Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Düzbucaqlı üçbucaq
Düzbucaqlı üçbucaq—bucaqlarından biri düz bucaq (90⁰) olan üçbucağa deyilir. Düzbucaqlı üçbucaqda düz bucaq qarşısındakı tərəf hipotenuz, ona bitişik tərəflər, yəni iti bucaqlar qarşısında duran tərəflər isə katetlər adlanır. Pifaqor teoreminə görə düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. a²+b²=c² Katetləri bərabər olan düzbucaqlı üçbucaq bərabəryanlı düzbucaqlı üçbucaq adlanır. == Xüsusiyyətləri == Düzbucaqlı üçbucağın iti bucaqlarının cəmi 90°-yə bərabərdir. Düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin mərkəzi hipotenuzun orta nöqtəsidir. Bərabəryanlı düzbucaqlı üçbucağın iti bucaqlarının hər biri 45°-yə bərabərdir. Bərabəryanlı düzbucaqlı üçbucaqda hipotenuz katetin kök altında iki mislinə bərabərdir. Düzbucaqlı üçbucaqda 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabərdir. Düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu hipotenuzun yarısına bərabərdir.
Düzbucaqlı
Düzbucaqlı — bütün bucaqları düz bucaq (90°) olan paraleloqrama deyilir. Tərəfləri a və b olan düzbucaqlının perimetri 2(a+b)-yə, sahəsi isə ab-yə bərabərdir.Məsələn: "'Düzbucaqlının"' eni "2" uzunluğu isə "4" olarsa bu düzbucaqlının perimetri 2•("2"+"4")=2•6=12 olar.Bu düzbucaqlının sahəsi isə "2"•"4"=8 olar. Düzbucaqlı paralelpipedin12 tili var. Düzbucaqlının 2 simmetriya oxu var. == Diaqonalları == •Diaqonallarının uzunluqları eynidir və kəsişmə nöqtəsində yarıya bölünür; •Diaqonallar tənbölən deyil; •Düzbucaqlının diaqonalının kvadratı onun iki bitişik tərəfinin kvadratları cəminə bərabərdir (Pifaqor teoreminə görə). == Xassələri == Düzbucaqlınin qarşı tərəfləri bərabərdir. Daxili bucaqlarının cəmi 360°-dır (4•90°=360°). İxtiyari düzbucaqlının xaricinə çevrə çəkmək olar və bu çevrənin diametri düzbucaqlının diaqonalına bərabərdir. Düzbucaqlının daxilinə çevrə çəkmək mümkün deyil.
Düzbucaqlı paralelepiped
Düzbucaqlı paralelepiped – Oturacağı düzbucaqlı olan düz paralelepipede düzbucaqlı paralelepiped deyilir.12 tili vardır və bir təpədən çıxan tillərinə onun ölçüləri deyilir. Bu ölçülər eni uzunluğu və hündürlüyüdür. Teorem: düzbucaqlı paralelepipedin dioqanılının kvadratı onun bir təpədən çıxan tillərinin(üç ölçüsünün) kvadratları cəminə bərabərdir. Düzbucaqlı paralelepiped ilə bağlı aşağıdakı düsturlar vardır. Düzbucaqlı paralelepipedin həcmi: V = a ⋅ b ⋅ c {\displaystyle V=a\cdot b\cdot c} Düzbucaqlı paralelepipedin tam səthinin sahəsi: S t a m = 2 ⋅ ( a ⋅ b + a ⋅ c + b ⋅ c ) {\displaystyle S_{tam}=2\cdot (a\cdot b+a\cdot c+b\cdot c)} Düzbucaqlı paralelepipedin yan səthinin sahəsi: S y a n = 2 ⋅ ( a ⋅ c + b ⋅ c ) {\displaystyle S_{yan}=2\cdot (a\cdot c+b\cdot c)} Düzbucaqlı paralelepipedin diaqonalları: d 2 = a 2 + b 2 + c 2 {\displaystyle d^{2}=a^{2}+b^{2}+c^{2}} a {\displaystyle a} və b {\displaystyle b} -oturacağın tərəfləri, c {\displaystyle c} — paralelepipedin tili, d {\displaystyle d} isə diaqonalıdır.
Düzbucaqlı trapesiya
Düzbucaqlı trapesiya - iki bucağı düz bucaq olan trapesiyaya deyilir. Düzbucaqlı trapesiyanın iki bucağı həmişə 90 dərəcə olur.
