Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
October Tide
October Tide — Katatonia qrupunun üzvləri vokalist Jonas Renkse və gitaraçı Fred Norrman tərəfindən 1995-ci ildə Stokholmda yaradılan İsveç metal musiqi qrupu. VIC Records ilə müqavilə imzalayan qrup, 1997-ci ildə "Rain Without End" adlı ilk debüt studiya albomu çıxarıldı. Bundan iki il sonra, Avantgarde Music albom şirkəti ilə müqavilə imzalayaraq, qrupun 1999-cu ildə "Grey Dawn" adlı ikinci albom çıxdı. Bu albom üçün vokala A Canorous Quintet qrupundan Mårten Hansen dəvət edilmişdir. Bu albom qrupu tanınmağa və məşhurlaşmağa imkan yaradaraq dinləyicilər tərəfindən müsbət dəyərləndirildi. Buna baxmayaraq Jonas və Fred qrup üçün nə müsahibə vermək istədilər, nə də ki konsertlərə qatılmadılar.
When Christmas Comes
When Christmas Comes (azərb. Milad gələndə‎) — Meray Kerinin ikinci Milad/on üçüncü studiya albomundan olan mahnı, "Merry Christmas II You". Mahnının söz və bəstəkarı Keri və Ceyms Poyserdir. R&B və soul mahnısının sözləri "sevgi hədiyyəsi" verməkdən ibarətdir. 2011-ci ilin noyabrında Keri daha sonra sinql olaraq buraxılacaq mahnını Con Legend ilə duet şəklində yenidən yazdırdı. Trekin hər iki versiyası Cənubi Koreyada debüt etdi, duet versiyası isə 80.000 nüsxədən çox satışla bir nömrədə debüt etdi. Mahnının klipində Keri və Legend Milad şənliyinə ev sahibliyi edir. Keri mahnını 2010-cu ildə ABC Christmas xüsusi proqramı və 2014-cü ildə The All I Want for Christmas Is You: A Night of Joy və Festivity konsertlərinin bir hissəsi kimi Beacon Teatrında ifa etdi. "When Christmas Comes" mahnısı Meray Keri və James Poyser tərəfindən Mariah Carey'nin ikinci Milad/on üçüncü studiya albomu Merry Christmas II You (2010) üçün yazılmış və bəstələnmişdir. Kerinin vokalları Brayan Qarten tərəfindən Bel Air-də Guardian Angel Studios, Westlake Recording Studios və Hensons Studios-da Los-Ancelesdə və Germano Studios-da qeydə alınıb.
Pide
Pide — Türk və Orta Şərq mətbəxlərində məşhur olan yastı bir çörək növüdür. Pide somun çörəklər kimi gündəlik süfrələrdə istifadə edilməsinin yanında kabab salonlarının imtina edilməz çörəyidir. Dönər, Adana kababı, İskəndər kababı kimi kabab yeməklərinin üzərinə dördbucaqlı şəklində kəsilmiş parçalar halında qoyularaq xidmət edilər. Pide xüsusilə Ramazan aylarında iftar və sahur süfrələrində seçilən bir çörək növüdür.
