SƏNNURƏ
SƏNURƏ
OBASTAN VİKİ
Sənubər
Yasəmən (lat. Syringa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Bura Cənub-Şərqi Avropada (Macarıstan, Balkanlar) və Asiyada yabanı halda bitən 10 növ daxildir. Ətirli çiçəkləri olan bu sarmaşıq kolu yabanı vəziyyətdə Lənkəran dağlarında rast gəlinir. Məhəmməd Mömin göstərir ki, bü gülü iyləmək başağrılarında, beynini möhkəmlətməkdə kömək edir. Yasəmənin cövhərini xaricdən istifadə edərkən baş ağrılarına kömək edir. == İstifadəsi == Ətirli çiçəkləri olan yasəmənin sarmaşıq kolu yabanı vəziyyətdə Lənkəran dağlarında rast gəlinir. Yasəmən gülünü iyləmək başağrılarında, beynini möhkəmlətməkdə kömək edir. Yasəmən güllərinin kompresi dəri çillərini təmizləyir və üzü qızardır. Xaricdən istifadə edilən yasəmən yarpaqlarından məlhəm ereksiyanı gücləndirir.
Sənubər Abdullayeva
Sənubər Abdullayeva (tam adı:Sənubər Əlövsət qızı Abdullayeva; 20 may 1951, Şamaxı) — Azərbaycan dilçisi, filologiya elmləri doktoru, professor. == Həyatı və təhsili == Sənubər Abddullayeva 1951-ci il mayın 20-də Azərbaycan Respublikasının Şamaxı şəhərində anadan olmuşdur. 1957-1968-ci illərdə Bakıdakı 7 saylı orta məktəbdə oxumuş və həmin məktəbi gümüş medalla bitirmişdir. 1968-1973-cü illərdə S.M.Kirov alına Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin Fars filologiyası şöbəsində təhsil almış, filoloq-tərcüməçi, fars və Azərbaycan dili müəllimi ixtisasına yiyələnmişdir . === Ailəsi === Ailəlidir, üç övlad anasıdır. Azərbaycanın görkəmli dilçi alimi, professor Əlövsət Abdullayevin qızıdır. == Fəaliyyəti == == Elmi və pedaqoji fəaliyyəti == Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin aspirantı (1973-1977) olmuşdur. 1979-cu ildə «Müasir Azərbaycan dilində adverbiallaşma» mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi adını almışdır. Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun doktorantı (1990-1993) olmuşdur. 2007-ci ildə «Azərbaycan nağıl və dastanlarının dili» mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru elmi adına layiq görülmüşdür.
Sənubər Eyyubova
Sənubər Eyyubova — Quba Qızlar Seminariyasının direktoru, Stalin repressiyalarının qurbanı, BDU-nin prorektoru. == Həyatı və təhsili == 1905-ci ildə Qazax bölgəsinin Dağ Kəsəmən kəndində anadan olub. 1920-ci ildə ali təhsil almaq üçün Bakıya gəlir və 1924-cü ildə Sənubər daha 16 nəfər gənc qızla birlikdə Azərbaycan Ali Pedaqoji Qadın İnstitutunu bitirir. == Fəaliyyəti == İnstitutu bitirdikdən sonra onu təyinatla Qubaya göndərirlər. Sənubər Əyyubova burada dörd il Quba Qızlar Seminariyasına rəhbərlik edir. Seminariyanı bitirən qızlar ölkənin müxtəlif yerlərinə müəllim işləməyə göndərilirdilər. Sənubər xanımın səyi ilə Qubada qadınlar klubu da açılır. Ailə qurduqdan sonra həyat yoldaşı ilə birlikdı Bakıya gəlir. Burada isə maarif komissarlığında şöbə müdiri olur. 1935-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-coğrafiya fakültəsinin dekanı təyin edilir.
Sənubər Kərimova
Kərimova Sənubər Ağa qızı (13.01.1935, Naxçıvan şəhəri.) — == Həyatı == Kərimova Sənubər Ağa qızı doğum tarixi 13.01.1935 Naxçıvan şəhəri. 1959-cu ildə Azərbaycan Dövlət Universiteti (indiki BDU) filologiya fakultəsinin jurnalistika şöbəsini bitirmişdir. 1965-1975 illərdə "Şərq qapısı" qəzetində şöbə müdiri, 1975-1976 illərdə redaktor müavini və 1976-1985 illərdə redaktor işləmişdir, eyni zamanda 1976-1985 illərdə Azərbaycan Jurnalistlər Birliyinin katibi və Naxçıvan vilayət təşkilatının sədri olmuşdur. 1985-1993 illərdə Naxçıvan Muxtar Respublikasının Sosial Təminat naziri vəzifəsində olmuşdur. 1993-2000 illərdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Naxçıvan Muxtar Respublikası qadınlar şurasının sədri olmuşdur (1975-1990). 2000-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu "Folklor sarayı"nın nəşri olan "Dədə Qorqud" almanaxının əməkdaşıdır. Naxçıvan MSSR Ali Sovetinin 10-11-ci çağırış deputatı seçilmişdir. Azərbaycanın hərbi və mədəni tarixində silinməz izlər qoymuş Kəngərli nəslinin davamçılarından olan Kərimova Sənubər Ağa qızı Kərim Sultan Kəngərlinin nəticəsidir.