Qızıl düzbucaqlı
Qızıl bölgü (və ya qızıl nisbət) — riyaziyyat və incəsənətdə tətbiq olunur. İki ədəd o vaxt qızıl nisbətdə olur ki, ( φ {\displaystyle \varphi } ), onların cəminin daha böyüyünə nisbəti onlardan böyüyünün kiçiyinə nisbətinə bərabər olsun. Cəbri dildə aşağıdakı kimi yazılır: a + b a = a b ≡ φ , {\displaystyle {\frac {a+b}{a}}={\frac {a}{b}}\equiv \varphi ,} burada Yunan hərfi fi ( φ {\displaystyle \varphi } ) qızıl bölgünü bildirir və onun dəyəri: φ = 1 + 5 2 = 1.61803 39887 … . {\displaystyle \varphi ={\frac {1+{\sqrt {5}}}{2}}=1.61803\,39887\ldots .} XX əsrdən başlayaraq xeyli sənətkarlar, memarlar öz işlərini qızıl bölgüyə əsasən qurmağa çalışıblar. Xüsusən də, onlar qızıl düzbucaqlı formasında tikintilərə xüsusi yer ayırıblar. Qızıl düzbucaqlıda uzun tərəfin qısa tərəfə nisbəti qızıl bölgü əsasında qurulur. == Qızıl bölgünün tarixcəsi == Qızıl bölgü tarixən insanlar tərəfindən istifadə edilməsinə baxmayaraq, ilk dəfə kim tərəfindən kəşf edildiyi haqqında dəqiq bir məlumat yoxdur. Euclid (e.ə. 365 – e.ə. 300), "Elementlər" adlı nəzəriyyəsində bir xətti 1.6180339… nöqtəsindən bölmək haqqında yazmış və bu xətti ekstrem və əhəmiyyətli nisbətdə bölmək deyə adlandırmışdı.
Yüzbulaq
Yüzbulaq — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Ermənistanla sərhəddə zirvədir. Hündürlüyü 3320 m. dağ ərazisində çoxlu bulaqlar olduğu üçün belə adlanmışdır.
Üçbucaq
Üçbucaq — Müstəvinin bir düz xətt üzərində olmayan 3 nöqtəsini cüt-cüt və ardıcıl şəkildə birləşdirən 3 düz xətt parçasından ibarət fiqur. Nöqtələr onun təpələri, parçalar onun tərəfləridir. Üçbucağın təpələri adətən böyük latın hərfləri ilə (A, B, C), uyğun təpədəki bucaqların dərəcə ölçüsü yunan hərfləri (α,β,γ) ilə, uyğun təpənin qarşısındakı tərəfin uzunluğu isə əlyazma latın hərfləri ilə (a, b, c) işarə olunur. == Üçbucağın növləri == Bütün bucaqları iti bucaq (90-dərəcədən kiçik) olan üçbucağa itibucaqlı üçbucaq deyilir. Bir bucağı düz bucaq (90°-yə bərabər) olan üçbucağa düzbucaqlı üçbucaq deyilir. Üçbucağın yalnız bir bucağı düz bucaq ola bilər. Düzbucaqlı üçbucağın qalan iki bucağı iti (90°-dən az) bucaqdır. Bir bucağı kor bucaq (90°-dən böyük) olan üçbucağa korbucaqlı üçbucaq deyilir. Üçbucağın yalnız bir bucağı kor bucaq ola bilər. Korbucaqlı üçbucağın qalan iki bucağı iti bucaqdır.
Bərabərtərəfli üçbucaq
Düzgün üçbucaq, yaxud bərabərtərəfli üçbucaq - bütün tərəfləri bərabər olan üçbucağa deyilir. Tərifdən aydın olur ki, düzgün üçbucaq həm də bərabəryanlı üçbucaqdır. == Xassələri == İstənilən bucaqdan qarşı tərəfə endirilmiş hündürlük, həm median, həm də həmin bucağın tənbölənidir (düstur aşağıda verilmişdir).; Düzgün üçbucağın bucaqlarının hər biri 60°-dir.(Teorem: Üçbucaqda istənilən iki tərəfin qiyməti eyni və onlar arasındakı bucaq 60°-dirsə, deməli, bu üçbucaq bərabərtərəflidir/düzgündür) Tutaq ki, n {\displaystyle n} düzgün üçbucağın tərəfi, R {\displaystyle R} — xaricə çəkilmiş çevrənin radiusu, r {\displaystyle r} isə daxilə çəkilmiş çevrənin radiusudur.
