Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Clash Royale
Clash Royale — "Supercell" şirkəti tərəfindən yaradımış və nəşr edilmiş real zamanlı, pulsuz, çox oyunçulu videooyun. Oyun stolüstü kart oyunları, qala müdafiəsi və MOBA oyunlarından olan elementləri özündə birləşdirir. Oyun dünya miqyasında 2 mart 2016-cı ildə buraxılıb. "Clash Royale" oyun bazarında bir ildən az müddətdə 1 milyard dollar gəlir əldə edib. "Sensor Tower" şirkətinin məlumatına görə "Clash Royale" oyunun üç il ərzində qazandığı gəlir 2.5 milyard dollardır. Bu "Clash of Clans" oyunun ilk spin-off seriyasıdır. == Oynanış == Oyunda gümüş, qızıl, nəhəng, sehrli, epik, əfsanəvi kral sandığı, tac sandığı, turnir sandığı əfsanəvi sandıq var. Bu sandıqlar oyunun sonunda tapıla bilər və ya qiymətli daşlarla satın alına bilər. Bu sandıqlardan alacağınız kartlarla 8 kart destesi yaradaraq digər onlayn oyunçularla eyni vaxtda döyüşə biləcəyiniz bu oyunda maksimum 50 nəfərlik klanlar da var.Döyüş kuboklarını toplaya bilərsiniz. Oyunda 5 növ kart növü var: Ümumi, Nadir, Epik Əfsanəvi və Çempion.
Clash Of Clans
Clash of Clans (azərb. Klanların mübarizəsi‎) — Helsinki, Finlandiya mərkəzli oyun şirkəti Supercell tərəfindən yaradılmış olan çox oyunçulu, real zamanlı, premium, çoxnəfərli strategiya oyunu. Clash of Clans oyununda oyunçular hücumlara qarşı öz şəhərlərini qorumaq üçün müxtəlif müdafiə mexanizmləri inşa edirlər və hücum etmək məqsədi ilə də əsgər yaradırlar. Oyunçular ən çoxu 50 nəfərdən ibarət olan klanlara qatıla, topluluq olaraq və ya klanın öz daxilində söhbət edə, klan üzvləri bir-birlərinin klan qalasına əsgər göndərə bilərlər. İrəliləmək üçün lazımlı materiallardan ən önəmlisi olan yaşıl daş kredit kartıyla və ya oyunçunun özünü gücləndirməsiylə əldə edilə bilər. Oyunun əvvəlində oyunçuya 500 almaz verilir. Həmçinin, tələb edilən dərəcələri etməklə və şəhərin olduğu ərazidəki kol, ot və ağaclar təmizləməklə də yaşıl daş əldə edilə bilər. Ödəmə xüsusiyyəti ilə oyun iOS platformasında ən çox qazananlar siyahısına daxil olmuşdur. 2013-cü ilin birinci yarısında şirkət satışlardan təxmini olaraq gündə 2.4 milyon dollar gəlir əldə etmişdir. Clash of Clans iOS platformasında 2012-ci il dekabr ayında ən çox endirilən 5 proqram arasında yerini almışdır.
Marvel vs. Capcom: Clash of Super Heroes
Marvel vs. Capcom: Clash of Super Heroes — "Capcom" tərəfindən hazırlanan və nəşr olunan krossover faytinq videooyunu. "Marvel vs. Capcom" videooyun seriyasındakı 3-cü əsas epizoddur və 1997-ci ildə satışa çıxarılan "Marvel Super Heroes vs. Street Fighter" videooyununun davamıdır. Videooyun ilk dəfə 1998-ci ildə arkada oyunu kimi buraxılmışdır. Videooyun daha sonra 1999-cu ildə Dreamcast, 2000-ci ildə isə PlayStation üçün satışa çıxarılmışdır. Oyun "Marvel vs. Capcom Origins" kompilyasiyasının bir parçası olaraq 2012-ci ildə PlayStation 3 və Xbox 360 platformaları üçün yenidən buraxılmışdır. "Marvel vs.
