Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
COOMET
Regional metroloji təşkilat COOMET (COOMET - metrologiya sahəsində əməkdaşlıq) — 12 iyun 1991-ci ildə Bolqarıstan, Polşa, Rumıniya, SSRİ və Çexoslovakiyada metroloqların təşəbbüsü ilə təsis edilmişdir. Bu gün anlaşma memorandumu imzalanmışdır. SSRİ dağılandan sonra keçmiş SSRİ-nin 15 respublikası sayəsində təşkilat üzvlərinin sayı 19-a çatdı. 2000-ci ildə təşkilat rəsmi olaraq dövlət metroloji qurumlarının Avro-Asiya əməkdaşlığı adlandırıldı. COOMET-in ali orqanı, bütün iştirakçı ölkələrin nümayəndələrini daxil edən COOMET Komitəsidir. COOMET fəaliyyətləri Prezident, dörd vitse-prezident və Katiblik rəhbərindən ibarət Prezident Şurası tərəfindən əlaqələndirilir. COOMET komitəsinin üzvləri vitse-prezidentləri təyin edən prezidenti üç il müddətinə seçirlər. COOMET orqanlarının iclaslarının keçirildiyi və sənədlərin tərtib olunduğu rəsmi dillər rus və ingilis dilləridir. COOMET-in öz maliyyə mənbələri yoxdur. 12 COOMET texniki komitəsi bütün ölçü sahələrində elmi iş aparır.
Cosmea
Kosmos (lat. Cosmos) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bitkinin vətəni Şimali və Cənubi Amerikanın tropik vilayətləridir. Növün adı yunan sözü olub, "bəzək" deməkdir. Kosmos cinsinin 25 növündən ikisi yaşıllaşdırmada geniş istifadə olunur. İkilələkli kosmos (C.bipinnatus) yabanı halda Meksikanın dağlarında bitir.1799-cu ildən gülçülükdə istifadə olunur. Sadə və çoxləçəkli, müxtəlif rəngli hamaşçiçəkləri olub (ağ, çəhrayı, qırmızı), müxtəlif növləri vardır. Bozumtul-sarı kosmosun (C.sulphureus) hamaşçiçəkləri sarı və ya narıncı rəngdə olur. Bu növün vətəni Cənubi Afrika, Meksika və Braziliyanın dağ rayonlarıdır. Bu bitki növü torpağa tələbkardır.
Korset
Korset (fr. corset) — qadınların arıq görünmək üçün geyindiyi xüsusi geyim forması.
MOYSET
Metal oksid yarımkeçirici sahə effekti tranzistoruları (MOYSET) — elektron siqnalları dəyişmək və gücləndirmək üçün istifadə olunan tranzistor. MOYSET rəqəmli və analoq sxemlərin hər ikisində ən əsas tranzistordur. == Tərkibi == Adətən alternativ yarımkeçirici silisiumdur, ancaq bəzi çip istehsalçıları, xüsusən, IBM və Intel son zamanlar silisium və germaniumun kimyəvi birləşmələrindən istifadə etməyə başlayıb.
Vosret
Vosret — Vosret, Vaset və ya Voset, "qüdrətli" mənasını verən bir Misir ilahəsi idi, Yuxarı Misirdəki Tebesdə yerləşirdi və onun adı Vaset şəhərinin Misir adı ilə eyni idi. O, kiçik bir ilahə idi, lakin On İkinci Sülalə dövründə üç firon onun adını öz adlarına daxil etdilər: Senusret və ya Senusret "Vosretdən olan adam" deməkdir. Vosretin təsvirində onun üçün heç bir məbəd tapılmamışdır. Təsvir edilən zaman o, başında əsa (adı ilə əlaqəli) olan hündür bir tac geyirdi və nizə, yay və oxlar kimi digər silahları daşıyırdı. O, Amonun ilk arvadı idi (Con Rey onu "qonşu qızın teoloji ekvivalenti" adlandırır) və Mut ilə əvəz olundu, baxmayaraq ki, Mut sadəcə Vosret üçün sonrakı addır.
