Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cambul Cabayev
Cambul Cabayev (qaz. Жамбыл Жабайұлы; 1846 – 1945) — Qazax akını, şairi, Stalin mükafatı laureatı.
Cambul vilayəti
Cambul vilayəti (qaz. Жамбыл облысы) — Qazaxıstanın cənubunda vilayət. İnzibati mərkəzi Taraz şəhəridir. == Tarixi == 1939-cu il oktyabrın 14-də təşkil olunmuşdur. Vilayət məşhur qazax akını Cambul Cabayevin (1846 - 1945) şərəfinə adlanmışdır. == Coğrafiyası == Sahəsi 144,2 min km2 . 10 rayonu, 4 şəhəri, 13 qəsəbəsi var. Mərkəzi Taraz şəhərdir Ərazisi, əsasən, düzənlikdir. Şimal hissəsini Bədbəxttala s əhrası tutur. Cənub şərqi, şərqi və cənubu dağlıqdır.
Bayan (Cambul rayonu)
Bayan - Qazaxıstanın Şimali Qazaxıstan əyalətinin Cambul rayonunda kənd. Bayanaul kənd dairəsinin inzibati mərkəzi. Unvan və kodu - (rus dilində: Код КАТО) — 594635100. == Coğrafiyası == Bayan kəndi Qazaxıstanın Şimali Qazaxıstan əyalətinin Cambul rayonunda, Masakol gölü yaxınlığında yerləşir. == Əhalisi == 1999-cu ildə kəndin əhalisi 983 nəfərdən (517 kişi və 466 qadın) ibarət idi.. 2009-cu il əhalinin siyahıyaalınmasına görə kənddə 644 nəfər (337 kişi, 307 qadın) yaşayırdı..
Şambul
Şambul — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay vadisində yerləşir. Kəndi həmin zonada yaşamış qaraçılar salmışdır. Yerli əhalinin məlumatına görə, kəndin adı Şambul şəxs adı ilə bağlıdır.Şambul sözü eyni zamanda qamış, şiş uclu mənalarında işlənmişdir. == Əhalisi == Kəndin əhalisi 3.000-ə yaxındır demək olar ki 98 % Avarlardan ibarətdir, avarlardan başqa isə azərbaycanlılar, saxurlar və qaraçılar, qisməndə ruslar, ukraynalılar, tatarlar, ləzgilər, yaşayırlar. Şambul kəndində 1 məktəb, 1 kitabxana, 1 tibb məntəqəsi, 1 poçt məntəqəsi, Şambul kənd bələdiyəsi, Şambul kənd inzibati ərazi dairəsi, bir neçə dərnək, 1 uşaq bağçası, 3 məscid, 2 körpü vardır. == Din == Kənddə Şambul kənd məscidi dini icması fəaliyyət göstərir.
Şambul bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Halet Çambel
Halet Çambel (türk. Halet Çambel; 27 avqust 1916, Berlin – 12 yanvar 2014, İstanbul) — Türk arxeoloq və qılıncoynadan. Olimpiya Oyunlarında iştirak edən ilk müsəlman qadın. == Bioqrafiyası == Halet Çambel 27 avqust 1916-cı ildə Berlində anadan olmuşdur. Atası Həsən Cəmil bəy, hərbi attaşe idi və Mustafa Kamal Atatürkün dostu olmuşdur. Çambelin anası Rəmziyə Xanım, o dövrdə Osmanlının Almaniyadakı səfiri vəzifəsini icra etmiş keçmiş Vəzir İbrahim Haqqı Paşanın qızı idi. Halet Çambel Arnavutköy Amerikan Qızlar Məktəbində oxumuşdur (daha sonra bu məktəb Robert Kolleci adlanır). Məktəbdə oxuyarkən qılıncoynatma ilə məşğul olmağa başlayır. 1933-39-cu illərdə Paris Universitetində arxeologiya təhsili alır. 1940-cı ildən İstanbul Universitetində köməkçi işləyir.
Bambuk
Bambuk və ya Hind qamışı — böyüməsi ilə çox qəribə olan bir bitkidir: əvvəlcə toxum əkilir, sonra bu toxum sulanıb gübrələnir. Birinci il toxumda heç bir dəyişiklik olmur. Toxum yenidən sulanıb gübrələnir. Bambuk toxumu ikinci il də boy atmır. Üçüncü və dördüncü illərdə də bambuk toxumu sulanır və gübrələnir. Fəqət inadkar toxum yenə boy atmır. Bu işdə təcrübəsi olan Çinlilər, böyük bir səbrlə beşinci ildə də toxuma su və gübrə verməyə davam edirlər. Və nəhayət beşinci ilin axırına yaxın bambuk toxumu yaşıllaşmağa başlayır və altı həftə kimi qısa bir müddətdə də bambukun boyu təxminən 27 metrə çatır.
