Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
BMP
BMP (format)
Bum
Bum — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Bum kənd inzibati ərazi vahidi tərkibindəki Bum kəndinə qəsəbə statusu verilmiş, Bum kənd inzibati ərazi vahidi Bum qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır. == Tarixi == Toponimik bilgilərə görə türk dillərindəki bum (boom) sözü ilə əlaqələndirilir. Bum sözü əski türk dilində "çaylı dərə, çətin keçilən yer" deməkdir. Kumə dağının ətəyində və çuxurda, iki dağın arasında, Kovdan çayının Bum çayına qarışdığı yerdədir. Mənbələrə görə Altay-türk dillərində bu söz dar dərədə əmələ gəlmiş sıldırım, qayalıq, burun formasında uca qaya, çay ilə dağ arası yer anlamındadır. Necə ki, coğrafi mənası adı ilə eynidir. === Tarixi abidələri === Qəsəbədə IX-XIV əsrlərə aid "Govurqala" memarlıq abidəsi var. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 7 km qərbdə, Qəbələ-Qəmərvan şose yolunun kənarında, Baş Qafqaz silsiləsinin ətəyindədir.Qəsəbədə Bum mineral bulağı və dağlardan axan yağış sel suları ilə qidalanan Bum çayı axır. == Əhalisi == 1824-ci il Şəki qəzasının Bum sahəsinin kameral təsvirinə əsasən Bum kəndində 281 təsərrüfatda 1470 nəfər əhali yaşayırdı ki, onların da 788 nəfərini kişilər, 682 nəfərini isə qadınlar təşkil edirdi.
Doodle Jump
Doodle Jump — Xorvatiyanın Lima Sky videooyun şirkəti tərəfindən Windows Phone, BlackBerry, Android, Java Mobile, Nokia Symbian və Xbox 360 kimi platformalar üçün hazırlanan videooyun. İlk dəfə 2009-cu ilin 16 aprelində iOS qurğular üçün buraxılmışdır. Daha sonra oyunun 2 mart 2010-cu ildə Android və BlackBerry üçün, 1 may 2010-cu ildə Symbian üçün, 1 iyun 2011-ci ildə Windows Phone üçün, 1 sentyabr 2011-ci ildə iPad üçün olan versiyaları çıxmışdır. Oyun yaxşı rəylər almışdır. Sunflat Games tərəfindən hazırlanan PaiJump oyununda personajlar və oyunun quruluşu bu oyundan ilhamlanaraq yaradılmışdır. Hazırda oyun 9 platformada oynana bilinir. Doodle Jump App Store-də 4 ay ardıcıl gündə 25.000 dəfə yüklənməsindən sonra məşhurlaşmışdır. iTunes və Google Playdan 10 milyon, ümumilikdə isə 15 milyon dəfə yüklənmişdir. Xorvat İqor və Marko Pusenyak oyunun yaradıcılarıdır. == Oynanılması == Doodle Jump oyununda əsas məqsəd Dudler adlı 4 ayaqlı heyvanı idarə edərək sonsuz davam edən platformalar üzərində düşmədən yuxarı qalxmaqdır.
Ultra Jump
Ultra Jump (yaponca: ウルトラ ジャンプ, Hepbörn: Urutora Janpu) — Yaponiya aylıq seynen manqası jurnalı. Jurnal "Jump" jurnal seriyası çərçivəsində Shueisha nəşriyyatı tərəfindən nəşr olunmaqdadır. Əslində jurnal 1995-ci ildə "Weekly Young Jump" jurnalının xüsusi buraxılışı kimi nəşr olunmuşdu. 19 oktyabr 1999-cu ildə bu xüsusi buraxılış yeni aylıq publikasiyaya çevrilmiş və "Ultra Jump" adını almışdır. Jurnalda nəşr olunmuş manqalar Young Jump Comics Ultra leyblı altında tankobon cildləri şəklində nəşr olunur. == Tarixi == "Ultra Jump" əvvəlcə "Weekly Young Jump" seynen antologiyasının xüsusi buraxılışı kimi "Young Jump: Ultra Special Issue: Ultra Jump" adı ilə nəşr olunurdu və ilk sayı 1995-ci ildə nəşr olunmuşdur. 1999-cu ildə bu buraxılış ayrı publikasiyaya çevrilmişdir və "Ultra Jump" adını almışdır. 19 mart 2008-ci ildə "Ultra Jump" jurnalı jurnalın onlayn spin-offunu yayımlamışdır: "Young Jump: Ultra Special Issue: Ultra Jump" (ヤングジャンプ超増刊ウルトラジャンプ, Yangu Janpu Chō Zōkan Orutora Janpu ). "Ultra Jump Egg" manqa saytında isə jurnalda nəşr olunmayan manqalar yayımlanır. == Xüsusiyyətlər == Jurnal gənclər üçün nəzərdə tutulmuşdur və fentezi və elmi fantastika hekayələrinə üstünlük verir.
