BUCAQ

is.
1. Bir şeyin iki daxili tərəfinin birləşdiyi yer; künc, guşə.
Dilşad ceyran kimi ürkərək otağın bucağına qısıldı. M.S.Ordubadi.
Bizdən əvvəl böyük qardaşım yük altında bir bucağa sığınmış quşu qaldırıb: – Tutdum, kəklikdir, – dedi. A.Şaiq.

// məc. Ümumiyyətlə, bir yer, sığınacaq, daldalanacaq; guşə, bucaq.
İstərdi fərağətilə bir dəm; Tənha tuta bir bucaqda matəm. Füzuli.
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud; İnsanlar daha məsud. M.Müşfiq.
[Ana] daldalanmaq üçün bir bucaq axtarır. Ə.Məmmədxanlı.

// məc. Uzaq bir yer.
16-cı ilin axırlarında bütün ölkə əhalisindəki təlatüm bu uzaq bucaqlara … da təsirsiz qalmadı. H.Nəzərli.
Köhnə Azərbaycanın uzaq bir bucağında … qoca Həsən dayının alçaq koması vardı. R.Rza.

2. Riyaziyyatda: bir nöqtədən çıxan iki xəttin əmələ gətirdiyi həndəsi fiqur. Kütbucaq (90°-dən çox). Düzbucaq (90°). İtibucaq (90°-dən az).
◊ Bucaq-bucaq gəzmək – hər yeri axtarmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BUCAQ bucaq bax künc
  • BUCAQ künc — guşə

Omonimlər

  • BUCAQ BUCAQ I is. Künc, guşə. Qorxusundan bir bucağa qısılar; Dinə bilməz, mat-mat baxar, ağlarsan (M.P.Vaqif)

Etimologiya

  • BUCAQ Sözün kökü biçmək (kəsişmək) feili ilə bağlıdır. Xətlərin kəsişməsi bucaq əmələ gətirir. Bulunmaq feili ilə də əlaqələndirmək olar, mənbələrdə buluncu
BÚBLİK
BUCAQLI

Digər lüğətlərdə