Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Catinga
Evgeniya (lat. Eugenia) – mərsinkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == == Növləri == == Həmçinin bax == Eugenia conglomerata Eugenia dyeriana Eugenia flosculifera Eugenia stapfiana Eugenia zeyheri == İstinadlar == Evgeniya:The Plant List saytında takson barədə məlumat.
Casinda Ardern
Casinda Keyt Lorell Ardern (ing. Jacinda Kate Laurell Ardern ; d. 26 iyul 1980, Hamilton, Yeni Zelandiya) — Yeni Zelandiyanın 40-cı Baş naziri (26 oktyabr 2017-ci ildən).
Fitch Ratings
Fitch Ratings — reytinq agentliyi kimi tanınan beynəlxalq korporasiya. Əsas fəaliyyəti dünya kredit bazarlarına kredit qabiliyyətinin qiymətləndirilməsinə görə analitik tədqiqatların nəticələrini və məlumatları hazırlamaqdır. == Fitch == Fitch qrupunun tərkibinə aşağıdakılar daxildir: Fitch Ratings Fitch Solutions — Fitch Ratings məhsullarını və xidmətlərini yayan xidmət Algorithmics — şirkətlərin risklərinin idarə edilməsi qərarının verilməsi sahəsində dünya lideri FitchTraining - kredit qabiliyyəti və korporativ maliyyələşmə üzrə treninqlərdə ixtisaslaşıb. == Mülkiyyətçilər və rəhbərlik == Fitch qrupunun səhmlərinin majoritar zərfi Fimalac S.A. şirkətinə məxsusdur (qərargahı Parisdədir). == Tarixi == Fitch Ratings Nyu-Yorkda Con Noulz Fitç tərəfindən 24 dekabr 1913-cü ildə Fitch Publishing Company nəşriyyatı kimi yaradılıb. 1924-cü ildə Fitch «AAA»-dan «D»-ya qədər reytinq şkalası dövriyyəyə buraxdı. 1997-ci ildə Fitch ilə IBCA Limited şirkətinin (qərargahı Londondadır) birləşməsi baş verdi və Fitch sahibi Fimalac S.A. holdinq şirkəti oldu. 2000-ci ilin aprelində Fitch qərargahı Çikaqoda olan Duff & Phelps Credit Rating Co-nı aldı. Fitch həmin il Thomson BankWatch şirkətini aldı. 2006-cı ilin oktyabrında Fitch Ratings brinci ixtisaslaşmış Derivative Fitch reytinq şirkətini təsis etdi.
Plectranthus caninus
Plectranthus caninus (lat. Plectranthus caninus) — dalamazkimilər fəsiləsinin plectranthus cinsinə aid bitki növü.
Proprioseiopsis catinus
Proprioseiopsis catinus (lat. Proprioseiopsis catinus) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis catinus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Equus asinus
Afrika eşşəyi və ya Afrika ulağı (lat. Equus asinus, bəzən Equus africanus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid heyvan növü. Afrika eşşəyinin vətəni Afrika qitəsidir və bu heyvanların əhliləşdirilməsi insanların təsərrüfat və mədəni həyatında mühüm tarixi əhəmiyyət kəsb etmişdir. == Xüsusiyyətləri == Atdan fərqli olaraq eşşək dırnaqlarının üstünün kələkötür olması və möhkəmliyi ilə fərqlənir. Baxmayaraq ki, sürətli qaçmaq üçün o qədər də əlverişli deyil, onlar daha təhlükəsiz hərəkətə köməklik edir. Bəzən eşşəklərin sürəti 70 km/saat-a çatır. Eşşəklər quru iqlimi olan yerlərdə yaşamağa uyğunlaşıblar. Onların dırnaqları rütübətli Avropa iqliminə pis uyğunlaşır. Ona görə də belə yerlərdə eşşəklərin dırnaqlarına xüsusi qayğı tələb olunur. Eşşəklərin tüklərinin rəngi boz, qəhvəyi və ya qara olur.
Tranquility Base Hotel & Casino
Tranquility Base Hotel & Casino — İngilis rok qrupu Arctic Monkeys-in 11 may 2018-ci ildə Domino şirkəti tərəfindən buraxılan altıncı studiya albomu. Qrupun solisti Aleks Törner tərəfindən 2016-cı ildə Los-Ancelesdə yerləşən evində Steinway Vertegrand pianosunda yazılmışdır. Albom Los-Anceles, Paris və London kimi şəhərlərdə, Arctic Monkeys-in tez-tez əməkdaşı olan Ceyms Ford, Tom Rouli, Loren Hamfri, Ceyms Rayton, Zak Daues, Tayler Parkford və Kem Eyveri kimi musiqiçilərin köməyi nəticəsində ərsəyə gəlib. Törner karton kağızdan istifadə edərək albomun üz qabığını özü dizayn edib. Albomun adı 1969-cu ildə Apollo 11-in Aya eniş yeri olan Tranquility Base-dən gəlir. Tranquility Base Hotel & Casino qrupun gitara ilə dolu olan əvvəlki işindən xeyli fərqlidir və beynəlxalq səviyyədə uğur qazanan AM (2013) ilə müqayisədə daha zəifdir. Psixodelik pop, launj pop, speys pop və qlem-rok, eləcə də caz elementlərini təcəssüm etdirən zəngin səsə malikdir. Həmçinin albomda 1960-cı illərin soul, proqressiv rok, fank, fransız pop və film saundtreklərinin təsirini görmək olur. İnstrumental olaraq orqanlar, pianolar və dolceola daxil olmaqla, vintaj sintezatorları və klaviaturaları özündə birləşdirir. Qrup tərəfindən adətən istifadə olunan elektrik və akustik gitaralara, eləcə də fırlanan timpani və vibrafonlar da daxil olmaqla müxtəlif zərb alətlərinə əlavə olaraq, bariton və dövrəli polad gitaralar qrup tərəfindən çoxsaylı treklərdə təqdim olunur.