BMP-1
BMP-1 (rus: Боевая Машина Пехоты 1; БМП-1) Sovet istehsalı piyadanın döyüş maşınıdır. Bu texnika SSRİ-nin ilk dəfə geniş şəkildə istehsal olunmuş piyadanın döyüş maşınıdır. NATO tərəfindən M-1967, BMP və BMP-76B də adlandırılır. BMP-1 ilk dəfə 1973-cü ildə Yom Kippur müharibəsi zamanı sınaqdan çıxmışdır. Həmin müharibə zamanı bu texnika Misir və Suriya tərəfindən istifadə edilmişdir. Bu müharibədən və Əfqanıstan müharibəsinin səhvlərindən nəticə çıxarılaraq daha inkişaf etdirilmiş döyüş keyfiyyətləri olan BMP-2 hazırlanır və 1980-ci ilin avqust ayında xidmətə qəbul olunur. 1987-ci ildə isə tamamilə dəyişdirilmiş dizayna və yeni silah sisteminə malik BMP-3 Sovet Ordusunda silahlanmaya qəbul olunur. == Qoruma == BMP-1 ön tərəfdən 12,7 mm pulemyot atəşindən demək olar ki, tamamilə qorunur, digər hissələrin zirehi isə yalnız 7,62 mm-lik pulemyot mərmilərindən qoruyur. BMP-1 zireh qorunmasının həm güclü, həm də zəif cəhətləri mövcuddur: əsas silah olan topun yuvasında maksimum zireh qalınlığı 33 mm-dir, bu isə tank və zenit silahlarından demək olar ki, qorumanı təmin etmir. Təyyarə topları və 12,7 mm pulemyot silahları 1 km məsafədən 6 mm qalınlığında olan BMP korpusunun damına nüfuz edə bilir.
BMP-2
BMP-2 (Boyevaya Mashina Pekhoty, rus: Боевая Машина Пехоты; ing: infantry combat vehicle) — Sovet istehsalı, ikinci nəsil piyadanın döyüş maşınıdır (PDM). 1960-cı ildə istehsal olunan BMP-1-in ardıcılı olan bu maşının istehsalına 1980-ci ildə başlanmışdır. İstehsalçı ölkə: SSRİ/Rusiya İstehsalçı firma: Kurqanmaşzavod Tip: Piyadanın döyüş maşını İstehsal tarixi: 1980 – 2008 Xidmətə giriş ili: 1980 – davam edir Ağırlıq: 14.3 ton Ekipaj: 3 nəfər Desant: 7 nəfər == İstifadə edən ölkələr == AzərbaycanAzərbaycan Quru Qoşunları-33 BMP-2M Dövlət Sərhəd Xidməti-268 BMP-1/BMP-2 == Ölçülər == Uzunluğu: 6.73 m Lülənin uzunluğu: 3 m Eni: 3.15 m Hündürlüyü: 2.45 m Klirens: 0.42 m == Müdafiə == Zireh qalınlığı: 33 mm yayılmış homogen polad 81 mm sis bombaları == Performans == Zəminə təzyiq: 0,66 kq/sm ² Dalış dərinliyi: üzən Xəndək keçmə: 2.5 m Divar dağıtmaq: 0.7 m Qalxma dərəcəsi: 35º Motor: UTD-20S1 dizel At gücü: 300 a.g. Maksimal sürət: 65 km/saat Mənzili: 600 km Dayandırılması: 1-2 və 6 ikitərəfli hidravlik teleskopik amartizatorlar və fərdi burulma bar == Silahlanma == – 30 mm 2A42 avtomatik top qurğusu