Coser
Coser (e. ə. XXVIII əsr – e. ə. XXVII əsr) — Misirin Qədim padşahlığa aid III sülalənin e.ə. 2720–2700 ci illərdə hökmranlıq etmiş fironu Coser zəmanəsinə aid Horus adı Netyeri-xet kimi də identifikasiya olunur. Qədim padşahlığa aid ilk tikilmiş qatlı ya pilləli Coser ehramı məhz ona məxsusdur. == Coser adının mənşəyi == Arxeoloji məlumatlar təsdiqləyir ki, Coser Hor adı Netyeri-xet ilə bərabər və ya yanaşı göstərilə bilər. Belə ki, XII sülalə firon II Senusert heykəlinin altında şahin adı "Hor-Netyeri-xet-coser" kimi göstərilmişdir. Coser adı əsasən Sakkaradakı Coser ehram kompleksindəki yazılardan üzə çıxmışdır.
Cosey
Josei və ya Cosey 18 yaş üstü qadın auditoriyası üçün nəzərdə tutulan anime və manqa janrı. Süjet adətən Yaponiyada yaşayan qadınların gündəlik həyatları haqqda bəhz edir. Cizgi şocoya oxşasa da, ondan bir qədər realistik olur. Sevgi münasibətlərinə daha çox diqqət ayrılır ("Paradise Kiss", "Honey and Clover").
Briteni Cosseynt
Euseius dossei
Euseius dossei (lat. Euseius dossei) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Farra Fouset
Farra Fouset (d. 2 fevral 1947 - ö. 25 iyun 2009) ABŞ aktrisadır. Məşhur Hollivud ulduzu Farra Fouset Santa-Moniki xəstəxanasında (Los-Anceles, Kaliforniya) 25 iyun 2009-cu ildə 62 yaşında vəfat edib. Aktrisa xərçəng xəstəliyindən dünyasını dəyişib. Ən yaxşı filmlərindən biri "Top nüvəsi qaçışı" filmidir. Dəfələrlə "Emmi" və "Qızıl qlobus" mükafatlarına layiq görülən Hollivud ulduzu 1976-cı ildə "Çarlinin mələkləri" filmində aldığı roldan sonra dünya şöhrəti tapıb. == Həyatı == 1965-ci ildə liseyi bitirdi. 1969-cu ildə bir Hollivud jurnalistinin, bir fotoşəkilini görməsiylə "kəşf edildi". 1970lərin başlarında taraş kremi, diş pastası, şampun reklamlarında oynamağa başladı.
Kasset bombası
Kasset bombası və ya çoxluqlu bomba, “bomba içindəki bomba” olaraq bilinən bir silah növüdür. Bomba havada açılır və içindəki kiçik bombalar dağılaraq partlayır və bu səbəbdən təsir sahəsi çox genişdir. Dünyada 19 Aprel günü, Beynəlxalq Kasset Bombalarına Qarşı Fəaliyyət Günü olaraq müəyyən fəaliyyətlərlə qeyd edilir.
Korset (pirsinq)
Korset — bel nahiyyəsində edilən pirsinq növü. == Xüsusiyyət == Pirsinq 18—20 ga (0,8—1,0 mm) ölçüdə iynələrlə (yaxşı olar ki, bunu titan, polad və ya plastik materiallardan istifadə edilsin) fiksasiya olunur, sağalma prosesi 2-3 ay davam edir. Həmçinin beldə gələcək pirsinq dəliklərinin edilməsi üçün düzgün işarələnməsi vacibdir. Sağalma gedişində dərini xlorgekdsidinlə (miramistinlə) və antiseptik mazla (levomekol) təmizləmək olar.