Side
Side (türk. Side) — Türkiyənin müasir Antalya ilinin Aralıq dənizinin cənub-qərb sahilində, Antalya şəhərindən 70 km şərqdə və Manavqat şəhərindən təxminən 7 km qərbdə yerləşən antik şəhər. Hal-hazırda Side məşhur turizm kurortudur və inzibati cəhətdən Manavqat bələdiyyə rayonu (ilçe) tərkibində mikrorayon (məhəllə) təşkil edir. Şəhər Əhdi-Ətiqdə Sid adı ilə xatırlanır. Strabonun yazdığına görə Side eramızdan əvvəl 7-ci əsrdə Anadolunun Kima şəhərindən gələn mühacirlər tərəfindən köhnə yaşayış məntəqəsinin yerində qurulan və Anadoluda bilinən ən qədim yunan koloniyalarından biri idi. Yerli Anadolu dilində "Yan" sözü "nar" mənasını verirdi – filoloji araşdırmalar bu sözün nə yunan, nə də Finikiya kökünə malik olduğunu göstərmişdir. Nar burada bolluq rəmzi sayılırdı. Kolonizasiyaya uğradıqdan sonra Side sakinləri yerli Side dilində danışıb yazmağa davam edirdilər, bunu eramızdan əvvəl III–II əsrlərə aid arxeoloji qazıntılar zamanı aşkar edilmiş Side yazıları sübut edir. Buradan belə nəticəyə gəlmək olar ki, Kimadan Sideyə gələn kolonistlər yerli dili qəbul edib istifadə etməyə başladılar.Makedoniyalı İsgəndərin Anadoluya yürüşündən bəhs edən Arrian əsərində Sideyə gələn yunanların öz ana dilini unudub, əvvəllər bilmədikləri yerli ləhcədən istifadə etməyə başladığını qeyd etməsi də bunu təsdiq edir. Eramızdan əvvəl VI əsrdə Side şəhəri bütün Pamfiliya kimi Lidiya padşahlarının hakimiyyəti altına düşdü və eyni əsrdə sonrakı Lidiya çarlığının dağılmasından sonra bütün Pamfiliya ilə birlikdə Əhəmənilər dövlətinin tərkibinə daxil oldu.
Teide
Teyde vulkanı (isp. Teide) — Tenerife adasında vulkan, İspaniya ərazisinin ən yüksək nöqtəsi. Hündürlüyü — 3718 metr, Atlantik okeanının dərinliyindən nisbi hündürlüyü — 7500 metr, okeanın ən hündür zirvəsi. Tenerife adası dünyada həcminə görə üçüncü vulkanik adadır.
Time
Nəşrlər Time (jurnal) — həftəlik informasiya jurnalı. Mahnılar Time (İzabo) — 2012 Avroviziya Mahnı Müsabiqəsi mahnısı Big Time — C. C. Catch tərəfindən 1989-ci ildə ifa edilmiş mahnı Remember the Time — Maykl Ceksonun mahnısı.
Tire
Tire (—) (fr. tiret, tirer - çəkmək) durğu işarəsi. Sintaktik konstruksiyaları bir-birindən ayırmaq, fərqləndirmək üçün istifadə olunur. Adətən, cümlədə fikrin istiqamətini (gedişini) dəyişdirmək və ya kəsmək, eləcə də aydınlaşdırıcı şərhi seçdirmək üçün istifadə olunan punktuasiya işarəsi (––). Bu ingilis terminində bəzi şriftlərdə baş M hərfinin eninə bərabər olan mətbəə ölçüsü vahidinin (em) adından istifadə olunub; eynienli (MONOSPACE) şriftlərdə uzun tireni göstərmək üçün çox zaman iki ardıcıl defisdən istifadə olunur.
Big Time
Big Time (azərb. Böyük vaxt‎) – C. C. Catch tərəfindən 1989-ci ildə ifa edilmiş mahnıdır.
Kiana Eide
Kiana Eide (25 sentyabr 1998) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Kiana Eide, 2016-cı ildə Birləşmiş Ştatları XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Eide həm də 2015-ci ildə Pan Amerika Oyunlarında bir qızıl və iki gümüş medal qazanıb. Kiana Eide 2016-cı ildə Birləşmiş Ştatların bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Alisa Kano, Natalie McQiffert, Monika Roxman və Kristen Şaldibin ilə birgə təsnifat mərhələsində 30.244 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Le-Tiye
Le-Tiye (fr. Le Thillay) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Qoness. Əhalisi — 3.969 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 18 km şimal-şərqdə, Serji belediyyənin 30 km şərqdə yerləşir.
Moris Tiye
Moris Tiye (fr. Maurice Tillet) — fransız güləşçi, poliqlot, "Şrek" cizgi filminin əsas qəhrəmanının prototipi. Moris Tiye 1903-cü il 23 oktyabrda Rusiyada, Uralda fransız ailəsində anadan olub. Anası müəllimə, atası dəmiryolunda mühəndis işləyib. Kiçik yaşlarında atası dünyasını dəyişir. Rusiyada 1917-ci il inqilabından sonra Tiye anası ilə birlikdə Rusiyanı tərk edir və Fransaya, Reyms bölgəsinə yerləşirlər. Tiye 17 yaşından sonra qəribə xəstəliyə yoluxur. Həkimlər ona "akromeqaliya" diaqnozu qoyurlar. Bu xəstəlik sümüklərin böyüməsinə səbəb olan nadir xəstəliklərdəndir. Belə ki, Tiyenin boyu 170 sm olduğu halda, çəkisi 122 kq idi.