Kalibr: 30 mm Mərmi: 30x165 mm Atış tezliyi: 800 atış/dəqiqədə Güllənin başlanğıc sürəti: 1120 metr/saniyə Lülənin qalxma bucağı: –5º... +74º Atəş məsafəsi: 1.5 km (Texnikalara qarşı); 2 km (Helikopterlərə qarşı); 4 km (Maksimal atəş məsafəsi). – 7.62 mm PKT pulemyotu Kalibr: 7.62 mm Mərmi: 7.62×54mm R Atış tezliyi: 750 atış/dəqiqədə Güllənin başlanğıc sürəti: 855 metr/saniyə Atəş məsafəsi: 1.5 km Maksimal atəş məsafəsi: 4 km Bundan əlavə 4 ədəd “Faqot” və ya “Konkurs” tank əleyhinə idarə olunan raketlət ilə silahlanır. 120 mm-lik “Faqot” tank əleyhinə idarə olunan raket Kalibr: 120 mm Atəş məsafəsi: 2.5 km 135 mm-lik “Konkurs” tank əleyhinə idarə olunan raket Kalibr: 135 mm Atəş məsafəsi: 4 km == Xidmət tarixi == Sovet Ordusunda BMP-lər tipik olaraq motoatıcı taborların tank alaylarında xidmət edirdi. Tipik motoatıcı bölmədə bir motoatıcı alay BMP-lərdən, digər iki alay isə BTR-lərdən təşkil olunurdu. Şərqi Almaniya Ordusunun bəzi motoatıcı bölmələrinin isə hər üç alayı BMP-lərdən təşkil olunurdu. Rumıniya və Bolqarıstan Ordusunun isə elə bölmələri var idi ki, onların heç biri BMP-lərlə təchiz olunmamışdı.
BMP-3
BMP-3 — Piyadanın Döyüş Maşını (PDM-3)(BMP-3). Piyadanın döyuş maşını piyada və motoatıcı hissələri atəşlə təmin etmək, onların mobil fəaliyyəti və qorunması üçün nəzərdə tutulmuşdur. Başqa qoşun növləri üçün də modernizə edilmiş nümunələri olan bu maşın “Kurqanmaşzavod” istehsalat birliyində istehsal olunmuşdur. Silah kompleksi “KBP” (Tula) tərəfindən işlənilmişdir. Maşın şəxsi heyəti çevrəvari olaraq qəlpə və atıcılıq silahından, üz hissəsi isə 30 mm-lik mərmilərdən qoruyur, bundan əlavə maşının tüstü pərdəsi qoyma (Tuca) imkanı da vardır. İstehsalçı ölkə: SSRİ/Rusiya İstehsalçı firma: Kurqanmaşzavod Tip: Piyadanın döyüş maşını İstehsal tarixi: 1987 – davam edir Xidmətə giriş ili: 1987 – günümüzə İstehsal sayı: 2000 ədəddən çox Ağırlıq: 18.7 ton (+ 4 ton dinamik zireh) Ekipaj: 3 nəfər (komandir, tuşlayıcı, sürücü-mexanik) Desant: 7+2 nəfər == Ölçülər == Uzunluğu: 6.7 m Lülə daxil olmaqla: 7.2 m Lülənin uzunluğu: 3.9 m Eni: 3.3 m Hündürlüyü: 2.3 m Klirens: 0.45 m == Müdafiə == Zireh: 60 mm alüminium ərintisi + polad Aktiv müdafiə sistemi: “Arena” Müdafiə sistemləri: “TŞU-2” və “Ştora-1” Dinamik zireh: “D3” 81 mm ZD-6M sis bombaları == Performans == Zəminə təzyiq: 0,60 kq/sm ² Dalış dərinliyi: