Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kuriya-Muriya adası
Kuriya-Muriya adası (ərəb. جزر خوريا موريا‎ tərcümə. "Cuzur Xuruiya Muruiya") — Omana aid olan Ərəbistan dənizində yerləşən adalar qrupu. Ölkənin cənub-şərq sahilindən 40 kilometr məsafədə yerləşmişdir. == Coğrafiyası == Qrupa beş ada daxildir. Adalar ümumilikdə 73-lə km² ərazini əhatə edir. Qərbdən şərqə doğru: Əl-Xasikiya, Əs-Səud, Əl-Xallaniya, Qarzant və Əl-Kibliya adaları bir-birlərini əvəz edir. Adalar qranitdən ibarətdir və batırılmış dağ silsiləsinin zirvələrini təşkil edir. Adaların maksimum dəniz səviyyəsindən hündürlüyü 501 metrə bərabərdir. == Tarixi == Belə hesab edilir ki, əsasən bu adalar Insulae Zenobii adı altında bizim eramızın I əsrinin yazı mənbələrində xatırlanır.
Furiya
Furiyalar – Qədim Roma mifologiyasında intiqam ilahələri. Yunan mifologiyasındakı Eriniyalara uyğundur. == Həmçinin bax == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kuriya
Kuria (lat. curia) — Qədim Romada ən qədim yaşayış məntəqəsi bölgüsü. Romul romalıları hər biri on kuriadan ibarət üç triba bölmüşdür. Hər bir kuria isə öz növbəsində ailə qruplarından və nəsillərindən təşkil olunurdu. Bu quruluşda hökmranlığa və ya ağalığa patrisian nəsli malik idilər. Hər otuz kuria bir səsə malik olurdu. Beləliklə xalq yığıncağının arxaiq forması kuria komissiyası adlanırdı.
Quriya
Quriya diyarı (Gürcücə: გურია) — Gürcüstanın Qaradəniz sahilində inzibati ərazi vahidi. Gürcüstan Respublikasının doqquz diyarından (gürcücə: მხარე) biri. Quriyanın mərkəzi Ozurgetidir. Ozurgeti şəhərinə şəhər statusu 1840-ci ildən verilib. Şəhər 1934–1989-cu illərdə Filip Makharadze şərəfinə Makharadze adlandırılmışdır. Son statistikasına əsasən rayon əhalinsinin sayı 113 350 nəfər idi (2014).
Suriya
Suriya (ərəb. سوریة‎) və ya rəsmi adı ilə Suriya Ərəb Respublikası (ərəb. الجمهوریة العربیة السوریة‎) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda Türkiyə, şərq və cənub-şərqdə İraq, cənubda İordaniya, cənub-qərbdə İsrail və Livanla həmsərhəddir. Ölkənin qərbində isə Aralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Dəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləri Hələb, Hüms, Laziqiyyədir. 1963-cü ildən bəri ölkə Bəəs partiyası tərəfindən idarə edilir. 1970-ci ildən bəri dövlətin başında Əsəd ailəsindən biri olmuşdur.
Apameya (Suriya)
Apameya (Oront üzərində) və ya Suriya Apameyası (lat. Apamea, ərəb. ‏أفاميا/‏آفاميا‎, Afāmya, q.yun. Ἀπάμεια τῆς Συρίας, ərəbcə müasir adı Qal’at al-Mudik) şimali Suriyada, Oront çayı üzərində antik şəhərdir. Apamene bölgəsinin əsas şəhəri idi, daha sonra Romanın İkinci Suriya əyalətinin (lat. Syria Secunda) tərkibinə daxil idi. == Tarixi == Əvvəlcə Farnakes (qədim yunan mənbələrində Φαρνάκης) adlanırdı. Makedoniyalı İsgəndərin fəthindən sonra şəhər Pella (Πέλλα, Makedoniyanın əsas şəhərinin şərəfinə) adlandırıldı. Şəhərə yeni ad I Selevk Nikator (312–281) tərəfindən e.ə. 324-cü ildə evləndiyi arvadı Apamanın adını verilmişdir.