Necla Fide
Necla Fide (1958-ci il, İstanbul) – Türk aktrisasıdır. Müxtəlif erotik və macəra janrlı filmlərdə iştirak etmişdir. Həmçinin, Necla bir neçə müddət modellik karyerasında çalışmışdır. 1986-cı ildən başlayaraq film karyerasına bir müddət ara verir. 2008-ci ildə televiziyaya qayıdaraq "Son cəllad" filmində rol almışdır. Məşhur türk serialları olan "Akasya durağı", "Eşref saati", "Kiçik qadınlar", "Dodaqdan qəlbə", "Yarpaq tökümü" seriallarında iştirak etmişdir.
Uzun tire
Tire (—) (fr. tiret, tirer - çəkmək) durğu işarəsi. Sintaktik konstruksiyaları bir-birindən ayırmaq, fərqləndirmək üçün istifadə olunur. Adətən, cümlədə fikrin istiqamətini (gedişini) dəyişdirmək və ya kəsmək, eləcə də aydınlaşdırıcı şərhi seçdirmək üçün istifadə olunan punktuasiya işarəsi (––). Bu ingilis terminində bəzi şriftlərdə baş M hərfinin eninə bərabər olan mətbəə ölçüsü vahidinin (em) adından istifadə olunub; eynienli (MONOSPACE) şriftlərdə uzun tireni göstərmək üçün çox zaman iki ardıcıl defisdən istifadə olunur.
Pide Nekuiye
Pide Nekuiye və ya Pidenkuiye İranın Kirman ostanının Ənbərabad məntəqəsində bir dağlıq məntəqədir. Bu sahədəki bəzi kəndlər 2006(1384 Hicri təqvimi| Hicri Şəmsi)ilin qışında bir qrup İran təhlükəsizlik quvvələr(kəşfiyyat agentləri)nin tərəfindən aşkar edilmişdir. İnsanları çılpaq və mağara adamıidilər və ağac yarpaqlar ilə qidalanırdırlar. Zuraki kəndi bu kəndlərin biridir ki əhalisi 2006(1384) ilinə qədər yeni dünya alətləri və konsepsiyalari (qəzet, teliviziya ,…) ilə tanış deyildirlər. Pide Nekuiye əhalisi farslardan ibarətdir və fars dilində danışırlar.
Time (jurnal)
Taym jurnalı (ing. Time) — həftəlik informasiya jurnalı. "Taym" dünyanın ən nüfuzlu xəbər və siyasət jurnallarından biridir. Jurnal, öz reklam kampaniyalarında adının "The International Magazine of Events" (Hadisələrin Beynəlxalq Jurnalı) ifadəsinin qısaltması olduğunu ifadə edir. ABŞ-də yerləşən jurnalın Avropa distributivi Taym Avropa (Time Europe), əvvəlki adı ilə Taym Atlantik (Time Atlantic), şirkətinə məxsusdur və Londonda dərc olunur. Taym Avropa Orta Şərq, Afrika və Latın Amerikasını da əhatə edir. Həmçinin, Asiya, Kanada və Okeaniya distributivi də vardır. Taym jurnalı 1923-cü ildə Brayton Heden və Henri Lyus tərəfindən ABŞ-nin ilk həftəlik xəbər jurnalı olaraq yaradılmışdır. Hazırda jurnalın həftəlik tirajı 4 milyondan artıqdır.
Time (İzabo)
Time — Eurovision 2012 Mahnı Müsabiqəsində İsraili təmsil edən İsrailin rok qrupu Izabonun mahnısı.
