Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sen-Bodiy-e-Pipe
Sen-Bodiy-e-Pipe (fr. Saint-Baudille-et-Pipet) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38366. Kommunanın 1999-cu il üçün əhalisi 232 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 135 km cənub-şərqdə, Qrenobldan 45 km cənubda yerləşir.
Sen-Bodiy-de-la-Tur
Sen-Bodiy-de-la-Tur (fr. Saint-Baudille-de-la-Tour) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38365. Kommunanın 1999-cu il üçün əhalisi 570 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 230 ilə 404 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 39 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Bodilər
Mekanlar və ya Meenlər – Efiopiyanın cənub-qərbində yaşayan etnik azlıq. 1998-ci ildə aparılmış sorğuya əsasən Efiopiyada 56.585 mekan yaşayır. Xalqın danışdığı dil Nilo-Saxara dil ailəsinin Surmi qoluna daxil olan Meen dilidir. İki əsas xalqdan ibarətdir: dağlıq bölgədə yaşayan Tişana xalqı (aqrikulturalistdirlər) və düzənlikdə yaşayan Bodi xalqı (köçəri həyat tərzi keçirirlər). == Həyat tərzi == Qəbilə içində qaydaları isə yaşlılar müəyyən edir. Aralarında mübahisə yarandıqda dava etmək yerinə bir-birlərinə iribuynuzlu heyvan hədiyyə edir, münaqişəni bu şəkildə həll edirlər. Qarğıdalı, qəhvə və kalış kimi bitkilər becərməyə üstünlük verirlər. Köçəri həyatı heyvanlardan öyrənib. Heyvanlar fəsil dəyişkənliyi zaman yer dəyişdirdikdə qəbilə də onlarla birlikdə köçür. Bunun sayəsində onların qanı ilə qidalanırlar.
Bodie
Bodi (ing. Bodie) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən kabus şəhər. 1880-ci ildə şəhərdə 2.800 nəfər yaşayırdı. Qızıl hərisliyi dövründə şəhərdə əhali sürətlə artmışdır. 1900-cu ildə qızıl bloklarından birində işin zəifləməsi ilə, şəhər əhalisinin artımı dayanmış, 1910-cu ildən etibarən azalmağa başlamışdır. 1962-ci ildə kabus şəhərin yerləşdiyi ərazi milli parka çevrilmişdir. Hər il Bodie şəhərini 200 min turist ziyarət edir.
Boril
Çar Boril — İkinci Bolqarıstan imperiyasının IV imperatoru (1207-1218), Kaloyanın bacısının oğlu. == Hakimiyyəti == Çar Boril Kaloyanın işğalçı siyasətini davam etdirmək istəsə də, hakimiyyətinin ilk illərində qardaşı Strej Asen Serbiya knyazı Stefan Nemanyiçin köməyi ilə Prosekdə üsyana qalxmışdı. Borilin dayısı oğlu Aleksi Slav da Melnikdə öz müstəqilliyini elan etmişdi. 1208-ci ildə də Latın imperatoru Flandriyalı I Henri tərəfindən məğlub edilərək, şimali Trakiya və Rodopu itirmişdi. 1209-cu ildə qardaşı Strej yenidən Borilə tabe olmuş, sebastokrator titulunu almışdı. 1211-ci ildə kumanların üsyanını yatırmaq üçün macarlardan kömək alan çar bu kömək müqabilində Belqradı güzəştə getməli olmuşdu. 1211-ci ildə Kaloyanın qızı Mariya Aseni imperator Henriyə ərə verərək yeni müttəfiq qazanmışdı. 1215-ci ildə qardaşı Strejin ölümündən sonra Serbiya ilə müharibəyə başı qarışan Boril, 1217-ci ildə II İvan Asenin sürgündən qayıtması səbəbilə 7 ay mühasirə nəticəsində devrilmiş, kor edilmiş və monastıra göndərilmişdir. == Ailəsi == Kaloyanın dul həyat yoldaşı kuman Anna ilə evlənmiş və adı mənbələrdə verilməyən bir qızı doğulmuşdur.