Bureya çayı
Bureya – Rusiya Federasiyasınin Xabarovsk diyarı və Amur vilayətində çay. Amur çayının sol qolu. == Ümumi məlumat == Sağ Bureya (Ezop silsiləsinin cənub yamaclarından başlanır) və Sol Bureya (Dusse-Alin silsiləsinin qərb yamaclarından başlanır) çaylarının qovuşmasından əmələ gəlir. Uzunluğu 623 km (Sağ Bureyanın başlanğıcından 739 km), hövzəsinin sahəsi 70,7 km². Yuxarı axınında dağ çayıdır (axın sürəti 3–4 m/san). Orta axınında Turan silsiləsinin qollarını kəsir və dar dərə ilə axır. Aşağı axınında Zeya-Bureya düzənliyinə çıxır, dərəsi 10 km-ədək genişlənir. Əsasən, yağış suları ilə qidalanır. Yayda 5–7 dəfə daşqın olur. Daşqın zamanı suyun səviyyəsi bəzən 6–10 m-ə çatır.
Burika yarımadası
Burika (isp. Península de Burica) — Mərkəzi Amerika ərazisində, Kosta-Rikanın cənubunda, Panamanın qərbində yerləşən yarımada. == Coğrafiyası == Ensiz və uzunsov formaya malik yarımada Sakit okean suları ilə əhatələnmişdir. Yarımada boğazla Burika adasından ayrılır. Yarımada həm də Kosta-Rikanın ən ucqar cənub nöqtəsidir. Ən hündür nöqtəsi 257 metrdir. Yeganə ən böyük şəhəri Puerto-Amuelesdir. Şəhərin 8 200 nəfər əhalisi vardır (2005). Yerli əhali əsasən balıqçılıqla məşğul olur. == Sahiblənmə statusu == Eçandi-Fernandes anlaşması 1941-ci ilin mayında imzalanması ilə yarımada iki ölkə arasında bölünmüşdür.
Böyük Suriya
Böyük Suriya, Tarixi Suriya (ərəb. سوريا التاريخية‎‎), Təbii Suriya (ərəb. سوريا الطبيعية‎ Sūriyā aṭ-Ṭabīʿiyya) və ya Bilad əş-Şam (ərəb. بلاد الشام‎) — adətən bu ərazi indiki Levantı, yəni Suriyanı, Livanı, Türkiyənin Hatay ilini, İsraili, İordaniyanı və Fələstini əhatə edir. Daha geniş tərif ilə "Təbii Suriya" termin Suriya Sosial Milliyyətçi Partiyası (SSMP) tərəfindən də istifadə edilməkdədir.
Katana (Suriya)
Qətəna (ərəb. قطنا‎) — Suriyada şəhər, Dəməşq mühafazasında eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 6.865 ailədə 17.228 nəfəri kişilər və 16.768 nəfəri qadınlar olmaqla cəmi 33.996 nəfərdir.
Lavrenti Beriya
Lavrenti Pavloviç Beriya (gürc. ლავრენტი პავლეს ძე ბერია; 17 (29) mart 1899, Merxeuli[d], Kutaisi quberniyası – 23 dekabr 1953 və ya güm. 26 iyun 1953, Moskva) — dövlət və siyasi xadimi, Baş Dövlət Təhlükəsizliyi Komissarı (1941), Sovet İttifaqı Marşalı (1945), Sosialist Əməyi Qəhrəmanı (1943). == Fəaliyyəti == SSRİ Nazirlər Soveti Sədrinin müavini (1946–1953), SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini (1953). SSRİ Dövət Müdafiə Komitəsinin üzvü (1941–1944), SSRİ Dövət Müdafiə Komitəsi sədrinin müavini (1944–1945). VII çağırış SSRİ Mərkəzi İcraiyyə Komitəsinin üzvü, I–III çağırış SSRİ Ali Sovetinin deputatı. ÜİK(b)P MK üzvü (1934–1953), MK Siyasi Bürosu üzvlüyünə namizəd (1939–1946), Siyasi Büro üzvü (1946–1953). İosif Stalinə yaxın insanlardan biri olub. Stalinin tapşırığı ilə bir sıra vacib sahələrə, o cümlədən nüvə silahının yaradılmasına rəhbərlik edib. Stalinin vəfatından bir qədər sonra şpionajlıqda və hakimiyyəti ələ keçirməkdə ittiham edilərək həbs edilib.
Mari (Suriya)
Mari və ya Təll-Həriri (ərəb. تل حريري‎) — indiki Suriyada qədim sami şəhəri. Şəhərin xarabalıqları Fərat çayının qərb sahilində yerləşən Əbu-Kamal şəhərindən 11 kilometr (6.8 mil), Deyr-əz-Zor şəhərindən 120 kilometr (75 mil) uzaqlıqdakı bir təll üzərində yerləşir. Şəhər e.ə. 2900 və e.ə. 1759-cu illərdə ticarət mərkəzi və hegemon dövlət kimi çiçəklənmişdir. Şəhərin salınmasının səbəbi Fərat çayı üzərindəki ticarət yollarının mərkəzində yerləşməsi idi. Bu, şəhəri Şumer və Levant arasına salmışdır. Mari ilk dəfə e.ə. XXVI əsrin ortalarında tərk edilmişdir, lakin daha sonra – e.ə.