üzən Xəndək keçmə: 2.2 m Maneə keçmə: 0.8 m Qalxma bucağı: 30º Motor: UTD-32 dizel Güc: 660 at gücü Sürət: Şossedə: 72 km/s (Şossedə);10 km/s (Suda). Döyüş radiusu: 600 km Asqı tipi: burulma bar == Silahlanma == 2A70 tipli 100 mm-lik reaktiv top qurğusu; 2A70 topuna bərkidilmiş 30 mm-lik 2A72 avtomatik top qurğusu; 7,62 mm-lik PKT pulemyotu; 2 əd 7.62 mm-lik, kurs üzrə PKT pulemyotu.1 ədəd 100 mm-lik “2A70” yivli reaktiv top qurğusu Kalibr: 100 mm Lülənin qalxma bucağı: -6º +60º Üfüqi tuşlama bucağı: 360º Məhvetmə radiusu: 160 – 600 m² Mərmi ağırlığı: 15.8 – 21.5 kq Mərminin başlanğıc sürəti: 250 – 355 metr/saniyə Atış tezliyi: 10 atış/dəqiqədə Atəş məsafəsi: 4 km Maksimal atəş məsafəsi: 7 km Mərmi sayı: 40 ədəd (qəlpəli-fuqaslı mərmi) 1 ədəd 30 mm-lik “2A72” avtomatik top qurğusu Kalibr: 30 mm Mərmi: 30×165 mm Atış tezliyi: 330 atış/dəqiqədə Mərminin başlanğıc sürəti: 1120 metr/saniyə Atəş məsafəsi: 2.6 km (Texnikalara qarşı); 2 km (Hava hədəflərinə qarşı); 4 km (Maksimal atəş məsafəsi) Mərmi sayı: 750 ədəd – 7.62 mm “PKT” pulemyotu Kalibr: 7.62 mm Mərmi: 7.62×54mm R Atış tezliyi: 750 atış/dəqiqədə Güllənin başlanğıc sürəti: 855 metr/saniyə Atəş məsafəsi: 1.5 km Maksimal atəş məsafəsi: 4 km Mərmi sayı: 6000 ədəd 8 ədəd 100 mm-lik 9M117M1 “Kastet” tank əleyhinə idarə olunan raket Kalibr: 100 mm Diametr: 53 mm Hədəfə çatma müddəti: 13 saniyə İdarəetmə sistemi: lazer izləməli Döyüş hissəsi: kumulyativ Raketin başlanğıc sürəti: 500 metr/saniyə Zireh qalınlığı: 600 – 800 mm Atəş məsafəsi: 6 km Maksimal atəş məsafəsi: 8 km Raket sayı: 8 ədəd 2 ədəd 7.62 mm-lik “PKT” pulemyotu kurs üzrə == Desant üçün silahlanma == 1 ədəd RPQ-7(RPQ-16) qumbaraatanı 5 ədəd reaktiv RPQ-18(RPQ-22) qumbarası, 2 ədəd 9K38 İqla daşınan zenit-raket kompleksi Bundan əlavə 100 mm-lik 2A70 top qurğusundan kumulyativ və qəlpələnən mərmilərdən başqa 9M117 Bastion TƏİR-dən də atəş açmaq mümkündür. == İstifadəçiləri == === Cari istifadəçilər === Azərbaycan - 118 ədəd BMP-3M. Kipr - 43 ədəd. 1995-1996-cı illərdə çatdırılıb. Hindistan - 17 ədəd BMP-3F 2010-cu ildə çatdırılıb.
BMP (format)
BMP təsviri formatı (.bmp) – Windows sisteminin əsas formatı hesab olunur. BMP faylnı Microsoft Office paketinin istənilən proqramı başa düşür. Bu formatdan “İşçi masaya” şəkillərin qoyulmasında da istifadə edilir. BMP faylın ölçüsü çox böyük olur.
