Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Briye (rayon)
Briye (fr. Briey) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Mört və Mözel. Suprefektura — Briye. Rayonun əhalisi 2006-cı ildə 160 735 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 141 nəf / km² . Rayon ərazisi — 1143 km².
Manuel Uribe
Manuel Urube (isp. Manuel Uribe Garza) — Meksikanın Montorey şəhərində anadan olmuş Manuel Urube öz çəkisi ilə dünyanın ən ağır ikinci adamı seçilmişdir. Təxminən 597 kiloqram çəkiyə sahib olan Urube Dünyanın ən kök insanlarının siyahısında Con Brouer Minokun ardından ikinci yeri tutmuşdur. Minokun ölümündən sonra Urube bir müddətlik birinci yerə yüksəlmişdir. Manuel Urube Meksika dövlət televiziyasına müsahibə verərək, xalqdan və həkimlərdən kömək istəmişdir. Bu müsahibədən sonra məşhurluq qazanan Urubeni bir çox həkimlər müaiyyənə etmişdilər. Artıq çəkisi səbəbindən hərəkət edə bilməyən və yatağa bağlı şəkildə yaşayan Urube ciddi pəhriz nəticəsində 369 kiloqrama qədər arıqlamışdır.
Risa Oribe
Lisa (fransız musiqiçi)
Alvaro Uribe Veles
Alvaro Uribe Veles (isp. Álvaro Uribe Vélez; d. 4 iyul 1952, Medellin, Antioqa, Kolumbiya) — Kolumbiya Respublikasının 31-ci Prezidenti (2002-2010). == Həyatı == 4 iyul 1952-ci ildə Medellin şəhərində anadan olmuşdur. == Fəaliyyəti == 1976-cı ildə Ticarət üzrə Medellin Dövlət Müəssisələrinin rəhbəri olmuşdur. 1977-1978-ci illərdə Kolumbiya Əmək Nazirliyində Sədr vəzifəsində çalışmışdır. 1980-1982-ci illərdə Kolumbiya Mülkü Aviasiyasının direktoru vəzifəsində çalışmışdır. 1984-1986-cı illərdə Medellin Şəhər Şurasının deputatı olmuşdur. 1995-1997-ci illərdə Antioqanın Qubernatoru olmuşdur. 1986-1990, 1990-1994-cü illərdə senator olmuşdur.
Briye-e-Anqon
Briye-e-Anqon (fr. Brié-et-Angonnes) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Pon-de-Kle kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38059. Kommunanın 1999-cı il üçün əhalisi 89 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 395 ilə 525 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənubda, Qrenobldan 10 km cənub-şərqdə yerləşir. == Əhalisi == Əhalinin dinamikası (INSEE): == İqtisadiyyatı == Kommunada elan olunan illik orta gəlir: 29 052.7 avro.
My Dying Bride
My Dying Bride — Death/doom metal qrupu, 1990-cı ildə İngiltərənin şimalında yerləşən Bradford şəhərində, gitarist Andrew Craighan və barabançı Rick Miah-nın Abiosis-dən ayrıldıqdan sonra aralarına vokalist Aaron Stainthorpe və gitarist Calvin Robertshaw tərəfindən quruldu. Anathema, Paradise Lost və Katatonia ilə birlikdə, My Dying Bride qrupuda death/doom metal üslubunun liderlərindən hesab edilir. 6 aylıq çalışmalardan sonra qrup "Towards the Sinister" adlı ilk demo albomunu buraxdı. Qısa bir sürədən sonra qrup "God Is Alone" adlı ilk siqnllarını buraxdı. Bu sinqldan sonra qrup, Peaceville Records şirkətilə ilə müqavilə imzalayaraq 1991-ci ildə "Symphonaire Infernus Et Spera Empyrium" adlı ilk EP albomlarını çıxartdı. Bu albomdan sonra qrupa bas gitara üçün Adrian Jackson qatıldı. 1992-ci ildə qrup ilk debüt studio "As the Flower Withers" adlı albomunu çıxartdı. Death/doom metal üslubunda ifa edən qrup bu relizlərdən sonra, Böyük Britaniyada və digər Avropa ölkələrində konsertlər də çıxış etdi. Bu müvəffəqiyyət sonra növbəti EP "Thrash Of Naked Limbs" adlı albom buraxıldı. Daha sonra qrupa skripkaçı və kalvişə Martin Powell dəvət edildi.