Bodiam qəsri
Bodiam qəsri (ing. Bodiam Castle) — Susseks qraflığında, Roter çayı sahilində yerləşən qəsr. İngiltərədə yaşayış üçün əlverişli nadir qəsrlərdən biridir. Qala xüsusiyyətlərini qoruyub saxlamaqla yanaşı, həm də ətraf ərazidən çox ustalıqla ayrılmışdır. Dərin xəndək və su qəsrin kənar hücumlardan qorunmusı üçün nəzərdə tutulmuşdur. Maraqlıdır ki, qəsrin mövcud olduğu müddətdə o heç bir hücuma məruz qalmayıb və özünün müdafiə özəlliyini həyata keçirə bilməmişdir. Qəsr III Eduardın cəngavəri olmuş Edvard Delinqric tərəfindən inşa olunmuşdur. Qəsri Yüzillik müharibə zamanı fransızların bölgəyə hücumlarından müdafiə olunmaq üçün tikmişlər. == Tarixi == III Eduard 1360-cı ildə, Yüzillik müharibə zamanı Fransa ilə müqavilə imzaladı və könüllü olaraq Fransa taxtından imtina etdi. Bu zaman Akvitaniya, Kale ərazilərinə o nəzarət etsə də, buradan öz ordularının çıxarılması məsələsini tam həll etmədi.
Nataliya Budilo
Nataliya Budilo (8 avqust 1979) — Belarusu təmsil edən bədii gimnast. Nataliya Budilo Belarusu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Bodi
Bodi (ing. Bodie) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən kabus şəhər. 1880-ci ildə şəhərdə 2.800 nəfər yaşayırdı. Qızıl hərisliyi dövründə şəhərdə əhali sürətlə artmışdır. 1900-cu ildə qızıl bloklarından birində işin zəifləməsi ilə, şəhər əhalisinin artımı dayanmış, 1910-cu ildən etibarən azalmağa başlamışdır. 1962-ci ildə kabus şəhərin yerləşdiyi ərazi milli parka çevrilmişdir. Hər il Bodie şəhərini 200 min turist ziyarət edir.
Konstantin Bodin
Konstantin Bodin (XI əsr – 1108) — Duklya və Dalmaçiya kralı və III Pyotr adı ilə Bolqarıstan çarı. == Həyatı == Duklya kralı I Mixailin oğlu olub, Voyislavyeviç sülaləsindən idi. Anadan olduğu tarix bilinmir. === Bolqarıstan çarı kimi === 1072-ci ildə Skopye ekzarxı Georgi Voytex tərəfindən növbəti üsyan başlamışdı. Üsyançılar I Mixailə oğullarından birini onlara liderlik etməsi üçün göndərməyini xahiş etmişdilər. Bodin I Samuilin nəticəsi idi. 1072-ci ildə Bodin III Pyotr adı ilə çar elan olunmuşdu. Lakin elə həmin il üsyan dağıdıldı və Bodin həbs olunaraq Antakiyaya göndərildi. === Duklya kralı kimi === Bodin 6 il sonra Venesiyalı tacirlər tərəfindən ölkəsinə geri gətirildi. və 1081-ci ildə kral elan olundu.
İqor Bokiy
İqor Aleksandroviç Bokiy (belar. Ігар Аляксандравіч Бокій; doğ. 28 iyun 1994-cü il, Bobruysk, Mogilyov vilayəti, Belarus) — Belarus paralimiyaçısı. İqor üzgüçülük idmanı üzrə, görmə qabiliyyəti olmayan idmaçılar kateqoriyasında yarışır. 11 qat Paralimpiya Oyunları çempionu. Dəfələrlə dünya və Avropa çempionu olmuşdur. Belarus Respublikasının beynəlxalq dərəcəli idman ustası (2011). Altı yaşından bəri üzgüçülüklə məşğul olur. 2010-cu ildə "Bobruysk 4 nömrəli Uşaq və Gənclər İdman Məktəbi"ni (üzgüçülük şöbəsi), 2012-ci ildə Minsk Regional Olimpiya Ehtiyatları Məktəbini bitirib. 2012-ci ildə Belarus Dövlət Universitetinin tələbəsi olmuşdur.
