Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cigna
Cigna korporasiyası — Şimali Amerika Sığorta Şirkətinin ana korporasiyası. == Tarixi == Cigna 1982-ci ildə Connecticut General Life Insurance Company (CG) və INA Corporation (Amerikada ilk səhm sığorta şirkəti olan ) birləşməsi nəticəsində yaranmışdır. Şirkətin adı, Cigna, birləşən şirkətlər, CG və INA hərflərinin qarışığıdır. 1871-ci ilin oktyabrında böyük Çikaqo yanğını iki gün ərzin də yandı, 2000 akr ərazini məhv etdi və İllinoys ştatında 100.000 insanı evsiz qoydu. İNA iddiaları tam ödəmək üçün yalnız 51 sığorta şirkətindən (ümumi 202 sığorta şirkətindən) biri olan 650.000 dollar ödəmişdir. 1990-cı illərin sonlarında yerli və beynəlxalq əmlakını və zərərçəkmiş biznesini Bermudada yerləşən ACE Sığorta şirkətinə satmazdan əvvəl Cigna AIG, Allianz və Sürix ilə müqayisə oluna bilən geniş beynəlxalq şəbəkəyə malik şirkətlər sırasında idi. Satışın arxasında duran strategiya əsas biznes üzərində cəmləşmək idi. O zamanlar Bermuda və Lloyds sığorta bazarının əsas oyunçusu olan ACE, digər tərəfdən, ənənəvi sığorta bazarında beynəlxalq şəbəkənin genişləndirilməsində maraqlı idi. Cigna 1997-ci ildə həyat sığortası əməliyyatlarının əksəriyyətini Lincoln National Corporation -a satdı. 2002-ci ildə o, gəlirlərin manipulyasiyası üçün Qiymətli Kağızlar Birjası Qanununu pozduğu iddia edildi.
Baccharis cognata
Baccharis cognata (lat. Baccharis cognata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Cucumis cognata
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Viola cognata
Viola nephrophylla (lat. Viola nephrophylla) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü.
Co Conas
Cozef Adam "Co" Conas (ing. Joseph Adam "Joe" Jonas, d.15 avqust 1989, Kasa-Qrande, Arizona, ABŞ) — amerikalı müğənni, musiqiçi, aktyor və rəqqas. Jonas Brothers qrupunun ifaçısı.
Conah Lomu
Conah Tali Lomu (ing. Jonah Tali Lomu; d. 12 may 1975 — ö. 18 noyabr 2015) — Yeni Zelandiya reqbiçisi.
Kevin Conas
Pol Kevin Conas II (ing. Paul Kevin Jonas II; 5 noyabr 1987) — amerikalı müğənni və aktyor, Jonas Brothers qrupunun ifaçısı.
Nik Conas
Nikolas "Nik" Cerri Conas (ing. Nicholas Jerry "Nick" Jonas, 16 sentyabr 1992) — Amerikalı müğənni və aktyor, Jonas Brothers qrupunun üzvü. Nik Conas 1992-ci ildə ABŞ-nin Texas ştatının Dallas şəhərində dünyaya gəlmişdir. O uşaqlıqdan musiqi alətlərinə maraq göstərmişdir. Özləri də sənət adamları olduqlarına görə valideynləri Nikə həmişə dəstək olmuşlar. Nik artıq 6 yaşında istedadlı aktyor kimi tanınmışdır. O, şəkər xəstəliyindən əziyyət çəkdiyinə görə insulindən asılı həyat tərzi sürür. Qardaşları Kevin Conas və Co Conas ilə o, gənclər arasında məşhur olan Jonas Brothers rok qrupunu yaratmışdır və özünə Mr. President ləqəbini götürmüşdr. Nik 2007-ci ildə "Geri Board Conni Kapahala" filmində rol almışdır.