Brene
Brene (fr. Bresnay) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03039. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 394 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını üzümçülük təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 238 nəfərdən (15–64 yaş) 187 nəfəri iqtisadi cəhətdən fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,6%, 1999-cu ildə 68,4%). Fəal 187 nəfərdən 176 nəfəri (90 kişi və 86 qadın) işləyir, 11 nəfər işsizdir (5 kişi və 6 qadın).
Brior
Brior (fr. Briord) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Lyui kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01064. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 893 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 587 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 457 nəfər İqtisadi cəhətdən fəal, 130 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 77.9%, 1999-cu ildə 74.9%). 457 fəal sakindən 411 nəfər (221 kişi və 190 qadın) işləyir, 46 nəfər işsizdir (17 kişi və 29 qadın). 130 hərəkətsiz 36 nəfər arasında şagird və ya tələbə, 40 nəfər təqaüdçü, 54 digər səbəblərə görə hərəkətsizdir.
Brioş
Brioş - keksə bənzəyən yüngül, şirin fransız çörəyi. Yüksək miqdarda yumurta və kərə yağı ehtiva edir. İstehsalı mayalama və gözlətmə əməliyyatları təxminən 1.5 gün çəkir. == Tarixi == Fransız dilində yazılı mənbələrdə bu sözünün ən erkən nümunəsi 1404-cü ilə aiddir.
Brisben
Brisben (ing. Brisbane) — Avstraliyada əhali sayına görə üçuncu ən böyuk şəhəri. Kvinslend ştatının paytaxtıdır. Ölkənin şərq sahilində yerləşir. "Brisben şəhəri" bələdiyyəsini təşkil edir. Əhalisi təxminən 2.6 milyon nəfərdir. == Toponim == Brisben öz növbəsində 1821-ci ildən 1825-ci ilə qədər Yeni Cənubi Uelsin qubernatoru olan Ser Tomas Brisbanın adını daşıyan Brisben çayının şərəfinə adlandırılıb. Qədim ingiliscə "ban" sözü "sümük" deməkdir. == Tarixi == Müasir Brisben ərazisində qədim zamanlardan aborogenlər məskunlaşıblar. 1823-cü ildə Con Okslinin başçılıq etdiyi axtarış və təqdiqat qrupu Brisben çayı boyunca səyahət edərək indiki "Brisben Biznes Mərkəzi" kimi tanınan yerə çatır.
Brixen
Brixen — Bolzanonun təxminən 40 kilometr şimalında İtaliyanın şimalındakı Cənubi Tirol əyalətində bir şəhər. == Coğrafiyası == Adı ilk dəfə 901-ci ildə çəkilmişdir. Brixen əyalətin üçüncü böyük və ən qədim şəhəridir və vadinin mədəniyyət mərkəzidir. Brixen şəhəri İtaliya-Avstriya sərhədində Bolzanonun 40 kilometr şimalında və Brenner Pass 45 kilometr cənubunda Eisak və Rienz çaylarının qovuşmasında yerləşir. Bu ərazi Ploze və Teleqraf (Monte Telegrafo) dağlarının (2504 m) şərq tərəfində və Königzanger (Monte Paskolo) (2436 m) dağlarının qərb tərəfindədir. Brixen əsasən xizəksürmə kurortu (Plose) ilə tanınır. Digər sahələrə hidroelektrik enerji, meyvə bağı və üzüm bağlarıdır. == Həmçinin bax == İtaliya == Ədəbiyyat == Heraldry of the World: Bressanone "Volkszählung 2011/Censimento della popolazione 2011". astat info. Provincial Statistics Institute of the Autonomous Province of South Tyrol (38): 6–7.