Bodi (ada)
Bodi yarımadası — Sədd yarımadası olaraq, Şimali Karolina ştatının şimalında yerləşir. Bodiyə ada sözü onun hələ materikə birləşməsindən önçə adlandırılıb. Materiklə arasında olan boğaz bağlanmışdır və yarımadanın bir hissəsinə çevrilir. Burada Bodi yarımadası vardır. Mühüm şəhərləri: Naqs-Hed, Kill-Devil-Hillz, Kitti-Houk, Dak, Korolla, Keyrova-Biç və Sauzern-Şoorz. == Mənbə == Bodi yarımadası.
Body Paint
"Body Paint" — İngilis rok qrupu Arctic Monkeys-in yeddinci studiya albomu The Car-da ifa olunan mahnı. == Tanıtım == Qrup mahnını ilk dəfə 22 sentyabr 2022-ci ildə ABŞ-nin Bruklin şəhərindəki Kings Theatre-da baş tutan konserti zamanı nümayiş edib. Konsertdə telefon çəkilişinin qadağan olunmasına baxmayaraq, bəzi tamaşaçılar səsyazma istifadə edərək mahnını sosial şəbəkələrdə yayımladılar. Bir həftə sonra 29 sentyabr 2022-ci ildə Body Paint musiqi videosu ilə birlikdə sinql kimi buraxıldı, həmin gün qrup Cimmi Fallonun The Tonight Show televiziya şousunda mahnını canlı ifa etdi.
Boil burnu
Boil burnu (bolq. нос Боил, ‘Nos Boil’ \'nos bo-'il\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənubda yerləşən burundur. Burun Retije buxtasından qərbdə yerləşmişdir. Burun şimal-şərqi Bolqarıstanda yerləşən Boil şəhərinin adını daşıyır. == Yerləşməsi == Vyu burnundan 6.45 km şimal-qərbdə, Teodolit təpəsindən 7.45 km cənub-şərqdə, Kamel nunataklarından 8.45 km cənubda, Qarvan burnundan 5.82 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == Trinity Peninsula. Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine Scale 1:250000 topographic map No. 5697. Institut für Angewandte Geodäsie and British Antarctic Survey, 1996.
Shake Your Body
Shake Your Body — Maykl Ceksonun bir mahnısı.
Sofi Bodi-Qendrot
Sofi Bodi-Qendrot (30 oktyabr 1942, Verden – 21 sentyabr 2018[…], XV arondisman (Paris)) — təhlükəsizlik məsələləri, şəhər zorakılığı, sosial bərabərsizlik və Avropa və Amerika şəhərlərində gənc miqrantların məruz qaldıqları ayrı-seçkilik mövzularında ixtisaslaşmış fransız politoloqu, kriminoloq və sosioloq idi. O, Siyasi Araşdırmalar İnstitutu (Paris), Nyu Orlean Universiteti, Midlberi kolleci, Kolumbiya Universiteti, Nyu-York Universiteti, Sosial Elmlər Ali Məktəbi, Paris Nanterre Universiteti, Blez Paskal Universiteti, Paris Sorbon Universitetində mühazirələr oxuyub. Bodi-Qendrot ingilis və fransız dillərində 20-dən çox kitabın, eləcə də 150-dən çox fəsil və akademik məqalənin müəllifi və ya birgə redaktoru olub. O, 2005-ci ildə Akademik Palma ordeninə layiq görülmüş və 2012-ci ildə Fəxri Legion Ordeni ilə təltif edilmişdir. Bodi Qendrot 30 oktyabr 1942-ci ildə Verden, Mözdə anadan olub. O, həkim Moris Bodi və rəssam Jaklin Kontantın qızı idi. Bodi-Qendrot 17 