Luristan quşarmudu
Luristan quşarmudu (lat. Sorbus luristanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
== Ümumi yayılması ==
Tyan-Şan, Pamir-Alay, Kopetdağ, Türkiyə, Azərbaycan və İranda təbii arealı vardır.
== Azərbaycanda yayılması ==
Azərbaycanda Quba, Samur-Dəvəçi ovalığı, Lənkəranda aşağı dağ qurşağından orta dağ qurşağına qədər meşələrdə və Naxçıvan MR-də rast gəlinir.
== Statusu ==
Azərbaycanın nadir bitkisidir. NT.
== Bitdiyi yer ==
Orta və yuxarı dağ qurşaqlarında qoz, ağcaqayın, palıd meşəliklərində, qayalıq yerlərdə kolluqlarda yayılmışdır.
== Təbii ehtiyatı ==
Azərbaycanda arealı geniş deyildir.
== Bioloji xüsusiyyətləri ==
Təbiətdə hündürlüyü 10 m-ə qədər olan ağac və ya koldur. Budaqları tikansız, cavan zoğları çılpaqdır. Yarpaqları ensiz tərs yumurtavarı, uc tərəfi qısa, sivridir.