Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Toyuq bozartması
Toyuq bozartması - Azərbaycanın milli xörəklərindən biridir. == Tərkibi == Hər payına: 330 q toyuq, 30 q yağ, 50 q baş soğan, 15 q limon, 5 q nanə yaxud şüyüd, 0,1 q zəfəran, istiot duz. == Hazırlanma qaydası == İlk emaldan keçirilmiş toyuq 30 qramlıq tikələrə doğranır və yağda azacıq qızardılır. Sonra dayaz qazana qoyularaq buna duz və istiot səpilir, yağda qızardılmış soğan və azacıq bulyon qatılıb zəif od üzərində öz buğunda bişirilir. Süfrəyə verilən zaman toyuq bozartmasına zəfəran şirəsi vurulur, üstünə isə göyərti səpilir, bir dilim limon qoyulur.