Quriya Respublikası
Quriya Respublikası – qərbi Gürcüstandakı Quriya bölgəsində Rusiya imperiyasına qarşı üsyan etmiş xalqın qurduğu dövlətdir. == Arxa plan == Quriyada hələ XV əsrdə müstəqil və yarımmüstəqil formada mövcud olmuş Quriya knyazlığı qurulmuşdu. Knyazlıq Rusiya imperiyasının himayəsinə daxil olduqdan qısa müddət sonra – 1829-cu ildə ləğv edilmiş və 1840-cı ildə birbaşa Rusiya imperiyasına daxil edilmişdir. Bu dövrdən sonra Rusiya hakim dairələrinin yerli gürcü kilsəsinə münasibəti, həmçinin ağır vergi siyasəti xalqın narahatlığına və zaman-zaman üsyanlara səbəb olmuşdur. 1902-ci ildə ərazilərin örüş haqları üstündə çıxan üsyanlarla başlayan üsyan hərəkatının tarixçəsi respublikanın elanından on illərlə əvvələ gedib çıxır. Vergiləndirmə, ərazi mülkiyyəti və iqtisadi faktorlar da daxil olmaqla, böyük ölçüdə kəndli əhalinin qarşı-qarşıya qaldığı problemlər üsyanın başlamasında böyük rol oynamışdır. Gürcü sosial-demokratların cəhdləri sayəsində meydana çıxan üsyanlar 1905-ci ildə Birinci Rus inqilabı dövründə daha da qüvvətləndi və getdikcə daha mütəşəkkil hal almağa başladı. Rusiya hakim hərbi dairələri bu geniş xalq üsynalarını yalnız 1906-cı ildə böyük hərbi güc tətbiq etməklə yatıra bildilər. == Respublika == Quriya Respublikası 1905-ci ildə kəndli üsyanları nəticəsində elan edilmiş və 1906-cı ilə qədər qısamüddətli mövcud olmuşdur. Respublika varlığı boyunca muxtar bölgə olmuşdur.
Quriya diyarı
Quriya diyarı (Gürcücə: გურია) — Gürcüstanın Qaradəniz sahilində inzibati ərazi vahidi. Gürcüstan Respublikasının doqquz diyarından (gürcücə: მხარე) biri. Quriyanın mərkəzi Ozurgetidir. Ozurgeti şəhərinə şəhər statusu 1840-ci ildən verilib. Şəhər 1934–1989-cu illərdə Filip Makharadze şərəfinə Makharadze adlandırılmışdır. Son statistikasına əsasən rayon əhalinsinin sayı 113 350 nəfər idi (2014).
Quriya knyazlığı
Quriya knyazlığı – Gürcüstanda mövcud olmuş tarixi dövlət. Quriya kəlməsi meqrelcə və lazca kökənli kəlimədir, qəlb və ya mərkəz deməkdir. Gürcüstanın cənub-qərb bölgəsində yerləşən Quriya Qara dənizlə Kiçik Qafqaz dağlarının arasında yerləşir. 1463-cü ildən 1829-cu ilə qədər Qurieli sülaləsinə mənsub 22 şahzadə tərəfindən idarə edilmişdir. Gürcüstan çarlığının parçalanmasından sonra ortaya çıxmış və sərhədləri Osmanlı ilə davamlı meydana çıxan müharibələrə görə tez-tez dəyişmişdir. 1829-cu ildə Rusiya tərəfindən ləğv edilənə qədər müxtəlif muxtar hüquqlara malik olmuşdur. == Tarixi == Quriya knyazlığı Rioni və Çoruh çaylarının arasında olan, XIII əsrin əvvəllərindən bəri monarxiya yolu ilə başa keçən hakimlər (eristavi) tərəfindən idarə edilən Gürcüstan krallığının bir bölgəsi idi. Gürcüstan çarlığının Qurieli rütbəsini verdiyi Quriyalı ailə Gürcüstanın monqollar tərəfindən istilasını fürsət bilərək 1280-ci illərdə müstəqilliyini elan etsə də, 1330-cu illərdə monqolların təzyiqi ilə V Georginin hakimiyyətini qəbul etməyə məcbur oldular. V Baqratın hakimiyyətə keçməsindən sonra Quriyanın şimalında svanlar üsyan qaldırdılar. V Baqrat üsyançıları məğlubiyyətə uğratdı, lakin 1362-ci ildə Quriyanı Svaneti knyazlığına verdi və Quriya Vardanidze sülaləsi tərəfindən idarə edilməyə başlandı.