Leydis Brito
Leydis Brito (5 iyul 1984, Maturin[d]) — Venesuela oxatanı. Leydis Brito Venesuelanı 2008, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Leydis Brito 2006-cı ildə Mərkəzi Amerika Oyunlarında gümüş və bürünc medal qazanıb. == Karyerası == Leydis Brito birinci dəfə Olimpiya Oyunlarına 2008-cı ildə qatıldı. O, Pekində baş tutan XXIX Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çin Taybeyinin nümayəndəsi Vu Hui-Ju ilə üz-üzə gəldi. Həmin görüşdə Leydis Brito rəqibinə 104:98 hesabı ilə qalib gəlsədə, növbəti görüşdə Gürcüstan idmançısı Xatuna Nərimanidzeyə 98:111 hesabı ilə uduzdu. Leydis Brito növbəti Olimpiya Oyunlarına 4 ildən sonra Londonda qatıldı. O, XXX Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çin Xalq Respublikasının nümayəndəsi Çeng Ming ilə üz-üzə gəldi. Həmin görüşdə Leydis Brito rəqibinə 2:3 hesabı ilə uduzdu. Leydis Brito özünün üçüncü Olimpiya Oyunlarına 2016-cı ildə Rio-de-Janeyroda qatıldı.
Nils Brink
Nils Brink (24 sentyabr 1974, Orhus) — danimarkalı müğənni. Nils Brink 17 may 1983-cü ildə Danimarkanın Arhus şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Danimarkanı "Believe Again" (azərb. Yenidən inan‎) mahnısı ilə təmsil etmişdir. II yarımfinalda xal toplayaraq 8–ci olmuş və finala keçmişdir. Finalda isə 74 xal toplayaraq 13-cü olmuşdur.
Nyu-Briten
Nyu-Briten — Amerika Birləşmiş Ştatlarının Konnektikut ştatının Orta Konnektikut mahalında yerləşən bir şəhər. [mənbə göstərin] 26 noyabr 2009-cu ilin siyahıyaalınmasına əsasən şəhər əhalisi 73,206 nəfərdir. [mənbə göstərin] 5 mart 2010 tarixində aparılan siyahıyaalınmaya görə şəhər əhalisi 17,353 nəfər, 7,405 ev və 4,415 ailədən ibarətdir. [mənbə göstərin] Bundan başqa 97.7% ağ dərili, 0.3 yerli amerikalılar və 1.4% isə digər millətlərdən ibarətdir.
Rebekka Brids
Rebekka Elizabet Brids (ing. Rebecca Elizabeth Breeds; 17 iyun 1987, Sidney) — Avstraliya aktrisası.
Tixo Brahe
Tyge Ottesen Brahe (14 dekabr 1546[…] – 24 oktyabr 1601[…], Praqa, Bohemiya, Müqəddəs Roma imperiyası) — Danimarkalı kimyagər, astronom və münəccim. Zadəgan ailəsində dünyaya gələn Tixonun atasının qalası var idi və çox nüfuzlu biri idi. Dünyaya gəlməsindən əvvəl atası onu əmisi Jorgenə verəcəyini demişdi amma, dünyaya gələndən sonra tası bu fikrindən daşınır. Danimarka donanmasında zabit olan əmisi Tixonu qaçırdır. Tixonun həyatı 21 avqust 1560-cı ildə dəyişdir. O Kopenhagen universitetində olarkən günəş tutulmasının şahidi olur və bu onda böyük maraq oyadır. Əmisi onu Danimarkada önəmli siyasi xadim etmək fikridə olduğu üçün 1562-ci il fevralda onu Leypsiq (Leipzig. Germany) Universitetində hüquq oxumağa göndərdi. Səhərlər hüquq oxuyan Tixo gecələri astronomiya ilə məşğul olur, müşahidələr aparırdı. Leypsiq Universitetində Tixo ilk müşahidələrinin qeydlərini aparmağa başladı.