Dambur
Dambur — Dağıstanın yerli əhalisinin iki simli musiqi alətinin adı. Bəzi Dağıstan xalqları onu "dinda" və "çanq" adlandırırlar. ləzgilər, avarlar, qumuqlar onu "Pandur" adlandırır. Azərbaycanın Balakən, Qax və Zaqatala bölgəsində yerli əhali arasında populyar musiqi alətidir.. Türk xalqlarının tənbur musiqi aləti ilə yaxınlıq təşkil edir. == Tarixi == Dambur ən çox dağlıq ərazilərdə yayılmışdır. Yerli musiqi aləti kimi nəinki Azərbaycanın şimal-qərb bölgəsi, həm də Şimali Qafqaz xalqlarının bir çoxu damburdan istifadə edir. Tənburun bir növü olan damburun Azərbaycan ərazisində çox dərin tarixi kökü vardır. Alətin mənşəyi eramızdan əvvəlki dövrə, dağlarda heyvandarlığın təşəkkülü zamanına təsadüf edir. Hazırda o, ənənəvi olaraq təbiət hadisələrinə hörmətlə yanaşan, yağış və günəş çağırma rituallarına riayət edən avarların İslamdan əvvəlki inanclarının yadigarı hesab olunur.XXI əsrin ilk onilliyində dambur sənətinə peşəkar maraq Şərqi Avropa Akustika Assosiasiyası və Avropa Akustika Assosiasiyası (EAA) və digər ictimai strukturlar tərəfindən göstərilmişdir.
Tumbul
Tumbul — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Tumbul kəndi Qoşadizə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Tumbul kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Tumbul kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Tumbul kəndi Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir. == Toponimikası == Naxçıvan Şəhər ərazi darəsində eyniadlı i.ə.v də kənd.Düzənlikdədir.Bəzi tədqiqatçılara görə oykonim dumbuli adlı türk tayfasının adını əks etdirir. Bu tayfa Qaraqoyunlu hökümdarı Qara Yusifin dövründə Suriyadan Azərbaycana köçürülmüş və sonra Qızılbaşlara xidmət etmişdir. Hazırda İranda bu tayfanın qalıqları İsabəyli adı ilə tanınır.Səfəvilər dövründə dumbulilərin bir hissəsi Azərbaycanın şimalına köçmüşdür. == Əhalisi == Əhalisi 1622 nəfərdir.
Camal
Camal — Azərbaycanlı kişi adı. Camal Əhmədov (professor) — Alim, pedaqoji elmləri doktoru, Professor, Ədəbiyyatın metodikası üzrə ilk pedaqoji elmlər namizədi. Camal paşa — Türkiyə dövlət və hərbi xadimi. "Gənc türklər" inqilabının (1908) və "İttihad və tərəqqi" partiyasının liderlərindən biri. Camalxan bəy Hüseynbəyov — Qarabağ atlı alayın naibi, mülkədar.
Cambi
Cambi İndoneziya əyalətidir. Mərkəzi Sumatranın şərq sahilində yerləşir və qərbdə Barisan dağlarına qədər uzanır. Paytaxtı və ən böyük şəhəri Cambidir. Vilayətin 50,058 km² ərazisi və 2010-cu il siyahıyaalmasına görə 3.092.226 nəfər əhalisi var. 2014-cü ilin yanvar ayına qədər bu rəqəm 3,412,459-a çatdı.
Cambo
Cambo (ing. Jumbo, d. təxm. 1860, Eritreya; ö. 15 sentyabr, Kanada, Sent-Tomas, Ontario) — Afrika savanna fili (lat. Loxodonta africana).(lat. Loxodonta africana); Cambo bütün dünyada böyük məşhurluq əldə etmiş, tarixdə birinci zoopark və sirk heyvanıdır. 1862-ci ildə Paris Bitki Bağının yaxınlığındakı heyvanxanaya gətirildi. 1865-ci ildən isə London zooparkında saxlanılırdı və 1882-ci ildən amerikalı antreprener və şoumen Fineas Teylor Barnumun sirkinə satıldı. Cambo dəmiryolunda bədbəxt qəza nəticəsində ölüb.
