Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bülövlük
Bülövlük – Azərbaycan Respublikasının Laçın rayonu Qoşasu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayonunun Qoşasu inzibati ərazi vahidində olan kənd Mıxtökən silsiləsinin (kiçik Qafqaz) ətəyindədir. Bəzi tədqiqatçıların fikrincə, oykonim bülöv (kəsici alətləri itiləyən daş) sözündən və çoxluq, yer, məkan bildirən -lük şəkilçisindən düzəlib, "bülöv daşı olan yer" mənasındadır. Lakin dağlarda bitən ağ çiçəkli yabanı dərman bitkisinin adı da bülöylüdür. Xırda heyvanların ayaqlarındakı xəstəliyi bu otla müalicə edirlər. Güman ki dağətəyi zonada yerləşən kəndin ərazisində bülöylü otunun zəngin olduğuna görə kənd belə adlandırılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Əhalisi == Erməni işğalınadək kənd əhalisi Azərbaycan türklərindən ibarət idi. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Ərazi bütövlüyü
Ərazi bütövlüyü — dövlətləri başqa dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyi əleyhinə güc tətbiq etməkdən çəkindirən beynəlxalq hüququn prinsipi. Bu prinsip BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində dolayı yolla əks olunmuşdur. Güc tətbiq etməklə ərazi bütövlüyünün pozulması təcavüz aktı hesab olunur. Son zamanlar bu prinsiplə BMT Nizamanməsinin 73 (b) maddəsində qeyd olunmuş və "özünüidarəni inkişaf etdirmək, həmin xalqların siyasi səylərini lazımi qaydada nəzərə almaq və hər bir əraziyə və onun xalqlarına xas olan spesifik hallara və müxtəlif inkişaf səviyyələrinə uyğun olaraq, onlann azad siyasi institutlarının mütərəqqi inkişafına kömək etmək" kimi məqsədləri özündə ehtiva edən humanitar müdaxilə konsepsiyası arasında gərginlik yaranmışdır. Məlum olduğu kimi, tarixən müəyyən bir əraziyə iddia edən siyasi qurumlar olmuşdur. Bu ərazilərə sahiblənmək çox vaxt müharibə hesabına olurdu və adətən döyüşlə nəticələnirdi. Bəzən də eyni ərazidə mövcud bir neçə ali hakimiyyət qüvvəsi bir-biri ilə müharibə vəziyyətində olurdu. Qədim və orta əsrlərdə zadəganlar hələ də eyni kralı və ya imperatoru qəbul etsələr də, vətəndaş müharibələri baş verirdi. Məsələn, qədim Çində Şərqi Çjou sülaləsinin formal olaraq hakimiyyətdə olduğu dövrü əhatə edən Çunçyu dövrünü nümunə göstərmək olar. Eləcə də katolik monarxları eyni Papanın dini hakimiyyətini tanısalar da, tez-tez bir-biriləri ilə mübarizə aparırdılar.
Buxovlu kilsəsi
Buxovlu kilsəsi―Bu kilsənin qalıqları Zaqatala rayonunda, Pipan məbədlərindən 3km aralıda, dağın başındakı meşəlikdə, Buxovlu deyilən ərazidə tapılıb. Abidənin yalnız divarlarının bir hissəsi qalıb, elementlər və dekor tam məhv olub. Mərkəzi hissədə iri bir nefli zalı, iki cüt pilyastrları və tağları var. Məbəd yarımdairəvi apsidlə, üç tərəfdən qalereya ilə əhatə olunub.Buxovlu məbədindən günümüzə yalnız uçmuş divarlar qalmış, dam örtüyü isə tamamilə dağıdılmışdır. Ölçülərinə görə bu məbəd Pipan bazilikasından daha böyükdür və mərkəzi hissədə bir cüt pilyastr, tapqırı tağlı böyük zala malikdir.İkinci Pipan kilsəsindən fərqli olaraq, pilyastrlar T-şəkillidir və nəyinki tağbəndi, eyni zamanda divarda uzununa istiqamətdə yerləşən tağları da saxlayır. Bu məbəd bir nefli, yarımdairəvi apsidaya, üç tərəfdən qalereyaya malikdir. Onun quruluşu düzbucaqlı şəklindədir. == Tarixi == Abidə Zaqatalanın Pinalı kəndi ərazisində yerləşən digər iki kilsədən daha cavan olanıdır. Kilsə çay daşından və kərpicdən tikilib, damı isə kirəmitlə örtülüb. A.Qaraəhmədova Buxovlu məbədini VII-VIII əsrlərə aid edir.