class1
n I sinif (ictimai); the working ~ işçi / fəhlə sinfi; the upper ~ 1) aristokratlar, dvoryanlar, zadəganlar; 2) cəmiyyətin yüksək təbəqəsi; iri burjuaziya
n II 1. sinif (məktəbdə); qrup; dərəcə, kateqoriya; növ, cür, qəbil; first ~ birinci dərəcə; ~ es of weight id. çəki dərəcələri; two ~ es of poets iki qəbildən olan şairlər; the best ~ of hotel birinci dərəcəli mehmanxana; 2. kurs; to take ~ es in oxumaq, öyrənmək; (peşə və s.) to take ~es in cookery aşpazlıq kursunda oxumaq; 3. dərs; What time does the class begin? Dərs nə vaxt başlanır?
class2
adj sinifli, sinfi; ~ society sinifli cəmiyyət; ~ struggle sinfi mübarizə
class3
v 1. təsnif etmək; çeşidləmək, sortlara / növlərə / dərəcələrə ayırmaq; 2. fərqləndirmək (imtahan nəticəsində); Smith got a degree but was not classed Smit diplom aldı, ancaq fərqlənmə diplomu yox; 3. hesab etmək; I class that as wickedness Mən onu qəddarlıq hesab edirəm