Chasmonia
Molusella (lat. Moluccella) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Yabanı halda molusella Azərbaycanda Kür-Araz, Mil-Muğan düzlərində yayılmışdır. Bu cinsə bir növ daxildir — hamar molusella (M.laevis). Bitkinin hündürlüyü 70 sm-ə qədər olub, böyük kasa yarpaqları borucuqlara birləşib. Onlar molusellaya gözəllik verir. Borucuqlarda gizlənən xırda ağ çiçəklər gözə çarpmır. Moluselladan quru kompozisiyalar yaratmaq üçün istifadə edirlər. Bunun üçün bitkiləri vaxtında qayçı ilə kəsirlər. Kəsilmiş bitkiləri dəstə bağlayaraq sərin və qaranlıq yerdə qurudurlar.