İçli pide
İçli pide — pide çörəyi içinə qıyma və ya pendir qoyularaq sobada bişirildiyində öz başına istehlak edilə bilən başlı başına bir yemək olma xüsusiyyətini qazanar. Pidelər hazırlanmasında istifadə edilən içə görə müxtəlif adlarla tanınar: Qıymalı pide Pendirli pide Yumurtalı pide Sarımsaqlı pide Quşbaşlı pide (ətli pide) Qarışıq pide Göbələkli pendirli pide Pendirli pomidorlu pide Pide xəmiri lahmacun xəmirinə bənzəyir. Bu səbəblə bəzi restoranlar lahmacun və pide salonu olaraq ixtisaslaşırlar.
Time Magazine
Taym jurnalı (ing. Time) — həftəlik informasiya jurnalı. "Taym" dünyanın ən nüfuzlu xəbər və siyasət jurnallarından biridir. Jurnal, öz reklam kampaniyalarında adının "The International Magazine of Events" (Hadisələrin Beynəlxalq Jurnalı) ifadəsinin qısaltması olduğunu ifadə edir. ABŞ-də yerləşən jurnalın Avropa distributivi Taym Avropa (Time Europe), əvvəlki adı ilə Taym Atlantik (Time Atlantic), şirkətinə məxsusdur və Londonda dərc olunur. Taym Avropa Orta Şərq, Afrika və Latın Amerikasını da əhatə edir. Həmçinin, Asiya, Kanada və Okeaniya distributivi də vardır. Taym jurnalı 1923-cü ildə Brayton Heden və Henri Lyus tərəfindən ABŞ-nin ilk həftəlik xəbər jurnalı olaraq yaradılmışdır. Hazırda jurnalın həftəlik tirajı 4 milyondan artıqdır.
The Ride
The Ride — Uels indi-rok musiqi qrupu Catfish and the Bottlemen(en)-in ikinci studiya albomu. 27 may 2016-cı ildə Island Records və Capitol Records tərəfindən buraxılıb.
Adventure Time
Macəra zamanı (ing. Adventure Time) — Pendlton Vord tərəfindən yaradılmış amerikan cizgi serialı. Cizgi serial Finn (Ceremi Şeda) və onun ən yaxşı dostu olan ögey qardaşı Ceykin (Con Di Macio) birlikdə Ooo dünyasındakı sərgüzəştlərindən bəhs edir. Vord ilk dəfə 2007-ci ildə Nicktoons kanalı üçün qısametrajlı animasiya filmi hazırlamışdı. Qısa film yayımlandığı vaxt populyarlıq qazanmış və izləyicilər tərəfindən bəyənilmişdi. İdeyanı bəyənən Cartoon Network rəhbərliyi Nickelodeon kanalının bununla maraqlanmadığını nəzərə alaraq Fred Seibert(en) və Vorddan cizgi serial çəkməyi xahiş etdi. Serialın yaradıcıları şounu inkişaf etdirmək üçün müxtəlif mənbələrdən, xüsusilə stolüstü oyun olan “Dungeons & Dragons”dan ilham alıblar. Bu təsiri serialın uydurma dünyasında, personajlarında, hekayə xəttində və ümumi estetikasında görmək olar. Animasiyasının hər bir kadrı əl ilə çəkməklə hazırlanmışdır. Epizodlar üçün hərəkət və dialoqlar “storyboarding” vasitəsilə əvvəlcədən planlaşdırılmışdır.