Typhlodromus dossei
Typhlodromus dossei (lat. Typhlodromus dossei) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus dossei Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Qossen qanunları
Qossen qanunları — marjinal faydalılıq nəzəriyyəsinin əsas prinsipləri, dəyər nəzəriyyələrindən biri. German Henrix Qossen rasional davranışın fayda və ya həzzin artırılması arzusu ilə müəyyən edildiyi fərziyyəsindən irəli gəlir. Bu əsasda Qossen “Qossen qanunları” kimi tanınan iki tezis irəli sürdü. == Formulyasiyası == Qossenin birinci qanunu. Ardıcıl olaraq istehlak edildikdə, hər bir sonrakı məhsul vahidinin faydalılığı əvvəlkindən aşağı olur. Qossenin ikinci qanunu. Sadələşdirilmiş versiya cəmiyyətdən təcrid olunmuş insanın yaşayış təsərrüfatının nəzərə alınmasına əsaslanır. Müəyyən sayda müxtəlif məhsulları nəzərə alaraq, müəyyən bir məhdud müddət ərzində bir şəxs onları müxtəlif kombinasiyalarda istehlak edə bilər, bunlardan biri ən gəlirli olmalı, maksimum həzz gətirməlidir ki, bu da bütün məhsulların marjinal faydalarının bərabərliyini təmin etməklə əldə edilir. Növbəti yaxınlaşma dərəcəsi kommersiya iqtisadiyyatının şərtlərini nəzərə alır. Malların qiyməti və pulun miqdarı istehlakı məhdudlaşdıran əsas amillərdir.
Cesse Ouens
Ceyms Klivlend "Cessi" Ouens (d. 12 sentyabr 1913, Oakville, Alabama, ABŞ – ö. 31 mart 1980, Tukson, Arizona, ABŞ) — yüngül atletika üzrə amerikan idmançısı və 4 qat olimpiya çempionu. Ouens, yüngül atletika tarixində bəlkə də ən yaxşı və məşhur idmançı kimi tanınmış, yaxın məsafəyə qaçış və yerindən uzunluğa tullanma üzrə yarışlarda iştirak etmişdi. 3 dünya rekordu və digər əldə etdiyi nailiyyətlər "idman tarixinin ən böyük 45 dəqiqəsi" kimi adlandırılmış və heç vaxt bu nəticə təkrarlanmamışdır. Almaniyanın paytaxtı Berlin şəhərində keçirilmiş 1936 yay Olimpiya oyunlarında Ouens 4 qızıl medalla dünya şöhrəti qazandı: 100 m, 200 m, yerindən uzunluğa tullanma və 400 m estafet. O, oyunların ən yaxşısı idi və bu, Adolf Hitlerin Ari irqinin üstünlüyü mifinin uğursuzluğuna səbəb oldu. Cessi Ouens mükafatı, ABŞ-də yüngül atletika üzrə ilin ən yaxşı idmançısına verilir, ESPN idman televiziyası tərəfindən XX əsrin 6-cı ən yaxşı idmançısı kimi qiymətləndirilmişdir. == Həyatı == Ouens, ailədə 3 qız və 7 oğlan olmaqla, 10 uşağın ən kiçiyi idi, Anri Klivlend Ouens və Meri Emma Fitzgeraldın övladı kimi 1913-cü ilin 12 sentyabrında Alabama ştatının Oakville şəhərində anadan olmuşdu. 1.5 milyon qara dərili amerikalının irqi ayrı seçkiliyə görə miqrasiyası zamanı böyük ümidlərlə Ohayo ştatının Klivlend şəhərinə ailəsi ilə 9 yaşı olarkən köçmüşdü.
Cesse Vint
Cesse Vint (ing. Jesse Lee Vint) - ABŞ aktyorudur. == Seçilmiş filmoqrafiya == == Maraqlı faktlar == Cesse Vintin boyu 1.8 m-dir.
