Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sonsuzluq
Sonsuzluq (riyazi işarəsi: ∞ {\displaystyle \infty } ) — sonu, nəhayəti olmama, nəhayətsizlik. Hər hansı bir məhdudiyyət daşımayan mücərrəd anlayışdır. Hesablanılan, son həddləri olanların əksi kimi riyaziyyatda, fizikada, fəlsəfədə və başqa elmlərdə istifadə olunur.
Yolsuzluq
Off-road (ing. off-road — yolsuzluq) — yolsuzluq maşını adlandırılan tamötürücülü avtomobil ilə çətin və keçilməz trayektoriya üzrə hərəkət etməni nəzərdə tutan aktiv istirahət və idman növü. Yolsuzluq avtomobilinin ekipajı ən azı iki nəfərdən ibarət olmalıdır: pilot və şturman. Şturman naviqasiya sistemi ilə, hərəkət marşrutunu müəyyən edir, keçilməz yollarda pilota tövsiyələr verir. Pilot yolsuzluq və ekstremal şəraitdə avtomobili yaxşı idarə etmək bacarıqlarına malik olmalıdır. Offroad-ı iki kateqoriyaya bölmək olar: idman və aktiv istirahət.
Sonsuzluq (biologiya)
Biologiyada sonsuzluq — bitki və heyvanların cinsi yolla çoxalma qabiliyyətinin itirilməsi. Tibbdə sonsuzluq və ya qısırlıq (infertillik) (lat. Sterilitas) — reproduktiv yaşda olan cütlüyün müntəzəm cinsi fəaliyyətlə uşaq dünyaya gətirə bilməməsi. Əgər qadın kontraseptivlərdən və üsullardan istifadə etmədən müntəzəm cinsi əlaqədə olduqda (həftədə ən azı 2 dəfə cinsi əlaqə) bir il ərzində hamilə qalmazsa, ər-arvad sonsuz hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, "…evli cütlüklərin təxminən 8%-i həyatın reproduktiv dövründə sonsuzluq problemi ilə üzləşir". == Qadın sonsuzluğu == Qadın sonsuzluğunun səbəbləri aşağıdakılar ola bilər: 1) Yumurtanın ovulyasiyadan sonra daxil olduğu və sperma ilə görüşdüyü fallopiya və ya uşaqlıq borularının tıxanması və ya ümumiyyətlə onların mövcud olmaması. Fallopiya borularının distal hissələrində sperma yumurta ilə görüşür və birləşir, yəni mayalanma baş verir və nəticədə bir embrion meydana gəlir. Embrion, borunun əzələ divarının (peristaltika) və embrionu uterusa "aparan" kirpiklərin (borunu içəridən örtən epitel) daralması səbəbindən boru vasitəsilə uşaqlıq boşluğuna hərəkət edir. Fallopiya borularının tıxanması, bir qayda olaraq, boruların iltihabına səbəb olan yapışma prosesinin nəticəsidir (salpinqit). Bəzən bu, qadının sterilizasiyasının nəticəsidir (borunun bağlanması və ya bölünməsi).
