Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Boyaqotu
Boyaqotu (lat. Rubia) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi. Boyaqotu Azərbaycanda qədim zamanlardan becərilən və xüsusi əhəmiyyət kəsb edən texniki bitkilərdən biridir. Boyaqotu adı ilə tanınan bu bitkidən toxuculuqda qırmızı rəng kimi istifadə edildiyi üçün ona qızıl boya adının verilməsi də təsadüfi deyildir. Azərbaycanda yabanı halda bitdiyini və toxuculuqda rəng üçün geniş istifadə edildiyini nəzərə alsaq, onun bu ərazidə hələ eramızdan çox-çox əvvəl becərildiyini ehtimal etmək olar. Lakin ilk orta əsrlərdə bu bitkinin Azərbaycanda geniş becərilməsi tamamilə qanunauyğun bir haldır. Bu dövrdə feodalizmin təşəkkülü, şəhərlərin yaranması və inkişafı bu şəhərlərdə toxuculuğun geniş miqyas alması və bununla əlaqədar olaraq rəngə olan tələbat boyaq kökünün daha bol istehsalını tələb edirdi. Ona görə də ölkədə boyaqotu bitkisinin əkin sahəsi də artırdı. Əsrlər boyu boyaqotu bitkisinin becərilməsində elə bir əsaslı dəyişiklik olmamışdır. Başqa bitkilər kimi, boyaqotu bitkisi xam torpaqda daha çox məhsul verir.
Boyaqotu (Gürcü boyaqotu)
Adi boyaqotu
Adi boyaqotu (lat. Rubia tinctorum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin boyaqotu cinsinə aid bitki növü. == Arealı == Vyetnam, eləcə də Avropanın cənub-şərqindən Himalaya qədər yayılmışdır. Azərbaycanda Böyük Qafqaz (Quba), Abşeron, Kür-Araz ovalığı, Naxçıvanın düzənlik və dağlıq ərazilərində, Lənkəran ovalığında, ümumiyyətlə, ovalıq və dağlarda orta dağ qurşağına qədər yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 80-100 sm-ə qədər olan çoxillik ot bitkisidir. Kökümsovları oduncağabənzər olub, uzundur, qalınlığı 1,5 sm-ə qədərdir, zoğ vermir; kökləri çoxbudaqlanan, oduncağabənzərdir və qırmızımtıl-qonur rəngli soyulan qabığı vardır. Gövdəsi qismən düzduran və ya yuxarı hissəsi dırmaşan, qonşu bitkilərə sarmaşandır, çox qısa qabarıq tüklərlə örtülmüş, bəzən çılpaq, yalnız buğumlarda tükcüklüdür, dördtillidir, qalınlaşmış tillərlə üzüaşağı qatlanmış tikanlar yerləşmişdir. Çoxillk ot bitkisi olub, az və ya çox dərəcədə tüklü, güclü kök sisteminə malik, torpağın dərinliyinə qədər üfqi xətt boyunca gedə bilən kökümsovlardan ibarətdir. Gövdəsi budaqlanan, zəncir halqasına bənzər, dördtilli, kənar hüdudu boyunca tikanlı nahamar olub, uzunluğu 2 m-ə qədərdir. Buğumarası qısa yarpaqlar arasında yerləşir.
Gürcü boyaqotu
Adi boyaqotu (lat. Rubia tinctorum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin boyaqotu cinsinə aid bitki növü. == Arealı == Vyetnam, eləcə də Avropanın cənub-şərqindən Himalaya qədər yayılmışdır. Azərbaycanda Böyük Qafqaz (Quba), Abşeron, Kür-Araz ovalığı, Naxçıvanın düzənlik və dağlıq ərazilərində, Lənkəran ovalığında, ümumiyyətlə, ovalıq və dağlarda orta dağ qurşağına qədər yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 80-100 sm-ə qədər olan çoxillik ot bitkisidir. Kökümsovları oduncağabənzər olub, uzundur, qalınlığı 1,5 sm-ə qədərdir, zoğ vermir; kökləri çoxbudaqlanan, oduncağabənzərdir və qırmızımtıl-qonur rəngli soyulan qabığı vardır. Gövdəsi qismən düzduran və ya yuxarı hissəsi dırmaşan, qonşu bitkilərə sarmaşandır, çox qısa qabarıq tüklərlə örtülmüş, bəzən çılpaq, yalnız buğumlarda tükcüklüdür, dördtillidir, qalınlaşmış tillərlə üzüaşağı qatlanmış tikanlar yerləşmişdir. Çoxillk ot bitkisi olub, az və ya çox dərəcədə tüklü, güclü kök sisteminə malik, torpağın dərinliyinə qədər üfqi xətt boyunca gedə bilən kökümsovlardan ibarətdir. Gövdəsi budaqlanan, zəncir halqasına bənzər, dördtilli, kənar hüdudu boyunca tikanlı nahamar olub, uzunluğu 2 m-ə qədərdir. Buğumarası qısa yarpaqlar arasında yerləşir.