Coser ehramı
Coser ehramı — pilləli ehram olub, günümüzədək gəlib çatan ən qədim daş tikilidir. Doqquz ən hündür ehramdan biri sayılır. Eramızdan əvvəl təqribən 2650-ci ildə memar və vəzir İmhotep tərəfindən Sakkarada məqbərə məqsədilə firon Coserin şərəfinə tikdirilmişdir. Ehram Coserin şərəfinə tikilsə də burada onun bütün ailə üzvləri -arvadları və uşaqları dəfn edilmişdir. == Tədqiqatı == Coser ehram kompleksi ilk dəfə 1821-ci ildə Prussiya baş konsulu Haynrix Menu Frayher fon Minutoli və italyan mühəndisi Cirolanio Seqato tərəfindən tədqiq edilmişdir. Bu zaman ehram kompleksinin giriş hissəsi aşkar edilmiş, həmin giriş hissəsində bir küncdə mumiya qalıqları: qızıla tutulmuş kəllə və ayaq pəncəsi tapılmışdır. Firona məxsusluğu təxmin edilən mumiya qalıqları fon Minutoli tərəfindən gəmi ilə Hamburqa aparılarkən gəminin batması nəticəsində itirilmişdir. 1837-ci ildə Con Şae Perrinq sonrakı dövrlərə aid olan məzarlıqları və ehram qalereyasını aşkar etmişdir. 1926-cı ildə Sesil M. Förs sistematik tədqiqatlar aparsa da onun ölümündən sonra bu iş yarımçıq qalır. Ceyms Edvard Kuibel bu işi davam etdirir, lakin o da 1935-ci ildə vəfat edir.
Lost Coast
Half-Life 2: Lost Coast (azərb. "Qərib sahil"‎) — Valve Corporation tərəfindən Half-Life 2 üçün buraxılan, ancaq ayrıca oyun olan xüsusi mərhələdir. 27 oktyabr 2005-ci ildə yayımlanıb. Oyun Half-Life 2-də olmayan Source mühərrikinin yeni texniki imkanlarını nümayiş etdirmək üçün yaradılıb. Sözü gedən yeni texnologiyaların maksimal nümayişi üçün ətraf mühitə xüsusi diqqət edilib. Həmçinin Lost Coast yaradıcı şərhlərini əlavə edən Valve-nin ilk oyunudur. == Süjet == İki Half-Life hissələrinin dəyişməz lideri Qordon Friman, dəniz kənarında özünə gəlir. Onu qoca balıqçı qarşılayır və Alyansın qayadakı kilsəni ələ keçirdiyini, oradan hedkrablarla dolu raketdən qəsəbəyə atəş açdığını deyir. Qordon Friman rolunda oyunçu yuxarı qalxmalı və kilsəyə çatmalıdır. Qəhrəman yol boyu Alyansın müxtəlif əsgərləri və texnikası ilə döyüşür.
Studio Comet
Studio Comet Co., Ltd. (株式会社スタジオコメット, Kabushiki Kaisha Sutajio Kometto) — qərargahı Yaponiyanın paytaxtı Tokionun xüsusi rayonlarından biri olan Nerimada yerləşən animasiya studiyası. Studiya 21 yanvar 1986-cı ildə yaradılmışdır. == Tanınmış üzvlər == Hiroşi Kanazava (animasiya direktoru, personaj dizayneri) Kazuo Harada (animasiya prodüseri, səs effektləri və audio direktoru) Şin Misava (animasiya Kantoku) == İşləri == Aşağıda Studio Cometin işləri əlifba sırası ilə göstərilib: Art of Fighting (OVA, 1993) Baby Princess 3D Paradise Love (OVA, 2011) Battle Fighters Garō Densetsu (1992) Bikkuriman 2000 (ilk rəqəmsal istehsalı, anime serialı, 2000) Bowwow Celebrity Poodle Let's Go! Tetsunoshin (anime serialı, 2006) Capeta (anime serialı, 2005-2006) Captain Tsubasa J (anime serialı, 1994–1995) Dragon Quest (anime serialı, 1989–1991) Dr. Rin ni Kiitemite! (anime serialı, 2001) Hatsumei Boy Kanipan (anime serialı, 