Qisasçılar: Sonsuzluq savaşı
Qisasçılar: Sonsuzluq savaşı (ing. Avengers: Infinity War) — Marvel Comics tərəfindən nəşr edilmiş Qisasçılar komiksinə əsaslanan və 2018-ci ilin may ayında çıxarılmış ABŞ epik superqəhrəman filmi. 2012-ci ildə çıxarılmış "Qisasçılar" və 2015-ci ildə çıxarılmış "Qisasçılar: Altron dövrü" filmlərinin sikveli olan "Sonsuzluq savaşı" MKK-na daxil olan on doqquzuncu filmdir. Entoni və Co Russo qardaşları filmi Kristofer Markus və Stefen MakFilinin ssenarisi əsasında çəkmişlər. "Sonsuzluq savaşı"nda Sonsuzluq daşlarını ələ keçirmək istəyən Tanosun məğlub edilməsi üçün Qisasçılar komandasına Qalaktika mühafizəçiləri də kömək edir. Film, 2014-cü ildə "Qisasçılar: Sonsuzluq savaşı -I Hissə" adıyla elan edilmişdir. 2015-ci ilin aprelindən Russo qardaşları rejissor kürsüsünə yiyələnmiş, həmin ilin may ayından etibarən isə Markus və MakFli ssenari üzərində işləmək üçün müqavilə bağlamışdır. 2016-cı ilin iyulunda Marvel filmin adını "Qisasçılar: Sonsuzluq savaşı" kimi qısaltmışdır. Filmin çəkkilişlərinə 2017-ci ilin yanvarında Corciya ştatının Fayett dairəsində yerləşən "Pinewood Atlanta Studiyaları"nda start verilmiş və 2017-ci ilin iyuluna kimi çəkilişlər filmin "Final" adlı sikveli ilə paralel aparılmışdır. Əlavə çəkilişlər Şotlandiya, İngiltərə, Atlanta mərkəzi və Nyu Yorkda baş tutmuşdur.
Reproduktiv endokrinologiya və sonsuzluq
Reproduktiv endokrinologiya və sonsuzluq (RES) — mamalıq və ginekologiya üzrə cərrahi ixtisas. Reproduktiv tibbdə RES ixtisasçıları həkimlərə reproduktivlik və sonsuzluq problemi ilə bağlı hormonal fəaliyyətə dair təlimlər keçir. Əksər RES mütəxəssisləri ilk növbədə sonsuzluğun müalicəsinə diqqət yetirsələr də, reproduktiv endokrinoloqlar sonsuzluqla əlaqəli olmayan qadınlarda və kişilərdə hormonal disfunksiyaları sınamaq və müalicə etmək üçün hazırlanır. Reproduktiv endokrinoloqlar mamalıq və ginekologiya (mama-ginekoloq) ixtisası üzrə xüsusi hazırlıq (rezidentura) keçirlər. Reproduktiv cərrahiyyə əlaqəli ixtisasdır, burada mama-ginekoloq və ya uroloq əlavə olaraq inkişafa təsir edən anatomik pozuntuların müalicəsində ixtisaslaşır. == Sertifikatlaşdırması == Bir sıra ölkələrdə RES üzrə mütəxəssis olmaq yolu tənzimlənir. Məsələn, ABŞ-da Amerika Mamalıq və Ginekologiya Şurası və Amerika Osteopatik Mamalıq və Ginekologiya Şurası submütəxəssislərin sertifikat alması üçün standartları müəyyən edir. Mamalıq və Ginekologiya üzrə dörd illik təlimdən sonra üç illik təsdiq edilmiş təcrübə proqramı uğurla başa çatmalıdır. Daha sonra Reproduktiv Endokrinologiya və Sonsuzluq üzrə Şura tərəfindən sertifikatlaşdırılmaq üçün əvvəlcə Mamalıq və Ginekologiya üzrə Şura Sertifikatından (yazılı və şifahi imtahanlar) keçməli, daha sonra Reproduktiv Endokrinologiya və Sonsuzluq Sertifikatı imtahanlardan keçmək lazımdır. ABŞ-da reproduktiv endokrinologiya və sonsuzluq üzrə təcrübə stajı adətən 3 il çəkir və 2013-cü ildən etibarən ölkə üzrə 40 mərkəzdə təklif olunur.