Boyaqotukimilər
Boyaqotukimilər (lat. Rubiaceae) — ikiləpəlilərin acıçiçəkkimilər dəstəsinə aid bitki fəsiləsi. Fəsiləyə 600-dən çox cins və 10 000-dən çox növ daxildir.
Boğazotu
Boğazotu (lat. Prunella) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Yayılması == Növlərinin əksəriyyəti Avropa, Asiya, Şimali Afrika və Şimali Amerikada yayılıb. == Botaniki xarakteristikası == Cinsə daxil olan növlər hündürlüyü 60 sm-ə çatan düz duran gövdəyə malikdirlər. == Sinonimləri == === Heterotipik sinonimləri === Brunella Mill.
Bulaqotu
Bulaqotu (lat. Veronica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Anaqallisəbənzər bulaqotu (lat. Veronica anagalloides Guss.) Dərman bulaqotu (lat. Veronica officinalis L.) Gülçülükdə bulaqotunun aşağıdakı növlərindən istifadə olunur: İri bulaqotu (V. teucriu) hündürlüyü 45 sm-ə çatan, göy və ya ağ çiçəkləri olan bitkidir. Virciniya bulaqotunun (V. virginica) hündürlüyü 150 sm-ə, daraqşəkilli bulaqotunun (V. pectinata) hündürlüyü isə 90 sm-ə çatır, çəhrayı və mavi rəngli çiçək açır, sünbülşəkilli bulaqotu (V. spicata) isə mavi, ağ və rəngli çiçəkləri olan bitkidir. Bulaqotunun çoxillik kolları çoxsaylı birillik bitkilərdən ibarətdir. Bulaqotunu kolun pöhrələri ilə və qələmlə çoxaltmaq olar. Bunun üçün yazda kəsilən cavan zoğlardan istifadə edilir.
Qonaqotu
Qonaqotu (lat. Passiflora) — qonaqotukimilər fəsiləsinə aid bitki cinsi. Anthactinia Bory ex M.Roem. Asephananthes Bory Baldwinia Raf. Ceratosepalum Oerst. Cieca Medik. Decaloba M.Roem. Disemma Labill. Granadilla Mill. Monactineirma Bory Murucuja Medik.
Adi boğazotu
Adi boğazotu (lat. Prunella vulgaris) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin boğazotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü (3) 8-40 (60) sm, gövdəsi düzduran və yaxud əyilib qalxandır, çılpaq və ya nahamar tüklü, uzun sürünən kökümsovlu çoxillik ot bitkisidir. Yarpaqları saplaq üzərindədir, uzunluğu 2-6 sm, eni 1-3 sm-dir, yumurtaşəkilli və ya yumurtaşəkilli-uzunsov, adətən pazşəkilli olur, uc hissədə küt və ya sivritəhər, kənarları tamkənarlı və ya seyrək dişlidir. Çiçək qrupu başcıq və ya sünbülşəkilli, yumurtaşəkilli və ya uzunsov olub, onun əsasında bir cüt oturaq yarpaq yerləşir. Çiçək qrupunda çiçək köbəsi yığılmışdır. Tac bənövşəyi, bəzən isə ağ rəngdə olur, uzunluğu 8-12 mmdir, 1,5-2 dəfə kasacıqdan uzun və ya ondan az fərqlənir, tacın borucuğu düzdür. Fındıqcalar yumurtaşəkilli və ya ellipsvari, hamar, parlaq, bayır tərəfi yastı və uzunluğu 2 mm-ə qədərdir. May ayında çiçəkləyir, iyun-avqust aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında, nadir halda Kür-Araz oval.
Anaqallisəbənzər bulaqotu
Anaqallisəbənzər bulaqotu (lat. Veronica anagalloides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü.
Balaca bulaqotu
Balaca bulaqotu (lat. Veronica minuta) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çılpaq, çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylıdır, nazik, sərilən, 2,5-10 sm uzunluqdadır. Yarpaqlar xırda, qısasaplaqlı, dairəvi, oval və ya yumurtaşəkilli, tamkənarlı, 3-7 mm uzunluqdadır. Salxımlar təpədə yerləşir, qısa, seyrək, uzunsov-tüklü, vəzili deyil. Meyvə kasacığın hissələri 3 mm uzunluqda, oval və uzunsov, kənarlardan ağ kirpiklidir. Çiçək tacı mavi, kasacıqdan 2 dəfə böyükdür. Qutucuğu 4mm uzunluqda, sıxılmış, kənarlardan kirpiklidir.
