Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dözülməz qanunlar
"Dözülməz qanunlar" (ing. Intolerable Acts ) və ya "Məcburiyyət aktları" (ing. Coercive Acts) — Britaniyanın Amerikada On üç koloniyasının bəzi sakinləri tərəfindən 1774-cü ildə Britaniya Parlamenti tərəfindən qəbul edilmiş beş qanuna verilən ad. Qanunlar əsasən Amerika koloniyalarını idarə etməkdə Britaniyanın rolunu gücləndirməyə yönəlmişdi. Beş qanundan dördü Boston çay qonaqlığına cavab xarakterini daşıyırdı. Bu qanunlarla kral və parlament koloniyalarda artan müqavimət hərəkatını dayandırmaq niyyətində idi, lakin bu tədbirlər vəziyyəti daha da pisləşdirmişdi, çünki müstəmləkəçilər onları öz hüquqlarının despotcasına pozulması hesab edirdilər. "Dözülməz qanunlar" Birinci Kontinental Konqresin keçirilməsinə təkan vermişdir.
Varlığın dözülməz yüngüllüyü (roman)
Varlığın dözülməz yüngüllüyü - Milan Kunderanın 1982-ci ildə yazdığı kitab. == Haqqında == İlk dəfə 1984-cü ildə Fransada fransız dilində nəşr olunan kitab ilk nəşr olunduğu andan ədəbi aləmdə öz əksini tapmışdır. Çex orijinalı növbəti il nəşr olundu. Onun türk dilinə tərcüməsi ilk dəfə 1986-cı ildə, 2014-cü ilin martında isə 41-ci nəşrini həyata keçirmişdir. Roman 1987-ci ildə eyniadlı filmə uyğunlaşdırılıb. Romanda baş qəhrəmanlar Tereza, Tomas, Sabin və Franzın münasibətləri 1968-ci ilin Praqa baharı və ondan sonra Sovet İttifaqının Çexoslovakiyaya hücumu arxa plana keçərək izah edilir. Hadisələr Praqa, Paris, İsveçrə, Kambocada baş verir. Yeddi hissədən ibarətdir. == İstinadlar == "Qanun Nəşriyyatı".
Dözüm
Dözmək — Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək. Misal: Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M. P. Vaqif. Razılaşmaq, barışmaq, keçirmək, yol vermək. Misal: Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M. Rahim.
Dözümlü akasiya
Dözümlü akasiya (lat. Acacia retinodes) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Təbii yayılması == Avstraliyada, Meksikada rütubətli zonalarda, Hindistan, Madaqaskarda, xüsusən, düzənliklərdə, çay sahillərində, daşlı, qayalıqlı torpaqlarda bitir. == Botaniki təsviri == Hündürlüyü 20 m olan həmişəyaşıl ağacdır. Ağacın gövdəsi hamar, tünd boz rəngli qabıqla örtülmüşdür. Cavan zoğları qeyri-hamar, üçtərəfli və ya tilli, boz-yaşıl rənglidir. Yarpaqları növbəli, cüt və yаxud lələkvaridir, topa halda düzülür. Xırda yarpaqları filloidi хatırladır, yаxud tikansız saplağı əvəz edir. Filloidiləri 6–16 sm uzunluğunda və 2–18 mm enində olub, neştər və ya oraqşəkillidir, orta damarı aydın görünür. Keçən ilki filloidilərin qoltuqunda yerləşən 6–18 ədəd çiçəkləri salxım çiçək qrupunda toplanmışdır.
Hörülmə papaq
Hörülmə papaq və ya bini papaq (ing. beanie hat) — adətən yundan (bəzi zaman sintetik liflərdən) soyuq havalarda istilik təmin etmək üçün nəzərdə tutulan papaq.
Dözümlü Minarələr (1991)
== Məzmun == Film mədəniyyət abidələri olan məscidlərdən bəhs edir. Kinolentdə Azərbaycanın müxtəlif bölgələrində — Şamaxıda, Qubada, Lənkəranda, Zaqatalada, Bakıda və onun ətraf kəndlərindəki məscidlərin tarixi, memarlıq xüsusiyyətləri və bugünkü vəziyyəti əks etdirilmişdir. Burada, yeri gəldikcə, arxiv sənədlərindən və rəsm əsərlərindən də istifadə edilmişdir. == Film haqqında == Film Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yavər Rzayev Ssenari müəllifi: Toğrul Cuvarlı Operator: Nizami Abbas Səs operatoru: Şamil Kərimov == Sponsor == Qafqaz Müsəlmanları Ruhani İdarəsi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Dözümlü minarələr (film, 1991)
== Məzmun == Film mədəniyyət abidələri olan məscidlərdən bəhs edir. Kinolentdə Azərbaycanın müxtəlif bölgələrində — Şamaxıda, Qubada, Lənkəranda, Zaqatalada, Bakıda və onun ətraf kəndlərindəki məscidlərin tarixi, memarlıq xüsusiyyətləri və bugünkü vəziyyəti əks etdirilmişdir. Burada, yeri gəldikcə, arxiv sənədlərindən və rəsm əsərlərindən də istifadə edilmişdir. == Film haqqında == Film Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yavər Rzayev Ssenari müəllifi: Toğrul Cuvarlı Operator: Nizami Abbas Səs operatoru: Şamil Kərimov == Sponsor == Qafqaz Müsəlmanları Ruhani İdarəsi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Dozular
Dozular — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 dekabr 2006-cı il tarixli, 215-IIIQ saylı Qərarı ilə Xanlar rayonunun Dozular kəndi Çaylı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Dozular kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Birgöz Dozular olmuşdur. XIX əsrə aid sənədlərdə Yelizavetpol qəzasında birgözdozular adlı maldar elatın adı çəkilir. Oykonim mənşəcə sofulu tayfasının tirələrindən biri olan dozuların adını əks etdirir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Kürəkçayın sahilində, dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 533 nəfər əhali yaşayır.
Dozular bələdiyyəsi
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bu zalım dünyada doğulma (teleserial, 2009)
Bu zalım dünyada doğulma — Hindistan serialı. == Məzmun == Ammaci Virpur kəndinin başçısıdır. O, həmin kənddə qızların doğulmasına qadağa qoymuşdur. Lakin sonradan onun kiçik oğlu Raghavın həyat yoldaşı Sia seçkilərdə qalib gəlir və kəndin başçısı təyin edilir. Həmin gündən sonra Ammacinin planları baş tutmur. Sianın əkiz qızları olur. Lakin Sia ölür. Ammacinin düşmənləri tərəfindən Raghav da öldürülür. Aradan 18 il ötür. Sia ilə Raghavın qızları onların yolunu davam etdirirlər.