Qisasçılar: Sonsuzluq savaşı (film, 2018)
Qisasçılar: Sonsuzluq savaşı (ing. Avengers: Infinity War) — Marvel Comics tərəfindən nəşr edilmiş Qisasçılar komiksinə əsaslanan və 2018-ci ilin may ayında çıxarılmış ABŞ epik superqəhrəman filmi. 2012-ci ildə çıxarılmış "Qisasçılar" və 2015-ci ildə çıxarılmış "Qisasçılar: Altron dövrü" filmlərinin sikveli olan "Sonsuzluq savaşı" MKK-na daxil olan on doqquzuncu filmdir. Entoni və Co Russo qardaşları filmi Kristofer Markus və Stefen MakFilinin ssenarisi əsasında çəkmişlər. "Sonsuzluq savaşı"nda Sonsuzluq daşlarını ələ keçirmək istəyən Tanosun məğlub edilməsi üçün Qisasçılar komandasına Qalaktika mühafizəçiləri də kömək edir. Film, 2014-cü ildə "Qisasçılar: Sonsuzluq savaşı -I Hissə" adıyla elan edilmişdir. 2015-ci ilin aprelindən Russo qardaşları rejissor kürsüsünə yiyələnmiş, həmin ilin may ayından etibarən isə Markus və MakFli ssenari üzərində işləmək üçün müqavilə bağlamışdır. 2016-cı ilin iyulunda Marvel filmin adını "Qisasçılar: Sonsuzluq savaşı" kimi qısaltmışdır. Filmin çəkkilişlərinə 2017-ci ilin yanvarında Corciya ştatının Fayett dairəsində yerləşən "Pinewood Atlanta Studiyaları"nda start verilmiş və 2017-ci ilin iyuluna kimi çəkilişlər filmin "Final" adlı sikveli ilə paralel aparılmışdır. Əlavə çəkilişlər Şotlandiya, İngiltərə, Atlanta mərkəzi və Nyu Yorkda baş tutmuşdur.
Öysüzlü
Aşağı Öysüzlü — Azərbaycanın Tovuz rayonunda kənd. Yuxarı Öysüzlü — Azərbaycanın Tovuz rayonunda kənd.
Qisasçılar: Sonsuzluq savaşı və Qisasçılar: Final filmlərinin istehsalı
“Qisasçılar: Sonsuzluq savaşı” və “Qisasçılar:Final” filmləri “Marvel Studios”un prodüserliyi və “Walt Disney Studios Motion Pictures”- in distribütorluğu ilə istehsal edilmiş, Marvel Comics superqəhrəman heyəti “Qisasçılar”ın fəaliyyətindən bəhs edən ABŞ supərqəhrəman filmidir. Filmlər “Qisasçılar” (2012) və “Qisasçılar: Altron dövrü” (2015) filmlərinin sikveli olmaqla, Marvel Kinematoqrafiya Kainatının on doqquzuncu və iyirmi ikinci filmləri kimi nəzərdə tutulmuşdur. Kristofer Markus və Stefan MakFilinin yazdığı ssenarilər əsasında Entoni və Co Russo qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmış filmlərdə MKK aktyor heyətinin əksər üzvləri iştirak etmişlər. Layihənin inkişaf etdirilməsinə “Marvel Studios”un erkən filmlərində Sonsuzluq daşları və Sonsuzluq əlcəyinin təqdim edilməsindən sonra başlanmışdır. Filmin aktyor seçiminə 2013-cü ildə Robert Dauninin Toni Stark / Dəmir adam rolunu canlandırmaq üçün müqavilə imzalaması ilə başlanılır. Bir il sonra müqavilədə bəhs edilən filmilərin “Qisasçılar: Sonsuzluq savaşı I və II hissə” olması elan edilmişdir. Russo qardaşları, həmçinin Markus və MakFili isə 2015-ci ilin əvvəllərində layihəyə qoşulmuşlar. 2016-cı ilin iyulunda Marvel elan etdi ki, I və II hissə adları ləğv edilərək, hər bir hissə müstəqil adla adlandırılacaq; birinci hissənin adı “Qisasçılar: Sonsuzluq savaşı” elan edilmiş, II hissənin adı isə sirr olaraq saxlanmışdır. Hər iki film ard-arda, Corciya ştatının Fayett dairəsindəki “Pinewood Atlanta Studios”-da çəkilmişdir. “Sonsuzluq savaşı”nın istehsalına 23 yanvarda başlanılmış və 14 iyul 2017-ci ildə tamamlanmışdır; əlavə çəkilişlər Şotlandiya, İngiltərə, Atlanta Mərkəzi və Nyu-Yorkda aparılmışdır.
