Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Düzələn səhvlər (film, 1986)
Düzələn səhvlər (ing. Righting Wrongs, kantonca: Zhi fa xian feng) — 1986-cı ildə döyüş janrında çəkilən filmdir. Filmin ABŞ versiyasında adı "Qanun naminə" (ing. Above the Law) kimi səslənir. == Məzmun == Hsia Linq-Çenq mafiya başçısını müxtəlif cinayətlərlə bağlı ittiham edən cavan vəkildir. Lakin Yeni Zelandiyada son məhkəmə ərəfəsində əsas şahid naməlum səbəbdən silahlılar tərəfindən öldürülür və Hsia onu xilas edə bilmir. Bu səbəbdən Hsia Linq-Çenq məhkəmə işi ilə şəxsən məşğul olmağa başlayır... == Rollarda == == Maraqlı faktlar == Filmin Kanton, Mandarin və İngilis versiyalarında sonluğu fərqlənir. Kanton versiyasının sonluğunda Hsia ölür. İngilis versiyasında Hsia sağ qalır və 8 il iş verilir.
Dublet
Dublet — hər hansı bir şeyin ikinci nüsxəsi, iki eyni şeydən biri. == Dubletlər == Dildəki dubletləri sinonimlərlə və antonimlərlə eyniləşdirmək olmaz. Onlar daha çox sinonimlərə oxşayır, amma onların eyni deyildir. Məlumdur ki, bəzi terminlər bir neçə elmə aid olur. Dublet termini də bir neçə elmə aiddir. Dublet sözü fransız sözü olub, "cüt,qoşa" deməkdir. Bu anlayış isə müxtəlif sahələrə aiddir: 1)Hərbdə qoşalüləli silahdan eyni vaxtda atılan güllə; 2)Muzeylərdə saxlanılan eksponatların düzəldilmiş oxşarı(rəsm əsərlərinin surəti); 3)Zərgərlikdə bahalı bəzək əşyalarının saxtası; 4)Fizikada atomların spektr xətlərinin ikiyə bölünməsi; 5)Musiqidə eyni kökdə qoşa registr. Bizi maraqlandıran dilçilikdəki dublet terminidir. Bu termin dilçilikdə də eyni anlayış ifadə edir. Məna və səs təşkili etibarilə eyni olan sözlərdən biri digərinin dubleti adlanır.
Kubələk (Şaran)
Kubələk (başq. Kubələk), rus. Кубаляк) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 9 km, kənd sovetliyindən (Miçurinsk): 9 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 51 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə marilər (86%) üstünlük təşkil edir.
Homo duplex
Homo duplex — XIX əsrin makro-sosioloqu Emil Dürkheym tərəfindən insanın bir tərəfdən instinktlər, istək və iştahla idarə olunan, digər tərəfdən isə əxlaq və cəmiyyətin yaratdığı digər elementlərlə idarə olunan bioloji orqanizm olduğu haqqında irəli sürülmüş fikir. İnsana "heyvan" təbiətindən kənara çıxmağa imkan verən, xüsusi normativ sistem tətbiq edən və davranışı tənzimləyən bir yol olan ən ümumi dindir. Dürkheymə görə, nəzarətsiz qalan fərdiyyətçilik bədbəxtliyə və ümidsizliyə səbəb olan eqoist istəkləri boğmaq üçün bir ömür boyu axtarışa aparır. Digər tərəfdən, kollektiv şüur iradə üzərində bir yoxlama rolunu oynayır. Bu, sosiallaşma nəticəsində yaranır. Yüksək anomik cəmiyyətlər ailə, kilsə, icma və digər bu kimi zəif ilkin qrup münasibətləri ilə xarakterizə olunur. Ziqmund Freyd bu fikirlərdən "Sivilizasiya və onun narazılıqları" adlı essesində istifadə etmişdir. O, yazmışdır ki, sivilizasiya təmkinlə yaradılır və "instinktdən imtina üzərində qurulur". == Həmçinin bax == Homo economicus İntihar (Dürkheymin kitabı) == İstinadlar == == Əlavə ədəbiyyat == Jerzy Szacki, Durkheim, Common Knowledge, Warsaw 1964, p. 251.