Bərabəryanlı üçbucaq
Bərabəryanlı üçbucaq — iki tərəfi bərabər olan üçbucağa deyilir. Bərabəryanlı üçbucaqda bərabər tərəflər yan tərəflər, üçüncü tərəf isə oturacaq adlanır. == Xassələri == Bərabəryanlı üçbucaqda oturacağa bitişik bucaqlar bərabərdir. Bərabəryanlı üçbucaqda oturacağa çəkilmiş hündürlük, həm median, həm də təpədəki bucağın tənbölənidir. Bir üçbucağın üç tərəfi, uyğun olaraq, o biri üçbucağın üç tərəfinə bərabərdirsə, bu üçbucaqlar bərabərdir. Bu teoremi TTT (tərəf, tərəf, tərəf) adlandıracağıq.
Düzgün üçbucaq
Düzgün üçbucaq, yaxud bərabərtərəfli üçbucaq - bütün tərəfləri bərabər olan üçbucağa deyilir. Tərifdən aydın olur ki, düzgün üçbucaq həm də bərabəryanlı üçbucaqdır. == Xassələri == İstənilən bucaqdan qarşı tərəfə endirilmiş hündürlük, həm median, həm də həmin bucağın tənbölənidir (düstur aşağıda verilmişdir).; Düzgün üçbucağın bucaqlarının hər biri 60°-dir.(Teorem: Üçbucaqda istənilən iki tərəfin qiyməti eyni və onlar arasındakı bucaq 60°-dirsə, deməli, bu üçbucaq bərabərtərəflidir/düzgündür) Tutaq ki, n {\displaystyle n} düzgün üçbucağın tərəfi, R {\displaystyle R} — xaricə çəkilmiş çevrənin radiusu, r {\displaystyle r} isə daxilə çəkilmiş çevrənin radiusudur.
Sferik üçbucaq
Sferik üçbucaq — üç böyük çevrənin kəsişməsiylə sferanın səthində yaranmış həndəsi fiqur. Sfrenanın səthində bir nöqtədə kəsişməyən üç böyük çevrə səkkiz sferik üçbucaq yaradır. Sferik üçbucağın tərəfi ona söykənən mərkəzi bucağın qiyməti ilə hesablanır. Sferik üçbucağın bucağı səthlərin arasında qalan bucağın qiymətinin ikimislinə bərabərdir. Sferik üçbucaqların elementləri arasında münasibətləri riyaziyyatın sferik triqonometriya bölməsi öyrənir. == Xüsusiyyətlər == Üçbucaq bərabərliyinin üç əlamətindən başqa, sferik üçbucaqlar üçün daha bir əlamət doğrudur: iki sferik üçbucaq bərabərdirsə, onların uyğun bucaqları da bərabərdir. Sferik üçbucağın tərəflərini tapmaq üçün üçbucağın bərabərsizliyinin 3 əlamətindən istifadə edilir:hər bir tərəf qalan tərəflərin cəmindən böyük, fərqindən kiçik qiymət almalıdır. a < b + c {\displaystyle a<b+c} a > b − c {\displaystyle a>b-c} Bütün tərəflərin cəmi a + b + c < 2 π {\displaystyle a+b+c<2\pi } olmalıdır. 2 π − ( a + b + c ) {\displaystyle 2\pi -(a+b+c)} hesablanma düsturu sferik defekt adlanır.. Sferik üçbucağın bucaqlarının cəmi π > α + β + γ < 3 π {\displaystyle \pi >\alpha +\beta +\gamma <3\pi } olmalıdır..
Üçbucaq (bürc)
Üçbucaq (lat. Triangulum) — göyün şimal yarımkürəsində yerləşən bürc.
Üçbucaq ədədləri
Üçbucaq ədədləri — 1-dən n,ə qədər olan n həqiqi ədədin cəmidir. Bu ədədlərə üçbucaq ədədləri deyilməyinin səbəbi, bir üçbucaq şəklində düzülə bilən bərabər ölçülü topların saylarına qarşılıq olmalarıdır. n,inci üçbucaq ədədin formulu belədir: T n = ∑ k = 1 n k = 1 + 2 + 3 + ⋯ + ( n − 2 ) + ( n − 1 ) + n = n ( n + 1 ) 2 = n 2 + n 2 = ( n + 1 2 ) . {\displaystyle T_{n}=\sum _{k=1}^{n}k=1+2+3+\dotsb +(n-2)+(n-1)+n={\frac {n(n+1)}{2}}={\frac {n^{2}+n}{2}}={n+1 \choose 2}.} Bu düsturdan da göründüyü kimi, n,inci üçbucaq ədədi eyni zamanda, n + 1 elementli bir çoxluqdan seçilə biləcək bir-birindən fərqli bütün element cütlərinin də qiymətini verir. İlk on üçbucaq ədədləri bunlardır: 1, 3, 6, 10, 15, 21, 28, 36, 45, 55.
