Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Boston Consulting Group
Boston Consulting Group — 1960-cı illərdə yaradılmış şirkət. BCG matrisin əsasını 2 hipotez təşkil edir: Seqmentinin lideri olan şirkət istehsal xərclərində rəqabət üstünlüyünə malikdir, bu isə bazarda ən yüksək rentabelliyə malik olmaq deməkdir. Sürətlə böyüyən seqmentlərdə effektiv fəaliyyət göstərmək üçün şirkət məhsulun yüksək səviyyədə istehsalına sərmayə yatırmalıdır və ya aşağı templər ilə bazarda mövcud olan məhsulun inkişaf xərclərini azaltmalıdır.Bir cümlə ilə modeli ərz etsək: BCG matrisi hesab edir ki, müəssisə uzunmüddətli karlı inkişafını təmin etmək, yeni seqmentdə güclənə bilmək üçün uğurlu biznes sahəsindən gələn gəlirləri cəmləməli və yetkin inkişafda olan biznes sahələrinə sərmayə yatırmalırdır. BCG modelinin əsas mənası şirkətin məhsul çeşidlərinin inkişfında prioritetləri və gələcək investisiyalar üçün əsas sahələri müəyyən etməkdir. Metod bu suala cavab verməkdə köməkçi olacaqdır: “Bu cür məhsul və ya xidmətlərə edilən investisiyalar gəlir gətirəcəkmi?” BCG modelində hansı məhsulları təhlil etmək olar? Şirkətin ayrı istiqamətli fəaliyyət sahələri. Məsələn: Sığorta və qazlı içkilər; Şirkətin ayrı qruplardan olan, amma eyni bazar iştirakçısı olan. Məsələn: Həyat sığortası və avtomobil sığortası; Şirkətin eyni mal qrupundan olan məhsullar. Məsələn: avtomobilin KASKO və İcbari sığortası.Matrisin əsas xüsusiyyətləri BCG matrisin qurulması hər bir məhsul qruppası üzrə 3 göstəriciyə əsaslanır: bazar payının şirkətin məhsuluna nisbəti bazarın inkişaf tempi və satış həcmi təhlil olunan məhsul qruppasının gəlirləriBazar həcminə nisbətdə hesablanma Təhlil edilən seqmentdə aparıcı bazar iştirakçısı olan rəqibin bazar payı ilə şirkətin həmin seqmentə aid olan bazar payına bölməklə hesablanır. Bazarın nisbi payı matrisin üfüqi oxunda yerləşdirilir və şirkətin məhsullarının rəqabət qabiliyyətinin göstəricisidir.
Konsul
Roma Konsulu — Qədim Romada ali magistraturadan biri. Konsul — hökumətin xaricdə nümayəndəsi.
İnsult
İnsult — beyin qan dövranının kəskin pozulmasıdır. BQDKP-ı 2 yerə ayrılır: keçib gedən bqdkp (24 saat ərzində) insultlar.İnsultun iki tipi fərqləndirilir: işemik(80-85%) və hemorragik(15-20%). İşemik insult — qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. Bütün halların 80%-də işemik insult karotid hövzədə, 20%-də isə vertebrobazilyar hövzədə baş verir. Kəskin serebral işemiya nəticəsində yaranan ocaqlı nevroloji defisit və ya retinal işemiya nəticəsində yaranan görmənin monokulyar pisləşməsi (amaurosis fugax) 24 saat ərzində tam keçib gedirsə, bu sindrom tranzitor işemik həmlə (TİH) kimi təsnifata daxil edilir. == Risk faktorları == Arterial hipertoniya, şəkərli diabet, ateroskleroz, UİX, səyirici aritmiya, qan xəstəlikləri, siqaret çəkmə, alkoqol qəbulu, narkomaniya, piylənmə, az hərəkətli həyat tərzi, per oral kontraseptivlərin qəbulu, qocalıq, kişi cinsi, genetik meyillik, afro-amerikan irqə mənsubluq. == Hemorragik insult == Hemorragik insult — serebral arteriyanın travmatik genezli olmayan partlaması və qanın intrakranial sahəyə – intraventrikulyar, intraserebral, subaraxnoidal, subdural və ya epidural olaraq axması nəticəsində beyin qan dövranının kəskin pozulmasıdır. Bəzən intraserebral hemorragiya beyin infarktı sahəsində inkişaf edir, bu, işemik insultun hemorragik transformasiyası adlanır. Bəzən mürəkkəb insult(qarışıq) olur ki bu zaman eyni ocaqda həm işemik dəyişkənliklər,həmdə qansızmalar olur. Yaşlı əhali arasında əlilliyin aparıcı səbəbi və ölümün əsas səbəblərindən biri olan serebral insult əvvəlki kimi səhiyyənin əsas problemlərindən biri olaraq qalmaqdadır.
