Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mərdəkan Bağçılıq və Bostançılıq Məktəbi
Mərdəkan Bağçılıq və Bostançılıq Məktəbi — 1896-cı ilin 27 oktyabr tarixində mesenat Hacı Zeynalabdin Tağıyevin şəxsi vəsaiyti hesabına Bakının Mərdəkan kəndində açılmışdır. birinci il məktəbdə 40 şagird təhsil almışdır. Təhsil müddəti 5 il olmuşdur. Tədris planına azərbaycan, rus dilləri, hesab və hüsnxətt fənnləri daxil edilmişdi. Məktəbin nəzdində internat vardı. Kənd icması tərəfindən ayrılmış 10 ha-dan artıq təqris-təcrübə sahəsində yerli şəraitə uyğun gül-çiçək, dərman bitkiləri və texniki bitkilər becərilirdi. Hətta şitillik təşkil olunmuşdu.
Neo-Osmançılıq
Yeni Osmançılıq və ya Neoosmançılıq – Türkiyənin Osmanlı İmperiyasının dini, mədəni və siyasi irsini sahiblənməsi lazım olduğunu müdafiə edən bir ideologiya. 1974-cü ildə Türk ordusunun Kiprə getdiyi və üçdə birini nəzarət altına alması ilə Türklərin adaya hücumlarından sonra yunanların ortaya atdığı bir nəzəriyyədir. Yeni Osmanlıçılıqdan xüsusilə Türkiyə Respublikası köhnə baş naziri Əhməd Davudoğlunun xarici siyasətinə bağlı bir ad olaraq ortaya çıxmışdır. Davutoğlu, bu məsələ qarşı Yeni Osmanlıçılıq kimi bir siyasətinin olmadığını bildirdi. Lakin "Dərin Strateji Dərinlikdə" adlı kitabında Davudoğlu Yeni Osmanlılığı Turqut Özalın xarici siyasəti ilə əlaqələndirir və bunu diplomatik bir yenilik adlandırır. Buna görə Davudoğlu bu termini özü qəbul etdi . Turgut Özal hökumətinin izlədiyi siyasət Yeni Osmanlılığın ilk addımları olaraq şərh edilə bilər. 2002-ci ildə Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldikdən sonra bu fikir yenidən gündəmə gəlmiş, 2009-cu ildə, Türkiyənin xarici siyasətinin arxasında duran ən nüfuzlu şəxslərdən biri olan Yeni Osmançılığın müdafiəçilərindən biri olan Əhməd Davudoğlu, Türkiyənin xarici siyasətinin bu istiqamətdə gedəcəyi təəssüratı yaratdı. Əhməd Davudoğlu, İngiltərənin qurduğu Millətlər Birliyi təşkilatını nümunə göstərərək, Türkiyənin də Osmanlı Millətlər Birliyi qura biləcəyini açıqlamışdır. Bundan başqa Davudoğlu, 25 Aprel 2011-ci ildə Çanaqqalada "Bizdən qoparılan Dünya bizimlə təkrar birləşsin.
Bostancılar
Bostancılar Ocağı (Türkcə: Bostancı Ocağı) — Osmanlı dövlətində saray təşkilatının əsas hissəsini əmələ gətirən qurum. == Haqqında == Quruluş tarixi bilinməsə də, tarixi mənbələrdə ilk dəfə I Murad dönəmində adı çəkilir. Bostancı Ocağının nümayəndələri dəvşirilən oğlan uşaqları arasından seçilirdi. Topqapı sarayının çöl xidmətində olan bostancıların əsas vəzifələri saraya aid bağ və bağçalarla padşaha məxsus olan qayıqlarda çalışmaq idi. Ancaq bu şəxslər saraya aid bütün işlərdə işlədilirdi. İstanbuldan başqa, Ədirnədə də bir Bostancılar ocağı var idi. Bursa, Gəlibolu və hətta Amasiyada da, padşahlara məxsus bağ və bağçaların olduğu yerlərdə də bostancılar fəaliyyət göstərirdi. Topqapı sarayının bostancıları 20 dəstədən ibarət idi. Bu dəstələrin hər birində 14–49 nəfər olurdu. XVI əsrin sonlarında padşah bağçasında çalışan bostancıların sayı 645, digərlərinin sayı isə 971 nəfər idi.