1998) Chō Hatsumei Boy Kanipan (anime serialı, 1999) Highschool! Kimen-gumi (anime serialı (epizod 9-dan sonra Gallop studiyası ilə işləyib), 1988–1989) High School Mystery Gakuen Nana Fushigi (anime serialı, 1991) Humanoid Monster Bem (anime serialı, 2006) Initial D (anime serialı, 1998; Studio Gallop ilə) Kirby of the Stars (anime serialı, 2003; Warpstar, Inc. ilə) Jewelpet (anime serialı, 2009) Jewelpet Twinkle☆ (anime serialı, 2010) Jewelpet Sunshine (anime serialı, 2011) Jewelpet Kira☆Deco (anime serialı, 2012) Jewelpet the Movie: Sweets Dance Princess (Teatr filmi, 2012) Kero Kero Chime (anime serialı, 1997) Maboroshi Mabo-chan (anime serialı, 1992) The Marshmallow Times (anime serialı, 2004) Meimon! Dai San Yakyūbu (anime serialı, 1988–1989) Mizuiro Jidai (anime serialı, 1996) Mutsuen Meiryū Gaiden: Shura no Toki (anime serialı, 2004) Onegai My Melody (anime serialı, 2005) Onegai My Melody: Kuru Kuru Shuffle (anime serialı, 2006) Onegai My Melody: Sukkiri (anime serialı, 2007) Onegai My Melody: Kirara (anime serialı, 2008) Onegai My Melody: Yū & Ai (Teatr filmi, 2012) Peach Girl (anime serialı, 2005) Samurai Shodown ( 1994) School Rumble (anime serialı, 2004) School Rumble: Second Term (anime serialı, 2006) Shin Megami Tensei Devil Children (anime serialı (epizod 27-dən) 2002–2003), Shōta no Sushi (1999) Sora no Manimani (anime serialı, 2009) Suzuka (anime serialı, 2005) Tsuide ni Tonchinkan (anime serialı, 1987–1988) Tsuyoshi Shikkari Shinasai (anime serialı, 1992–1994) Whistle!
Yun Fosse
Yun Fosse (ing. Jon Fosse; 29 sentyabr 1959[…], Hauqesund[d], Ruqalann[d]) — norveçli yazıçı və dramaturq, O, Henrik İbsendən sonra ən çox ifa olunan Norveç dramaturqudur. Tez-tez "yeni İbsen" olaraq adlandırılan Fossenin əsərləri 19-cu əsrdə İbsen tərəfindən qurulan dramatik ənənənin müasir davamını təmsil etdiyi qeyd edilir.2023-cü il üzrə Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2023). == Həyatı == Yon Fosse 1959-cu il sentyabrın 29-da anadan olmuşdur. Hekayə, roman, pyeslərlə yanaşı, esse və şeirlər yazır. Zəngin yaradıcılığı “Septologiya” silsilə romanları, 40-dan çox pyes, hekayələr, şeir və esseləri əhatə edir. İndiyədək onun əsərləri 40-dan çox dilə tərcümə edilmişdir. 2022-ci ildə ingilis dilinə tərcümə edilən “Yeni ad: Septologiya VI-VII” romanı Buker mükafatının qısa siyahısına düşmüşdür. Yon Fosse həmçinin bədii tərcümə ilə məşğuldur. Yun Fossenin əsərlərində, əsasən, adi həyat həqiqətləri, insanın daxili aləmi, şimal insanının az ünsiyyətə girməsi, çətin zamanlardakı seçimləri kimi mövzulara toxunulur.
Çipset
Çipset — kompüter dünyasında bir prosessorun arxitekturasını təşkil edən müxtəlif mikrosxemlərin birləşdirildiyi cihaz kimi tanınır. İnformasiya axınına nəzarət edir. Çipsetlər iki dənədir. Şimal Çipset (Northbridge) və Cənub Çipset (Southbridge). Şimal çipsetə ağır işləyən qurğular qoşulur: Ram, Cpu, VideoKart. Cənub çipsetə isə : portlar, slotlar, rom və.s.