Conas Pesalli
Conas Enrike Pesalli (port. ́Jonas Henrique Pessalli; 24 sentyabr 1990 – 12 iyun 2017, Kuritiba) — Braziliya doğumlu yarımmüdafiəçidir. == Klub karyerası == Peşəkar karyerasına 2009-cu ildə "Qremio" klubunda başlamışdır. Daha sonra icarə əsasında "Qremio Barueri" və Fransanın "Anje" klublarında oynamışdır. 2016-cı ildə Azərbaycanın flaqmanı sayılan "Neftçi" komandasına transfer edilmişdir. === Neftçi Bakı === 2016-cı ildə Bakının "Neftçi" komandasına transfer edilmişdir. Keçirdiyi 14 matçda 4 dəfə fərqlənmişdir. Həmçinin Azərbaycan Kuboku çərçivəsində "Zirə"yə qarşə keçirdiyi matçda het-trik edərək 2016/17 müvsümündə klubun tərkibində het-trik etmiş yeganə oyunçu olmuşdur. == Vəfatı == 2017-ci ilin iyun ayının 12-də Pesalli idarə etdiyi maşını ilə avtomobil qəzasına uğrayaraq 26 yaşında həlak olmuşdur.
Conas Hanvey
Conas Hanvey (12 avqust 1712, Portsmut, Hempşir qraflığı[d] – 5 sentyabr 1786, İngiltərə)—İngilis səyyahı, taciri, ictimai xadimi. == Həyatı == C. Hanvey haqqında yazılanlardan məlum olur ki, o, "eyni zamanda tanınmış tacir, səyyah, ictimai xadim… və müəllim idi. 1712-ci ildə doğulmuşdur. S-Peterburqda Dinqli evinin şərikinə çevrilmiş Hanvey 1743-cü ildə kompaniyanın maraqları ilə əlaqədar İran və Rusiyaya səfər etmiş, 1750-ci ildə Londona qayıtmışdır. Burada o, ictimai fəaliyyətlə məşğul olmağa başlamış, çox sayda yüksək qurumlar (institutlar) yaratmış, gənclərin rifahı ilə xüsusilə maraqlanmışdır. 1786-cı ildə vəfat edən Hanveyin şərəfinə Vestminster Abbatlığında monument inşa edilmişdir". 1743–1744-cü illərdə İranda olmuş Conas Hanvey 1753-cü ildə özünün iki cildlik "An historical account of the British Trade over the Caspian Sea, with a journal of travels" (Xəzər dənizi hövzəsində ingilis ticarətinin tarixi nəticələri və səyahətlər jurnalı) (61) əsərini çap etdirmişdir. C. Hanvey bu əsərini daha iki cildlə tamamlamışdır: I cild – "İran inqilabı" adlanır ki, buraya "Şah Sultan Hüseynin hakimiyyəti, əfqanların müdaxiləsi, Sultan Mir Mahmud və onun xələfi Əşrəfin hakimiyyətləri haqda" ("The reign of Shah Sultan Hussein, with the invasion of the Afghans. and the reigns of Sultan Mir Mahmud and his successor Ashreff") hissə daxildir. II cild isə "Uzurpator Nadirqulunun hakimiyyətə yiyələnməsi…" ("The history of the selebrated usurper Nadir Kouli: from his birth in 1687 till his death in 1747, to which are added some particulars of the unfortunate reign of his successor Adil Shah") adlanır.
Conas Liveröd
Yonas Livrod (isv. Jonas Liveröd; d. 1974, Göteborq, İsveç) — İsveç rəssamı və heykəltaraşı. O, Azərbaycanpərəstdir.
Conas Solk
Conas Solk (tam adı: Conas Edvard Solk, ing. Jonas Edward Salk; 28 oktyabr 1914[…], Nyu-York, Nyu-York ştatı – 23 iyun 1995[…], La-Hoyya[d], Kaliforniya) — ABŞ tədqiqatçısı və virusoloqu. Poliomielitə qarşı ilk vaksinin yaradıcısı kimi tanınır. == Həyatı == Conas Solk 1955-ci ildə, uşaq iflicinin qarşısını alan peyvəndi kəşf etdi. Bir qərar verməsi lazım idi. Ya patentini alıb çox varlı olacaq və peyvəndi alan şirkət bunu istədiyi qiymətə satacaqdı, ya da patentini almadan insanlığın xidmətinə təqdim edəcək və beləliklə, çox insan daha ucuz qiymətə bu xəstəlikdən xilas olacaqdı. Patent almadı. Pul itkisi 5 milyard dollar idi. Lakin onun bu itkisi çox kasıb ailələrə körpə uşaqlarını qazandırdı. Öz qazancı isə ölümündən sonra belə onu hələ də xatırlayan, hörmət edən milyonlarla insan oldu Bu fotoşəkildəki alimi məncə çoxumuz tanımırıq.
