Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Colutea
Şaqqıldaq (lat. Colutea) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Şaqqıldağın növləri Avrasiyanın mülayim iqlimə sahib olan bölgələrində (Mərkəzi və Şərqi Avropa, Kiçik və Orta Asiya, Qafqaz və Zaqafqaziya) yayılmışdır.
Colutea komarovii
Komarov şaqqıldağı (lat. Colutea komarovii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. == Təbii yayılması == Azərbaycanda dar bir arealda yayılmışdır. == Botaniki təsviri == Daşlı-qayalı dağ yamaclarında rast gəlinir. Boyu 1,5 metr olan tikanvarı budaqcıqları olan koldur. Budaqlarının qabığı hamardır, budaqcıqları tikanvarıdır. Yarpaqları 1, bəzən də 2 cütdür. Yarpaqcıqları dəyirmi və ya yumurtavarı dəyirmidir, küt ucludur, uzunluğu 4-5, eni 3-4 mm-dir, qalıntəhərdir, incə qırışlıdır, seyrək, sıx tüklüdür. Kasacığı zəngvarı, dişicikləri itidir. Yarpaqcıqları 2 cütdür.
Colutea arborescens
Ağacvari şaqqıldaq (lat. Colutea arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Mərkəzi Avropada, Aralıq dənizinin qərb sahillərində, Kiçik Asiyada, Şimal-qərbi Afrikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5 m olan ağac və ya koldur. Yarpaqları yumurtavari, ellipisvari və ya geniş ovalşəkilli olub, 6-14 sm uzunluğunda, rəngi yaşıl, 4-6 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 3 sm uzunluğunda, 1,5 sm enində, yumurtavari-ellipsvari və ya geniş, ovalşəkillidir. Ucu küt, üzəri çılpaq, uc hissəsi oyuqsuzdur. Salxımları 4-8 çiçəkli olub, çiçəyin kasacığı dişicik sütuncuğundan 2-3 dəfə qısa, çiçək tacı böyük, qızılımtıl-sarı rəngdədir. Yelkəni tünd qırmızı damarlıdır. Qayıqcığa bərabər və ya ondan qısadır.
Colutea caspica
Şoranlıq toppuzlusu (lat. Sphaerophysa salsula) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin toppuzlu cinsinə aid bitki növü.
Colutea cilicica
Kilikiya şaqqıldağı (lat. Colutea cilicica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. == Təbii yayılması == Avropa və Balkan yarımadalarında yayılmışdır. == Botaniki təsviri == 3-6 m hündürlükdə olan koldur. Yarpaqları qısa, göyümtül, 7-9 sm uzunluğunda, 3-4 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 16-25 mm uzunluğunda, 10-15 mm enində, tərs-yumurtavari və ya ellipsvaridir. Ucu kütdür. May-iyun aylarında çiçəkləyir. Hər bir salxımda 4-7 ədəd çiçək yerləşir. Kasacıqları borucuqvaridir.
Colutea orientalis
Şərq şaqqıldağı (lat. Colutea orientalis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Şərqi və Cənubi Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1–3 m-ə çatan koldur. Yarpaqları 5-7 sm uzunluğunda, 4-5 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları dəyirmi və enli, tərs-yumurtavaridir. Qaidəsi pazvari, çılpaq, uzunluğu 15–20 mm, eni 11–13 mm-ə yaxındır. Göyümsov, yaşıldır. May-iyun aylarında çiçəkləyir. Hər salxımda 2-4 ədəd çiçək yerləşir.
Sound Cloud
SoundCloud (azərb. səs buludu‎) — rəqəmsallaşdırılmış səsli informasiyanın yayımı üçün nəzərdə tutulmuş online-platforma və saytdır. Bu layihə bir növ sosial şəbəkə xarakteri daşıyır və eyni adlı şirkət tərəfindən 2008-ci ildə istifadəyə verilmişdir. Əsası səs rejissoru Aleks Lyunq və musiqiçi Erik Valfors tərəfindən 2007-ci ildə qoyulan SoundCloud layihəsi qısa zaman ərzində populyarlıq qazandı. SoundCloud-a həm adi istifadəçilər, həm də musiqiçilər böyük maraq göstərməyə başladılar. Nəticədə geniş əhatə dairəsinə malik olan bu online-platforma müxtəlif səsli informasiyanın paylaşılması üçün ideal bir vasitə oldu. SoundCloud əvvəllər sadəcə musiqiçilərin öz aralarında musiqi treklərini paylaşmaları üçün nəzərdə tutulmuşdu, lakin qısa zaman kəsiyində bütün istifadəçilərə açıq musiqi distribusiya kanalına çevrildi. 2009-cu ilin aprelində Doufti Hanson & Ko fondu bu layihəyə 2,5 mln avro həcmində vençur maliyyəsi ayırdı. Daha da inkişaf edən SoundCloud-un 2010-cu ilin may ayı üçün abunəçilərinin sayı artıq 1 milyon nəfər idi. 2011-ci ilin yanvarında isə Union Square Ventures və Index Ventures bu layihə üçün 10 mln ABŞ dolları ayırdı.
Google Cloud Platform
== Məhsullar == === Hesablama === App Engine - Servis olaraq Platform yerləşdirmək Java, PHP, Node.js, Python, C #, . Net, Ruby və Go tətbiqetmələri. Compute Engine - Microsoft Windows və Linux virtual maşınlarını çalışdırmaq üçün bir xidmət olaraq infrastruktur . Kubernetes Engine (GKE) və ya GKE on-Prem Anthos platformasının hissəsi kimi təklif əsasında Servis olaraq Konteynerlər - Kubernetes . Bulud funksiyaları - Node.js, Python və ya Go-da yazılmış hadisəyə əsaslanan kodu çalışdırmaq üçün bir xidmət olaraq fəaliyyət göstərir. Cloud Run - Knative-ə əsaslanan icra mühitini hesablayın. Cloud Run (tam idarə olunan) və ya Anthos üçün Cloud Run kimi təklif olunur. Hal-hazırda GCP, AWS və VMware idarəetməsini dəstəkləyir. === Saxlama və verilənlər bazası === Cloud Storage Cloud SQL - MySQL, PostgreSQL və MsSQL əsaslı bir xidmət olaraq verilənlər bazası . Cloud Bigtable - İdarə olunan NoSQL verilənlər bazası xidməti.