Coult.
Tomas Koulter (ing. Thomas Coulter; 28 sentyabr 1793 – 28 noyabr 1843) — İrlandiya botaniki. == Əsərləri == == Şərəfinə adlandırmalar == Coulterophytum B.L.Rob. bitki cinsi Coulterella Vasey et Rose bitki cinsi == İstinadlar == == Ədəbiyyat == Frederick V. Coville. The Botanical Explorations of Thomas Coulter in Mexico and California. Botanical Gazette, Vol. 20, No. 12 (Dec., 1895), pp. 519–531 Hadfield, Miles, et al. 1980.
Hemorragik insult
Beyin qansızması və ya Hemorragik insult — qeyri-travmatik beyin qansızması daha çox (60% hallarda) arterial hipertenziyanın fəsadı kimi baş verir. Hipertenziv beyindaxili qansızma başlıca olaraq, beynin perforasiyaedici arteriyaları hövzəsində — bazal nüvələr – (50%), talamus (15%), beynin ağ maddəsi (15%), körpü (10%) və beyincik (10%) hövzəsində lokallaşır. Beyin qansızmasının başqa bir səbəbi aretriovenoz malformasiyanın (AVM) yırtılması və ya kisəli anevrizmadır. AVM zamanı hematomalar əsas baş beyinin ağ maddəsində və ya bazal nüvələrdə lokallaşır. Ahıl yaşlarda əsas səbəb isə amiloid angiopatiyası hesab olunur.
İşemik insult
İşemik insult – qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. Bütün halların 80%-də işemik insult karotid hövzədə, 20%-də isə vertebrobazilyar hövzədə baş verir. Kəskin serebral işemiya nəticəsində yaranan ocaqlı nevroloji defisit və ya retinal işemiya nəticəsində yaranan görmənin monokulyar pisləşməsi (amaurosis fugax) 24 saat ərzində tam keçib gedirsə, bu sindrom tranzitor işemik həmlə (TİH) kimi təsnifata daxil edilir. == Təsnifat == === XBT-10 üzrə təsnifat === I63 Beyin infarktı I63.0 Preserebral (ekstrakranial) arteriyanın trombozu səbəbli beyin infarktı I63.1 Preserebral (ekstrakranial) arteriyanın emboliyası səbəbli beyin infarktı I63.2 Preserebral (ekstrakranial) arteriyanın dəqiqləşdirilməmiş tıxanması yaxud stenozu səbəbli beyin infarktı I63.3 Beyin arteriyalarının trombozu səbəbli beyin infarktı I63.4 Beyin arteriyalarının emboliyası səbəbli beyin infarktı I63.5 Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanması və yaxud stenozu I63.6 Beyin venalarının qeyri-piogen trombozu səbəbli beyin infarktı I63.8 Başqa səbəbli beyin infarktı I63.9 Dəqiqləşdirilməmiş beyin infarktı I64 Qanaxma və ya infarkt kimi dəqiqləşdirilməmiş insult I65 Preserebral (ekstrakranial) arteriyaların infarkta səbəb olmayan trombozu və ya stenozu I66 Serebral arteriyalarının beyin infarktına səbəb olmayan trombozu və ya stenozu G45 Keçici (tranzitor) serebral işemik həmlə G46 Serebrovaskulyar xəstəliklərdə damar mənşəli beyin sindromları === Etiopatogenetik təsnifat === Etiopatogenetik cəhətdən işemik insultun 5 əsas yarımtipini fərqləndirirlər (TOAST təsnifatına