Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Canbaxış Nəcəfov
Canbaxış Əli oglu Nəcəfov – professor == Həyatı == Canbaxış Nəcəfov 1949-cu ilin aprel ayının 1-də Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. 1966-cı ildə Q.İlyasov adına Qubadlı qəsəbə orta məktəbini bitirib, 1968-ci ildə BDU-nun biologiya fakültəsinə qəbul olub. 1973-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirərək Azərbaycan EA-nın Zoologiya İnistitutunun aspiranturasına qəbul olub, 1980-cı ildə uğurla namizədlik dissertasiyasını müdafiə etmişdir. Alim 1992-ci ildə Respublika Xalq Təhsili Nazirliyinin Baş pedoqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması inistitutunun biologiya və kimyanın tədrisi metodikası kafedrasına baş müəllim, 1995-ci ildə həmin kafedranın müdiri seçilir. 1996-cı ildə EA-nın Zoologiya İnistitutunda doktorluq dissertasiyasını mudafiə etmiş, bir il sonra isə professor adını almışdır. 1994-cü ildə ABŞ-nin Nyu-York Elmlər Akademiyasının üzvü seçilib. Azərbaycan Tibb Universitetinin professorudur. Universitetin 2007-ci ildən müsabiqə yolu ilə "Tibbi biologiya və genetika" kafedrasının müdiri vəzivəsinə prof. Canbaxış Əli oglu Nəcəfov seçilmişdir və bu günədək həmin vəzifəni icra edir. Onun bir çox əsərləri İngiltərədə, Berlində, Budapeşdə, Helsinkidə, Moskvada, Kiyevdə, Xarkovda, Simferopolda, Sankt-Peterburqda və başqa yerlərdə çap edilmişdir.
Eray Canbərk
Eray Canbərk (1940, İstanbul) — şair, tərcüməçi. == Həyatı == 1940-cı ildə İstanbulda doğulub. 1958-ci ildə Heydərpaşa Liseyini bitirib. Bir müddət İstanbul Universitetinin ədəbiyyat fakültəsində, daha sonra Müəllimlər Institutunun fransız dili və ədəbiyyatı fakultəsində təhsil alıb. Təhsilini başa vurmadan hərbi xidmətə gedib və daha sonra müxtəlif dərgilərdə, qəzetlərdə çalışıb. İlk şeirləri 1960-cı illərin əvvəllərində "Yelkən" dərgisində dərc olunub. Esselər, hekayələr də yazıb, lakin şairlik onun üçün əsas təşkil edib. Şeir kitabları: "Lal sular"(1969), "Lal sular"(genişlədilmiş variantı — 1979), "Ürəyim sınan zaman"(1983), "Köhnəlmiş tənhalığa"(Seçmə şeirlər)(1992), "Əbrular"(1997) Sosialist dünya görüşünə bağlı şeirlər yazsa da, insanın daxili dünyasını müəyyən edən incə duyğuları qoruyaraq səsini heç yüksəltmədən şeir yazmağa davam eləyib.
