DOĞULMA

Doğulmaq”dan f.is.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DOĞULMA törəmə
DOĞUB-TÖRƏMƏK
DOĞULMAQ
OBASTAN VİKİ
Bu zalım dünyada doğulma (teleserial, 2009)
Bu zalım dünyada doğulma — Hindistan serialı. == Məzmun == Ammaci Virpur kəndinin başçısıdır. O, həmin kənddə qızların doğulmasına qadağa qoymuşdur. Lakin sonradan onun kiçik oğlu Raghavın həyat yoldaşı Sia seçkilərdə qalib gəlir və kəndin başçısı təyin edilir. Həmin gündən sonra Ammacinin planları baş tutmur. Sianın əkiz qızları olur. Lakin Sia ölür. Ammacinin düşmənləri tərəfindən Raghav da öldürülür. Aradan 18 il ötür. Sia ilə Raghavın qızları onların yolunu davam etdirirlər.
Veneranın doğulması
Veneranın doğulması (Buqro) — Vilyam Buqronun tablosu
Veneranın doğulması (Botiçelli)
"Veneranın doğulması" (it. Nascita di Venere) — Florensiya boyakarlıq məktəbinin ən görkəmli nümayəndələrindən olan Sandro Botiçellinin ən məşhur əsərlərindən biri. Rəsm əsəri məhəbbət ilahəsi Veneranın (yunanca Afroditanın) dəniz köpüyündən doğuluşunu təsvir edir. Çılpaq ilahə ürəyəoxşar balıqqulağının bir tayı üstündə küləyin qovduğu sahilə doğru üzür. Şəklin sol küncündə Zefir (qərb küləyi) əri Xloridanı (romalılara görə Floranı) ağuşunda balıqqulağına tərəf üfürür, çiçəklərlə dolu külək əmələ gətirir. Sahildə ilahəni pərilərdən biri qarşılayır. Bu şəkil Uffitsi qalereyasının incisidir. == Həmçinin bax == Veneranın doğulması (Buqro) == Xarici keçidlər == The Medici Venus – Greek statue, template for Botticelli's Venus.
Veneranın doğulması (Buqro)
Veneranın doğulması (ing. The Birth of Venus, fr. La Naissance de Vénus) — XIX əsr fransız akademik rəssamı Vilyam Buqronun ən məşhur əsərlərindən biri. Əsərdə Veneranın, ənənəvi şəkildə dənizdən çıxması – doğulması təsvir edilməmiş, onun Kiprdə, Pafos şəhərində, dəniz sahilində balıqqulağından yetgin qadın şəklində çıxması göstərilmişdir. Buqroya görə mövzuya bu cür yanaşma daha doğru idi. Əsər 3 metr hündürlüyü, 2,18 metr eni olan kətan üzərində, yağlı boya ilə işlənmişdir. Əsər, kompozisiya quruluşuna görə onunla mövzu baxımından eyni olan Sandro Botiçellinin “Veneranın doğulması” əsərindən daha çox, Rafael Santinin “Qalateyanın triumfu” əsəri ilə oxşarlıq təşkil edir. == Tarixi == Veneranın doğulması əsəri, 1879 - cu il Paris Salonu üçün çəkilmişdir. Həmin il əsər Lüksemburq muzeyi tərəfindən alınmışdır. Hal-hazırda, Buqronun "Veneranın doğulması" əsəri, Parisdəki Orsay muzeyinin daimi kolleksiyasına daxildir.
Veneranın doğulması (Kabanel)
"Veneranın doğulması" (fr. Naissance de Venus) — XIX əsr fransız akademik rəssamı Aleksandr Kabanelin ən məşhur əsərlərindən biri.
İsanın bakirədən doğulması
İsanın bakirədən doğulması Xristianlıq və İslamda qəbul edilən doktrinalardan biridir ki, onun da əsasında Məryəm ananın bakirə olduğu halda, möcüzəvi şəkildə İsanı dünyaya gətirməsi hadisəsi dayanır. Bu doktrina Xristianlıqda II əsrdən yayılmağa başlamış və Roma Katolik, Şərq, Şərq Ortodoks, Protestant və Anqlikan kilsələri tərəfindən qəbul edilmişdir. Bu doktrina özündə iki əsas xristian inancını – “İsa Məryəm ana və Müqəddəs Ruhun törəməsidir” (Nikena inancı) və “İsa Bakirə Məryəm ana tərəfindən dünyaya gətirilmişdir” (Apostollar inancı) inanclarını birləşdirir. XVIII əsrdə Teoloji