Adobe Flash
Macromedia Flash standartı və ya Adobe Flash 1996-cı ildə Macromedia şirkəti tərəfindən yaradılmışdır. Bu texnologiyanın əsas təyinatı yüksək keyfiyyətli interaktiv animasiyaların yaradılmasıdır ki, bu animasiyaları kiçik ölçülü fayl şəklində təqdim etmək olar. Macromedia Flash standartının köməyi ilə Veb-master müəyyən elementləri monipulyator vasitəsi ilə idarə olunan rəngarəng animasiyalı səhifələr, Veb səhifəyə daxil edilmiş mini oyunlar yaratmaq, multiplikasiyalı kliplər səsləndirmək olar. Başqa sözlə desək Macromedia Flash Java-nın tətbiqi ilə görülən bütün işləri görə bilir. Macromedia Flash poqramını digər Veb-texnologiyalardan üstün cəhəti ondan ibarətdir ki, Macromedia Flash həm piksel qrafikası , həm də vektor qrafikası ilə işləyə bilən yeganə standartdır. Digər bir üstün cəhəti - mətn Flash proqramına piksellərdən ibarət olan təsvir kimi deyil, bir simvol bir baytlıq informasiya kimi kodlaşdırılan mətn kimi gətirilir. Bu səbəbdən Flash faylları kiçik həcmli olurlar. Macromedia Flash standartında MP3 formatda səs və musiqi faylları da hazırlanır. Macromedia Flash poqramına Java dilini xatırladan və Java-ya nisbətən daha sadə olan xüsusi dil inteqrasiya edilib. Bu dil ilə yazılan proqram modulları sənədə applet kimi göndərilir və təsvirinin dinamik dəyişdirilməsi lazım gələn animasiyanın istənilən kadrına qoyulur.
C-Class
Mercedes C-Class — Alman avtomobil istehsalçısı Mercedes-Benz tərəfindən, may 1993-cü ildən başlayaraq 190 modelinin yerinə istehsal olunan 4-qapılı bir kompakt sedandır. Bu seriyanın son nəsli olan W205 modeli 2014-cü ildə istehsal olunmuşdur.
Flash TV
Flash TV (tam adı: Flash Televiziyası, türk. Flash Televizyonu, tələffüzü: Fleş TV) — Ömər Ziya Göktunun sahib olduğu Göktuğ Grupun nəzdində fəaliyyət göstərən Türkiyənin ikinci özəl televiziya kanalı. 1992-ci ildən bəri fəaliyyət göstərən televiziya kanalının yayım ərazisi Türkiyə, Şimali Kipr və Azərbaycandır. == Tarixi == Flash TV, 1992-ci ildə test yayımına, 1993-cü ildə isə Ömər Ziya Göktunun sahib olduğu Göktuğ Qrupun nəzdində Bursa şəhərində normal yayıma başlamışdır. Yerli yayım aparan kanalın İstanbulda studiyaları var idi. Gerçək Kəsit proqramı Bursada çəkilmişdir. Proqramda real həyatda baş verən hadisələr efirə verilirdi. Serialda Cahid Qaşıqçılar, Mehmet Vanlıoğlu, Nəvzad Çiftçi, Cavad Dinçər, Zəki Bıçaqçı, Məsud Haqyeməz, Bərat Dəmirəyər kimi Bursalı aktyorlar rol almışdır. Bundan başqa, kanalda Tap On adlı bir musiqi proqramı da yayımlanmışdır. Bu proqramsa 1990-cı illərdə məşhuş olan türk-dilli mahnıların sözlərini yenidən yazaraq gülməli mahnılar hazırlamışdır.
