KÖY
KRAXMAL
OBASTAN VİKİ
Gülarə Köylü qızı (Qədirbəyova)
Gülarə İbrahimxəlil qızı Qədirbəyova (təxəllüsü: Köylü qızı Gülarə; 1903, Baş Göynük – 1942, Sibir) — azərbaycanlı jurnalist, "Şərq qadını" jurnalının baş redaktoru. == Həyatı == Gülarə Qədirbəyova 1903-cü ildə Nuxa qəzasının Baş Göynük kəndində molla ailəsində anadan olmuşdur. 1920-ci ildə Şəkidə pedaqoji kursu bitirib doğma kəndində müəllimlik etmişdir. Tezliklə ictimai-siyasi fəaliyyətə cəlb olunmuş, 20 yaşında Qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, Şəki, Şamxor (indiki Şəmkir), Quba, Bakı rayonlarında Qadınlar şöbəsinə rəhbərlik etmiş, 1927-ci ildə Azərbaycan MİK Qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, "Şərq qadını" jurnalının redaktoru olmuş, 1930–1937-ci illərdə isə Əli Bayramov adına qadınlar klubunun müdiri vəzifəsində işləmişdir. "Şərq qadını" jurnalı ilk fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qız olmuşdur. O vətəninin, millətinin tərəqqisi naminə qətiyyətlə mübarizə aparmış, mətbuat səhifələrindəki alovlu publisist yazıları ilə Azərbaycan qadınlarının maariflənməsində böyük xidmətləri olmuşdur. 1936-cı ildə Əli Bayramov adına qadınlar klubunun 15 illiyi ilə əlaqədar Gülarə Qədirbəyovanın redaktəsi altında yazılmış "Bir sarayın tarixi" adlı kitab millətçilik ruhunda yazılmış əsər kimi ciddi tənqid edilmiş, Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn kimi müsavatçı ziyalılarla dostluq əlaqələrinin olmasına görə onu antisovet fəaliyyətdə iştirak edən, əksinqilabi təşkilatın üzvü kimi təqib etməyə başlamışdılar. Azərbaycan SSR Kommunal Təsərrüfat Komissarı H.Sultanovun dindirilməsi zamanı təzyiq altında alınan böhtançı ifadələrdə Gülarə Qədirbəyovanın da əks-inqilabi təşkilatın üzvü olması, 1937-ci ilin oktyabrında güllələnmiş İbrahim Tağıyev tərəfindən əks-inqilabi təşkilata cəlb edilməsi göstərilmişdir. 1938-ci il iyulun 23-də Gülarə Qədirbəyovanın həbsi barədə L-956 saylı order verilmiş, üç gündən sonra isə o, İsmayıllı rayonunun Basqal kəndində anasının dəfn mərasimində həbs olunmuşdur. O, 4 dəfə – 1938-ci il avqustun 19-da, 1938-ci il oktyabrın 31-də, 1938-ci il noyabrın 15-də və 1938-ci il noyabrın 20-də istintaq dindirilməsinə cəlb olunmuş, hər dəfə də günahsız olduğunu qeyd etmişdir.

Digər lüğətlərdə

виногра́дник вы- жор захлёбывавшийся моде́рнистый недовы́пуск одноли́чно премье́р-майо́р самосозерца́ние территориа́льный шпи́льки акулёнок истори́чный картофелево́дство нарва́ться почи́ниваться соро́ка ста́чечный чубурахнуть clapperboard inheritor pulsate residual towplane самоопределение