Camel
Camel (musiqi qrupu)
Cammu
Cammu — Hindistanın şimalında şəhər. Cammu və Kəşmir ştatlarının ikinci inzibati mərkəzi (qış paytaxtı). == Əhalisi == Əhalisi 651,8 min (2011; aqlomerasiyada 951,4 min). == Coğrafiyası == Tavi çayı dərəsində, Himalay ön dağlığında, Dhaoladhar silsiləsinin ətəyində, 300–400 m yüksəklikdə yerləşir. Nəqliyyat qovşağı. == Memarlığı == Raqhunath (Şimali Hindistanda ən böyük məbədlərdən biri), Ranbireşvar (75 m hündürlükdə qüllə ilə birlikdə) məbədləri, Bahu istehkamı (şəhərin ən qədim tikililərindən biri), maharacə sarayı (1820); universitet (1969), Doqra incəsənət qalereyası (1954) var. Ticarət-sənətkarlıq mər kəzidir. Kimya, ağac emalı, toxuculuq (ipək və yun parça istehsalı) sənayesi müəssisələri fəaliyyət göstərir. Metal emal edilir. Cammu yaxınlığında Vayşnodevi məbədi (hinduistlərin mühüm ziyarət mərkəzi) yerləşir.
Kabul
Kabil (fars. کابل‎, ing. Kabul) — Əfqanıstanın paytaxtı və ən böyük şəhəri. Kabil çayı sahilində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, avtomobil yolları ilə Qəznə, Qəndəhar, Herat və Məzari-Şərif şəhərləri ilə birləşən şəhər. == Coğrafi mövqeyi == Kabil Əfqanıstanın ən böyük şəhəridir. Qədim şəhər olan Kabil mühüm nəqliyyat qovşağında yerləşir. Eyniadlı çayın sahilində,1800–1900 metr yüksəklikdə yerləşir. Şəhərin məhəllələri Kabil çayının hər iki sahilini tutur. Şəhərin köhnə hissəsi Kabil çayının sağ sahilindədir və səciyyəvi Şərq simasını saxlamışdır. Çayın sol sahilindəki yeni hissədə keçmiş kral iqamətgahı, Məhəmməd Nadir şahın türbəsi, xarici səfirliklərin binası, parklar, iri yaşayış məhəllələri yerləşir.
Zabul
Zabul vilayəti (puşt. زابل, dəri زابل) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 17.343 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminlərə əsasən əhalisi 275.1 min nəfər, inzibati mərkəzi Qalat şəhəridir . Əhalisi əsasən puştunlardan ibarətdir. Vilayətdə yaşayan ən iri puştun tayfaları – puştunların Qılzay yarımqrupuna aid Toxi və Hotaki tayfası, Dürrani yarımqrupuna aid Nurzayi və Pəncabi tayfaları.
Bambuk ayısı
Böyük panda (çin 熊貓, 熊猫, Xiongmao; lat. Ailuropoda melanoleuca) və ya bambuk ayısı — ayıkimilər fəsiləsinə aid məməli heyvan növü. Vətəni mərkəzi Çin hesab olunur. Çinin (Şərqi Tibet, Sıçuan, Yunnan) dağ meşələrində yaşayır. Ovçuluq, kənd təsərrüfat sahələrini genişləndirilməsi, meşəliklərin qırılması və digər səbəblərdən nəsli məhv olmaq təhlükəsi altındadır. Buna görə də adı qırmızı kitaba salınmışdır. == Bədən quruluşu == Gözlərinin ətrafında, qulaqlarını üzərində və gövdəsində böyük qara rəngli xəz ilə xarakterizə olunur. Düşünülür ki, bu cür rəng kombinasiyası kölgəli, yaxud qarlı-qayalı ərazilərdə kamuflyaj üçün yararlıdır. Hündürlükləri 1.6-1.9 metr aralığında dəyişir. Yetkin pandaların ağırlığı 100-120 kq arasında dəyişir.
Cambuğa (Bükan)
Cambuğa (fars. جمبوغه‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 514 nəfər yaşayır (71 ailə).
Camqulu (Qürvə)
Camqulu (fars. چمقلو‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 528 nəfər yaşayır (124 ailə). Əhalisini kürdlər təşkil edir.