Tameo İde
Tameo İde (27 noyabr 1908 - ?) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Coordinated Universal Time
Koordinasiya edilmiş ümumdünya vaxtı (ing. Universal Time Coordinated; fr. Universel Temps Coordonné; abbr. UTC) — Qrinviç meridianının orta Günəş vaxtı. Gecəyarıdan hesablanır, Bakı vaxtından 4 saat geridir. Zulu vaxtı (ing. Zulu time; rus. зулусское время) — aviasiya slenqində zamanın Qrinviç meridianına görə dəyərini bildirən ifadə. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
FİDE dünya reytinqi
Fédération Internationale des Échecs (FİDE) beynəlxalq şahmat turnirlərini idarə edən və təşkil edən şahmat qurumudur. FİDE hər ay "Ən yaxşı 100 oyunçu", "Ən yaxşı 100 qadın oyunçusu", "Ən yaxşı 100 gənc oyunçu" və "Ən yaxşı 100 gənc qız oyunçu" siyahılarını nəşr edir. Bütün bu siyahılar hazırlanarkən şahmat oyunçularının izafi bacarıq səviyyələrini ölçmək üçün istifadə olunan dərəcələndirmə sistemi olan Elo reytinq sistemindən istifadə olunur. 1 fevral 2018-ci il tarixinə əsasən ən yaxşı 20 oyunçu: 1 fevral 2018-ci il tarixinə əsasən ən yaxşı 20 qadın oyunçu: Şahmat oyunçuları 21 yaşı tamamlayana qədər "Gənc oyunçu" kimi oynayırlar. 1 fevral 2018-ci il tarixinə əsasən ən yaxşı 20 gənc oyunçu: Qadın şahmat oyunçuları 21 yaşı tamamlayana qədər "Gənc qız oyunçu" kimi oynayırlar. 1 fevral 2018-ci il tarixinə əsasən ən yaxşı 20 gənc qız oyunçu: FİDE ölkələrin reytinqini 2 siyahıya görə hazırlayır. Birinci siyahı ölkənin ən yaxşı 10 şahmat oyunçusunun dərəcəsinə görə, digər siyahı isə ən yaxşı 10 qadın şahmat oyunçusunun dərəcəsinə görədir.
Remember the Time
Remember the Time — Maykl Ceksonun mahnısı. Ed Christman, Antony Bruno,. "Michael Jackson Music Sales Surge Could Last For Months". Billboard.com. Nielsen Business Media, Inc. 2009-07-02. İstifadə tarixi: 2010-02-10.
World Wide Web
Ümumdünya hörümçək toru və ya Ümumdünya Şəbəkəsi (ing. World Wide Web, qısaca: WWW və ya veb) — internet üzərindən məlumat mübadiləsini təmin edən informasiya sistemi. Bu, İT mütəxəssisləri və həvəskarlarından başqa istifadəçilərə də müraciət etməsi üçün nəzərdə tutulmuşdur. Ümumdünya hörümçək toru sənədlərə və digər veb-resurslara "Hypertext Transfer Protocol" (HTTP) xüsusi qaydalarına uyğun olaraq internet üzərindən daxil olmaq imkanı verir. Sənədlər və endirilə bilən media veb-serverlər vasitəsilə şəbəkəyə təqdim edilir və onları veb-brauzerlər kimi proqramlar vasitəsilə əldə etmək mümkündür. Ümumdünya internetdəki serverlər və resurslar vahid resurs lokatorları (URL) adlanan simvol sətirləri vasitəsilə müəyyən edilir və yerləşdirilir. Orijinal və hələ də çox yayılmış sənəd növü "Hypertext Markup Language" (HTML) ilə formatlanmış veb-səhifədir. Bu işarələmə dili sadə mətni, şəkilləri, quraşdırılmış video və audio məzmunu, mürəkkəb istifadəçi qarşılıqlı əlaqəsini həyata keçirən skriptləri (qısa proqramları) dəstəkləyir. HTML dili həmçinin digər veb resurslarına dərhal çıxışı təmin edən hiperlinkləri (yerləşdirilmiş URL-lər) dəstəkləyir. Veb naviqasiyası və ya veb-sörfinq bir çox veb-saytlarda bu cür hiperlinkləri izləmək üçün istifadə olunan ümumi təcrübədir.
Aidə
Aida və ya Aidə — Qadın adı. Aida Abdullayeva — musiqiçi, Azərbaycan Respublikasının əməkdar artisti. Aida İmanquliyeva — şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi. Aida Şahmurova — Baş elmi tədqiqatçı, professor. Aida Qasımova — professor, filologiya elmləri doktoru Aida Bağırova — Şərqşünas alim, Yaxın Şərq üzrə ekspert Aida Predele — latviyalı dövlət və siyasi xadim Aida Hüseynova Aida Hüseynova (aktrisa) Aida Hüseynova (musiqişünas) Aidə Şahbazova — Azərbaycan dilçi alimi, professor. Digər Aida (opera) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi opera əsəri. AIDA (marketinq) — hər hansı bir malı almaq qərarını verəndə alıcı reaksiyasının baş verən ardıcıl etaplarıdır.
