EFRA

ucaldan, yüksəldən; şümşad boylu; ağcaqayın ağacı.
EFİRA
ELA
OBASTAN VİKİ
Efrayim Katsir
Efrayim Katsir (ivr. ‏אפרים קציר‏‎; 3 (16) may 1916, Kiyev – 30 may 2009[…], Rexovot, Mərkəz dairəsi) — İsrail biofiziki və İsrail Əmək Partiyasının üzvü, İsrailin dördüncü Prezidenti (1973–1978). == Həyatı == Efrayim Kaçalski Rusiya İmperiyasının Kiyev şəhərində (indiki Ukrayna) Yehuda və Sila Kaçalskinin ailəsində anadan olmuşdur. 1925-ci ildə (bəzi mənbələrə görə 1922-ci ildə) ailəsi ilə birlikdə yenicə seçilmiş İosif Stalinin rəhbərliyi ilə həyata keçirilən Sovet terrorundan yaxa qurtarmaq məqsədilə mandat altında olan Fələstinə miqrasiya etmiş və Yerusəlimdə məskunlaşmışdır. 1932-ci ildə Rehaviya Gimnaziyasından məzun olmuşdur. Qardaşı Aharon Katsir kimi o da elmlə maraqlanırdı. O, Yerusəlim Yəhudi Universitetində botanika, zoologiya, kimya və bakteriologiya üzrə təhsil alırdı. 1938-ci ildə magistr, 1941-ci ildə isə fəlsəfə doktoru elmi dərəcəsi alır. 1939-cu ildə ilk Haqana qulluqçuları kursundan məzun olur və tələbə birliyinin komandiri təyin edilir. Qardaşı ilə birlikdə partlayıcı maddələrin inkişafı üzərində işləyir.
Qothold Efraim Lessinq
Qothold Efraim Lessinq (alm. Gotthold Ephraim Lessing‎, 22 yanvar 1729[…], Kaments[d] – 15 fevral 1781[…], Braunşveyq) — alman şairi, dramaturqu, ədəbiyyatşünas, pedaqoq, alman klassik ədəbiyyatının banisi, mütəfəkkiridir. Lessinq yeni alman ədəbiyyatına keçidin möhtəşəm əsasını qoymuşdur. O, həmçinin Almaniyada realist estetikanın yaradıcısı sayılır. Əsas əsərləri "Laokoon və ya Rəssamlıq və Poeziyanın Sərhədlərində" traktatı, "Hamburq dramı" məqalələr silsiləsi, pyesleri "Miss Sara Sampson", "Minna fon Barnhelm", "Emilia Galotti", "Müdrik Natan" pyesləridir." Onun mübariz ideyalarla dolu dramaturgiyası isə yeni eranın siyasi tribunası olmuşdur. Qothold Efraim Lessinq 1729-cu ildə Almaniyada, Kaments şəhərində, pastor İohann Gottfrayd Lessinq (1693–1770) və həyat yoldaşı Yustina Salome,(1703–1777) ailəsində üçüncü uşaq idi. O, ibtidai təhsilini lüteran pravoslavlığının mövqelərində dayanan atasından alıb və artıq beş yaşında ikən atasının tərtib etdiyi İncil və katexizmi oxuya bilib. Qohumu Kristlob Mylius (almanca: Christlob Mylius, 1722–1754) ona hər şeyə tamamilə fərqli baxış verdi və onunla dostluq münasibətlərini davam etdirdi. Milius getdikdən sonra Lessinq Latın məktəbində, 1741-ci ildən isə — Maysendə Müqəddəs Afrikanın nüfuzlu məktəbində, ilk növbədə, qədim dilləri və qədim ədəbiyyatı öyrənir; Lessinqin ilk ədəbi təcrübələri bu dövrə aiddir. Bu monastır məktəbində də sxolastik pedantizm hakim idi.
Efraim Zuroff
Efraim Zuroff (ing. Efraim Zuroff; 5 avqust 1948, Nyu-York, Nyu-York ştatı) — ABŞ əsilli İsrail tarixçisi, nasist ovçusu Simon Vizental Mərkəzinin Qüds şöbəsinin rəhbəri. Nasist cinayətkarlarının axtarışında fəal fəaliyyəti ilə tanınıb. O, Baltikyanı ölkələrin Holokosta dair tarixi qiymətləndirmələri pozmaq və nasist və kommunist cinayətlərinin ekvivalentliyini təşviq etmək üçün bir sıra nasistləri məhkəməyə verməkdən imtina etdiklərinə görə tənqid edir. == Həyatı == Nyu-York şəhərində anadan olan Efraim Zuroff 1970-ci ildə İsrailə köçüb. Yeşiva Universitetində tarix üzrə bakalavr dərəcəsi alıb və Yeşiva Universitetinin Oğlan Liseyində oxuyub. O, Yerusəlim Yəhudi Universitetinin Müasir Yəhudilik İnstitutunda Holokost Tədqiqatları üzrə magistr dərəcəsi alıb və burada o, eyni zamanda ABŞ-dakı ortadoksal yəhudilərinin Holokosta reaksiyası haqqında doktorluq dissertasiyasını tamamlayıb. Dissertasiyada o, diqqətini ABŞ-də ortadoksal yəhudilərinin başlatdığı yəhudilərin xilasetmə cəhdlərinə həsr edir. 1939-cu də Amerika ortadoksal yəhudi ravvinləri tərəfindən yaradılan "Vaad ha-Hatzala"nın xilasetmə komitəsinin fəaliyyətini araşdırır. 2000-ci ildə Yeşiva Universiteti Nəşriyyatı və KTAV Nəşriyyatı "Vaad ha-Hatzala" tarixinə dair onun araşdırmasını nəşr edirlər.