Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
To Beast or Not To Beast
To Beast or Not To Beast — Lordi studiya albomu.
Sonic 3D Blast
Sonic 3D, Sonic 3D: Flickies’ Island və ya Sonic 3D Blast — "Sonic Team" oyun şirkəti tərəfindən 1996-cı ildə yaradılan macəra oyunudur. Həkim Robotnik alternativ ölçülmədə yaşayan Fliki adlı quşları tapdıqdan sonra öyrənir ki, bu quşlar böyük üzüyün köməyi ilə müxtəlif yerləri gəzə bilirlər. Bu səbəbdən Həkim Robotnik onları robota döndərir ki, Xaosun zümrüdlərini asan tapsın. Sonik Fliki adasına səyahət edən zaman burada Həkim Robotnikin bazasını görür və onun quşlardan robot düzəldtməsini müşahidə edir. Bütün bu hadisələri öyrənən Sonik qərar verir ki, Fliki quşlarını xilas etsin və Həkim Robotnikin Xaosun zümrüdləri axtarışına son qoysun. Sonik əvvəlcə quşları azad edir və Həkim Robotnik ilə bir neçə dəfə döyüşür. Bir çox macəralardan sonra Sonik Həkim Robotnik ilə sonuncu dəfə döyüşərək ona qalib gəlir və bütün quşları azad edir.
The Number of the Beast (albom)
The Number of the Beast ingilis ağır metal qrupu Iron Maiden -in üçüncü studiya albomudur. 22 mart 1982-ci ildə Böyük Britaniyada EMI Records və ABŞ-də Harvest və Capitol Records tərəfindən yayımlanmışdır. Albom vokalist Bruce Dickinson ilə ilk, zərb qurğusunda ifa edən Clive Burr ilə isə sonuncu albom idi.İngiltərədə siyahılara 1 nömrədən daxil olan ilk ağır metal albomu olmuşdur.İngilis musiqi jurnalı "Kerrang!" tərəfindən hazırlanan "Ölmədən əvvəl dinləməli olduğunuz 100 albom" siyahısında The Number of the Beast 36.yeri tutmuşdur.Q jurnalının isə "Bütün vaxtların ən sərt 50 albomu" siyahısına daxil olmağı bacarmışdır. The Number of the Beast tənqidi və kommersiya uğuru ilə qarşılandı və qrupun Böyük Britaniya Albomları Qrafikində birinci yerə çıxan və ABŞ Billboard 200 -də ilk 40-a çatan ilk albomu oldu. Albomda mövcud olan" Run to the Hills " və " The Number of the Beast " sinqlları qrupun İngiltərədə ilk 10-luğa daxil olan ilk parçaları idi. Albom, qapağında və daxilindəki mahnıların başlıqlarında dini istinadlar olması səbəbi ilə əsasən ABŞ-də olmaqla bir çox yerdə tənqidə məruz qaldı.
Ellen van der Veyden-Bast
Ellen van der Veyden-Bast (d. 29 avqust 1971) — Niderlandı təmsil edən su poloçusu. Ellen van der Veyden-Bast, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Bipaşa Basu
Bipaşa Basu (ing. Bipasha Basu, hind. बिपाषा बासु, d. 7 yanvar 1979) — hind aktrisası və modeli. == Həyatı == 7 yanvar 1979-cu ildə Dehli şəhərində anadan olmuşdur. Bipaşha hind, ingilis, benqal dillərində sərbəst danışır. Bipaşhanın iki bacısı var. Uşaqlıqda dərisinin qara rənginə görə onu "çirkin" deyə çağırıblar. Məktəbdə oxuyanda basketbol oynamağı sevərmiş. Ən böyük arzusu həkim olmaq idi.
Başt
Başt — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Başt şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,269 nəfər və 1,561 ailədən ibarət idi.
Başt şəhristanı
Başt şəhristanı- İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Başt şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 22,170 nəfər və 4,309 ailədən ibarət idi.