FIDE
FİDE (fr. Fédération Internationale des Échecs, FIDE) — beynəlxalq şahmat federasiyası, idman təşkilatı. Şahmatın inkişafı və populyarlaşması ilə məşğul olur. Əsası 1924-cü ilin 20 iyulunda Parisdə qoyulmuşdur. 158 milli federasiya, o cümlədən Azərbaycan Şahmat Federasiyası FİDE-nin üzvüdür (2011). Bayrağı, himni və devizi ("Gens una sumus" –"Biz hamımız bir ailəyik") vardır. 1980 ildən YUNESKO-nun üzvüdür. Mənzil qərargahı Afinadadır. Rəsmi dilləri: fransız, rus, ingilis, alman və ispan. FİDE kişilər və qadınlar arasında dünya və Avropa çempionatları (şəxsi və komanda), Ümumdünya şahmat olimpiadaları (1927 ildən kişilər və 1957 ildən qadınlar arasında) və başqa böyük yarışlar keçirir.
Tirə
Tirə (rus. гряда, ing. ridge) — müxtəlif mənşəli uzunsov, nisbətən alçaq, müsbət relyef formalarının ümumi adı /mis: moren, oz, qum, sualtı, ada tirələri və s./.
Christian Älvestam
Kristian Alvestam (14 aprel 1976) — Vokalçı, bəstəkar, gitaraçı və barabançı. O, ən çox İsveçin ən yaxşı Melodik death metal qrupu Scar Symmetry-in vokalisti kimi tanınıb.Solution .45 və Miseration qruplarının albomlarında da oxumuş, və hazırda bir neçə qruplar da çıxış edir. Bir çox qrupların müxtəlif albom qeydlərin də iştirak edib, amma daha çox öz təmiz vokal diapazonuna və güclü qroul edən birisi olaraq metal aləmdə tanınır. Scar Symmetry Solution .45 Miseration Incapacity Quest of Aidance Solar Dawn Syconaut The Few Against Many Torchbearer Unmoored Carnalized Kristian Alvestam 2012-ci ildə özünün proqresiv rok/elektronik üslubunda Self 2.0 albomunu buraxmışdır.
Faze Kristmas
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Resekvent tirə
Resekvent tirə (rus. гряда ресеквентная, ing. resequent ridges) — ikinci dərəcəli antiklinal tirə olub, monoklinal subsekvent dərələrlə sərhədlənir.
Sidə Lincan
Sidə Lincan — İranın İsfahan ostanının Lincan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 17,335 nəfər və 4,167 ailədən ibarət idi.
Tikə kabab
Tikə kabab, şişlik və ya şiş kabab — Azərbaycan mətbəxində bir yemək. Kababın növlərindən biri. Tikə kababın hazırlanmasında qoyun ətindən, baş soğandan, göy soğandan, cəfəri və reyhan kimi göyərtilərdən, duz, sumaq, istiot kimi ədviyyatlardan istifadə olunur. Azərbaycan mətbəxinə aid olan qarssayağı tikə kabab qoyunun ətindən və böyrəyindən hazırlanır. Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kababın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kabab hazır olan kimi masaya verilməlidir. Tikə kababın yanında halqavari doğranmış soğan və ya narşərab, (yay vaxtı şişdə qızardılmış pomidor) istiot və duz verilir.
Tirə (İzmir)
Tirə (türk. Tire) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 64 km-dir. İlçənin şərqində Ödəmiş, şimalında Bayındır, qərbində Torbalı və Səlcuq ilçələri, cənubunda isə Aydın ili yerləşir. İlçənin sahəsi 716 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 84,804 nəfərdir.
Tirə ada
Tirə ada (rus. гряда островная, ing. island ridge) — vulkan, yaxud mərcan mənşəli zəncirvari adalar. Sualtı silsilələrin, yaxud xətti yerləşmiş dağların su üzərinə çıxmış zirvələrindən təşkil olunur. Okeanların mərkəzi hissəsində adalar adətən düzxəttli, materiklərin yaxınlığında isə qövsvari yerləşir.