Detektiv Conan
Detektiv Conan (名探偵コナン, Meitantei Konan), Yapon polisi manga seriyası, anime, OVA, filmlər, video oyunlar və digər Yapon mediasıdır. Manga 18 iyun 1994-cü ildə başladı və 8 yanvar 1996-cı ildə Detektiv Konan anime seriyası buraxdı. Anime epizodları Kenji Kodama və Yasuchiro Yamamoto tərəfindən Tokyo Movie Shinsha Studio tərəfindən istehsal olunur.Yaponiyada Nippon Television Network, YTV və Animax-da. Detektiv Konan üçün 27 mövsüm və 1060 epizod var. Detektiv Konan manqası üçün manqanın 1079-dan çox fəsli var, Detektiv Konan manqası ən çox buraxılmış manqalar sıralamasında 22-ci yerdədir. == Case Closed == ABŞ-da detektiv Konanın adı müəyyən edilməmiş hüquqi səbəblərə görə anime, manqa və Detektiv Konanın bütün versiyalarında "Case Closed" olaraq dəyişdirilib. == Hekayə == Hekayə on yeddi yaşlı orta məktəb şagirdi olan baş qəhrəman "Shinchi Kudo"nun meydana çıxması ilə başlayır.Kudo polisə çətin bir işi həll etməyə kömək edir.O, gözləntilərə zidd olan nəticələri ilə hər kəsi təəccübləndirir.Bir gün o, uşaqlıq dostu Ran Mori ilə əyləncə parkına çıxır və rollercoaster ilə bir cinayət baş verir.O, öldürür və həmişəki kimi öz ağlı və bacarığı ilə bunu həll edir, Shinichi Kudo qara paltarlı bir adamın nə etdiyini görür. şantaj əməliyyatı. O, hekayəni öyrənmək istədi, ona görə də arxadan vuruldu və huşunu itirdi, sonra isə əvvəllər yalnız siçanlarda istifadə edilən yeni dərman qəbul etməyə məcbur oldu.Yeddi yaşlı uşaq. Əyləncə parkında baş verən həmin hadisə “Konan” adlı qəhrəmanın dünyaya gəlməsinə səbəb olub.
Coğanab
Coğanab (Heris)
Cəğnab
Cəğnab (Əhər)
Cona Hill
Cona Hill (ing. Jonah Hill; 20 dekabr 1983, Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ) — ABŞ aktyoru. Ən çox komediya filmlərindəki rolları ilə tanınır. Onun çəkildiyi məşhur filmlərə "Superpis", "Get Him to the Greek", "21 Jump Street", "Bu, sondur" və "22 Jump Street" daxildir. Aktyor "Moneyball" və "Uoll-strit canavarı" filmlərindəki performansına görə "Oskar" mükafatına namizəd göstərilib. Cona Hill rejissorluq debütünü 2018-ci ildə "90-cı illərin ortası" filmi ilə etmişdir. == Həyatı == Cona Hill 20 dekabr 1983-cü ildə Los-Ancelesdə anadan olub. Onun anası Şeron Lin dəb dizayneridir, atası Riçard Feldşteyn isə Guns N' Roses qrupu üçün mühasib işləmişdir. Conanın aktrisa olan Bini Feldşteyn adlı kiçik bacısı var. Onların böyük qardaşı Cordan Feldşteyn, Robin Tik və Maroon 5 kimi musiqiçilər üçün menecerlik edirdi.
Viola nephrophylla var. cognata
Viola nephrophylla (lat. Viola nephrophylla) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü.