Tranquility Base Hotel & Casino (mahnı)
"Tranquility Base Hotel & Casino" ingilis indi-rok qrupu Arctic Monkeys mahnısı. 23 iyul 2018-ci ildə eyni adlı altıncı studiya albomundan ikinci sinql və musiqi videosu ilə bərabər buraxıldı. 16 oktyabr 2018-ci ildə sinqlin 7 düymlük vinil versiyasının əvvəllər buraxılmamış B tərəfi "Anyways" ilə birlikdə 30 noyabr 2018-ci ildə buraxılacağı elan edildi. == Mahnı klipi == Mahnı klipi 23 iyul 2018-ci ildə qrupun rəsmi YouTube Vevo hesabı vasitəsilə yayımlandı. Klipin rejissorluğunu Ben Çappel və Aron Braun etdi, onlar Stenli Kubrikin istehsal etdiyi filmlərdən ilham aldılar və qrupun "Four Out of Five" mahnısı üçün də bir yerdə klip istehsal etdilər. Mahnının adını daşıyan oteld və qumarxanada yaşayan Törner, mərtəbələri gəzir və istirahət obyektlərində uzanır. O, həm də telefonlara cavab verən və zəngləri yönləndirən otelin rezident konsyerji "Mark" rolunu oynayır. Video Nevada ştatının Reno şəhərindəki Peppermill Reno-da çəkilib. Videoda görünən moped Honda Elite 80-dir. == Mahnı siyahısı == Bütün mahnılar Aleks Törner tərəfindən bəstlənmişdir.
Hastinqs döyüşü
Hastinqs vuruşu — 1066-cı ildə baş verən "Hastinqs" müharibəsi, İngiltərənin əsrlər boyunca Avropanın böyük gücü olmasını təmin etdi. 14 oktyabr 1066-cı ildə, Normandiya hersoqu Vilhelm, İngiltərə kralı və Anqlosakson qüvvələrinə liderlik edən Harold Qodvinsonla qarşı-qarşıya gəldi. Kral Harold, gözünə dəyən bir oxla müharibədə öldürülür. Villiam, qısa zamanda bütün İngiltərəni fəth etdi və ölkə sistemini dəyişdirdi. Bu gün qanlı müharibə baş verən sahədə olan muzey, müharibənin nə qədər şiddətli olduğu haqqında kifayət qədər nümunəyə sahibdir. Döyüşün gedişatında Vilhelmin 3 atı ölmüşdür. Buna görə də ordusunda Vilhelmin öldüyü ilə bağlı şayiə yayılmağa başlamışdır. Buna görə də Vilhelm zirehini çıxarıb əsgərlərinin arasında atını dartıb sürüməyə məcbur olmuşdur.
Hastinqs müharibəsi
Hastinqs vuruşu — 1066-cı ildə baş verən "Hastinqs" müharibəsi, İngiltərənin əsrlər boyunca Avropanın böyük gücü olmasını təmin etdi. 14 oktyabr 1066-cı ildə, Normandiya hersoqu Vilhelm, İngiltərə kralı və Anqlosakson qüvvələrinə liderlik edən Harold Qodvinsonla qarşı-qarşıya gəldi. Kral Harold, gözünə dəyən bir oxla müharibədə öldürülür. Villiam, qısa zamanda bütün İngiltərəni fəth etdi və ölkə sistemini dəyişdirdi. Bu gün qanlı müharibə baş verən sahədə olan muzey, müharibənin nə qədər şiddətli olduğu haqqında kifayət qədər nümunəyə sahibdir. Döyüşün gedişatında Vilhelmin 3 atı ölmüşdür. Buna görə də ordusunda Vilhelmin öldüyü ilə bağlı şayiə yayılmağa başlamışdır. Buna görə də Vilhelm zirehini çıxarıb əsgərlərinin arasında atını dartıb sürüməyə məcbur olmuşdur.
Piter Kaşinq
Piter Kuşinq (ing. Peter Cushing; 26 may 1913[…] – 11 avqust 1994[…], Kenterberi, Kent qraflığı) — İngiltərə aktyoru.
Rasinq Lüksemburq FK
Rasinq — Lüksemburqun futbol klubu == Tarixi == 2005-ci ildə yaranmışdır. == Avropa kuboklarında iştirak == 1 dəfə Avropa kuboklarında iştirak edib.