Bum bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bum mahalı
Bum mahalı — Şəki xanlığının mahallarından biri. == Mahal haqqında qısa bilgi == Sahəsi - Əhalisi - Yaranması — 1747-ci il Mərkəzi — Bum kəndi Sərhədləri — == Mahalın tarixi == Xanlıqlar dövründə Bum mahalı Şəki xanlığının tərkibində olmuşdur.
Bum qalası
Bum qalası Böyük Qafqazın cənub ətəklərində, Bum kəndi yaxınlığında, Bum və Dəyirman çayları arasında yerləşir. Təbii təsirlər nəticəsində qala əsrlər boyu ciddi dağıntıya məruz qalmışdır. Xüsusilə də Dəyirman və Bum çayları vaxtaşırı olaraq daşaraq abidənin şərq və qərb kənarlarını yuyub dağıtmışdır. Bum qalası quruluş etibarı ilə düzbucaqlı formadadır. Onun divarlarının ümumi uzunluğu 114, qala divarlarının qalıqlarının hündürlüyü isə təqribən 2 m-dir. Qalanın cənub tərəfində 4, digər tərəflərindən hər birində isə 3 bürc olmaqla, cəmi 13 bürcü olduğu güman edilir. Şimal, şərq və qərb divarları ciddi dağıntıya məruz qaldığından, qalanın həmin istiqamətdə olan bürclərinin forma və ölçülərini müəyyənləşdirmək çətindir. Cənub divarındakı bürclər, xüsusilə də mərkəzi hissədə olan bürc nisbətən az dağıntıya məruz qalmışdır. Düzbucaqlı formada olan bu bürcün salamat qalmış hissədə hündürlüyü 1,8-2 metrdir. Yerüstü əlamətlərdən göründüyü kimi, qalanın digər bürcləri də düzbucaqlı formada olub.
Josef Bum
Josef Bum (26 sentyabr 1989-cu ildə anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə klubunda müdafiənin mərkəzi cinahında çıxış edən Kamerunlu professional futbolçudur.
Kim Bum
Kim Bum (7 iyul 1989, Seul) — Cənubi Koreyalı aktyor, müğənni və model. O, "Boys over flowers" serialında So Yi-cun rolu ilə tanınmışdır. == Həyatı == Kim San-bum 1989-cu il 7 iyulda Cənubi Koreyada anadan olub. Onun ailəsi atasından, anasından və bir kiçik bacısından ibarətdir.
Süni intellekt bumu
Süni intellekt bumu (ing. AI boom)—süni intellekt sahəsində davam edən sürətli və görünməmiş inkişaf dövrü. Yaradıcı süni intellekt yarışı 2016 və ya 2017-ci ildə OpenAI-nin yaradılması ilə ciddi şəkildə başlayan bu bumun əsas komponentidir. OpenAI-nin yaradıcı AI sistemləri, məsələn müxtəlif GPT modelləri (2018-ci ildən başlayaraq) və DALL-E (2021) bunun idarə edilməsində mühüm rol oynamışdır.2022-ci ildə böyük dil modelləri çatbot tətbiqləri üçün istifadə oluna biləcək şəkildə təkmilləşdirildi. Mətndən şəklə çevirən modellər elə bir nöqtədə idi ki, yaratdıqları insan tərəfindən yaradılmış təsvirlərdən demək olar ki fərqlənmirdi və nitq sintezi proqramı insan nitqini səmərəli şəkildə təkrarlaya bilirdi.2022-ci ilin sonu və 2023-cü il ərzində onlarla yeni veb-sayt və AI çatbotları ortaya çıxdı, çünki Big Tech bazarda möhkəmlənməyə çalışırdı və süni intellekt alətlərinin hər yerdə görünməmiş artmasına səbəb oldu.Süni intellekt bumuna ictimai reaksiya qarışıq olub, bəzi tərəflər süni intellektin yaratdığı yeni imkanları, onun bəşəriyyətə fayda gətirmək potensialını və mükəmməlliyini tərifləyir, digər tərəflər isə onu iş təhlükəsizliyini təhdid etdiyinə, cavablarında "anlaşılmaz" olduğuna və proqramlaşdırma suallarına səhv cavab verməsinə görə qınayıblar. == Dil modeli == GPT-3, OpenAI tərəfindən 2020-ci ildə yayımlanan insan tərəfindən yazıldığını müəyyən etmək çətin olan yüksək keyfiyyətli mətn yaratmağa qadir olan böyük bir dil modelidir. ChatGPT-də GPT-3.5 adlı təkmilləşdirilmiş versiyadan istifadə edilib. O daha sonra detallə cavabları və bir çox elmi mövzudakı aydın cavabları ilə diqqəti cəlb edib. GPT-4 adlı yeni versiya 14 mart 2023-cü ildə yayımlanıb və Microsoft Bing axtarış sisteminə inteqrasiya olunub. Digər dil modellərinə Google-un PaLM modeli və Meta Platforms-un LLaMA kimi modellər aid edilə bilər.