Corc Cabbur
Corc Cabbur (23 avqust 1999) — Honduraslı üzgüçü. Corc Cabbur Hondurası 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Corc Cabbur birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 26.69 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 65-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Jambıl Kukeyev
Jambıl Kukeyev (qaz. Жамбыл Көкеев; rus. Жамбыл Кукеев; 20 sentyabr 1988) — Qazaxıstan futbolçusu. == Karyerası == === Klub karyerası === Karyerasına Çesna klubunda başlayıb. Daha sonra müxtəlif vaxtlarda Jeleznodorojnik, Astana, Rahat, Almatı klublarında çıxış edib. 2008-ci ildən Lokomotivin şərəfini qoruyur. 2006-cı ildə Qazaxıstan çempionu olub. 2008-ci ildə isə Qazaxıstan çempionatının ən yaxşı gənc futbolçusu adını qazanıb. Kukeyev Lokomotivi tərk etmək istəyir. Çünki gənc futbolçunun komandanın baş məşqçisi Sergey Yuranla münasibətləri istənilən səviyyədə deyil.
Jambıl Kukuyev
Jambıl Kukeyev (qaz. Жамбыл Көкеев; rus. Жамбыл Кукеев; 20 sentyabr 1988) — Qazaxıstan futbolçusu. == Karyerası == === Klub karyerası === Karyerasına Çesna klubunda başlayıb. Daha sonra müxtəlif vaxtlarda Jeleznodorojnik, Astana, Rahat, Almatı klublarında çıxış edib. 2008-ci ildən Lokomotivin şərəfini qoruyur. 2006-cı ildə Qazaxıstan çempionu olub. 2008-ci ildə isə Qazaxıstan çempionatının ən yaxşı gənc futbolçusu adını qazanıb. Kukeyev Lokomotivi tərk etmək istəyir. Çünki gənc futbolçunun komandanın baş məşqçisi Sergey Yuranla münasibətləri istənilən səviyyədə deyil.
Tumbul bələdiyyəsi
Naxçıvan bələdiyyələri — Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Naxçıvan şəhəri == == Babək rayonu == == Culfa rayonu == == Kəngərli rayonu == == Ordubad rayonu == == Sədərək rayonu == == Şahbuz rayonu == == Şərur rayonu == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tumbul rayonu
Tumbul rayonu - 1920-1921-ci illərdə Naxçıvan SSR-in (Azərbaycan) inzibati-ərazisinə daxil olmuş rayonlardan biri. 16 mart 1921-cü il tarixli bir sənədə görə Naxçıvan SSR-in Naxçıvan qəzasının tərkibinə daxil olan 3 rayondan biri olmuşdur. == Tərkibinə daxil olan inzibati vahidlər == 39 yaşayış məntəqəsini birləşdirən Tumbul rayonunun mərkəzi Tumbul kəndi idi. Bu rayona 4 qəsəbə 35 kənd daxil olmuşdur. Rayon ərazisində adı çəkilən Qaracakənd, Xaçaparaq, Qızıl-burun, Dərəşam, Baş-Başı, Volmuninskiy yaşayış məntəqələrinin bəziləri dağılmış, bəzilərinin əhalisi şəhər mərkəzlərinə və digər kəndlərə köçmüş, bəzilərinin isə adları dəyişdirilmişdir.Tədiqatlar göstərir ki, ruslar tərəfindən “Baş-başı” kimi qeydə alınmış ərazi Naxçıvanın yerli əhalisi tərəfindən Boz-başlı adlandırılmışdır. 1921-ci ildə Tumbul rayonunun ərazisində iki Təzəkənd adlı kənd qeydə alınmışdır. Müəyyən edilmişdir ki, bu kəndlərdən biri indiki Babək rayonunun Babək qəsəbəsidir. İkinci Təzəkənd isə Naxçıvan Muxtar Respublikası ərazisində XX əsrin 70-ci illərinə qədər mövcud olmuşdur. Bu kənd Yamxana kəndi ilə Abbasabad qalasının arasında yerləşmişdir. XX əsrin 70-ci illərində Araz su anbarının tikintisi ilə əlaqədar olaraq bu kənd su anbarının altında qalmışdır.
Vidyut Camval
Vidyut Camval (12 mart 1980 və ya 10 dekabr 1980, Kanpur, Uttar Pradeş) — hind kino aktyoru və modeli.
Babül
Babül — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Babül şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və 287 ailədən ibarət idi.
Samuray Çamplu
Samurai Champloo (yap. サムライチャンプル, azərb. Samuray Çamplu‎) — Şiniciro Vatanabe tərəfindən yaradılmış yapon anime serialı. == Personajlar == == Xarici keçidlər == Samurai Champloo — Internet Movie Database saytında.