DÖZÜMLÜ

sif. Dözümü olan; səbirli, davamlı, tablı, mətanətli.
Qaraca qız da Nurəddin kimi pis günə dözümlü, səbirli bir uşaqdır. S.S.Axundov.
İdris, sən yaxşı bilirsən ki, müharibə dəhşətli bir müharibədir. Onun çovğunları və boranları hələ qabaqdadır.
Gələcəkdə də dözümlü ol! S.Vurğun.
Neylim, mən beləyəm, sən də eləsən; Mənim çox dözümlü məhəbbətim var. S.Rüstəm.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÖZÜMLÜ dözümlü bax səbirli, dəyanətli
  • DÖZÜMLÜ səbirli — davamlı — tablı — mətanətli

Antonimlər (əks mənalı sözlər)

  • DÖZÜMLÜ DÖZÜMLÜ – SƏBİRSİZ Qaraca qız da Nurəddin kimi pis günə dözümlü, səbirli bir uşaqdır (S.S.Axundov); Elə səbirsizdir ki, bir yerdə beş dəqiqə dura bilm
DÖZÜM
DÖZÜMLÜLÜK
OBASTAN VİKİ
Dözümlü akasiya
Dözümlü akasiya (lat. Acacia retinodes) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Təbii yayılması == Avstraliyada, Meksikada rütubətli zonalarda, Hindistan, Madaqaskarda, xüsusən, düzənliklərdə, çay sahillərində, daşlı, qayalıqlı torpaqlarda bitir. == Botaniki təsviri == Hündürlüyü 20 m olan həmişəyaşıl ağacdır. Ağacın gövdəsi hamar, tünd boz rəngli qabıqla örtülmüşdür. Cavan zoğları qeyri-hamar, üçtərəfli və ya tilli, boz-yaşıl rənglidir. Yarpaqları növbəli, cüt və yаxud lələkvaridir, topa halda düzülür. Xırda yarpaqları filloidi хatırladır, yаxud tikansız saplağı əvəz edir. Filloidiləri 6–16 sm uzunluğunda və 2–18 mm enində olub, neştər və ya oraqşəkillidir, orta damarı aydın görünür. Keçən ilki filloidilərin qoltuqunda yerləşən 6–18 ədəd çiçəkləri salxım çiçək qrupunda toplanmışdır.
Dözümlü Minarələr (1991)
== Məzmun == Film mədəniyyət abidələri olan məscidlərdən bəhs edir. Kinolentdə Azərbaycanın müxtəlif bölgələrində — Şamaxıda, Qubada, Lənkəranda, Zaqatalada, Bakıda və onun ətraf kəndlərindəki məscidlərin tarixi, memarlıq xüsusiyyətləri və bugünkü vəziyyəti əks etdirilmişdir. Burada, yeri gəldikcə, arxiv sənədlərindən və rəsm əsərlərindən də istifadə edilmişdir. == Film haqqında == Film Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yavər Rzayev Ssenari müəllifi: Toğrul Cuvarlı Operator: Nizami Abbas Səs operatoru: Şamil Kərimov == Sponsor == Qafqaz Müsəlmanları Ruhani İdarəsi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Dözümlü minarələr (film, 1991)

Dözümlülük və ya Şelford qanunu
1913-cü ildə isveçrəli botanik V. E. Şelford kəşf etmişdir ki, müəyyən yerdə hər hansı canlının ləng inkişaf etməsinə səbəb ətraf mühit faktorlarının təkcə çatışmazlığı deyil, həm də artıqlığıdır. Ona görə də orqanizmin ətraf mühitdən tələbi iki şərtlə ölçülür: a)minimal ekoloji tələb, b) maksimal ekoloji tələb. Bu iki tələb arasındakı şərait orqanizmin dözümlülük həddi adlanır. Hər bir faktorun təsirinə qarşı orqanizimdə müəyyən dözümlülük həddi əmələ gəlir. Deməli faktorun orqanizmə təsiri nə az, nə də çox deyil optimal olmalıdır. Dözümlülük həddi konsepsiyası biosferlə insanın əlaqəsini optimallaşdırmaq üçün vacibdir. Ona görə ki, bu işdə həlledici rol oynayan çox vaxt antropogen faktor olur. Canlıların dözümlülük həddi ilə əlaqədar bir neçə ekoloji qanunauyğunluq müəyyən edilmişdir: Canlıların dözümlülük həddi bir faktora qarşı geniş, başqa faktora qarşı məhdud ola bilər. Arealı geniş olan növlər bir neçə faktora qarşı dözümlü olur. Ətraf mühitdən canlıya təsir edən hər hansı ekoloji faktor optimal olmayanda, onun digər ekoloji faktorlara da dözümlülük həddi məhdudlaşır.

Digər lüğətlərdə

всклепа́ть е́льничек клеева́рня невсхо́жий отсе́в поизноси́ться прилежа́ть скря́га стра́жник ути́хнуть була́т дисгармони́чно мутаге́нность черпа́льный бурундук дрейф зову counterpane needle-syringe novelle reamer small change марганцевый отстраниться спороть