Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Blood Blockade Battlefront
Blood Blockade Battlefront və ya Yaponiyada tanınan adı ilə Kekkai Sensen (血界戦線, azərb. Qan blokadası cəbhəsi‎) – Yasuro Nayto tərəfindən yazılan və çəkilən manqa seriyası. 2009-cu ilin fevralından aprelinə kimi "Jump SQ.19" jurnalında, daha sonra isə "Jump Square" jurnalında serializasiya olunmuşdur. Hekayə bacısının görmə qabiliyyəti qarşılığında "Tanrının hər şeyi görən gözləri"ni əldə edən Leonardo Uotç adlı gənc fotoqrafında ətrafında cərəyan edir. Bu insidentdən sonra Leonardo bədheybətlərə və terrorçulara qarşı döyüşən Libra təşkilatına qoşulmaq üçün Yeni Yerusəlim şəhərinə gedir. Manqa ABŞ-də Dark Horse Comics tərəfindən buraxılmışdır. Bones studiyası tərəfindən anime adaptasiyası çəkilmiş və 2015-ci ildə yayımlanmışdır. Funimation animeni Şimali Amerikada lisenziyalaşdırmışdır. Animenin ikinci mövsümü 2017-ci ilin oktyabrından dekabrına kimi yayımlanmışdır. == Məzmun == Manqa seriyası keçmiş adı Nyu-York olan Yeni Yerusəlim şəhərində fəaliyyət göstərən, bədheybət və terrorçulara qarşı döyüşən Libra təşkilatının başına gələn hadisələrdən bəhs edir.
Blokada
Blokada — obyektin təcrid olunması istiqamətində əməliyyat, onun xarici əlaqələrinin məhdudlaşdırılması yolu ilə həyata keçirilir. == Həmçinin bax == Hərbi blokada; İqtisadi blokada; Leninqradın blokadası; Ürəyin blokadası; Müalicə blokadası — tibbi prosedura; Blokada (şahmat) — qarşı tərəfin fiqur və piyadalarının yerdəyişməsinin məhdudlaşdırılması.
Hərbi blokada
Hərbi blokada — hərbi əməliyyat, müəyyən obyektin, qoşun qrupunun, şəhərin və ya dövlətin təcrid olunması, mühasirəsi; qurudan, havadan və dənizdən onun ətraf aləmlə əlaqələrini kəsmək yolu ilə həyata keçirilir. Hərbi blokada blokadaya alınan qruplaşanı təslim olmağa vadar etmək, düşmən dövlətin hərbi-iqtisadi qüdrətini sarsıtmaq v s. məqsədlər daşıyır. Aşağıdakılar hərbi blokada obyekti ola bilər: dövlətlər; şəhərlər, müdafiə olunan rayonlar, hərbi qarnizonlar üçün strateji və operativ əhəmiyyəti olan mövqelər; böyük ordu qruplaşmaları hərbi əməlliyyat teatrında və ya bütün hərbi qüvvələr; iqtisadi rayonlar; adalar; boğazlar, körfəzlər; hərbi-dəniz bazaları, limanlar. Şəhərlərin, yaxud qalaların ələ keçirililəsi məqsədilə blokada edilməsi isə hərbi blokadanın mühasirə formasıdır. == Həmçinin bax == Kobani blokadası; Leninqradın mühasirəsi. == Mənbələr == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Kontinental blokada
Kontinental blokada — 1806 − 1814 cü illərdə fransız imperatoru Napoleonun öz rəqiblərinə qarşı (1801-1814 cü illər ingilis-fransız müharibəsi) apardığı iqtisadi və siyasi təcrid siyasəti. Əvvəl 8 fevral 1807-ci ildə Prussişe Eylau döyüşü və sonra 14 iyun 1807-ci ildə Friedland döyüşünün ardınca 7 iyulda Fransa Russiya və Prussiya arasında Tilsit sülhü bağlanılır. Tilsit sülhü — Fransa ilə Rusiya arasında sülh müqaviləsi sayılır. 1807-ci ilin iyununda Fridland yaxınlığında fransızlarla döyüşdə rus qoşunları məğlub olur. İyul ayında isə Tilsitdə Rusiya ilə Fransa arasında sülh müqaviləsi imzalanır. Müqaviləyə əsasən, Rusiya Napoleon Bonapart tərəfindən Avropada həyata keçirilmiş dəyişiklikləri tanımağa və İngiltərəyə qarşı kontinental blokadaya qoşulmağa məcbur oldu. Bu sülh Prussiya üçün bir fəlakət idi. Prussiya Elbadan qərbdəki ərazilərindən yeni yaradılmış Vütenberq krallığının xeyrinə məhrum olmuş olur. Polşa əyaləti isə Varşava Böyük hersoqluğuna çevrilir. Beləliklə Prussiya ərazisinin yarısını itirmiş olur eyni zamanda daha yüksək təzminat ödəməklə yanaşı kiçik ordu saxlamaqla kifayətlənməli olur.
İntraskalenar blokada
İntraskalenar blokada — periferik regional anesteziya metodu olub, əsasən yuxarı ətraflarda aparılan xüsusilə çiyin oynağının süni protezlə əvəz ediməsi, çiyin oynağının bağ aparatının plasik əməliyyatlarından sonrakı ağrılara qarşı müalicə üsulu kimi tətbiq edilir. Bu zaman blokada müvafiq boyun nahiyəsindən — döş-körpücük-məməyəbənzər əzələnin bayır kənarı ilə adəm almasından çəkilən nəzəri xəttin kəsişən nöqtədən xüsusi iynə vasitəilə pilləli əzələlərin — lat. Musculi scaleni arasından daxil olaraq, yerli keyləşdirici preparat yeridilməklə əldə edilir. Bu üsul pilləli əzələlərarası inyeksiya olduğuna görə intraskalenar blokada adlandırılır. Uzunmüddətli müalicə üçün isə xüsusi iynənin mənfəzindən kateter yridilir. Kateter dörd aşağı boyun sinirlərinin və qismən IV boyun və I döş sinirlərinin ön şaxələrinin təşkil etdiyi bazu kələfinə yerləşdirilir. Xüsusi portatip infuziya nasosu ilə kateterə davamlı olaraq yerli keyləşdirici preparat yeridilir. Bu zaman anesteziyanın müddəti tətbiq olunan preparatın təsir qüvvəsindən, həcmindən, inyeksiyanın dəqiq icra edilməsindən asılı olaraq qısala və uzana bilir. Regional anesteziya müşahidə manitoru altında (EKQ, arterial təzyiq, pulsoksimetr) tam sterillik göznəlilməklə icra edilməlidir. İlk olaraq müdaxilə olunacaq nahiyə tibbi benzin vasitəsilə yağsızlaşdırılmalı, dezinfeksion məhlulla üç dəfə yuyulmalı və steril materialla izolə olunmalıdır.
Kontinental blokada siyasəti