Əbdüssəməd Kambəxş
Əbdüssəməd Kamran mirzə oğlu Kambəxş (1897 və ya 1902, Qəzvin – 1971) — Azərbaycan Demokrat Firqəsi fəallarından biri. Əbdüssəməd Kamran mirzə oğlu Kambəxş 1902-ci ildə Qəzvin şəhərində anadan olmuşdu. Qacar şahzadələrindəndir. 1953-cü ilin oktyabr ayında ADF-nin Azərbaycan SSR ərazisində yaradılmış təşkilatlarının konfransı keçirildi. Partiyanın 15 nəfərdən ibarət seçilmiş rəhbər orqanı özünü "ADF Mərkəzi Komitəsi" adlandırsa da, bütün partiyanı təmsil etmirdi. (Azərbaycan KP MK-nın sənədlərində əvvəlki kimi çox vaxt "ADF Komitəsi" işlədilirdi). MK üzvlüyünə aşağıdakılar daxil idi: Danişyan Qulam Yəhya oğlu (MK sədri), Kambəxş Əbdülsəməd Kamran oğlu (MK sədrinin müavini), Vilayi Mirrəhim Mirəbdüləli oğlu, Seyf Qazi Rəhim Əbdülhəsən oğlu, Çeşmazər (Eyvazov) Mirqasım Mikayıl oğlu, Cahanşahlı Nəsrulla Tağı oğlu, Ciddi Hüseyn Əhməd oğlu, Qiyami Zeynalabdin Əlinağı oğlu, Milaniyan Mövsüm Məmmədcəfər oğlu, Zatikyan Aram Astvasaturoviç, Resedi Əhməd Əli oğlu, Məmmədvənd Əbdülməcid Məmmədqulu oğlu, İbrahimi İrəc Qəni qızı, Baxşıyev Rahim Məmməd oğlu, Şəmidi (Məhərrəmov) Əli İsmayıl oğlu. Onlardan 5 nəfəri – Danişyan, Kambəxş, Vilayi, Seyf Qazi və Çeşmazər İcraiyyə bürosunu təşkil edirdi. 5 nəfərdən ibarət Təftiş komissiyası seçildi: Xoşginabi Fəthi Həmzəəli oğlu (sədr), Kəlaviş Əli İbrahim oğlu (katib), Agahi Əbdülhüseyn Məmmədtağı oğlu, İlhami Qulamrza Mehdi oğlu və Musəvi Tağı Məmmədəli oğlu. Mühacirlərin yerləşdirildikləri yerlərdə 100 aşağı təşkilatı birləşdirən 20 rayon komitəsi fəaliyyət göstərirdi.
Mehdiqulu xan Tacbəxş
Mehdiqulu xan Hacı Əliqulu xan oğlu Tacbəxş (1886–1951)—İran jandarmasının komandanı, general-mayor. == Həyatı == Hacı Əliqulu xanın ikinci oğlu Mehdiqulu xan 1886-cı ildə Tehran şəhərində anadan olmuşdu. Jandarm məktəbini bitirmişdi. Bir müddət İsfahanda xidmət etmişdi. Birinci Dünya müharibəsi dönəmində Kirmanşahda Nizaməssəltənin hökumətində iştirak etmişdi. Müharibə bitəndən sonra yenidən jandarm qüvvələrinə dönmüşdü. 1920-ci ildə mayor rütbəsi ilə Ərak və Məlayir jandarm dəstəsinə başçılıq etmişdi. 1924-cü ildə polkovnik rütbəsinə yüksəlmişdi. Mehdiqulu xan Tacbəxş 1930-cu illərdə general-mayor rütbəsinə layiq görülmüşdü. O, Loristan, Kirmanşah döyüşlərində iştirak etmişdi.
Cannes
Kann (fr. Cannes) — Fransanın şərqində 70 min əhalisi olan şəhər. Şəhərin əsası liqurlar tərəfindən Napul körfəzinin sahilində salınmışdır. Bu şəhər Lacivərd sahilin ən məşhur kurortlarından hesab olunur. == Tarixi == Bu şəhərin salınma tarixi dəqiq məlum deyil. 1834-cü ildə ingilis kansler Lord Breqxem İtaliya səfəri zamanı dəhşətli vəba səbəbindən səfərini yarımçıq qoyaraq bu şəhərdə məskən salmalı olur. Digər ingilis aristokratlar da bundan sonra burada məskunlaşmağa başlayırar. == Şəhəri məşhur edənlər == Kann şəhəri hər il keçirilən Kann kinofestivalı və "Kann şirləri" beynəlxalq reklam festivalına görə məşhurdur. Kannda həmçinin Avropanın əsas mobil rabitə texnologiyası yarmarkası - 3GSM World Congress keçirilir.