Macromedia Flash
Macromedia Flash standartı və ya Adobe Flash 1996-cı ildə Macromedia şirkəti tərəfindən yaradılmışdır. Bu texnologiyanın əsas təyinatı yüksək keyfiyyətli interaktiv animasiyaların yaradılmasıdır ki, bu animasiyaları kiçik ölçülü fayl şəklində təqdim etmək olar. Macromedia Flash standartının köməyi ilə Veb-master müəyyən elementləri monipulyator vasitəsi ilə idarə olunan rəngarəng animasiyalı səhifələr, Veb səhifəyə daxil edilmiş mini oyunlar yaratmaq, multiplikasiyalı kliplər səsləndirmək olar. Başqa sözlə desək Macromedia Flash Java-nın tətbiqi ilə görülən bütün işləri görə bilir. Macromedia Flash poqramını digər Veb-texnologiyalardan üstün cəhəti ondan ibarətdir ki, Macromedia Flash həm piksel qrafikası , həm də vektor qrafikası ilə işləyə bilən yeganə standartdır. Digər bir üstün cəhəti - mətn Flash proqramına piksellərdən ibarət olan təsvir kimi deyil, bir simvol bir baytlıq informasiya kimi kodlaşdırılan mətn kimi gətirilir. Bu səbəbdən Flash faylları kiçik həcmli olurlar. Macromedia Flash standartında MP3 formatda səs və musiqi faylları da hazırlanır. Macromedia Flash poqramına Java dilini xatırladan və Java-ya nisbətən daha sadə olan xüsusi dil inteqrasiya edilib. Bu dil ilə yazılan proqram modulları sənədə applet kimi göndərilir və təsvirinin dinamik dəyişdirilməsi lazım gələn animasiyanın istənilən kadrına qoyulur.
Johnny Cash
Conni Keş (R. J. R. Keş; 26 fevral 1932[…] – 12 sentyabr 2003[…], Neşvill) — amerikalı müğənni, gitaraçı, aktyor və yazıçıdır. O ümumilikdə 90 milyondan artıq disk satmaqla bütün zamanların ən çox satan musiqi ifaçılarından biri olmuşdur. ilk olaraq xatirələrə kantri ikonu kimi gəlsə də, onun Rok-n-roll, rockabilly, blüz, Blüz xalq və incil janrlarında musiqiləri var.
Crash! Boom! Bang!
Crash! Boom! Bang! - Roxette qrupunun beşinci albomudur.
Flash vs. Arrow
Fleş Oxa qarşı (ing. Flash vs. Arrow) – The CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi korossoverlərdən birincisi. Krossover “Fleş” və “Ox” teleserialları arasında baş tutmuşdur. Krossover hadisəsi 2 dekabr 2014-cü ildə “Fleş” teleserialının “Fleş Oxa qarşı” adlanan səkkizinci seriyası ilə başlamış və “Ox” teleserialının növbəti gün yayımlanan “Məğrur və kobud” adlı səkkizinci seriyası ilə davam etdirilmişdir. Krossoverdə Fleş komandası (Barri Allen/Fleş, Keytlin Snou və Sisko Ramon) cinayətkar Kapitan Bumeranqın həbs edilməsində Ox komandasına (Oliver Kuin/Ox, Felisiti Smok, Con Diql), Ox komandası isə metainsan Roy Bivolonun tutulmasında Fleş komandasına kömək edir. İki teleserial arasında korssoverin baş tutacağı 2014-cü ilin iyulunda Barri Allenin “Fleş” serialının debütündən əvvəl “Ox”un ikinci mövsümündə təqdim edilməsindən sonra elan olunmuşdu. Bundan sonra sentyabrda hər iki seriya üçün ssenari yazılması tamamlanmış, 2014-cü ilin oktyabrında isə çəkilişlərə başlanılmışdır. Krossover seriyalarında hər iki serialın əsas aktyor heyətinə daxil olan bütün aktyorlar iştirak etmişdir. Seriyalar tənqidçilər tərəfindən müsbət qəbul edilmiş, şən və fanların istədiyi hər şeyi əks etdirən adlandırmışlar.
Mercedes-Benz CLA-Class
Mercedes CLA-Class — Alman avtomobil istehsalçısı Mercedes-Benz tərəfindən, 2013-cü ildən A və B klassların platformu əsasında qurulub istehsal olunan kompakt prestij sedandır.
Mercedes-Benz CLS-class
Mercedes-Benz CLS-class Mercedes-Benz markası altında Almaniyanın Zindelfingen zavodunda istehsal olunan dördqapılı kupe. Avtomobil W211 E-class markasının bazasında yaradılmışdır. 2004-cü ilin payızından istehsal olunur. CLS-class-ın ikinci nəslinin buraxılışı 2011-ci ilə planlaşdırılır.