Çingiz Briya
Çingiz Biriya (1961, İran – 27 may 2021, Təbriz) — Azərbaycanlı aşıq. Aşıq Çingiz Hüseyn oğlu Biriya 1961-ci ildə Qaradağ mahalının Ələzin kəndində anadan olub. Hələ uşaq yaşlarından saza-sözə könül verib. Aşıqlıq sənətini atasından və qardaşlarından öyrənən Çingiz Biriya 14 yaşından aşıqlıq sənəti ilə məşğul olmağa başlayıb. Qaradağın ustad aşıqlarından olan aşıq Rəsul Qurbani, Həsən Qəffari, Hüseyn Əsədidən faydalanıb. Bir neçə dastan bilmişdir. Dəfələrlə beynəlxalq festivallarda çıxış edib, Türkiyəyə, Almaniyaya, Kanadaya dəvət alıb. 30-a yaxın şagird yetirib. O, Rəsul Qurbaninin yanında 4 il şəyirdlik edərək aşıq sənətinin sirlərini öyrənib. Qaradağın tanınmış aşıqlarından biri olmuşdur.
Brisben muzeyi
Brisben Muzeyi — Avstraliyanın Kvinslend ştatının Brisben şəhərində yerləşən şəhərin tarix və müasirliyinə həsr olunmuş tarix-diyarşünaslıq muzeyidir. Şəhərin mərkəzi biznes rayonunda Brisben City Hall-un üçüncü mərtəbəsində yerləşir. Muzey innovativdir, muzey və qalereya sektorunda müasir beynəlxalq təcrübəni daim təqdim edir. 2003-cü ildə yaradılan muzey artıq bir sıra böyük mükafatlara layiq görülüb: o, iki dəfə nüfuzlu milli muzey və qalereya mükafatlarının ən yüksək mükafatını, həmçinin bir neçə Kvinslend Muzeyləri və Qalereyaları Nailiyyət Mükafatlarını, Muzeylər Avstraliya Multimedia və Nəşrlər Dizayn Mükafatlarını və Milli Güvən Kvinslend Mükafatlarını qazanıb. == Tarixi == Brisben Muzeyi 2003-cü ilin oktyabrında açıldı və şəhər meriyasının birinci mərtəbəsində yerləşdi. Muzey 1977-ci ildə açılan Brisben Şəhər Qalereyasını əvəz etdi. 2010-cu ildə, Meriya bərpa üçün bağlandıqda, muzey Ann küçəsinə köçdü. 6 aprel 2013-cü ildə muzey şəhər meriyasına qaytarıldıqdan sonra yenidən açıldı və indi burada binanın üçüncü mərtəbəsində xüsusi təyinatlı yer tutur. Açıldığı gündən muzey incəsənət sahəsində müstəqil qeyri-kommersiya təşkilatına çevrilib . == Şəkillər == == Kolleksiyası == Muzey 1859-cu ildə Brisben (əvvəllər yerli hökumət ərazisi) qurulduğunda əsası qoyulan Brisben şəhərinin kolleksiyasını idarə edir.
Luiza Brili
Luiza Brealey (ing. Louise Brealey; 27 mart 1979) — həmçinin Loo Brealey kimi tanınır, ingilis aktrisası, yazıçı və jurnalist. Şerlok televiziya serialında Molli Huper rolu ilə məşhurdur. == Bioqrafiya == Luiza Brealey 27 mart 1979-cu ildə Northemptonda anadan olub. Məktəbi bitirdikdən sonra o, Kembric Universitetinə daxil olub. Brealey daha sonra Lee Strasberg Teatr və Film İnstitutunda aktyorluq təhsili almaq üçün Nyu-Yorka köçür. O, komediya ustası Filip Qollierdən də dərslər alıb. === Teatr karyerası === Luiza Brealey 2001-ci ildə London Kral Məhkəməsində Sliding With Suzanne filmində 14 yaşlı Sofi rolunda səhnəyə çıxdı. 2005-ci ildə Bristolun Old Vic Teatrında səhnəyə qoyulan Tom Stoppardın "Arcadia" filmində rol aldı. === Kino karyerası === Luiza Brealeynin debüt filmi tibb bacısı rolunu oynadığı "Fəlakət" serialı idi.
Ben Brigt
Ben Brigt (12 iyul 1974) — Yeni Zelandiyanı təmsil edən triatlonçu. == Karyerası == Ben Brigt Yeni Zelandiyanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 38-ci pillədə başa vurdu.