German Henrix Qossen
German Henrix Qossen (alm. Hermann Heinrich Gossen‎; 7 sentyabr 1810[…], Düren, Köln[d] – 13 fevral 1858[…], Köln, Prussiya) —Almaniya iqtisadçısı. == Həyatı == == Fəaliyyəti == Avstriya məktəbinin əsas ideyalarının formalaşmasında XIX əsrin əvvəllərində yaşamış istedadlı alman iqtisadçısı German Henrix Qossenin çox mühüm rolu olmuşdur. Onun 1854-cü ildə çapdan çıxmış "İctimai mübadilə qanunlarının və insan fəaliyyətinin buradan irəli gələn qaydalarının inkişafı" haqqında əsərində məhsulun "son faydalığı" haqqında iki mühüm prinsip əks olunmuşdur ki, onlar da müasir iqtisad elmində Qossenin I və II qanunları adlanır. I qanuna görə subyektin sərəncamında olan nemətin kəmiyyəti artdıqca onun hər bir əlavə vahidinin son faydalığı da aşağı düşür, həmin sərvətlə təmin olunma həddindən artıq olduqda isə (son həddə çatdıqda) faydalıq sıfra çatır. Qossenin II qanununda göstərilir ki, istehlakın (tələbin) optimal quruluşu bütün əldə edilə bilən nemətlərin faydalığının tarazlığı şəraitində mümkün olur. Qossenin fikrincə, konkret tələbatı ödəyən məhsulun kəmiyyətcə hər bir artımı özündən əvvəlki "nüsxəyə" nisbətən daha az faydalıdır. İqtisadi resursların məhdudluğu şəraitində isə insanın ən vacib tələbatının ödənilməsinə xidmət edən "məhsulun son nüsxəsi" vardır. Buradan isə belə bir nəticə çıxarılır ki, məhsulun qiyməti fərdin tələbatını ödəmək üçün vacib olan "son nüsxənin" faydası ilə ölçülür, deməli, əmtəənin dəyəri onun son faydalığı ilə müəyyən olunur. Yeri gəlmişkən qeyd edək ki, Qossenin qanunları nəinki marjinalizmin Avstriya məktəbinin, eləcə də onun sonrakı iqtisadi məktəb və cərəyanların makroiqtisadi nəzəriyyəsində geniş istifadə olunmuşlar.
In The Closet
In The Closet — Maykl Ceksonun bir mahnısı.
Stiven Cosef-Monroz
Stiven Josef-Monroz (20 iyul 1990) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Neftçi klubunda hücumun sağ cinahında çıxış edən Fransalı peşəkar futbolçudur. == Karyerası == === Klub === Josef-Monroz öz futbolçu karyerasına Bondi şəhərinin yerli klublarından olan Bondi klubunda başlamışdır. 2000-ci ildə CRAF Lievin klubuna transfer olmuş, 2002-ci ildə isə Lans klubuna keçmişdir. 20 iyul 2008-ci ildə Stiven onunla maraqlanan Pas-de Kalais təmsilçisi ilə 2013-cü ilə qədər müddəti olan ilk peşəkar müqaviləsini imzalamışdır. O, klubda 34 nömrəli forma ilə çıxış etmişdir. Stiven peşəkar karyerasında debütünü 13 oktyabr 2008-ci ildə Genqam klubuna qarşı oyunda etmişdir. O, 20 dəqiqə meydanda mübarizə aparmış və komandası 1-0 hesabı ilə qalib gəlmişdir. 11 yanvar 2010-cu ildə Stiven Şateru klubuna 30 iyun 2010-cu ilə qədər icarəyə verilmişdir. 23 iyun 2017-ci ildə Jozef-Monroz Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ klubu ilə iki illik müqavilə imzalamışdır. === Milli komanda === Jozef-Monroz bir müddət Fransa U-19 millisində çıxış etmişdir.