Quriya mxaresi
Quriya diyarı (Gürcücə: გურია) — Gürcüstanın Qaradəniz sahilində inzibati ərazi vahidi. Gürcüstan Respublikasının doqquz diyarından (gürcücə: მხარე) biri. Quriyanın mərkəzi Ozurgetidir. Ozurgeti şəhərinə şəhər statusu 1840-ci ildən verilib. Şəhər 1934–1989-cu illərdə Filip Makharadze şərəfinə Makharadze adlandırılmışdır. Son statistikasına əsasən rayon əhalinsinin sayı 113 350 nəfər idi (2014).
Suriya erməniləri
Suriyadakı ermənilər və ya Suriya erməniləri ( erm. Հայերը Սիրիայում, ərəb. أرمن سوريا‎ - Suriyada yaşayan erməni əsilli şəxslərə verilən ümumi ad. == Əhali sayı və məskunlaşma == Ermənistan Diaspor Nazirliyinin məlumatına görə, Suriyada vətəndaş müharibəsi başlayana qədər 100 minə yaxın erməni yaşayır ki, onlardan 60 mini Hələbdə, 8 mini Əl Qamışlıda, 6-7 mini Dəməşqdə yaşayır. Suriyanın müasir erməni icması 1915-1920-ci illərdə Osmanlı Türkiyəsində ermənilərin kütləvi deportasiyası nəticəsində formalaşmışdır. 1918-ci ildə Suriya ermənilərinin sayı 142.000 nəfər idi ki, onlardan 60.000-i Hələbdə idi. Sonralar Suriya ermənilərinin bir hissəsi tədricən Livana, Avropa ölkələrinə, Kanadaya, ABŞ-yə və Ermənistana (1946-1948-ci illərdə və 1964-1966-cı illərdə) mühacirət etmişlər. 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsi səbəbindən bir çox erməni Suriyanı tərk etmək məcburiyyətində qalıb. 2014-cü ilin yanvar ayına olan məlumata görə, Ermənistanda Suriyadan olan 11 min erməni qaçqın yaşayırdı . Onların bir hissəsi Ermənistan hakimiyyəti tərəfindən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölk=gəsində məskunlaşdırıldı.
Suriya funtu
Suriya funtu və ya Suriya lirəsi (ərəb. الليرة السورية‎ al-līra as-sūriyya; fr. livre syrienne; simvol: LS və ya £S; code: SYP) - Suriya respublikasının pul vahidi. Suriya Mərkəzi Bankı tərəfindən buraxılır. 1 funt 100 quruşa bölünür, baxmayaraq ki, artıq quruş tədavülə çıxardılmır. 1958-ci ilə qədər əsginasların ön tərəfi ərəb, arxa tərəfi isə fransız dilində buraxılırdı. Müstəqilliyə qədər sikkələrdə ərəb və fars dillərindən istifadə olunurdu, daha sonra isə yalnız ərəb dili istifadə edildi. == Tarixi == 400 il davam edən Osmanlı İmperiyası dövründə Suriyada əsas mübadilə vahidi Osmanlı lirəsi idi. Osmanlı İmperiyasının süqutundan sonra Fransa işğalına məruz qalan Suriya mandat olmuş, Livan, Transiordaniya və Fələstinin daxil olduğu Fransız və İngilis mandatı altında olan ərazilərdə Misir funtu istifadə edilmişdi. Livan və Suriyanı ayrı bir mandat altında alan Fransız hökuməti Misir valyutasını əvəz etməyə çalışdı və yeni mandatı altındakı ölkələrdə pul buraxılması üçün Banque de Syrie (Osmanlı Bankının Fransız filialı) ticarət bankını qurdu.
