Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Boylu acılıq
Boylu şüvərən
Boylu şüvərən (lat. Sisymbrium altissimum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü. Hündürlüyü 20-60 sm olan, sərt yoğun gövdədən və aralanan budaqlı birillik ot bitkisidir. Aşağı yarpaqları qayıqvari şəkildə həlqəvari bölünəndir, yuxarı yarpaqları sapvari şəklindədir. Çiçəkləri yumşaq salxımdan ibarətdir. Ləçəkləri zəif sarımtıl rəngdə olub, solan zaman tamamilə ağ rəngə çevrilir. Toxumları enli ellipsvari, tünd qəhvəyi rəngdədir. Aprel-may aylarında çiçək açır, may-iyun aylarında meyvə verir. Azərbaycanın Abşeron, Kür-Araz düzənliklərində, Naxçıvanın dağlıq zonalarında, Lənkəran düzənliklərində yayılmışdır. Bundan başqa bitkiyə düzənlikdən tutmuş orta dağ qurşaqlarına qədər zonalarda da rast gəlmək olar.
Bozlu
Bozlu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Bozlu (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd Bozlu (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd.
Poylu
Yaşayış məntəqələri Poylu (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Poylu (Ağstafa) Poylu (kənd, Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Poylu (qəsəbə, Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Digər Poylu dəmiryolu körpüsü — Kür çayı üzərində dəmiryolu körpüsü.
Xoylu
Xoylu (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Türk-Xoylu — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Soylu
Soylu (Qars) — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Soylu Atalı — Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsü, ruhaniyyatçı, publisist. Süleyman Soylu — Türkiyəli siyasətçi, Türkiyə Respublikasının Daxili İşlər naziri (2016–2023).
Bolu
Bolu — Türkiyənin Bolu ilinin inzibati mərkəzi. Yenigeçitveren (Bolu) Novagra geciktirici hap Arxivləşdirilib 2016-12-02 at the Wayback Machine sitesi üzerinden sipariş verebilirsiniz.
Bozlu (Kəlbəcər)
Bozlu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Təkəqaya kənd inzibati ərazi dairəsində kənd. Kənd XIX əsrin sonlarında Babaşlar kəndindən çıxmış bozlu adlı nəslin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Bozlu kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Bozlu Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Lev kənd Sovetindən Bozlu kəndi Təkəqaya kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Kənd Murovdağ silsiləsinin yamacında yerləşir.
Bozlu (Laçın)
Bozlu — Azərbaycan Respublikasının Laçın rayonu Bozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Bozlu kəndi Mirik kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Bozlu kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kəndin keçmış adı Bozlu Ağcakənd olmuşdur. XVIII əsrdə Dərələyəz mahalından gəlib burada məskunlaşmış bozlu (bozulu) tayfasının adındandır. XIX əsrdə kəndin əhalisi hazırda Bozlu gövşəni, Bozlu copu (Minkəndin qərbində) adlanan yerdən Minkənd çayının sol sahilindəki indiki yerə köçmüşdür. Etnotoponimdir. Kəndin adı işğaldan sonra ermənilər tərəfindən dəyişdirilməmişdir. Tarixi baxımdan Bozlu kəndinin ərazisi tam tədqiq edilməsə də, bu ərazidə albanlara aid daş fiqurların çoxluğu, orta əsrlərə aid su dəyirmanının mövcudluğu və qədim alban kilsəsi, coxsaylı qədim yaşayış məskənləri olmuş mağaralar diqqət çəkir.
Bozlu (Urmiya)
Bozlu (fars. بزلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 55 nəfər yaşayır (17 ailə).
Poylu (Ağstafa)
Poylu (kənd, Ağstafa)
Poylu (Samux)
Poylu — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qabırrıçayın sahilində, dağ­ətəyi ərazidədir. Keçmiş adı Eldar olmuşdur. Kənddə Ağstafa rayonunun Poylu kəndindən köçüb gəlmiş ailələr məskunlaşdığı üçün belə adlandındırılmışdır. Əhalisinin sayı 1715 nəfərdir.
Poylu bələdiyyəsi
Poylu bələdiyyəsi (Ağstafa) — Ağstafa rayonunda bələdiyyə. Poylu bələdiyyəsi (Samux) — Samux rayonunda bələdiyyə.