Mercedes-Benz A-Class
Mercedes A-Class — Alman avtomobil istehsalçısı Mercedes-Benz tərəfindən, 1998-ci ildən başlayaraq istehsal olunan 4-qapılı bir kompakt avtomobildir. Bu seriyanın son nəsli olan W176 modeli 2012-ci ildə istehsal olunmuşdur. == 1. Nəsil (1997–2004) == === Mühərriklər === Benzin 1.4 82 hp 1.6 100 hp 1.9 124 hp 2.1 Evolution 138 hpDizel 1.7 CDI 74 hp 1.7 CDI 58 hp 1.7 CDI 89 hp 1.7 CDI 94 hp === Sürətlər qutusu === 5 ileri düz vites 6 ileri düz vites ST otomatik vites == 2. Nəsil (2004–2012) (W169) == 2005 modelden (W169 KASA) itibaren aracın aks mesafesi ve genişliği artırılmıştır, eskiye nazaran görünümü oldukça değişmiştir, motor ve iç dizayn olarak aynı şeyleri söylemek mümkündür.mercedesin işçilik kalitesini bu seride de görmek mümkündür. (aracın 100 km hız fren mesafesi 33 m'dir.
Mercedes-Benz B-Class
Mercedes-Benz B-klass — 2005-cı ildən bu günə kimi Mercedes-Benz markasının istehsal etdiyi kompakt avtomobillər. Avtomobil A-klassdan bir az böyükdür və onun asqı və mühərriklərindən istifadə edir.
Mercedes-Benz C-Class
Mercedes C-Class — Alman avtomobil istehsalçısı Mercedes-Benz tərəfindən, may 1993-cü ildən başlayaraq 190 modelinin yerinə istehsal olunan 4-qapılı bir kompakt sedandır. Bu seriyanın son nəsli olan W205 modeli 2014-cü ildə istehsal olunmuşdur.
Mercedes-Benz CL-Class
Mercedes-Benz CL-klass (Comfort Leicht Klasse — alm. Comfort Leicht Klasse‎) — ilk dəfə 1950-cı illərdə yaranmış, formal olaraq isə 1996-cı ildən 2013-cü ilə qədər Mercedes-Benz markasının istehsal etdiyi avtomobillər. Əsas olaraq S-klass avtomobilləri götürülür və kupe kuzovunda istehsal olunur. 2013-cü ildə ləğv olunub S-Coupe-yə adı dəyişildi.
Mercedes-Benz CLK-Class
Mercedes-Benz CLK-klass (Coupe Leicht Kurz — alm. Coupe Leicht Kurz‎ — "kupe yüngül qısa") — 2006-cı ildən 2009-cu ilə qədər Mercedes-Benz markasının istehsal etdiyi orta ölçülü kupe və kabrioletlər. CL və Sl-lardan aşağı və SLK-lardan yuxarı mövqedə yerləşdiyi sayılır.
Mercedes-Benz E-Class
Mercedes E-Class — Alman avtomobil istehsalçısı Mercedes-Benz tərəfindən, rəsmi olaraq 1993-cü ildən istehsal olunan biznes sedandır. Bu seriyanın son nəsli olan W212 modeli 2009-cu ildə istehsal olunmuşdur.
Mercedes-Benz G-Class
Mercedes-Benz G-klass (G — alm. Geländewagen‎ — ɡəˈlɛːndəvaːɡn, «yolsuzluq maşını») — 1979-cu ildən bu günə kimi Mercedes-Benz markasının istehsal etdiyi tam ölçülü yolsuzluq maşınları.
Mercedes-Benz GL-Class
Mercedes-Benz GL-klass (G — alm. Geländewagen Lang‎ — ɡəˈlɛːndəvaːɡn lang, «uzun yolsuzluq maşını») — 2006-cı ildən bu günə kimi Mercedes-Benz markasının istehsal etdiyi tam ölçülü krossover maşınları.