Boom(Bum) metod
Boum-Boum
Boum-Boum – Enigma musiqi layihəsi adından 2004 – cü ildə çıxarılmış sinql. Mahnı Voyageur albomundan çıxarlmış sonuncu sinqldır. Mahnının vokal ifaçıları Andru Donalds və Ruth-Ann Boyledur.
Bubo bubo
Adi yapalaq (lat. Bubo bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü.
Bufo bufo
Adi quru qurbağası (lat. Bufo bufo) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü. == Statusu == Azərbaycanda adi quru qurbağasının Bufo bufo verucosissima (Pallas,1813) yarımnövü yayılmışdır. Lənkəran rayonunda və Böyük Qafqazın cənub ətəklərində təsadüf edilir. == Yaşayış yeri == Meşə kənarlarındakı çəmənliklərdə, çoxalma dövründə isə meşə kənarındakı gölməçələrdə təsadüf edilir. == Sayı == Çoxalma zamanı optimal şəraitdə 1 km marşruta 3-4 fərd düşür. 1989-cu ildə Zaqatala rayonunun Qəbizdərə kəndinin yaxınlığındakı gölməçədə 100 m-lik sahil zolağında 30-40 fərd hesablanmışdır. == Çoxalması == Mayalanma xaricidir. Cütləşmə 4-12 (hərdən daha çox) saat davam edir. Kürütökmə 7-10 gün ərzində gedir.
ADMP
Azərbaycan Demokratik Maarifçilik Partiyası və ya qısaca ADMP — Məmmədhənifə Musayev tərəfindən qurulan və 1995-ci il avqustun 4-də dövlət qeydiyyatına alınan siyasi partiya. ADMP 1995–2000-ci illərdə və 2015-ci ildən Milli Məclisdə təmsil olunur. ADMP sədri 1995–2004-cü illərdə Məmmədhənifə Musayev olub, 2004-cü ildən isə sədr onun oğlu Elşən Musayevdir. == Tarixi == Məmmədhənifə Musayevin qurucusu olduğu Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) 1995-ci il avqustun 4-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı. Yeni qurulan ADMP üç ay sonra, 1995-ci ildə baş tutan Parlament seçimlərində mübarizə apardı. Nəticədə ADMP üzvü v ə partiya katibi Babaxan Muradov qalib gəldi və Milli Məclisin deputatı seçildi. Daha sonra ADMP 2000-ci il noyabrın 11-də baş tutan Parlament seçimlərində mübarizə apardı, amma Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi. ADMP sədri Məmmədhənifə Musayevin 2004-cü ildə vəfat etməsindən sonra onun oğlu, Elşən Musayev ADMP sədri oldu. ADMP 2005-ci il noyabrın 6-da baş tutan Parlament seçimlərində mübarizə apardı, amma növbəti dəfə Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi. Daha sonra ADMP 2010-cu il noyabrın 7-də baş tutan Parlament seçimlərində də mübarizə apardı.