Duzluçay
Duzluçay — Babək rayonu ərazisində çay. Arazın sol qolu. == Haqqında == 1000 m. hündürlükdən başlanır. Uzunluğu 21 km-dir. Əsasən yağış suları ilə qidalanır.
Quzucaq
Quzucaq-i Ülya (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. Quzucaq-i Süfla (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Dəmir üçbucaq (Vyetnam)
"Dəmir üçbucaq" (ing. Iron Triangle, vyet. Tam Giác Sắt) — Vyetnam müharibəsi zamanı təyin edilən Cənubi Vyetnamda şərti ərazi. == Məkan == Vyetnam partizanlarının fəaliyyət sahəsi olan "Dəmir üçbucaq" Sayqondan təxminən 40 km şimal-qərbdə yerləşirdi. Üçbucağın şərti təpələri Bensuk, Benko və Benkat kəndləri idi. Bu kəndlər demək olar ki, düzbucaqlı üçbucaq forması əmələ gətirirdilər, onun hipotenuzası təxminən Sayqon çayı boyunca uzanırdı. Bu partizan ərazisinin əsas elementi Vyetnam partizanları tərəfindən yaradılmış yeraltı tikililər kompleksi idi. O, Amerikanın Kuti bazasının yanında, ondan bir kilometr aralıda, rezin plantasiyası və Sayqon çayı boyunca yerləşirdi. == Struktur == Tunel sistemi fransızlarla müharibə zamanı başlamış və 1960-cı illərdə xeyli genişlənmişdir. Əsasnaməyə görə, tikintidə iştirak edən hər bir kəndli gündə ən azı 3 fut gəzməli, sadə kürəklərlə qazmalı və adətən yağışlı mövsümdə qazılan zənbillərdə aparılmalı idi.
Qızıl Aypara,Qızıl üçbucaq
Qızıl Aypara (fars. هلال طلایی‎) — Qızıl Aypara Mərkəzi, Cənubi və Qərbi Asiyanın kəsişməsində yerləşən Asiyanın qeyri-qanuni tiryək istehsalının (digəri ilə Qızıl Üçbucaq) birinə verilən addır. Bu məkan üç xalqı, Əfqanıstanı, İranı və Pakistanı, dağlıq ətrafları ayparanı təyin edən ölkələri üstələyir. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsi (BMTNC), son 10 ildə heroin istehsalının qiymətləndirmələri, əsas qaynaq sahələrində əhəmiyyətli dəyişikliklər göstərir. 1991-ci ildə Əfqanıstan, dünyada tiryək istehsalında lider olan Myanmarı üstələyərək 1.782 metrik ton (ABŞ Dövlət Departamentinin hesablamalarına görə) gəlir gətirən əsas tiryək istehsalçısıdır. Myanmadan heroin istehsalının azalması bir neçə ildir əlverişsiz böyüməkdə olan şəraitin və yeni hökumətin zorla aradan qaldırılması siyasətinin nəticəsidir. Eyni vaxt çərçivəsində Əfqanıstanda eroin istehsalı artdı və 2001-ci ildə iddia edilən Talibanın heroin istehsalına qarşı fətvası nəticəsində nəzərəçarpacaq dərəcədə azaldı. İndi Əfqanıstan dünyada qeyri-dərman tərkibli tiryəkin 90% -dən çoxunu istehsal edir. Narkotiklərlə yanaşı, Əfqanıstan həmçinin dünyanın ən böyük həşiş istehsalçısıdır. == Haqqında == Cənubi Asiyanın Qızıl Aypara qrupuna Əfqanıstan, İran və Pakistan daxildir.