Suriya göyrüşü
Suriya göyrüşü (lat. Fraxinus syriaca) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Mərkəzi və Qərbi Asiyadır. == Botaniki təsviri == Hündürlüyü 10-15 m-ə çatan ağacdır. Düz, nazik gövdəlidir. Lələkvari yarpaqların uzunluğu 20 sm-dir. Yarpaqcıqları 9-11 ədəd olub, oturaqdır. Iti uclu, yumurtavari formalıdır. Çiçəkləri süpürgəvari çiçək qrupuna toplanmışdır. Dişi çiçəklərin dişicik ağzı tozcuğu götürməyə hazır olduqda erkək çiçəkləri hələ yetişmir.
Suriya gülxətmisi
Suriya hibiskusu (lat. Hibiscus syriacus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin hibiskus cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çin və Qərbi Asiyadır. Qafqazda, Orta Asiyada, Moldovada və Krımda bitir. == Botaniki təsviri == Hündürlüyü 5-6 m-ə qədər olan, yarpağı tökülən koldur. Uzunluğu 10 sm olan, yumurtaşəkilli, parlaq, yaşıl yarpaqları ilə fərqlənir. Çiçəkləri tək, xırda, ağdan-qırmızıyadək müxtəlif rəngli, bəzən ikirəngli, sadə və çoxləçəklidir. Yayın ikinci yarısından noyabr-dekabr aylarına qədər bol çiçəkləyir. Toxumlarla və yarımoduncaqlaşmış qələmlərlə çoxaldılır. == Ekologiyası == Rütubət və istisevən bitkidir.
Suriya hibiskusu

Suriya iqtisadiyyatı
== Ümumi iqisadi göstəricilər == İstiqlaliyyətini 1943-cü ildə əldə etsə də, Suriya ancaq II Dünya müharibəsindən sonra müstəqil siyasi və iqtisadi inkişaf yoluna qədəm qoydu. Milli və iqtisadi müstəqilliyinin ilk illərində Suriya Yaxın və Orta Şərqdə kapitalizm münasibətləri hələ rüşeym halında olan aqrar-xammal ölkələrindən biri idi. O zaman ölkə iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edirdi. Suriya hökumətinin həyata keçirdiyi ilk tədbirlər sırasına yerli pulun xarici valyutadan asıllığının qarşısını almaqdır. Milli sənayeni inkişaf etdirmək məqsədilə dövlət bir sıra bankları, hərəsində 100 nəfərdən artıq fəhlə çalışan müəssisələri, habelə sığorta şirkətlərini milliləşdirdi. Ölkənin yeraltı sərvətləri ümumdövlət mülkiyyəti elan olundu, elektrik stansiyalarının üzərinə dövlət nəzarəti qoyuldu. Suriya hökumətinin iqtisadiyyat sahəsində həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də dövlət bölmələrinin yaradılması idi. Bu prosesin ilk illərində dövlət keçmiş müstəmləkə inzibati idarəsinə mənsub olan mülkiyyəti, xarici şirkətlərə məxsus olan zavod və fabrikləri pul ilə onlardan satın alırdı. Artıq 1965-ci ilin əvvəlləri üçün İraq və Səudiyyə Ərəbistanından başlayıb Suriya ərazisindən keçən neft kəmərləri istisna olmaqla xarici kapital Suriyada öz mövqeyini, demək olar ki, tamamilə itirdi. Sonrakı illərdə dövlət bölmələrinin genişləndirilməsi işinə diqqət daha da artırıldı.
Suriya mühafazaları
Suriya mühafəzələri (ərəb. محافظات سوريا‎) — Suriya Ərəb Respublikasının birinci dərəcəli inzibati vahidi. Suriya unitar bir dövləttir, lakin inzibati səbəblərə görə ölkə 14 mühafəzəyə (ərəb. محافظة‎) bölünür. Bu mühafəzələr 60 rayona (ərəb. منطقة‎; mıntıka), bu rayonlar isə ölkənin ən kiçik inzibati vahidi – 206 nahiyəyə (ərəb. ناحية‎) bölünmüşdür. Hər bir mühafəzəyə Nazirlər Kabinetinin təsdiqi ilə prezident tərəfindən təyin edilən valilər rəhbərlik edir. Vali mühafəzədə idarəetmə, səhiyyə, sosial servislər, təhsil, turizm, ictimai işlər, nəqliyyat, daxili ticarət, kənd təsərrüfatı, sənaye, mülki müdafiə və son olaraq qanun və qaydanın qorunub saxlanılmasından məsuldur. Yerli İdarəetmə Naziri yerli inkişaf layihələrinə nəzarət etmək üçün valilər ilə yaxından işləyirlər.
Suriya mühafizələri

Suriya mühafəzələri