BAMF
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) – 1992-ci ildə dövlət qeydiyyatına alınmış müstəqil beynəlxalq qeyri-hökumət təşkilat. BMT-nin İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, ABŞ Dövlət Departamenti, ABŞ Tədqiqat Əməliyyat Mərkəzi, Avropa Komissiyası, NATO, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, Sərhədsiz Reportyorlar, Beynəlxalq Söz Azadlığı Mübadiləsi, Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Beynəlxalq Avrasiya Mətbuat Fondu əsasən üç istiqamətdə – media və vətəndaş cəmiyyətinin inkişafı; sülhməramlı aksiyalar və konfliktologiya; qaçqınlar, məcburi köçkünlər və icma problemləri istiqamətlərində fəaliyyət göstərir. Beynəlxalq Sülh Bürosunun (BSB), Beynəlxalq Mətbuat İnstitutunun (BMİ), Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosu Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin İctimai-Özəl Tərəfdaşlıq Proqramının, BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) QHT bölməsinin xüsusi məşvərətçi statuslu üzvü olan BAMF Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu və Azərbaycan Jurnalistlər Konfederasiyasının üzvüdür. BAMF-ın sədri Umud Mirzəyev Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu İdarə Heyəti sədrinin müavinidir. Beynəlxalq təşkilatlara üzvlüyü BAMF-ın fəaliyyət dairəsinin genişlənməsi ilə yanaşı həm də fonda müvafiq səlahiyyətlər qazandırır. ECOSOC-da xüsusi məşvərətçi status qazanan BAMF BMT Baş Assambleyası tərəfindən çağırılan beynəlxalq konfrans və digər xüsusi iclasların iştirakçısı olmaq, komitə tərəfindən verilmiş zəmanət əsasında şifahi, həmçinin qısa yazılı bəyanatlar vermək, ECOSOC-un və onun digər orqanlarının iclaslarında iştirak üçün nümayəndələr təyin etmək, QHT-lərin maraqlı olduğu məsələlərlə bağlı katiblikdəki məmurlarla məsləhətləşmələr aparmaq səlahiyyətinə malikdir. Təşkilat Beynəlxalq Mətbuat İnstitutunun tərəfdaşı kimi bu nüfuzlu qurumun hər il keçirdiyi Dünya Konqreslərində və Baş Assambleyalarında iştirak edir, təkliflər irəli sürür, Azərbaycanda müstəqil medianın inkişafı ilə bağlı məsələlər qaldırır. ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosu Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsi ilə özəl tərəfdaşlıq BAMF-ın sülhməramlı aksiyalar və konfliktologiya sahəsindəki fəaliyyətində yeni mərhələ açmışdır. Təşkilat bu tərəfdaşlıq çərçivəsində öz nəşrlərində, media qurumları ilə əməkdaşlıq əlaqələrində və keçirdiyi ictimai tədbirlərdə ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosu Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsilə tərəfdaşlığını vurğulaya, bu idarə ilə birgə müəlliflik əsasında məqalələr və nəşrlər hazırlaya bilər.
BTMİ
Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (ing. International Union for Conservation of Nature and Natural Resources), qısaca ing. IUCN) — 1948-ci ildə yaradılmışdır. Mərkəzi iqamətgahı İsveçrənin Qland şəhərində yerləşir. Qurum özündə aidiyətli 89 dövlət, 109 hökumət, 800 dən çox qeyri-hökumət təşkilatını və elmi tədqiqat institut ya mərkəzlərini birləşdirir. Məhvolma təhlükəsi == Tarixi == Ən yaşlı və müstəqil orqan olan Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqı (IUCN) 1948-ci ildən etibarən 77 il fəaliyyət göstərir. Birliyin fəaliyyət proqramı 1979-cu ildə qəbul edilmiş Dünya Ətraf Mühit Strategiyası tərəfindən tənzimlənir.UNESCO, ECOSOC və FAO-nun məsləhətçisi statusu olan IUCN, 78 ölkəni, 900-ə yaxın hökumət və ictimai təşkilatını, 181 dövlətdən 12000-dən çox alim və mütəxəssisdən ibarətdir. Birlik Qırmızı Kitab, məşhur elmi ədəbiyyat, serial və xüsusi məsələləri dərc edir. İsveçrə Cövhərində yerləşən birliyin qərargahı heç vaxt yerini dəyişdirməmişdir.1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş ətraf mühit və inkişaf üzrə BMT konfransı "XXI əsrin gündəliyi", "Rio Bəyannaməsi" və digər sənədləri əhatə edən müasir cəmiyyətin Davamlı İnkişafa keçid konsepsiyasını qəbul etdi. Bu sənəd təkcə ətraf mühitin mühafizəsi məsələsi ilə məhdudlaşmır, eyni zamanda ayrı-ayrı ölkələrdə insanla ətraf mühitin ahəngdarlığına əsaslanan uzunmüddətli iqtisadi, sosial və ekoloji inkişaf strategiyasını nəzərdə tutur.
