CONSUME

v 1. qırmaq, məhv / tələf etmək, yoxa çıxarmaq, aradan qaldırmaq; The fire soon consumed the wooden hut Yanğın tezliklə ağac komanı məhv etdi; 2. yemək, yeyib içmək; He consumed everything that was put before him O, qabağına qoyulmuş nə vardısa hamısını yedi; 3. serf / israf etmək, dağıtmaq; to ~ one’s money pulunu boş yerə xərcləmək; He consumed all his money on women and drink O, bütün pulunu qadınlara və içkiyə sərf etdi; 4. bürümək, çulğamaq; boğmaq; He is consumed with hatred Nifrət hissi onu boğur

CONSULTING
CONSUMER
OBASTAN VİKİ
Consumer News and Business Channel
«CNBC» (tələffüzü: si-en-bi-si) — kabel və peyk vasitəsilə yayımlanan ABŞ biznes xəbərləri telekanalı. Telekanal «Comcast» şirkətinin sahibi olduğu «NBCUniversal» şirkətinin bir mülküdür və baş qərargahı ABŞ-nin Nyu-Cersi ştatındakı Enqlvud Klifs borosunda yerləşir. Telekanal əsasən ABŞ və beynəlxalq iqtisadiyyatlarını əhatə edirdi, ancaq artıq daha çox biznes-mövzulu sənədli filmlər və realiti şoular yayımlayır. Telekanal 17 aprel 1989-cu ildə «NBC» ilə «Cablevision» şirkətlərinin birgə müəssisəsi olaraq «Consumer News and Business Channel» adı altında təsis edilmişdir. 1991-ci ildə telekanal əsas rəqibini — «Financial News Network» şirkətini satın almış, öz distribusiyasını və işçi gücünü artırmışdır. Daha sonra «Cablevision» telekanalda sahibi olduğu səhmləri «NBC» şirkətinə satmışdır. 2015-ci ilin fevral ayında telekanalın 93.623.000 abunəçisi (ABŞ-dəki ümumi televiziya sahiblərinin 80.4%-i) var idi. Dəyəri 4.000.000.000 ABŞ dolları olan telekanal 2007-ci ildə ABŞ-dəki ən dəyərli 19-cu kabel ilə yayımlanan telekanal olmuşdur.Əsas telekanal ABŞ-də yayımlansa da, «CNBC» telekanalının müxtəlif regionlara və ölkələrə xidmət göstərən lokal variantları da fəaliyyət göstərir. Bu variantların çoxunun sahibi və ya səhmlərinin sahiblərinsən biri – «NBCUniversal».