Burime
Burime (fr. bouts-rimés — "qafiyəli sonluqlar") — əvvəlcədən verilmiş qafiyələrə və ya mövzulara uyğun zarafatcıl şeirlərin yazılmasından ibarət olan ədəbi oyun. Burimenin yaradılmasını 17-ci əsr fransız şairi Dülonun adı ilə bağlayırlar. Menagianaya görə, 1648-ci ildə Dülo şikayətlənir ki, onun şeirləri olan kağızıarı, 300 sonetini oğurlayıblar. Ətrafdakıların onun bu qədər çox şeir yazmasına təəccübləndiyini görəndə isə, bildirir ki, onlar hazır şeirlər deyildi, sadəcə qafiyələr idi.
Aristid Brian
Aristid Brian (fr. Aristide Briand; 28 mart 1862[…], Nant, Fransa metropoliyası – 7 mart 1932[…], Paris) — fransız siyasi xadimi, Fransanın 73-cü (1906–1909) baş naziri.
Benjamin Briqs
Benjamin Briqs (ing. Benjamin Spooner Briggs) — kabus gəmi hesab olunan "Meri Kalest" gəmisinin kapitanı. "Meri Kalest" gəmisi küləyin təsiri ilə Cəbəllütariq boğazı istiqamətində hərəkət edərkən sahibsiz şəkildə aşkar edilmişdir. Gəminin kapitanı Benjamin Briqs, həyat yoldaşı Sara Briqs, iki yaşlı qızları Sofia Matilda və digər dörd nəfər itkin düşmüşdür.
Etyen Brüle
Etyenn Brüle (fr. Étienne Brûlé; 1592, Şampinyi-sür-Marn, Paris, Fransa — iyun, 1643, Ontario, Kanada) — Fransız tədqiqatçı səyyah. Hal-hazırda Kanadada yerləşən Müqəddəs Lavrenti çayını bütün ərazi boyu keçən ilk avropalı olaraq tanınır. == Həyatı == Kanada yerlilərinin yaşayışı ilə maraqlanan Brüle, 1608-ci ildə Yeni Fransaya səyahət etdi. Burada səlahiyyətli Samuel de Champlain tərəfindən Huron tayfası ilə yaşaması üçün şimala göndərildi. Burada bir il yaşayıb Huronların dilini və mədəniyyətini öyrəndikdən sonra, bugünkü Ontario və Miçiqanın əksər bölgəsini kəşf etdi. Fransanın avtoritet rejimindən qaçaq düşən Brüle xəz ticarəti ilə məşğul olmuş, yerlilərlə yaşayaraq fransız tacirlər və yerlilər arasında əlaqə qurmuşdur. Seneca tayfası ilə döyüşdə əsir düşən və işgəncəyə uğrayan Brüle, ölümdən qurtulub Huron torpaqlarına geri qayıtdığında Brüleün başına gələn hadisələr inanmayan yerlilər onun Senecalılarla ticarət əlaqəsi olduğunu düşünərək onu işgəncə ilə öldürmüşlər.
Etyenn Brüle
Etyenn Brüle (fr. Étienne Brûlé; 1592, Şampinyi-sür-Marn, Paris, Fransa — iyun, 1643, Ontario, Kanada) — Fransız tədqiqatçı səyyah. Hal-hazırda Kanadada yerləşən Müqəddəs Lavrenti çayını bütün ərazi boyu keçən ilk avropalı olaraq tanınır. == Həyatı == Kanada yerlilərinin yaşayışı ilə maraqlanan Brüle, 1608-ci ildə Yeni Fransaya səyahət etdi. Burada səlahiyyətli Samuel de Champlain tərəfindən Huron tayfası ilə yaşaması üçün şimala göndərildi. Burada bir il yaşayıb Huronların dilini və mədəniyyətini öyrəndikdən sonra, bugünkü Ontario və Miçiqanın əksər bölgəsini kəşf etdi. Fransanın avtoritet rejimindən qaçaq düşən Brüle xəz ticarəti ilə məşğul olmuş, yerlilərlə yaşayaraq fransız tacirlər və yerlilər arasında əlaqə qurmuşdur. Seneca tayfası ilə döyüşdə əsir düşən və işgəncəyə uğrayan Brüle, ölümdən qurtulub Huron torpaqlarına geri qayıtdığında Brüleün başına gələn hadisələr inanmayan yerlilər onun Senecalılarla ticarət əlaqəsi olduğunu düşünərək onu işgəncə ilə öldürmüşlər.
