studiyasında butaforçu olaraq çalışmağa başlayıb. 1925-ci ildən müxtəlif studiyalarda filmlər çəkib və aktyor kimi çəkilib. Azərbaycan kinosunda fəaliyyət göstərib. Rusiyanın əməkdar artisti (1935), SSRİ dövlət mükafatı laureatı (1948), Ukraynanın əməkdar incəsənət xadimi (1951) Boris Barnet 8 yanvar 1965-ci ildə vəfat edib.
Frensis Burney
Mişel Barnye
Mişel Barnye (fr. Michel Barnier; 9 yanvar 1951[…], La-Tronş) — 5 sentabr 2024-cü ildən etibarən Fransanın Baş naziri vəzifəsində çalışan fransız dövlət xadimi.
Bəhruz Zeynalov (klarnet ifaçısı)
Bəhruz Mahmud oğlu Zeynalov (24 dekabr 1926 – 25 mart 1998 Azərbaycanlı klarnet və balaban ifaçısı, bas balabanın banisi.[mənbə göstərin] == Haqqında == Bəhruz Zeynalov Asəf Zeynallı adına Musiqi məktəbində təhsil almışdır. 12 yaşında Üzeyir Hacıbəyovun qarşısında imtahan vermiş və balabanda ifa etdiyi ikinci musiqidən sonra birbaşa Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinə solist kimi qəbul edilmişdir.[mənbə göstərin] Sonralar o, Asəf Zeynallı adına Musiqi məktəbində pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Bəhruz Zeynalov balabanın, zurnanın, tütəyin tarixi, quruluşu və digər məlumatları əks etdirən bir sıra yazıların müəllifidir. Azərbaycanda ilk dəfə olaraq muğamı, eləcə də dünya, şərq, xalq və bəstəkar mahnılarını balaban, zurna hətta tütək üçün belə nota almışdır.[mənbə göstərin] Bəhruz Zeynalovun Azərbaycan Dövlət Radiosunun Qızıl fondunda onlarla musiqisi saxlanılır. Bəhruz Zeynalov 1998-ci ildə Bakıda vəfat etmiş və Şağan kəndində dəfn olunmuşdur. == Mükafatları == Azərbaycan SSR Əməkdar Artisti (1982) == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Səyavuş Əlizadə. Şağan və şağanlılar (Qrifli). Bakı: Nurlan. 2008. səh.
Cəmaləddin Barbəy Ay Aba
Cəmaləddin Uluq Barbəy Ay Aba əl-Fərrazi - səlcuqlu əmirəlümarası, vali. == Həyatı == Cəmaləddin Uluq Barbəy Arqun oğlu Cahan Pəhləvanin əmirəlümarası olmuşdu. Cahan Pəhləvanın vəfatından sonra onun arvadı İnanc xatun siyasətə atıldığından onu öz tərəfinə çəkmək istədi. Ay aba III Toğrula meyl etdi. Əmir Seyfəddin Rusla aralarında ixtilaf baş verdi. Ay Aba onu sultanın qarşısında ləkələdi. Rəqib aradan götürüldü. Cəmaləddin Ay Aba məlik əl-üməra ünvünı almışdı. Həmədanın valisi, Özbəyin müdəbbiri olmuşdu.