Soylu Atalı
Soylu Atalı (Talıblı Zülfüqar Qara oğlu; 13 yanvar 1966, Kəpənəkçi, Bolnisi rayonu) — Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsü, ruhaniyyatçı, publisist. Soylu Atalı 13 yanvar 1966-cı ildə Gürcüstan SSR-nin (indiki Gürcüstan Respublikası) Bolnisi rayonunun Kəpənəkçi kəndində doğulmuşdur. 1983-cü ildə Kəpənəkçi 1 saylı orta məktəbi bitirmiş və Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. Bir il axşam şöbəsində təhsil aldıqdan sonra 1984-cü ildə sovet ordu sıralarına çağırılmış və 1986-cı ildə hərbi xidməti başa vuraraq institutda təhsilini əyani şöbədə davam etdirmişdir. 1991-ci ildə "Mülki və sənaye binalarının tikintisi" ixtisası üzrə təhsilini başa vurmuşdur. 1990-cı ilin fevralında Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda tələbələrlə görüş keçirən Asif Ata ilə tanış olmuş və onun ruhani mübarizəsinə qoşulmuşdur. Asif Atadan "Soylu" adını almış, sonrakı fəaliyyəti və yaradıcılığı bu ad altında getmişdiar. Mütləqə İnam Ocağının Asif Atadan sonrakı fəaliyyəti (5 iyun 1997-ci ildən bu günədək) əsasən Soylu Atalının adı ilə bağlıdır. Ocağın bütün tədbirlərinin aparıcılığı, Asif Ata tərəfindən ideya kimi verilmiş Ocaq Bayramlarının gerçəkləşdirilməsi, Ruhani Beşikbaşı Mərasimlərinin (toy ənənəsi) və Ölügötürmə (yas) Kurallarının nəzəri olaraq (kitab halında) işlənilməsi və bu ideyaların həyata keçməsi, Ata irsinin sistemləşdirilməsi, Ocaq-türk əlifbasının təbliği Soylu Atalının inadı sayəsində baş tutmuşdur. O, Asif Atanın Azərbaycanın siyasi xilası kimi düşündüyü "Uluyurd Hərəkatı"nın nəzəri prinsiplərini işləyib ərsəyə gətirmişdir.
Süleyman Soylu
Süleyman Soylu (21 noyabr 1969, İstanbul) — Türkiyəli siyasətçi, Türkiyə Respublikasının Daxili İşlər naziri (2016-2023). Soylu 2015-ci ildə baş tutan ümumxalq səsverməsində Trabzon millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə seçilmiş və 2015–2016-cı illər arasında Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə naziri olmuşdur. Ədalət və İnkişaf Partiyasına qatılmazdan öncə, 2008–2009-cu illərdə Demokrat Partiyasının sədri kimi fəaliyyət göstərmişdir. Süleyman Soylu əslən Trabzonludur. Orta təhsilini İstanbulda Plevne liseyində almışdır. Ardınca isə İstanbul Universitetinin İdarəetmə fakültəsini bitirmişdir. İlk dəfə 1989-cu ildə dostları ilə birlikdə şirkət təsis edərək ticarətlə məşğul olmuşdur. Siyasi karyerasına 1987-ci ildə başlamışdır. 1987–1990-cı illər arasında Doğru Yol Partiyasının İstanbul üzrə gənclər təşkilatının idarə heyəti üzvü və təşkilat rəhbəri kimi fəaliyyət göstərmişdir. 1995-ci ildə isə Qaziosmanpaşa təşkilatının idarə heyətinə üzv seçilmiş, 4 il sonra 1999-cu ildə partiyanın İstanbul şəhər təşkilatının rəhbəri olmuşdur.
Türk-Xoylu
Türk-Xoylu — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Türk Xoylu Goranboy rayonunun eyniadlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 124 nəfər əhali yaşayır.
Xoylu (Goranboy)
Xoylu — Azərbaycan Respublikasının Goranboy rayonunun Xoylu kənd inzibati ərazi dairəsində kənd. Xoylu kəndinin tarixi cox qədimlərə gedib çixir. Xoylu kəndi 3-cu 5-ci əsirlərdə yaranmış və indiki dövrə kimi öz caamati ile fərqlənmişdir. XVIII əsrin ortalarında bu kənd Gəncə xanlığına daxil olmuş ona xidmət ve sədaqətini göstərmişdir. 7 fevral 1991-ci ildə Nizami kəndi Xoylu kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Nizami kənd Soveti yaradılmışdır. Xoylu kənd yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Rusiya tabelliyini qəbul etmiş Xoy əyalətinin hakimi Cəfərqulu xanla birlikdə Cənubi Azərbaycandan gələnlər salmışlar. Oykonim "Xoy Ģəhərindən gələnlər", "xoylular" mənasındadır. 1998- ci ildə kəndin adı dəyişdirilmiş, şirvanlı kimi rəsmiləşdirilmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2105 nəfər əhali yaşayır.
Xoylu bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Soylu (Qars)
Soylu — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 307 nəfərdir (2022).