Chenopodium ambrosioides var. costei
Ambroziyayabənzər disfaniya (lat. Dysphania ambrosioides) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin disfaniya cinsinə aid bitki növü. == Sinonimləri == Ambrina ambrosioides (L.) Spach Ambrina ambrosioides var. anthelmintica (L.) Moldenke Ambrina anthelmintica (L.) Spach Ambrina incisa Moq. Ambrina parvula Phil. Ambrina spathulata Moq. Atriplex ambrosioides (L.) Crantz Atriplex ambrosioides f. minus Aellen Atriplex anthelmintica (L.) Crantz Blitum ambrosioides (L.) Beck Botrys ambrosioides (L.) Nieuwl. Botrys anthelmintica (L.) Nieuwl. Chenopodium album subsp.
Regional metroloji təşkilat COOMET
Regional metroloji təşkilat COOMET (COOMET - metrologiya sahəsində əməkdaşlıq) — 12 iyun 1991-ci ildə Bolqarıstan, Polşa, Rumıniya, SSRİ və Çexoslovakiyada metroloqların təşəbbüsü ilə təsis edilmişdir. Bu gün anlaşma memorandumu imzalanmışdır. SSRİ dağılandan sonra keçmiş SSRİ-nin 15 respublikası sayəsində təşkilat üzvlərinin sayı 19-a çatdı. 2000-ci ildə təşkilat rəsmi olaraq dövlət metroloji qurumlarının Avro-Asiya əməkdaşlığı adlandırıldı. COOMET-in ali orqanı, bütün iştirakçı ölkələrin nümayəndələrini daxil edən COOMET Komitəsidir. COOMET fəaliyyətləri Prezident, dörd vitse-prezident və Katiblik rəhbərindən ibarət Prezident Şurası tərəfindən əlaqələndirilir. COOMET komitəsinin üzvləri vitse-prezidentləri təyin edən prezidenti üç il müddətinə seçirlər. COOMET orqanlarının iclaslarının keçirildiyi və sənədlərin tərtib olunduğu rəsmi dillər rus və ingilis dilləridir. COOMET-in öz maliyyə mənbələri yoxdur. 12 COOMET texniki komitəsi bütün ölçü sahələrində elmi iş aparır.
Abdulla Cövdət
Abdulla Cövdət (1869-1932) — Türkiyədə məşhur həkim, şair və jurnalist. İsveçrədə, Qahirədə və İstanbulda "İctihad" ("Cəhd") adlı jurnal nəşr etdirmişdir.
Cövdət Camal
Cövdət Camal- Qarabağın məşhur Sarıcalılar nəslindən olan tanınmış rəssam, Heydər Camalın atası == Həyatı == Cövdət Camaldır. Hazırda həyatda olan C.Camal Şuşada doğulub və sonradan Rusiyaya köçüb. II Cahan savaşı zamanı məşhur sovet marşalı G. Jukovun rəssamlarından biri olub.
Cövdət Hacıyev
Əhməd-Cövdət İsmayıl oğlu Hacıyev (18 iyun 1917, Nuxa – 18 yanvar 2002, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Dövlət Konservatoriyasının rektoru və professoru, Azərbaycan SSR xalq artisti (1960), 2 dəfə "Stalin" mükafatı laureatı (1946, 1952). == Həyatı == Cövdət Hacıyev 1917-ci ildə Nuxa (Şəki) şəhərində anadan olmuşdur. O, orta təhsilini başa vurduqdan sonra 1935–1938-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında, 1938–1941-ci illərdə isə Moskva Konservatoriyasında oxumuş və müharibə illərində yarımçıq qalmış təhsilini sonralar davam etdirərək, 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirmişdir. 1947-ci ildən ömrünün sonuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1957–1969-cu illərdə isə bu ali musiqi təhsil ocağının rektoru vəzifəsində çalışmışdır. Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış Cövdət Hacıyev Azərbaycanda peşəkar musiqi kadrlarının hazırlamasında da misilsiz xidmətlər göstərmişdir. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olmuşdur. Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilmişdir. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülmüş, bir çox orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali mükafatı – "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Cövdət Hacıyev 2002-ci ilin yanvarın 18-də ömrünün 85-ci ilində vəfat etmişdir. Rəqqasə Əminə Dilbazinin həyat yoldaşıdır.