BRICS
BRICS — beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. Üzvlər: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (Brazil, Russia, India, China, South Africa, BRICS). 2011-ci ilə qədər təşkilatla bağlı BRIC abreviaturası istifadə olunurdu. BRIC-ə CAR-ın birləşməsiylə əlaqədar 18 fevral 2011-ci ildə, hind maliyyə nazirinin ərizəsi üzrə bundan sonra qrup BRICS adını daşımağa başladı. Goldman Sachs-ın fikrincə, 2050-ci ilə ümumi ölçü üzrə qrupun ölkələrinin iqtisadiyyatları dünyanın ən zəngin ölkələrinin iqtisadiyyatlarının ümumi ölçüsünü ötəcək. BRICS üzvləri ən tez inkişaf edən böyük ölkələr kimi səciyyələnirlər. Əlverişli vəziyyət bu ölkələrə onlarda mövcudluğu resursların dünya iqtisadiyyatı üçün böyük miqdarda əhəmiyyətli təmin edir: Braziliya — kənd təsərrüfatı məhsuluyla zəngindir; Rusiya — dünyada ən böyük mineral resursların eksportçusudur; Hindistan — ucuz intellektual resurslar; Çin — ucuz əmək resurslarının sahibidir; Cənubi-Afrika respublikası — təbii resurslar. == Xarici keçidlər == Goldman Sachs — BRICs Arxivləşdirilib 2009-05-14 at the Wayback Machine Thomas Harr. BRIC The Major Issues Kristalina Georgieva.
Bibər
Bibər (lat. Capsicum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. Bibərin vətəni Cənubi Amerikadır. İspanlar tərəfindən Avropaya gətirilmiş və qısa vaxtda tropik və subtropik ölkələrdə yayılmışdır. Acı və şirin növləri olan, fərqli rənglərdə tərəvəz və ədviyyat olaraq istifadə edilən bitkilərin ümumi adıdır. Bibər xüsusilə C vitamini baxımından olduqca zəngindir. == Faydaları == İştahı açar, mədəni qüvvətləndirər və həzmi asanlaşdırar. Revmatizmə yaxşı gəlir. Qanamaları önləyər. Cinsi arzunu artırar.
Bərikə
Bərikə (ərəb. بريكة‎) — Əlcəzairin şimal-şərqində, Batna vilayətində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-şərq hissəsində, Ores dağ silsiləsi ərazisində, dəniz səviyyəsindən 450 metr (1,480 ft) yüksəklikdə yerləşir. Bərikə ölkənin paytaxtı Əlcəzairdən təxminən 255 kilometr (158 mil) cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin siyahıya alınmasına əsasən, şəhərdə 104,388 nəfər yaşayır. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı Biskra şəhərində yerləşir.
Qara bibər
Qara istiot (lat. Piper nigrum) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü.
Saplaqlı bibər
Saplaqlı bibər (lat. Capsicum annuum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin bibər cinsinə aid bitki növü. Saplaqlı bibər istisevən bitki olduğundan cənub rayonlarında daha çox becərilir. Bibərin vətəni Meksika və Qvatemaladır. Rusiyanın və Ukraynanın cənub rayonlarında, Moldaviya, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir. Bibərin tərkibi onun sortundan, yaşıl və ya qırmızı olmasından, yetişmə dərəcəsindən asılı olaraq dəyişir. Şirin bibərin tərkibində orta hesabla 4,8-9,5% quru maddə, o cümlədən 1,0-1,3% zülali maddə, 4,7-7,3% ümumi karbohidratlar, 0,5-0,6% mineral maddə və 90-350 mq% C vitamini vardır. Acı bibərdə 9-20% quru maddə, o cümlədən 4,5-8,0% şəkər vardır. Bibərin acı dadı onun tərkibindəki kapsaisin qlükozidinin (C18H27NO3) miqdarından (0,02-1,0) asılıdır. Bibər dad xüsusiyyətinə görə acı və şirin növlərinə ayrılır.