Qisasçılar: Sonsuzluq savaşı və Qisasçılar 4 filmlərinin istehsalı

Aşağı Öysüzlü
Aşağı Öysüzlü — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Öysüzlü kəndinin ərazisindən 213,68 ha (bundan dövlət mülkiyyətində olan 34,01 ha, bələdiyyə mülkiyyətində olan 56,70 ha və xüsusi mülkiyyətdə olan 122,97 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == Ayrı-ayrı mənbələrdə Aşağı Öküzlü, Aşağa Öksüzlü variantlarında da qeydə alınmışdır. Yaşayış məntəqəsini XIX əsrdə Öysüzlü (indiki Yuxarı Öysüzlü) kəndindən çıxmış ailələr salmışlar. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi movqeyini təyin edir, ikinci komponenti isə Azərbaycan elatlarından birinin adıdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Çal dağının (Kicik Qafqaz) ətəyində yerləşir. == Əhalisi == === Şəhidləri === Əliyev Fuad Ramin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Mehdiyev Seymur Hüseyn oğlu (1995-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Nağıyev Pərviz Güloğlan oğlu (1991-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Yuxarı Öysüzlü
Yuxarı Öysüzlü — Azərbaycan Respublikasının Tovuz rayonunun Yuxarı Öysüzlü kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Öksüzlü olmuşdur. Yerli əhali arasında kəndin Qızılgöz Öysüzlü, Öksüzlü adları da vardır. Ondan keçmişdə əmələ gəl­miş yeni məntəqə Aşağı Öysüzlü, bu kənd isə Yuxarı Öysüzlü adlandırılmışdır. Oyko­nimin ikinci komponenti Qazax qəzasında maldarlıqla məşğul olmuş öksüzlü elatının adındandır. == Tarixi == 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Qafqazda yaranmış xanlıq və eyni zamanda bir sıra sultanlıqlar özlərinin mərkəzləri ilə də fərqlənirdilər. Belə sultanlıqlardan biri Şəmsəddin idi (bəzi tarixi qaynaqlarda Şamşəddil adı ilə qeyd olunur). 18-ci əsrin ortalarında yaranmış bu sultanlığın mərkəzi Tovuz deyil, mərkəzdən 8 km cənub-qərbdə yerləşən məhz indiki Yuxarı Öysüzlü (əvvəlki Öksüzlü) kəndi olmuşdur. === Tarixi abidələri === Yuxarı Öysüzlü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Çovdaroğlu Aşıq Məhəmməd — azərbaycanlı aşıq.
Öysüzlü xalçaları
Öysüzlü xalçaları – Qazax xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Ümumi məlumat == Bu xalçanın adı Qazaxdan 25km məsafədə yerləşən Aşağı və Yuxarı Oysuzlu kəndlərinin adından götürülmüşdür. "Öysüzlü" xalçaları ətraf kəndlərdə — Aşağı Quşçu, Xatınlı, Bozalqanlı və s. istehsal olunur. == Bədii analiz == "Öysüzlü" xalçalarının ara sahəsinin kompozisiyası düzbucaqlı formada göllər əmələ gətirir və düzbucaqlılar da öz növbəsində, rombların içinə yerləşdirilmişdir. Rombların daxili konturları boyunca bir sıra qarmaqşəkilli çıxıntılar keçir. Çıxıntıların cızığı içəriyə əyilmişdir. Naxışların sıxlığı və qrafik kontur xətlərlə bölünən rənglərin təzadlığı nəticəsində kompozisiyanın çoxplanlı olması barədə vizual effekt yaranır. Müşahidə effektində bir xətt sanki qonşu xəttə keçir. Ağ fonlu ara haşiyə qarmaqlı haşiyədən ibarətdir.
Yuxarı Öysüzlü bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.