yaşına qədər Verdendə böyüdü və Verdendəki Margueritte Liseyində, sonra Parisdəki Sévigné Kollecində təhsil aldı. 1963-cü ildə o, Paris Universitetində ingilis dili üzrə magistr dərəcəsi alıb, beş ildən sonra Parisdəki Siyasi Araşdırmalar İnstitutundan Amerika vətəndaş hüquqları hərəkatı üzrə diplomunu qazanıb və 1979-cu ildə Nyu-Yorkda məktəb münaqişələri sahəsində siyasi elmlər üzrə post-dövlət magistr dərəcəsini əldə etmişdir. O, İngiltərənin Uolsoll şəhərində oxucu kimi vəzifəyə başlayıb və sonra 1964–1965-ci illər arasında Romadakı Amerika Xarici Məktəbində dərs deyib. Bodi-Qendrot Kofremka Rəy Tədqiqat İnstitutunda işləyib və 1975-ci ildə Parisdə Midlberi məktəbinin direktor köməkçisi kimi işləmək üçün Parisə köçməmişdən əvvəl Nyu Orlean Universitetində tələbələrə dərs deyib.
BADIL
Fələstinlilərin Yaşayış və Qaçqınların Hüquqları üzrə BADIL Resurs Mərkəzi — fələstinli qaçqınların və məcburi köçkünlərin hüquqlarını qorumaq, onları təşviq etmək öhdəliyi daşıyan müstəqil, insan hüquqları üzrə qeyri-kommersiya təşkilatı. BADIL 1998-ci ilin yanvarında təsis edilmişdir. İsrailəmeylliü "NGO Monitor" qrupunun məlumatına görə, BADIL İsrail hərbi rəsmilərinə qarşı "qanun"la məşğuldur və həmçinin antisemit karikaturalar dərc etmişdir. BADIL BMT-nin İSŞ yanında xüsusi məsləhətçi statusuna malikdir və eyni zamanda çoxlu sayda Fələstin təşkilatı şəbəkələrinin bir hissəsidir. BADIL fələstinli qaçqınların problemləri ilə bağlı ingilis dilində rüblük nəşr olunan "Al-Majdal" jurnalını dərc edir.
Touch Me (I Want Your Body)
Touch Me (I Want Your Body) – Samanta Foks tərəfindən 1986-ci ildə ifa edilmiş mahnıdır. "Touch Me (I Want Your Body)" mahnısı London şəhərində "Battery Studios" studiyasında yazılmışdır. Mahnının leyblı "Jive Records" səsyazma kompaniyasına məxsusdur. Bir sıra nəqarətlərdə ehtiraslı sözlər nəzərə çarpılır. Mahnı bir çox ölkələrin, o cümlədən, Kanada, İsveç, İsveçrə, Norveç, CAR, Finlandiya və Avstraliya ölkələrinin hit-paradlarında ilk pillədə uzun müddət qalmış, Avstriya ölkəsində 2-ci pillədə, Böyük Britaniya, İrlandiya və İtaliya ölkələrində 3-cü pillədə, ABŞ, Almaniya, Fransa ölkələrində 4-cü pillədə, digər ölkələrin hit-paradlarında isə mühüm pillələrdə səslənmişdir. 2004-cü ilin Avqust ayında mahnının kaver versiyası hazırlanmış və bu versiyanı İsveç ifaçısı Qünther ilə Samanta Foks duet şəklində oxumuşlar. Kaver versiya İsveç ölkəsinin hit-paradında ilk mövqe tutmuşdur. 1987-ci ildə Böyük Britaniyanın "The KLF" qrupu tərəfindən səsləndirilən «All You Need Is Love» mahnısında bu mahnının bir sıra elementləri səsləndirilir. 2004-cü ildə İsveç ifaçısı Günther yeni vokal qrupu ilə mahnının kaver versiyasını səsləndirir. Mahnı klipində Samanta Foks iştirak edir.