görə): İri arteriyaların aterosklerozu nəticəsində baş verən insult. Kardioembolik insult. Kiçik çaplı (kalibrli) arteriyaların okklüziyası nəticəsində baş verən insult (lakunar insult), hansı ki, ən çox arterial hipertenziya nəticəsində yaranır. Digər məlum etiologiyalı insult: qeyri-aterosklerotik vaskulopatiyalar və arteriitlər – serebral damarların disseksiyası, Moya-moya xəstəliyi, fibroz-əzələ displaziyası və s., infeksion, autoimmun, dərman arteriitləri; hematolojı xəstəliklər – antifosfolipid anticisimlər sindromu, C, S proteinlərinin defisiti, antitrombin 3 defisiti, leykemiya, polisitemiya, trombositoz, trombositopenik purpura, oraqvari-hüceyrə anemiyası, miyelom xəstəliyi, Valdenstrem makroqlobulinemiyası, krioqlobulinemiya; peroral kontraseptivlərin, antifibrinolitik preparatların, K vitamininin, simpatomimetiklərin qəbulu nəticəsində; digərləri – venoz sinusların trombozu, miqren, hemodinamik insult və s. Naməlum etiologiyalı insult. == Patofiziologiya == Beyin qan axımı həcminin azalması beyin toxumasına oksigen və qlükoza daxil olmasının xeyli məhdudlaşmasına gətirib çıxarır. Qan axımının daha qabarıq şəkildə azaldığı beyin hissəsi çox tezliklə, 6-8 dəqiqə ərzində dönməz (sağalmaz) dərəcədə zədələnir ("özək" və ya işemiyanın "nüvə" zonası).
Konsul-suffekt
Konsul — Qədim Romada ali magistraturadan biri. İki nəfər olub, bir illiyə seçilirdi. İki konsul kollegiyası Məğrur Tarkvini qovulduqdan sonra (e.ə. 510-509) təsis edilmişdi. Əvvəllər yalnız patrisilərdən, e.ə. 367-366 illərdən isə həm də plebeylərdən seçilirdi. Konsullar ali mülki və hərbi hakimiyyətə malik idilər; fövqəladə vəziyyətdə senat konsula qeyri-məhdud hüquqlar verirdi. İmperiya dövründə konsul fəxri titula çevrildi. Konsul Qədim Romada maqistrat. Adətən iki konsul seçilirdi.
Konsul (dəqiqləşdirmə)
Roma Konsulu — Qədim Romada ali magistraturadan biri. Konsul — hökumətin xaricdə nümayəndəsi.
Konsul (nümayəndə)
Konsul (lat. consul) — bir dövlətin hökumətinin başqa dövlətinin ərazisində rəsmi nümayəndəsi. Adətən konsulun işi öz dövlətinin vətəndaşlarına yardım etmək, onları müdafiə eləmək və ölkələrin əhaliləri arasında ticarəti və dostluğu asanlaşdırmaqdır.Konsul münasibətlərinin qaydalarını Konsul əlaqələri haqqında Vyana Konvensiyası müəyyən edir. == Konsul dərəcəsi == Vyana Konvensiyası 9-cu maddədə konsulluq müəssisələri başçılarının dörd dərəcəsini müəyyən edir. Konsul müəssisələrinin başçıları baş konsullara, konsullara, vitse-konsullara və konsul agentlərinə bölünürlər. Baş konsul konsulluğun başçısı və müəyyən ərazidə ən yüksək vəzifəli konsuldur. Baş konsul həmçinin başqa konsulluqlarının olduğu, bir ölkənin çərçivəsindəki konsul rayonu üçün cavabdeh ola bilər.