Daphne caucasica var. cognata
Qafqaz canavargiləsi (lat. Daphne caucasica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılmışdir, Qərbi Asiyada bitir. == Botaniki təsviri == Hündürlüyü 1,2 m olan yarpaqlı koldur. Yarpaqları növbəli, sadə, kiçik, oval, uzunluğu təxminən 2,5-4,5 sm, eni 8-12 mm, tutqun-lansetvari, açıq yaşıl və ya mavi-yaşıldır. Kiçik, ağ çiçəkləri 4-20 ədəd topalarda yerləşir, ətirlidir, meyvələri sarı və ya qonurdur. Budaqların uclarında yazın axırlarında 4-dən 20-dək kiçik, ağ, dörd ləçəkli çiçəkləri olur. Çiçəkləməsi yay ərzində əsasən maydan iyunadək, az dərəcədə iyundan sonra soyuqlar düşənədək davam edir. Ağ çiçəkləri şirin, ancaq ətirlidir. Meyvələri ətli, qırmızı və ya qaradır.
Çoğan
Çoğan (lat. Gypsophila) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi. İkirəng çoğan (Gypsophila bicolor (Freyn et Sint.) Grossh.) Başcıqlı çoğan (Gypsophila capitata Bieb.) Daur çoğanı (Gypsophila davurica Turcz.
Conqar boğazı
Çonqar boğazı - ukr. Чонгарська протока, krımtat. Çonğar boğazı (Krım yarımadasını materikdən) Çonqar yarımadasını Tyop-Cankoy yarımadasından (Ukrayna) ayırır. Azov dənizinin akvatoriyasına daxil olan Sivaş körfəzinin şərqi ilə qərbini birləşdirir. Uzunluğu 300 m, eni 80–150 m, dərinliyi 3 m təşkil edir. Boğaz vətəndaş müharibəsinin və İkinci Dünya müharibəsinin qanli döyüşlərinə şahidlik etmişdir. Boğaz üzərində iki avtomobil körpüsü vardır. Cənub hissədə yerləşən köhnə körpü istifadəsizdir.
Conqar yarımadası
Çonqar yarımadası (ukr. Чонгар, Чонгарський півострів) — Azov dənizinə daxil olan Sivaş körfəzinin şimalında yerləşən yarımada. İnzibati cəhətdən Xerson vilayəti Qeniçek rayonu ərazisinə daxildir. Çonqar boğazı ilə birlikdə Siaş yarımadasını iki yerə ayırır. Çonqar yarımadası çox saylı damba və körpülərlə Krım yarımadasına birləşir. Yarımadada eyni adlı kənd yerləşir. Çonqar yarımadası Or bərzəxi və Arabat əqrəbi ilə birlikdə Krımın materikə birləşməsi baxımından böyük əhəmiyyət daşıyır. İstər Rusiya vətəndaş müharibəsi və İkinci Dünya müharibəsi dönəmində burada şiddətli döyüşlər getmişdir.. Burada general Vrangelin rəhbərliyi və fransız mühəndislərin iştirakı ilə Çonqar güçləndirilmiş müdafiə xətti qurulmuşdur. 2014-cü ilin fevral-dekabr ayları Ukraynaya məxsus PPX yaxınlığı və Çonqar kəndidə daxil olmaqla Rusiya ordusunun nəzarətində olmuşdur.
Coğanab (Heris)
Cığanab (fars. جغناب‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 449 nəfər yaşayır (93 ailə).
Coğanab (Ərdəbil)
Coğanab (fars. جغناب‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 471 nəfər yaşayır (90 ailə).
Cəğnab (Əhər)
Cəğnab — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Kəlibər bölgəsinin Ətraf kəndistanında, Kəlibər qəsəbəindən 12 km cənubdadır.
Cəğnab (Ərdəbil)
Cəğnab — İranın Ərdəbil ostanında kənd. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Səncid bölgəsinin Givi kəndistanında, Səncid qəsəbəindən 10 km şimaldadır.
Daur çoğanı
Daur çoğanı (lat. Gypsophila davurica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü.
Şoviç çoğanı
Şoviç çoğanı (lat. Gypsophila szovitsii) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1 ab(i, ii, iii). Regional IUCN Statusu: VU B2ab (ii, iii, iv). Qafqaz endemikidir. Kür düzənliyi və Kiçik Qafqazın mərkəzi hissəsində yayılmışdır. Antropogen təsir nəticəsində yayılma ərazisi məhdudlaşır, populyasiyada azalma tendensiyası müşahidə olunur. Çoxillik ot bitkisidir, hündürlüyü 25 (30)-50 (60) sm-dir. Yarpaqları xətvari, uzunluğu 2-3 (40) sm-ə çatır, eni 0,5-2 (4) mm, itidir, uc hissəsi iynə şəkillidir. Süpürgəsi budaqlı, bit neçə dəfə haçalanmış, uc hissəsi tükcükşəkilli budaqcıqlarla budaqlanmışdır.