Mercedes-Benz GLA-Class
Mercedes-Benz GLA-klass — 2013-cü ildən bu günə kimi Mercedes-Benz markasının istehsal etdiyi mini krossover. 2013-cü ilin noyabrında "Dünyada ilin avtomobili" adına namizəd olunmuşdur.
Mercedes-Benz GLK-Class
Mercedes-Benz GLK-Klasse (Geländewagen Luxus Kompaktklasse, kuzov nömrəsi X204) — C-klassın W204 kuzovu əsasında yaranan lyuks kompakt krossover. İlk dəfə 2008-ci ildə Detroytda Mercedes-Benz Vision GLK adıyla buraxıldı. Avtomobil Bremendə (Almaniya) istehsal olunur. 2012-ci ildə restaylinqi oldu. 2015-ci ildə GLC modeli ilə əvəz olundu.
Mercedes-Benz M-Class
Mercedes-Benz M-klass — 1997-ci ildən bu günə kimi Mercedes-Benz markasının istehsal etdiyi orta ölçülü premium seqmentinə aid krossover maşınları. 2015-ci ildə adını dəyişdirib GLE-klass adlanmağa başladı.
Mercedes-Benz R-Class
Mercedes-Benz R-klass — 2006-cı ildən 2013-ü ilə qədər Mercedes-Benz markasının istehsal etdiyi minivnlər. Satışların aşağı olması səbəbindən 2012-də ABŞ-də, 2013-də isə Avropa ölkələrində satışı dayandırılıb. Hal-hazırda yalnız uzun bazalı, tam ötürücülü və 6 silindrli avtomobillər istehsal olunur.
Mercedes-Benz S-Class
Mercedes-Benz S-klass (Sonderklasse — alm. Sonderklasse‎ — «xüsusi sinif») — rəsmi olaraq 1972-cı ildən bu günə kimi Mercedes-Benz markasının istehsal etdiyi biznes sedan maşınların flaqman seriyası.
Mercedes-Benz SL-Class
Mercedes-Benz SL-klass (Sport Leicht — alm. Sport Leicht‎ — «yüngül idman») — 1954-cı ildən bu günə kimi Mercedes-Benz markasının istehsal etdiyi sportkarları.
CLISP
CLISP — Common Lisp proqamlaşdırma dilinin implimentasiyasıdır. C və Common Lisp dillərində yazılıb. Windows və Unix əməliyyat sistemlərini dəstəkləyir.
Klas-klas
Klas — Təkbaşına və ya bir neçə oyunçu ilə oynanılabilən uşaq oyunudur. Oyunçular müxtəlif variantlarda oynadıqları bu oyunda, yerə çəkilmiş rəqəmli xanalara hər hansı obyekti və obyekti almaq üçün çəkilmiş xanalarda tək ayaqla atlanır. Xanalara atılan obyekt əsasən yastı daşdan ibarət olur. Oyunun bir çox variantı olsa da əsas qaydası, atlanarkən xanaları bir-birindən ayıran xətləri tapdalamadan irəliləmək və obyketi təyin olunmuş rəqəmli xanaya düzgün atmaqdan ibarətdir.
Alas
Alas – Yakutiyada çoxillik donmuş yeraltı süxurların əriməsi və ərazinin enməsi nəticəsində əmələ gələn hamar çökəklikdir. Alas ot bitkiləri ilə örtülü olur, burada dayaz göllər də olur. Örüş kimi istifadə olunur. .
Bash
Bash (Bourne Again Shell)- Unix üçün yazılmış shelldir. 1988-ci ildə Brian Fox tərəfindən yazılmağa başlamış və 1989-cu ildə beta versiya buraxılmışdır. Hal-hazırda Linux və Mac OS X əməliyyat sistemlərində susmaya görə istifadə edilən shelldir. Bash istifadəçi tərəfindən mətn şəklində verilən komandaları emal edir. Bash ilə shell skriptlər də yazmaq mümkündür.
Cask
Cask — İranın Hörmüzgan ostanının şəhərlərindən və Cask şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,133 nəfər və 2,406 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Cass.
