ORTODOKSALLIQ
ORTÓPED
OBASTAN VİKİ
Ortoqonal
'ortoqonal, düzbucaqlı - orthogonal Düz bucaq altında görüşmə. Məsələn, üçölçülü fəzada x oxu (X-AXIS), y oxu (Y-AXIS) və z oxu (Z-AXIS) ortoqonaldır. Düzbucaqlı qutunun tilləri ortoqonaldır. Bütün kombinasiyalarda istifadə olunabilən. Məsələn, əgər ölçü və rəng obyektin ortoqonal atributlarıdırsa, istənilən rəng ilə istənilən ölçü birləşdirilə (əlaqələndirilə) bilər. Ortoqonallıq ALGOL və bir sıra proqramlaşdırma dillərinin layihələndirilməsində mühüm məqsədlərdən biri olub. Məsələn, əgər dildə həm massivlər, həm də göstəricilər varsa, ortoqonallıq naminə massivlər massivinin (ARRAYS OF ARRAYS), göstəricilər massivinin (ARRAYS OF POINTERS), massivlərə göstəricilərin (POINTERS TO ARRAYS) və göstəricilərə göstəricilərin (POINTERS TO POINTERS) olması da vacibdir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ortoqonal çoxhədlilər
Riyaziyyatda, həqiqi çoxhədlilərin sonsuz ardıcıllığına daxil olan iki müxtəlif çoxhədlinin L 2 {\displaystyle L^{2}} fəzasında verilmiş müəyyən skalyar hasilə görə bir-birinə ortoqonal olmasına ortoqonal çoxhədlilərin ardıcıllığı deyilir. Geniş istifadə olunan ortoqonal çoxhədlilərə misal olaraq, Ermit, Lagerr, Yakobi və onların xüsusi halı olan Gegenbauer, Çebışev və Lejandr çoxhədliləri kimi klassik ortoqonal çoxhədliləri göstərmək olar. Ortoqonal çoxhədlilər anlayışı, XIX əsrdə P.L. Çebışev tərəfindən kəsilməz kəsrlərin öyrənilməsi nəticəsində elmə daxil edilmiş və daha sonra isə A.A. Markov və T.İ. Stiltyes tərəfindən inkişaf etdirilmişdir.

Digər lüğətlərdə