Cövdət Sunay
Əhməd Cövdət Sunay (türk. Cevdet Sunay, 10 fevral 1899, Trabzon – 22 may 1982, İstanbul) — Türk hərbi və dövlət xadimi, Türkiyə Silahlı Qüvvələrinin 12-ci Baş Qərargah rəisi, Türkiyə Respublikasının 5-ci prezidenti. == Hərbi həyatı == Cövdət Sunay 1899-cu il fevralın 10-da Ərzurumda anadan olub. Bəzi mənbələrdə onun doğulduğu yer Ataköy kimi qeyd edilir. Atası Hacı-İslamoğullarından Alay müftisi İslam Səbri Əfəndi, anası Məhəmmədoğullarından Xədicə xanımdır. İbtidai və orta təhsilini Ərzurum, Kərkük, Ədirnə və Kuleli Hərbi Liseylərində almışdır. Birinci Dünya müharibəsi illərində 1917-ci ildə zabit namizədi kimi təlim düşərgəsinə qatılır. Həmin il Sinay və Fələstin cəbhəsində iştirak edir. 1918-ci ildə ingilislər tərəfindən əsir götürülən sunay Misirə aparılır. Əsirlikdən qayıtdıqdan sonra Türkiyə İstiqlaliyyət müharibəsində iştirak edərək, Cənub cəbhəsində xidmət göstərir.
Cövdət İnancalp
Cövdət İnancalp (Müəllim Cövdət) (1883–1935) — Türkiyə tarixçisi. == Həyatı == Onun ailəsi Rumelidə qalan Niş şəhərindəndir. Babası Səid əfəndi Niş qalasının bir az bərisində, Nişava çayı kənarında bulunan bir təkkənin şeyxi, atası Məhəmmədsədi əfəndi isə hərbçidir. M.Cövdət ailəsinin 1876-cı ildə köçdüyü Boluda 1883-cü ildə dünyaya gəlmişdir. İlk və orta məktəbi Boluda, liseyi Kastamonuda oxumuşdur. 1901-ci ildə İstanbula gələrək İstanbul Darülmüəlliminin ədəbiyyat şöbəsinə girmişdir. Bu məktəbdən qabaq bir il Hüquq Məktəbində oxumuş, atası rahatsız olduğuna görə şagirdinə tam bir sarı altın (qızıl) təqaüd verən Darülmüəlliminə keçmişdir. Bu məktəbdə ən çox fransız dili və pedaqogika üzərində çalışmış, ərəbcə öyrənmişdir. İlk müəllimliyini "Darüşşəfəqə" məktəbində edib (yeri gəlmişkən, bir çox Azərbaycan müəllimləri də burada təhsil alıb). Bir cəmiyyət tərəfindən özəl olaraq idarə edilən, o tarixdə Maarif Nazirliyinə bağlı həmin məktəbdə türkcə və ərəbcə dərsləri gecə müzakirəçiliyinə və bir müddət sonra müəllimliyə təyin edilmişdir.
Cefri Çoser
Cefri Çoser (ing. Geoffrey Chaucer; təq. 1343, London, İngiltərə krallığı – təq. 25 oktyabr 1400, London, İngiltərə krallığı) — İngiltərənin və İngilis ədəbiyyatının ilk böyük şairi. == Həyatı == Gənc yaşlarından(17) İngiltərə sarayında qulluğa başladı. Kralın oğullarından John of Gaunt onu himayəsinə aldı. 1359-cu ildə Fransaya hərbi səfərdə iştirak etdi və fransızlara əsir düşdü. Lakin kral onu pul ilə geri aldı. Müxtəlif tapşırıqlarla əlaqədar olaraq Fransa və İtaliya şəhər dövlətlərinə səfər etdi. Həyatının sonunda kral tərəfindən Çoserə yüksək miqdarda təqaüd təyin olundu.
La-Roşet
La-Roşet (Yuxarı Alplar)