Bolu ili
Bolu — Türkiyənin Qara dəniz regionunun Qərbi Qara Dəniz hissəsində yerləşən il. İl əhalisi 303.184 nəfərdir. Bu əhalinin 73,4% -i şəhərlərdə yaşayır. İlin sahəsi 8.313 m²-dir. Hər km² başına 36 nəfər düşür. (Bu rəqəm mərkəzi ilçədə 121-dir.) İl ərzində əhalinin illik artım tempi 3.02% təşkil etmişdir. Şəhərin dənizdən hündürlüyü 741 metrdir. 2016-cı ildə TÜİK məlumatlarına görə, bu bələdiyyələrdə 9 ilçə, 12 bələdiyyə, 93 məhəllə və 487 kənd var. Bebriklərin Bolu bölgəsində ilk məskunlaşdıqları güman edilir. Eramızdan əvvəl 8-ci əsrdən sonra qərbdən gələn Bitinlilər, Bebrikiyanın adı ilə tanınan bu bölgədə məskunlaşdılar.
Büğdüz boyu
Büğdüz boyu — Oğuz Xaqanın Dastanına görə Oğuzların 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki irmi iki Oğuz boyundan səkkizincisi; "Büğdüz"lərdir. Oğuz türklərinin Üçoqlar qolundan bir boydur. Oğuzların müsəlmanlaşmağa başladıqları 10. əsirdən batıya köçdə önemli rol oynadılar. Daha çox Batı Anadoluya ve Orta Anadoluya gəlib yerləşdilər. Büğdüz: "Hər kəsə təvaze göstərər və xidmət edər mənasındadır. Dəclə Kürdləri bəyi olub, Həzrəti Peyğəmbərə elçi gedən (622-623 illəri arasında Mədinəyə çatan), Bogduz-Aman Xanədanı nümayəndəsi və Kürmançın iki ana qolundan olan Boğlular, Yenikənd-Yabgularından onuncu əsrdəki Şahməlikin Atabəyisi olan Quzulu, Hələb Türkmənlərindən Büğdüzler bu boydandır.
Bəydili boyu
Bəydili — Azərbaycan türklərinin, Anadolu türklərinin, İraq və Suriya türkmanlarının, türkmənlərin etnogenezində iştirak etmiş Oğuz boylarından biri. Orta əsrlərdə digər türkdilli tayfalarla birgə Orta Asiyadan Azərbaycana gəlmişlər.Səfəvilər dövlətinin ictimsai-siyasi həyatında mühüm rol oynamışlar.I Şah Abbasın dövründə Bəydililərin bir hissəsi Kirman və Şiraza köçürülüb. Hazırda Güney Azərbaycanda yaşamaqdadırlar.Azərbaycan respublikasının Yevlax və Salyan rayonlarında Bəydili adlı kənd var. Çaxırlı Qədirli Qubadlu Ərəblu Ulaşlı Xəlfəli Tatalı Eyvazalılar.
Dodurğa boyu
Dodurğa boyu — Oğuz Xaqan Dastanına görə Oğuzların 24 boyundan biridir. Qaşqarlı Mahmudun qələmə aldığı Divân-ı Lügati't-Türk-ə görə isə iyirmi iki Oğuz boyundan onaltıncı sırada yer alır (Divan-ı Lügati't-Türk'də "Totırka" adı ilə yazılır). Dodurğa kəlməsi "Ölkə almak, Xanlıq qurmaq" mənasına gəlir; Oğuzların Boz-Oxlar qoluna bağlı Dodurğa boyunu, Oğuz Xanın altı oğlundan biri olan Ay Xandan çoxalmış olaraq bilinir. Dodurğa boyunun onqonu (yəni müqəddəs heyvanı) Qartaldır.
Döyər boyu
Tüyər boyu və ya Döyər boyu — Oğuz Xaqan Dastanına görə Oğuz Türklərinin 24 boyundan biri və Qaşgarlı Mahmuda görə Divân-ı Lügati't-Türkdəki 22 Oğuz boyundan 18-cisi "Tüyər"lərdir. Tüyər kəliməsi günümüz Anadoluda düyər ve döyər şəkillərini almışdır. Afyonqarahisarda Diyərbəkirdə Kaysəridə Burdurda Sivasda ve Muğlada Bolu Dörtdivanda Yuxarı Düyər bu adda bir kənd vardır və Dörtdivanda Düyər yaylasında oğuz boylarına aid yazılar var. Türkiyənin xaricində isə Suriya, tarablus, ve Rakka şəhərlərində isə hələ yer adı olarak adlandırılır. Getdikləri yerlərə "Döyər" adlarını vermişlərdir. Osmanlı dövründə Diyərbəkir ilə Hələb arasındakı ən gözəl yaylaqlar tamamilə "Döyər" oymaqları tərəfindən tutulmuşdu.
Göynük (Bolu)
Göynük (türk. Göynük) — Bolu ilinin ilçəsi.