World naked bike ride
Ümumdünya Çılpaq Veloyürüş (ing. World Naked Bike Ride (WNBR)) - özündə kütləvi beynəlxalq velosiped yarışı təşkil edir. Yarışda iştirak edən insanlar paltarsız (və ya üzərində geyimin minimal miqdarında), əzələ gücü ilə idarə olunan nəqliyyat vasitələrində hərəkət edirlər (başlıca olaraq Velosiped ilə, lakin rolik və skeytdən də çox istifadə olunur). Yarışın keçirilmə məqsədi - «təmiz, təhlükəsiz və müsbət-bədən dünyasını» insanlara tanış etmək və məlumatlandırmaqdır. Yarışın dress-kodunu «Nə qədər cəsarətlisən, bir o qədər də çılpaqsan» sloqanı ilə təsvir etmək olar. Tam və ya və qismən çılpaqlıq dəstəklənir, lakin yürüş zamanı bu məcburi sayılmır. Bundan başqa, intim orqanlarını örtmək məcburi deyil - məhz bu seçim azadlığı Ümumdünya Çılpaq Veloyürüşü digər təşkilat növlərinin keçirdiyi fəaliyyətlərindən fərqləndirir. Yürüşə əyləncəli və maraqlı atmosfer yaratmaq, Kütləvi İnformasiya Vasitələrinin diqqətini cəlb etmək, həmçinin müşahidəçilərin təxəyyülünü həyəcanlandırmaq məqsədilə iştirakçılar arasında ekspressiv üslubda kreativlik dəstəklənir. Məsələn Bodi-art - kostyum, hand-made velosiped, bumboks, horn və sirenalar kimi özünüifadənin ümumi forması sayılır. Ümumdünya Çılpaq Veloyürüş fərqli təşkilatlatlar tərəfindən 2004-cü ildən keçirilməyə başlamışdı.
Christian Science Monitor
Christian Science Monitor (tələffüzü "Krisçen Sayens Monitor") — bazar ertəsindən cümə gününə qədər İnternetdə gündəlik olaraq çap olunan beynəlxalq qəzet. 1908-ci ildə Xristian Elmi Kilsəsinin qurucusu Meri Beyker Eddi tərəfindən qurulmuşdur. Qəzetdə beynəlxalq xəbərlər və ABŞ cəmiyyətində baş verən aktual hadisələri işıqlandırır. KSM-in "Ana Forum" səhifəsində gündəlik dini məqalələr yer alır, lakin onlar dinə dönüş platforması olmadıqlarını bildirilər. 28 oktyabr 2008-ci ildə redaktor Con Yemma, Christian Science Monitor veb nəşrinə diqqət ayırmaq üçün çap nəşrlərin dayandırılacağını bildirdi. KSM həftəlik çap nəşri əvəzinə daha çox beynəlxalq xəbərlərə fokuslanan gündəlik xəbərlər dərgisi nəşr edəcək. Christian Science Monitor adına baxmayaraq dini mövzulu qəzet deyil və öz himayəçi kilsəsinin doktrinasını təbliğ etmir. Lakin qurucusu Eddinin istəyi ilə Christian Science Monitor qəzetinin hər sayında gündəlik dini məqalələr yer alır. Eddi həmçinin qəzetin başlığına Xristian Elmi kəlməsininin daxil edilməsini tələbi ilə çıxış etdi, bu da əvvəlcə dini mənsubiyyətə istinadın dünyəvi dinləyiciləri özündən uzaqlaşdıracağına inanan onun bəzi məsləhətçilərinin etirazı ilə qarşılandı. Eddi, Christian Science Monitor-un missiyasının "heç kimə zərər verməmək və bütün insanlığa xeyir-dua vermək" olduğunu açıqladı.
Tirə relyefi
Tirə relyefi (rus. Рельеф грядовый, ing. Ridge relief) — çay dərəsində, dəniz sahilində, yaxud səh­rada akkumulyativ mənşəli tirələrdən ibarət relyef.