Dərman bulaqotu
Dərman bulaqotu (lat. Veronica officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü. == Sinonimlər == Cardia officinalis (L.) Dulac Veronica officinalis var. officinalis Veronica officinalis f.
Gözəl bulaqotu
Gözəl bulaqotu (lat. Veronica amoena) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Sallanan, birillik ot bitkisidir. Gövdəsi 5-15 sm hündürlükdədir. Yarpaqlar qısasaplaqlıdır. Yumurtavari və ya üçbucaq yumurtavaridir, kütdür. Kasacığı 4 bölümlüdür, hissələri eyni deyil, lansetvari, meyvəvermə zamanı 6-9 mm uzunluqdadır. Çiçək tacı iri, parlaq-göy rəngdədir, Kasacıqdan uzundur. Ləçəkləri 6-9 mm uzunluqdadır.
Mavi qonaqotu
Passiflora caerulea (lat. Passiflora caerulea) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü. Vətəni Cənubi Braziliya və Argentinadır. == Botaniki təsviri: == Həmişəyaşıl liandır. Düzənliklərdə və dağlarda dəniz səviyyəsindən 1200 m-ə qədər hündürlükdə bitir. Bu bitkinin cavan yarpaqları qırmızı, yaşlı yarpaqları isə tünd yaşıl, uzunsov formalı, 5-7 hissəyə dərin bölünmüş, diametri 20 sm-ə qədərdir. Çiçəkləri iri, mavi rəngli, təkdir, diametri 7-9 sm, zərif ətri feyxoanın çiçəklərinin ətrinə bənzəyir. Erkəkcikləri və dişiciyi əhatə edən rəngli saplaqlardan ibarət «tac» bitkiyə əsas dekorativ effekt verir. Əsasən yaz-payız dövründə çicəkləyir. Meyvəsi qışda yetişir.
Pisiyli qonaqotu
Pisiyli qonaqotu (lat. Passiflora foetida) - qonaqotu cinsinə aid bitki növü. Decaloba obscura (Lindl.) M.Roem. Dysosmia ciliata M.Roem. Dysosmia foetida (L.) M.Roem. Dysosmia gossypiifolia M.Roem. Dysosmia hibiscifolia M.Roem. Dysosmia nigelliflora M.Roem. Dysosmia polyadena M.Roem. Granadilla foetida (L.) Gaertn.
Saplaqlı bulaqotu
Hündürlüyü 40 sm-ə qədər, gövdəsi kök hissədən başlayaraq çoxsaylı olub, əyilib qalxandır, yaşıl rəngli, bəzən iki cərgəli qısa qıvrım tüklü olan çoxillik ot bitkisidir. Yarpaqları qarşı-qarşıya düzülmüşdür, qısa saplaqlıdır, yumurtaşəkilli, nadir halda uzunsovdur, iri dişli və yaxud kəsilmiş şəkildədir, uzunluğu 1,5–3 (4) sm-dir, hər iki tərəfdən, əsasən alt tərəfdən tüklüdür. Salxımları qoltuqda yerləşmiş, uzuntəhərdir. Tac ağımtıl olub, qırmızımtıl və ya tutqun mavi rəngli damarı vardır. Qutucuq 4–5 mm uzunluqdadır, qısa tüklü və ya çılpaqdır, köndələn-ovaldır, az yumulmuş, demək olar ki, bitişikdir, kasacığa bərabər və ya ondan qısadır. Toxumları hər yuvada 2–3 ədəd olmaqla yerləşmiş, yumurtaşəkillidir, uzunluğu 1,5 mm-dir. May-İyul (Avqust) İyun-Avqust BQ (Quba), BQşərq, BQ qərb, KQ şimal (nadir halda). Orta dağ qurşağında, subalp qurşağına qədər(1800 m-ə qədər d.s.y.) Meşələrdə və kolluqlarda, subalp çəmənlərində, çaqıl daşlı çay yataqlarında, qayalarda və daşlı töküntülü yerlərdə rast gəlinir.
İnkarnat qonaqotu
İnkarnat qonaqotu (lat. Passiflora incarnata) — qonaqotu cinsinə aid bitki növü.
Şərqiqafqaz bulaqotu
Şərqiqafqaz bulaqotu (lat. Veronica albanica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü. Bu növün arealı Cənubi Qafqazın şərq hissəsini təşkil edir. Əsasən Abşeron yarımadası və Xəzər dənizi sahillərində yerləşən düzənliklərdə yayılmışdır. Növ quru eniş sahələrində. 140-300 metr yüksəkliklərdə bitir. Budaqları düzdür və 5-8 sm olur. Gülləri az çiçəklidir. Tumları 1,5 mm uzunluğa, oval, demək olar ki örtüksüz və yumşaq xüsusiyyətə malikdir. Флора СССР. В 30 т.