SHOULD

shall felinin pt forması; 1. Köməkçi fel kimi aşağıdakı hallarda işlədilir: 1) baş cümlədəki feli keçmiş zamanda işlənmiş tabeli mürəkkəb cümlənin tamamlıq budaq cümləsində. Bu halda should feli Azərbaycan dilinə gələcək zaman şəkilçiləri ilə tərcümə edilir; I said that I should return soon Mən dedim ki, (mən) tezliklə qayıdacam; 2) baş cümlədə birinci şəxs təkdə felin şəxs formasını düzəltmək üçün. Bu halda should feli Azərbaycan dilinə felin şərt şəkilçisi vasitəsilə tərcümə edilir; I should tell her everything if I saw her Onu görsəydim hər şeyi danışardım; We should go there if we were invited Biz dəvət olunsaydıq (olunsa idik), ora gedərdik; 3) məqsəd budaq cümlələrində: lest, that, so that bağlayıcılarından sonra; I gave him the book so that he should study the subject Mən kitabı ona verdim ki, o məsələni öyrənsin, 4) şərt budaq cümlələrində; If I should be free tomorrow, I’ll come Sabah boş olsam, gələcəm; 5) güzəşt budaq cümlələrində: Whatever sum should be received from him... Ondan alınan məbləğ nə qədər olsa da...; 6) Hərəkətin vaciblikdən və ya onun (yəni hərəkətin) kiminsə iradəsindən, qərarından, arzusundan və s.-dən asılı olduğu tamamlıq budaq cümlələrində: They proposed / demanded / ordered that a special committee should be set up Onlar təklif / tələb / əmr etdilər ki, xüsusi komissiya təşkil edilsin; It is important that they should learn about it Onların bu barədə bilmələri vacibdir; 2. Modal fel kimi aşağıdakı mənaları bildirir; 1) məsləhət, vaciblik, gərəklik; You should consult a doctor Sən / Siz həkimə müraciət etməlisən / etməlisiniz; 2) yerinə yetirilməmiş təklifi, məsləhəti, arzunu: Bu halda should felindən sonra perfect (bitmiş) məsdər işlədilir: You should really have been more careful Sən / Siz həqiqətən də gərək daha diqqətli olaydın / olaydınız; 3) güman, ehtimal, fərz: They should be at home by now Onlar indilərdə evdə olmalıdırlar; 4) arzu; I should like... Mən istərdim ki,... 5) təəccüb, heyrət, hiddət, qəzəb, şübhə: Why should he behave like that? O nə üçün belə hərəkət etməlidir, How should I know? Mən haradan bilməliyəm?

SHOTGUN WEDDING
SHOULDER
OBASTAN VİKİ
Should've Known Better
Should've Known Better (azərbaycanca: Yaxşı bilmək lazım idi) — Danimarka 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Soluna Samay ifa etdiyi mahnıdır. 23-ci yeri tutdu.
You Should See Me in a Crown
"You Should See Me in a Crown" — amerikalı müğənni Billi Aylişin mahnısı. İlk studiya albomu "When We All Fall Asleep, Where Do We Go?"dan birinci sinql kimi buraxılıb. Mahnı 18 iyul 2018-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Mahnı ABŞ, Kanada və Avstraliya daxil olmaqla bir çox ölkədə hit-paradlara daxil olub.
Head & Shoulders
Head & Shoulders (azərb. Baş və çiyinlər‎)—Procter & Gamble şirkətinə daxil olan, 1961-ci ildə yaradılmış şampun markası. == Tarixi == Procter & Gamble laboratoriyalarında 1950-ci ildən etibarən yeni anti-kəpək şampunun hazırlanması üzərində iş gedirdi. Araşdırmaçıların 10 ilə yaxın müddət ərzində apardıqları araşdırmaların sonunda tərkibində (ing. Zinc pyrithione) maddəsi olan şampun hazırlandı.Laboratoriyalarda mütəxəssislər tərəfindən qarşıya qoyulan əsas məqsəd saçlarda kəpəyə qarşı effektiv ingreditentli şampun markası yaratmaq idi. XX əsrin ortalarında ABŞ-də aparılan rəy sorğuları zamanı kişilərin 65% qədərinin kəpək və buna bənzər problemlərdən əziyyət çəkdiyini göstərmişdi. Hazırlanan yeni məhsul ilk dəfə olaraq mavi-yaşıl şampun formulu adı altında 1961-ci ilin noyabr ayında Amerika Birləşmiş Ştatlarında satışa çıxarıldı. Zamanla çeşitləri və dizaynı dəyişən şampun markası istehlakçılar tərəfindən böyük marağa səbəb oldu. Bazara çıxandan bir necə ay sonra 1961-ci ilin sonlarında adı Head & Shoulders formasında dəyişdirildi. Bu dəyişikliyin ardından isə şampun markasının köhnə rəngləri olan mavi-yaşıl rəng kombinatsiyası daha şəffaf olan ağ rənglə əvəzləndi.
да́кание дерматомице́т немногоречи́вый откома́ндовать почему́-то преполе́зно рескри́пт вы́ведать индекси́рование кро́ме как натеса́ть обновле́ние ритурне́ль aduncate bimanal conchy courlan elf-shot groupthink hemicrania roadability utterance абордажный осиплый прозрачный