Ulduz və üçbucaq birləşmə
== Üçbucaq birləşmə == Generator(və ya hər hansısa bir işlədici) dolaqlarından birincinin sonu ikincinin başlanğıcına, ikincinin sonu üçüncünün başlanğıcına, üçüncünün sonu birincinin başlanğıcına birləşdirildikdə alınan üçfazalı sistemə deyilir. Üçbucaq birləşmədə Xətt gərginliyi ilə faz gərginliyi bir birinə bərabər olur. Üçbucaq birləşmədə yalnız bir gərginlik U12=U1U21=U2U31=U3Ux=Ufİx=√3İf == Ulduz birləşmə == Dolaqların ulduz birləşdirilməsində dolaqların X,Y,Z ucları sıfır nöqtəsi, yaxud generatorun neytralı adlanan bir nöqtəyə birləşdirilir Dördməftilli sistemdə neytrala neytral yaxud sıfır məftil qoşulur. Generator dolaqlarının başlanğıc uclarına üç xətti məftil birləşdirilir. Faza dolağının başlanğıc və son ucları arasındakı gərginlik yaxud hər bir xətt məftili ilə sıfır məftili arasındakı gərginliyə faza gərginliyi deyilir və UA, UB, UC yaxud ümumi şəkildə Uf kimi işarə olunur. Dolaqların başlanğıc ucları arasındakı yaxud xətt məftilləri arasındakı gərginliyə xətt gərginliyi deyilir və UAB, UBC, UAC yaxud ümumi şəkildə Ux kimi işarə edilir.[1] 𝑈𝑥 = √3 ∙ 𝑈f İx=İf == Üçbucaqdan ulduza keçid. == R 1 = R 12 R 31 R 12 + R 23 + R 31 {\displaystyle R1={R12R31 \over R12+R23+R31}} R 2 = R 12 R 23 R 12 + R 23 + R 31 {\displaystyle R2={R12R23 \over R12+R23+R31}} R 3 = R 31 R 23 R 12 + R 23 + R 31 {\displaystyle R3={R31R23 \over R12+R23+R31}} == Ulduzdan üçbucağa keçid. ==
Duzluca (İğdır)
Duzluca (türk. Duzluca) — İğdır ilinin ilçəsi. 1992-ci ildə İğdırın Qars ilindən ayrılaraq müstəqil il olmasından əvvəl bu ilçə Qarsa bağlı idi. == Ümumi məlumat == Keçmiş adı "Kulp"dur. Duzluca ilin qərbində yer almaqdadır. Dağlıq ərazilər üstünlük təşkil edir. Suyunun bol və ləzzətli olması, hər türlü tərəvəz və meyvənin yetişə bilməsi bölgəyə ayrı bir önəm qatmaqdadır. Türkiyəyənin İran, Azərbaycan və Ermənistana bağlanan quruyolu Duzlucadan keçir. 1253.5 km²-lik bir sahəyə sahib ilçə, İğdır ili torpaqlarının (3587.81 km²) təxminən % 35,4'ini təşkil edir. Duz mədənləri burada yerləşir.
Duzluca elçəsi
Duzluca (türk. Duzluca) — İğdır ilinin ilçəsi. 1992-ci ildə İğdırın Qars ilindən ayrılaraq müstəqil il olmasından əvvəl bu ilçə Qarsa bağlı idi. == Ümumi məlumat == Keçmiş adı "Kulp"dur. Duzluca ilin qərbində yer almaqdadır. Dağlıq ərazilər üstünlük təşkil edir. Suyunun bol və ləzzətli olması, hər türlü tərəvəz və meyvənin yetişə bilməsi bölgəyə ayrı bir önəm qatmaqdadır. Türkiyəyənin İran, Azərbaycan və Ermənistana bağlanan quruyolu Duzlucadan keçir. 1253.5 km²-lik bir sahəyə sahib ilçə, İğdır ili torpaqlarının (3587.81 km²) təxminən % 35,4'ini təşkil edir. Duz mədənləri burada yerləşir.
Abbasgöl (Duzluca)
Abbasgöl — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1854-cü ildən eyni addadır. == Coğrafiya == Kənd İğdır şəhər mərkəzindən 67 km, Duzluca ilçə merkezinden 31 km məsafədədir.
Alxanlı (Duzluca)
Alxanlı — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Alxanlu kimi qeyd olunur. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 51 km,Duzluca şəhər mərkəzindən 15 km məsafədədir.
Ağabəy (Duzluca)
Ağabəy — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Ağabəq kimi qeyd olunur. == Coğrafiya == Kənd İğdır şəhər mərkəzindən 55 km, Duzluca şəhər mərkəzinə 19 km məsafədədir.
Ağdız (Duzluca)
Ağdız — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci ilə aid qeydlərdə Ağdis kimi qeyd olunur. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 60 km, Duzluca ilçe mərkəzindən 24 km məsafədədir.
Ağdəyirman (Duzluca)
Ağdəyirman — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1928-ci il qeydlərində Xarabə Kirəmbə kimi qeyd olunur. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 57 km, Duzluca ilçe merkezinden 21 km məsafədədir.
Ağoluq (Duzluca)
Ağoluq — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Taxtıyalı, 1928-ci il qeydlərində Təgəlti kimi qeyd olunur. 1960-cı ilə qədər Təkaltı kimi tanınırdı. Kənd sonralar "Ağoluq" adlandırılmışdır. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 47 km, Duzluca ilçe merkezinden 11 km məsafədədir.
Aşağıağdaş (Duzluca)
Aşağıağdaş — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1901-ci ildən eyni addadır.
Aşağıcıvanlı (Duzluca)
Aşağıcıvanlı — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.