Alexandre Henri Gabriel de Cassini (fr. Alexandre Henri Gabriel de Cassini; 1781, Paris — 1832) — Fransa botaniki, tanınmış Kassini nəslinin sonuncu nümayəndəsi. Kassini tərəfindən adlandırılmış taksonlar: Brachyscome (1816) Carphephorus Dracopis Cassini Emilia Cassini Eurybia (Cassini) S.F. Gray Euthamia (Nuttall) Cassini 1825 Facelis Cassini Guizotia Cassini Helianthus pauciflorus Nuttall ssp. pauciflorus, (Stiff Sunflower), Helianthus laetiflorus var. rigidus və 'H. rigidus (Cassini) Desf. kimi də təqdim olunub Heterotheca Cassini Ixeris (Cassini) Cassini Ligularia Cassini Pallenis Cassini Pluchea Cassini Sclerolepis Cassini Youngia Cassini Taraxacum Cassini == Mənbə == Cassini, Henri. 1813. Observations sur le style et le stigmate des synanthérées. Journal de Physique, de Chemie, d'Histoire Naturelle et des Arts 76: 97–128, 181–201, 249-75. King, Robert M., Paul C. Janaske, & David B. Lellinger (compilers).
Dash
Dash (Debian Almquist shell) - *nix əməliyyat sistemində shelldir. Bashla müqayisədə çox kiçikdir, həm də xüsusiyyətləri cəhətdən az zəngindir. Almquist shell-in xələfi olan dash, 1997-ci ildə Linux əməliyyat sisteminə port edilmiş, 2002-ci ildə isə adı dəyişdirilərək dash qoyulmuşdur.
Ulas
Vələs (lat. Carpinus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi.
İlah
İlah (kişi) və ya İlahə (qadın) (ərəb. إله‎) — müqəddəs hesab olunan, fövqəltəbiilik və ya ölümsüzlük xüsusiyyətlərinə malik olan sima. Sitayiş və pərəstiş obyekti. İlahlar müxtəlif obrazlarda və daha çox insan və ya heyvan şəklində təsvir olunurlar. Bəzi dini etiqadlar ilahların hər hansı formada təsvir edilməsini küfr hesab edirlər. İlahlar bir qayda olaraq ölümsüz olurlar, individuallığa və həmçinin insana xas olan şüur, istək və emosiyalar kimi xüsusiyyətlərə malik olurlar. Təbiət hadisələri — ildırım çaxması, sel daşqınları, zəlzələlər, digər "fors-major hallar" və möcüzələr ilahların əməlləri kimi qəbul edilir. Möminlərin hesab edirlər ki, bəzi ilahlar insanın taleyini müəyyən edir, onun doğulması və ölümünü tənzimləyir, dünyanı və kainatı, yaxud onların ayrı-ayrı elementlərini yaradırlar. İlahələrə misal ağıllılıq ilahəsi Afina, səfehlik ilahı Ate, dəniz ilahı Poseydon, alov ilahı Hefest, ov ilahəsi Artemis, torpaq ilahı Artey, çaylar, sular ilahı Axel, evlilik ilahəsi Yuno, hərb ilahı Appolon, müharibə ilahı Mars, kələkbazlıq ilahı Hermes, yeraltı aləmin ilahı Aid'dir.
Lasi
Lasi (lat. Latium) — qədim İtaliyada müasir roman dillərinin ilkin vətəni olan region. Romalıların bir xalq kimi formalaşdığı regiondur. Onun ərazisi hal-hazırda müasir İtaliyanın daha böyük inzibati-ərazi quruluşu olan Latsionun bir hissəsidir .