aydınlanma hərəkatına qədər, kiçik sektalar xaric olmaqla heç kim bu doktrinaya qarşı çıxmamışdır.Kanonik İncillər Matfey və Luka qeyd edirlər ki, Məryəm bakirə olub və İsa Müqəddəs Ruh tərəfindən onun bətninə yerləşdirilib. Bu incillər, sonrakı tarixi ənənə və müasir Xristianlıq doktrinasına görə İsa möcüzəvi şəkildə, heç bir insani ata olmadan, heç bir cinsi əlaqə, heç bir kişi toxumu olmadan Müqəddəs Ruhun vasitəsiylə dünyaya gətirilmişdir. Roma Katolik kilsəsi və Şərq Pravoslav kilsəsində “bakirənin doğuşu” termini təkcə İsa peyğəmbərin Bakirə Məryəm tərəfindən dünyaya gətirilməsi fikrini deyil, eyni zamanda Məryəm ananın ömrünün sonuna kimi bakirə qalması fikrini də əhatə edir və bu inanc II əsrdən sonra birmənalı şəkildə təsdiq edilməkdədir. Əsas Xristian inanclarından olan “İsanın bakirə tərəfindən dünyaya gətirilməsi” inancını heç də, Məryəmin günahsızlığını əsaslandırmağa çalışan əsas katolik doktrinası Ləkəsizlik Anlayışı ilə qarışdırmaq olmaz. Katolik inancına görə İsa möcüzəvi şəkildə yox, normal yolla dünyaya gəlmişdir. Roman Katolik Ləkəsizlik Anlayışına görə Məryəm yaradılarkən, bətni bu şəkildə formalaşdırılmış və bu onun “ləkə”si (latınca macula) yox, anadangəlmə günahıdır.Məryəmin bakirə olduğu halda İsa peyğəmbəri dünyaya gətirməsi inancı Xristianlıqla yanaşı, İslamda da qəbul edilmişdir. İslam dini ədəbiyyatında İsa matronimik şəkildə İsa peyğəmbər İslamda İsa bin Məryəm adlandırılır ki, bu da Quran ənənəsindən irəli gəlməkdədir.
İsanın doğulması
İsanın doğulması və ya Doğulma hadisəsi — İsanın doğulması hadisəsidir. Bu hadisə haqqında olan əsas mənbələr Luka və Matfeyin İncilləri və bir neçə apokrifal mətnlərdir. Kanonik incillər olan Luka və Matfeyin İncillərinə görə İsa İudeanın Betleyem şəhərində, bakirə Məryəmdən dünyaya gəlmişdi. Lukanın təsvir etdiyi hadisədə İsa Məryəm və Cozefin övladı kimi, Betleyemə səfərdən sonra bu şəhərdə dünyaya gəlir. Mələklər onu insanlığın qoruyucusu elan edir, çobanlar isə ona itaət edirlər. Matfeyin təsvir etdiyi hadisədə "zəngin adamlar" ulduzu izləyərək Betleyemə gəlir və yeni doğulmuş Yəhudi Kralına – İsaya hədiyyə gətirir. Kral Herod İsanı öldürmək üçün Betleyemdə doğulmuş bütün körpələri öldürtdürür, lakin İsanı ailəsi Misirə qaçırır və burada Nazaretdə yerləşirlər. Tədqiqatçılar bu iki məlumatın bir-birinə nə qədər uyğun olması və bəzi hissələrinin tarixiliyi məsələsində müxtəlif fikirlərə malikdirlər. Bəzi tədqiqatçılar isə İncillərdəki bu məlumatların teoloji sənədlər əsasında tərtib olunduğunu önə çəkərək tarixiliyin arxa planda olduğunu və xronoloji zamanlamasının mübahisəli olduğunu bildirirlər. Ənənəvi xristian tədqiqatçılar isə İncillərdə verilən iki fərqli məlumatların bir-birinə zidd olmadığını, və onlar arasında ümumi məqamların olduğunu bildirirlər.Katolik kilsəsi mənsublarının, eləcə də digər xristian toplumlarının qeyd etdiyi doğulma hadisəsi (Milad bayramı) İsanın doğulmasının qeyd edilməsi bayramıdır.

Digər lüğətlərdə

внекла́ссовый департизи́роваться о́ткуп полете́ть премудрёно факти́ческий фане́рщица шу́шваль бескварти́рный мусульма́нство неопредели́мый нефтегазодобы́ча ободря́юще переу́лок сабо́ сегиди́лья тю́рки череняк ice-cream mayoral weep white corpuscle масляный обострение фехтовальный