Həbibulla xan (konsul)
Həbibulla xan — İranın Azərbaycan Xalq Cümhuriyyətində konsulu. == Baş verən hadisələr == 1918-ci ilin iyulunda, Qafqaz İslam Ordusunun hərbi uğurları şəraitində ölkənin türk-müsəlman əhalisinin nifrətini qazanmış S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti istefa verməyə məcbur oldu. Hakimiyyətə keçən daşnak və eser-menşeviklərdən ibarət "Sentrokaspi diktaturası" ingilislərdən gözlənilən köməyi ala bilmədi. Qafqaz İslam Ordusuna müqavimət göstərə bilməyən "Sentrokaspi diktaturası" əlverişli təslim şərtlərinə nail olmaq üçün bu zaman İranın Bakıdakı konsulu olan Həbibulla xanı vasitəçi seçdi. Sentyabrın 1-də İran konsulu Bakını müdafiə edən Qərb cəbhəsinin komandanı ilə birlikdə Beşinci Qafqaz firqəsinin qərargahına getdi. Bakının təslim şərtlərinin müzakirəsi zamanı "Sentrokaspi" hökumətinin, İran, ABŞ, İsveç və Danimarka konsullarının və bir ingilis zabitinin də iştirak etdiyi beynəlxalq heyətin yaradılması təklifi irəli sürüldü. Türk qayməqamı Rüşdi bəy Bakıya gələrək, buradan sülh heyəti ilə geri qayıtdı. Bakıdan gələn heyətlə şəhərin qeyd-şərtsiz təslim edilməsi, dövlət əmlakının təhvil verilməsi, türk, Avstriya və alman əsirlərinin azad olunması şərtilə saziş bağlandı. Bağlanmış saziş və Qafqaz İslam Ordusunun sürətli hücumu erməni birliklərini tələm-tələsik gəmilərə dolub şəhəri tərk etməyə məcbur etdi. Təslim aktı nəticəsində tərəflər arasında küçə döyüşlərinin baş verməməsi Bakını genişmiqyaslı dağıntılardan xilas etdi.
Konsul (Qədim Roma)
Konsul — Qədim Romada ali magistraturadan biri. İki nəfər olub, bir illiyə seçilirdi. İki konsul kollegiyası Məğrur Tarkvini qovulduqdan sonra (e.ə. 510-509) təsis edilmişdi. Əvvəllər yalnız patrisilərdən, e.ə. 367-366 illərdən isə həm də plebeylərdən seçilirdi. Konsullar ali mülki və hərbi hakimiyyətə malik idilər; fövqəladə vəziyyətdə senat konsula qeyri-məhdud hüquqlar verirdi. İmperiya dövründə konsul fəxri titula çevrildi. Konsul Qədim Romada maqistrat. Adətən iki konsul seçilirdi.
Cəlal Qasımov (fəxri konsul)
Cəlal Cəlil oğlu Qasımov (16 aprel 1952, Kəlbəcər) — professor, texniki elmlər doktoru, Azərbaycan Respublikasının Slovakiya Respublikasında fəxri konsulu. == Həyatı == Cəlal Qasımov 1952-ci ildə, aprel ayının 16-da Kəlbəcər rayonunun Kəbəcər şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1959-cu ildə Kəlbəcər şəhər orta məktəbinə daxil olan Calal Cəlil oğlu, həmin orta məktəbi 1969-cu ildə qurtarmışdır. O, 1970-ci ildən 1973-cü iə qədər Minsk şəhərində ordu sıralarında xidmət etmişdir. === Təhsili === C. C. Qasımov 1973-cü ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun İnşaat fakültəsinə daxil olmuşdur. Sonra təhsilini 1974-cü ildən Slovakiyadakı Bratislava Texniki Universitetinin İnşaat fakültəsində davam etdirmişdir. O, Slovakiyaya Azərbaycan dövlətinin göndərişilə getmişdir. 1980-ci ildə həmin universitetin "Yerüstü və yeraltı qurğuların tikintisı" fakültəsini müvəffəqiyyətlə bitirmişdir. Ali təhsil alandan sonra C. C. Qasımov təyinatla Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna gəlib, assistent işləməyə başlamış, 1983-cü ildə Moskva İnşaat Mühəndisləri İnstitutunun aspiranturasına daxil olmuşdur. O, 1987-ci ildə aspiranturanı müvəffəqiyyətlə başa vurmuşdur.
Qay Helvidi Prisk (konsul)
Qay Helvidi Prisk (lat. Gaius Helvidius Priscus; 55, Roma – 96) — Roma imperiyasının siyasətçisi, 87-ci ildə konsul-suffekt. == Həyatı == Qay Helvidi Prisk 55-ci ildə Romada, eyniadlı zadəganlar ailəsindən idi. O, stoaçı filosof və müxalifətçi Qay Helvidi Priskin oğlu olmuşdur. Yaxşı təhsil alan Prisk gəncliyində senator olmuşdur. O, 87-ci ildə Qay Bellisi Natal Tebanianla birlikdə konsul-suffekt təyin edilmişdir. Prisk sonradan siyasətdən əl çəkərək kənddə yaşamağa başlamışdır. O, hökuməti tənqid edən poetik bir kitabça tərtib etmiş və bu, imperator Domisianı qəzəbləndirmişdir. Helvidi 96-cı ildə həbs edilmiş və burada vəfat etmişdir. == Yaradıcılığı == Qay Helvidi Prisk mövzularını Roma və yunan miflərindən götürdüyü çoxsaylı faciələrin müəllifi olmuşdur.