Başcıqlı çoğan
Başcıqlı çoğan (lat. Gypsophila capitata) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü. == Təbii yayılması == Böyük Qafqazın Quba sahəsində, Qobustanda, Xəzəryanı ovalıqda yayılmışdır. == Botaniki təsviri == Çoxillik ot bitkisidir, 20-40 (60) sm hündürlükdədir. Yarpaqları çılpaq, qalın, xətvari-bizəoxşar, uzunluğu 1-2,5 (3) sm, eni 1 mm-ə qədər, göyümtüldür. Gövdənin və budağın qutarcağında diametri 6-12 (15) mm olan, şarşəkilli, başcıqlı çiçəkləri var. Kasacığın uzunluğu 3,5 mm-ə çatır, zəngiçiçəyinə oxşayır. Ləçəkləri ağ, uzunluğu 5 mm-ə çatır, xətvari-uzunsovdur. Qutucuq yumurtaşəkilli-şarşəkillidir, diametri 2,5 mm-ə çatır, birtoxumludur, toxumları yastı, şarşəkillidir, diametri 1,5 mm-ə çatır. == Ekologiyası == İyun-avqust aylarında çiçəkləyir.
Bərk çoğan
Bərk çoğan (lat. Gypsophila robusta) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1 ab(i, ii, iii) c (iii, iv) + 2b(i, ii). Azərbaycanın nadir növüdür. Qafqaz endemikidir. Regional IUCN Statusu VU B2ab (iii, v). == Qısa morfoloji təsviri == Çoxillik, göyümtül ot bitkisidir. Hündürlüyü 50-70 sm-dir. Yarpaqları oturaq, uzunluğu 1-2 mm olan qısa qına bitişik, enlidir, uzunsov-ellipsivari, uzunsov-lansetşəkilli, yaxud uzunsov, tərs-yumurtaşəkilli, alt tərəfdəkilər küt, sonrakılar isə iti, eni (0,7) 2-3 sm-ə çatır, 3-5 (7) damarlıdır. Çiçək qrupu budaqlıdır.
Süpürgəvari çoğan
Süpürgəvari çoğan (lat. Gypsophila paniculata) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü.
İkirəng çoğan
İkirəng çoğan (lat. Gypsophila bicolor) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü.
İqnaç Zemmelveys
İqnats Filipp Zemmelveys (alm. Ignaz Philipp Semmelweis‎, mac. Ignaz Semmelweis; 1 iyul 1818[…] – 13 avqust 1865[…], Oberdöblinq, Avstriya imperiyası) — Macarıstan mama həkimi, professor. Zahı qızdırmasının səbələrini təyin etdiyi üçün ona "analar xilaskar" ləqəbi verilmişdir. Aseptika banilərindən biri hesab olunur. O, tibbdə əlləri və alətləri xlor suyu ilə yumaq təcrübəsini tətbiq etmişdir. Görkəmli ginekoloq cərrah kimi tarixə düşdü. Macarıstanda qeysər kəsiyi əməliyyatını keçirən ilk həkim olmuşdur, bundan başqa ölkədə yumurtalıq üzərində əməliyyatı ilk o, etmişdir. Vyana Mərkəzi Xəstəxanasında işləyərkən Zemmelveys təzəcə doğmuş qadınlar arasında ölüm nisbətini 0.85%-ə endirdi, halbuki əvvəlki illərdə bütün Avropada xəstəxanadaxili zahı qızdırma səbəbindən pasiyent qadın və uşaqların 60%-ı vəfat edirdi. Zemmelveysın kəşfi o dövrün təbabətində yayılmış bir neçə ehkamı təkzib edirdi, həmkarlarının əksəriyyəti onun təcrübəsini tətbiq etməyi qəti şəkildə rədd edirdilər, müdiriyyət isə onu öz mövqeyiləri üçün təhlükə hesab edirdilər.