Cas9
Cas9 (CRISPR ilə əlaqəli protein 9) - antiviral xüsusiyyətlərə malik bakterial mənşəli bir proteindir . DNT-ni xüsusi ardıcıllıqla kəsmək qabiliyyəti onu geniş istifadə perspektivləri olan molekulyar biologiya vasitəsinə çevirmişdir . Elmi qurucularımızdan biri olan Dr. Emmanuel Charpentier CRISPR/Cas9 gen redaktəsini icad etmişdir. O vaxta qədər insanlar “CRISPR” sözünü yalnız bəzi bakteriya növlərinin antiviral mexanizmin bir hissəsi kimi istifadə etdiyi genetik məlumatın "Clustered Regularly Interspaced Short Palindromic Repeats" üçün qısaldılmış adı kimi bilirdilər. İndi, bir gen redaktə vasitəsi olaraq, CRISPR/Cas9 biotibbi tədqiqatlarda inqilab etdi və tezliklə bir neçə bioloji yeniliyin əvvəllər olduğu şəkildə tibbi sıçrayışlara imkan verə bilər. CRISPR/Cas9 DNT-ni dəqiq şəkildə kəsərək və sonra təbii DNT təmiri proseslərini öz üzərinə götürməklə genləri redaktə edir. Sistem iki hissədən ibarətdir: Cas9 fermenti və bələdçi RNT. == İstifadəsi == === Tibb və Sağlamlıq === CRISPR metodunun tibb və sağlamlıqda yeni dərman inkişaf işlərində, xəstə genlərin müəyyən edilməsində və müalicədə istifadə oluna biləcəyi düşünülür. Məsələn, tədqiqatçılar oraq hüceyrəli anemiya və hemofiliya kimi xəstəliklərə səbəb olan genetik pozğunluqlar üçün məqsədyönlü, effektiv müalicələr hazırlamaq üçün CRISPR-dən istifadə edirlər . 2019 - cu ildə aparılan bir araşdırma, genetik korluğu olan yetkin siçovulların CRISPR gen terapiyasından istifadə edərək müalicə oluna biləcəyini göstərdi.
Lush
Lush — amerikalı müğənni Mitskinin ilk studiya albomu. 31 yanvar 2012-ci ildə yayımlanıb. Mitski albomu SUNY Purcase-də təhsil alarkən tələbə layihəsi kimi hazırlayıb. == Trek siyahısı == Bütün mahnılar Mitski tərəfindən yazılmış və bəstələnmişdir.
Alişa Qlass
Alişa Qlass — 1986-cı ildə anadan olmuş Amerikalı qadın voleybolçu. İmoko Koneglianonun şərəfini qoruyur. == Karyerası == Voleybolçu həmçinin 2009-cu ildən ABŞ millisinin şərəfini qoruyur. 2012 və 2013-cü illərdə milli komanda ilə birlikdə Panamerikana kubokunu qazanmışdır. Qlass 2013-14 mövsümündə Türkiyənin Fənərbaxça klubunda 12 nömrəli formanı geyinmişdir. Oynadığı vaxt komandanın əsas toppaylayıcısı olmuşdur. Fənərbaxçaya 2013-cü ildə transfer olunmuşdur. Bu klubdakı ən böyük uğuru isə 2013-14 mövsümünə təsadüf edir. Belə ki, həmin mövsüm Alişa komandası ilə birlikdə CEV Kubokunu qazanmışdır. 2014-cü ildən etibarən isə İtaliyanın İmoko Volley Konegliano komandasına transfer olunmuşdur.
Blake Clark
Bleyk Klark (ing. Blake Clark, 2 fevral 1946, Corciya, ABŞ) amerikalı aktyor.
Alaşa
Alaşa — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 396 nəfərdir.[mənbə göstərin]Alaşa Astara rayonunun Səncərədi inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Toponimin yerli tələffüz formasına (ələşo) əsaslanan tədqiqatçılar onu "böyük həyat" kimi izah edirlər. Adını ərazidəki eyniadlı bulaqdan almışdır. == Etimologiyası == Coğrafi adın tərkibindəki «ala» komponenti qədim türk dillərində «böyük», «şa» isə talış dilində həyat sözünün qədim variantı olub «böyük həyat» böyük yaşayış məntəqəsi mənasındadır. == Din == Kənddə "Məhəmməd" məscidi dini icması fəaliyyət göstərir. == Tanınmış şəxslər == === Şəhidləri === Rüstəm Şahbazov (1974-1992). Vüsal Nəhmətov (1987-2020). Nihad Əhmədov (2000-2020).
Alaşt
Alaşt — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və ya 287 ailədən ibarət idi.