Blume
Karl Lüdviq Blume (alm. Charles Ludwig de Blume‎ və ya alm. Karl Ludwig von Blume‎; 9 iyun 1796 – 3 fevral 1862) Almaniya və Niderlandiya botaniki. == Əsərləri == Carl Ludwig Blume: Bijdragen tot de flora van Nederlandsch Indië …. 1825-1827 on Botanicus Carl Ludwig Blume: Enumeratio plantarum Javae et insularum adjacentium. 1827-1828. Carl Ludwig Blume & J. B. Fischer: Flora Javae nec non insularum adjacentium …. 1828-1851. Carl Ludwig Blume: Rumphia, sive commentationes botanicae imprimis de plantis Indiae orientalis …. 1836-1849 (4 volumes with 170 illustrations) Carl Ludwig Blume: Museum botanicum Lugduno-Batavum ….
BuBi
"BuBi" (rəsmi olaraq: MOL BuBi) — Macarıstanın Budapeşt şəhərində velosiped paylaşma şəbəkəsidir. Adı, Budapeşt və Bicikli (macar dilində velosiped) sözlərindən yaradılmış və "baloncuq" mənasını verir. 2019-cu ilin may ayına kimi şəbəkə 143 dok stansiyadan və 1846 velosipeddən ibarət idi. == Tarixi == BuBi layihəsi Budapeşt Bələdiyyəsi tərəfindən 2008-ci ildə yaradılmışdır. Bu layihə üçün kapital qoyuluşu təqribən 900 milyon HUF (təxminən 3 milyon €) təşkil edir. Bu məbləğin 85% -i Avropa Birliyi, qalan 15% -i isə yerli hökumət tərəfindən ödənilir. Təxminən 250 milyon HUF (təxminən 800.000 €) illik əməliyyat xərcləri ən böyük inteqrasiya edilmiş neft və qaz qrupu olan MOL tərəfindən ödənilir və Macarıstanda bir yanacaqdoldurma məntəqəsi şəbəkəsini idarə edir, buna görə də layihə "MOL Bubi" adlandırılmışdır. Təchizat və proqram təminatı və velosipedləri özündə birləşdirən Nextbike-nin velosiped paylaşma sisteminin həyata keçirildiyi hər yerdən fərqli olaraq Budapeştdə bu sistem Nextbike tərəfindən idarə edilmir. Budapeştdə bu sistem T-Systems və Csepel tərəfindən idarə olunur. Normalda nextbike-nin velosiped paylaşma sisteminin digər tətbiqlərində velosipedlər Nextbike-nin öz istehsal salonuna toplanaraq dünyaya çatdırılır, lakin Budapeştdə velosipedlər Macar velosiped istehsalçısı Csepel tərəfindən istehsal olunur və yığılır.
Bubo
Yapalaq (lat. Bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Buca
Buca (türk. Buca) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimalında Konak, şimal-şərqində Bornova, şərqində Kamalpaşa, cənubunda Torbalı, cənub-qərbində Menderes, qərbində isə Qaziemir və Qarabağlar ilçələri yerləşir. İlçənin sahəsi 178 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 510,695 nəfərdir.
Buda
Buda (mac. Buda) - Macarıstan krallığının mərkəzi olmuş tarixi şəhər. Budin şəhərinin yerləşdiyi tarixi yer Budapeşt şəhərindən keçən Dunay çayının cənub tərəfi hesab olunur. Osmanlı imperiyası və Macarıstan krallığı arasında 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində şəhər Osmanlı imperiyasının nəzarəti altına keçmişdir.
Buğa (bürc)
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.