Tit Flavi Klement (konsul)
Tit Flavi Klement (lat. Titus Flavius Clemens; təq. 50 – may 95, Roma) — Qədim Roma dövlət xadimi, 95-ci ildə konsul. O, Flavilər sülaləsindəndir. Roma katolisizmində və bir sıra pravoslav kilsələrində müqəddəs kimi şöhrət qazanmışdır. == Həyatı == Klement Tit Flavi Sabinin oğlu idi. Sabin 72-ci ildə konsul-suffekt idi. Klementin qardaşı Tit Flavi Sabin 82-ci konsul olmuşdur və həyat yoldaşı Yuliya Flaviya idi. Atası 69 dekabrda Vitelli dövründə öldürülmüşdür. O, imperator Vespasianın qardaşının nəvəsi, imperator Tit və Domisianın qohumu idi.Dion Kassinin sözlərinə görə, Klement "tanrısızlıq"da ittiham olunmuşdur.
Konsul əlaqələri haqqında Vyana Konvensiyası
Konsul əlaqələri haqqında Vyana Konvensiyası — konsul münasibətləri sahəsində universal qaydaları müəyyən edən ilk beynəlxalq çoxtərəfli razılaşma. 24 aprel 1963-cü ildə qəbul edilmişdir. == Tarixi == Beynəlxalq əlaqələrin hərtərəfli inkişafı, konsul müəssisələrinin rolunun hədsiz artması konsul hüququnun universal səviyyədə məcəllələşdirilməsi zərurətini yaradırdı. Bununla əlaqədar olaraq BMT-nin Baş Assambleyası 1949-cu il dekabrın 6-da Konsul əlaqələri və immunitetləri haqqında konvensiya layihəsinin hazırlanması barədə qətnamə qəbul etmişdir. Baş Assambleyanın bu məsələ ilə bağlı çağırdığı konfransda Konsul əlaqələri haqqında Vyana Konvensiyası qəbul edilmişdir. == Müqavilənin müddəaları == Konsul əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası preambuladan, 5 hissədə birləşən 79 maddədən ibarətdir. 1961-ci il Vyana Konvensiyasında olduğu kimi, bu Konvensiyaya da iki əlavə protokol qəbul edilmişdir (Vətəndaşlığın əldə olunması haqqında fakultativ Protokol və Mübahisələrin məcburi həlli haqqında fakultativ Protokol). Preambulada Konvensiyanın bağlanmasının məqsədləri açıqlanır. Konvensiyanın 1-ci maddəsi xüsusi əhəmiyyət kəsb edir, belə ki, burada konvensiyada yer alan “konsul müəssisələri”, “konsul dairəsi”, “konsul vəzifəli şəxsi”, “konsul əməkdaşı” və s. kimi terminlərin açıqlaması verilir.
Tit Flavi Sabin (konsul-suffekt, 72-ci il)
Tit Flavi Sabin (lat. Titus Flavius Sabinus; 30-cu illər, Roma – bilinmir, Roma) — Qədim Roma siyasi və hərbi lideri, imperator Vespasianın qardaşı oğlu. == Həyatı == Flavilər sülaləsindəndir. Atası Tit Flavi ​​Sabin 47-ci ildə konsul-suffekt olmuşdur, anası isə Arresina Klementina idi. İmperator Neronun ölümündən sonra hakimiyyət uğrunda mübarizədə fəal iştirak etdi. O, atası ilə birlikdə Otonu dəstəkləmişdir. 69-cu ilin mayında Neronun dövründə bu vəzifəyə təyin edilmiş Qney Arulen Seli Sabin ilə birlikdə konsul-suffekt olmuşdur.Onun oğulları 82-ci ildə konsul olmuş Tit Flavi ​​Sabin və 95-ci ildə konsul olmuş Tit Flavius ​​Klement idi.