Sənubər İsgəndərli
Sənubər Sabir qızı İsgəndərli (d. 25 oktyabr 1960, Bakı) — Azərbaycan teatr və kino aktrisası, müğənni, Azərbaycan Respublikasının əməkdar artisti (2002), Prezident mükafatçısı. == Həyatı == Sənubər Sabir qızı İsgəndərova 25 oktyabr 1960-cı ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.Bir qızı,iki nəvəsi var. Sənubər İsgəndərova 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olaraq Həlimə xanım ("Qətl günü" Y. Səmədoğlu), Tamara ("Dadaşbala əməliyyatı" R. Əlizadə), Leyli ("Leyli və Məcnun" M. Füzuli), Fərizə ("Şəhidlər" R. Səməndər), Bahar ("Kimdir müqəssir" Ə.Haqverdiyev), Tomris ("Yeddi məhbusə" Ə. Əmirli), Müğəni qız ("Laləli düzən" R. Əlizadə), Qonaq ("Qurbanəli bəy" C. Məmmədquluzadə), Yelena ("Yay gecəsində yuxu")V.Şekspir,Qız(S.Stratiyev "Çarəsiz sərnişinlər")Aqrippina(Xubai"Neron oynayır")tamaşası və s. rollarını oynayıb. 1997-ci ildən Azərbaycan Akademik Milli Dram Teatrında çalışan aktrisa teatrın səhnəsində Siyan Şi ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), İcraçı ("Şah Edip" Sofokl), Burla Xatun ("Burla xatun" N.Xəzri), Nisə xanım ("Lənkəran xanının vəziri" M.F.Axundov), Ulduz ("Ulduz, yaxud Ədirnə fəthi" C.Cabbarlı), Aysel ("Cəzasız günah" B.Vahabzadə), Gertruda ("Hamlet" V.Şekspir), Firəngiz və Fransuaza ("Brüsseldən məktublar" H.Həsənov),Molli ("Siçan tələsi" A.Kristi), Sərvinaz bəyim ("Ölüləri qəbiristanlıqda basdırın" İ.Şıxlı),Nora ("Oyuncaq ev" H.İbsen), Falçı ("Mesenat" Ə.Əmirli), Klara Veşer ("Yaşli xanimin gəlişi", F.Durrenmatt), məşuqə ("Generalın son əmri", Vaqif Səmədoğlu), Qadın ("21-15 qatari" T.Orbay) Sveta("Sinif yoldaşları"Y.Polyakov)LalByuz(C.Məmmədquluzade "Dəli yığıncağı"), Həcər ("Dantenin yubileyi" Anar) rollarını oynayıb. Sənubər İsgəndərova "Şöhrət və ya unudulan adam" (Qadın), "Qurbanəli bəy" (Xanım), "Yaşıl eynəkli adam" (Jalə), "Şirin çay"(Aktrisa),"Bəyaz gecələr" (Nastya), "Qu quşunun məhəbbəti" (Gülər)"Fatehlərin divani"(OlcayTürkan Xatun) teletamaşalarına və "Kişi sözü" (Solmaz), "Şahid qız" (Rəna), "Fəryad" (İsmayılın arvadı), "Təsədüfi görüş" (Tamara xanım), "Leyli və Məcnun"( Leylinin anası),"Hökmdarın Taleyi" (Tubu xatun) filmlərinə çəkilib. Xəzər TV-də yayımlanan "Qayınana" serialında Afət xanım, "Ataocağı" serialında Zəminə rolunu ifa etmişdir. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.
Sənubər İsgəndərova

Digər lüğətlərdə

дрюк заварно́й миндалеви́дный остервене́лый пото́ком простуди́ться надиви́ться несгиба́емость обойти́ огни́стый отвесели́ться подразболта́ться сетевяза́ние синхротро́н скребло́ уго́нщик сутырь abomination bioengineering indisputably parabolic sneaking unutterable откашлянуть унижённость