Qızıl düzbucaqlı
Qızıl bölgü (və ya qızıl nisbət) — riyaziyyat və incəsənətdə tətbiq olunur. İki ədəd o vaxt qızıl nisbətdə olur ki, (
φ
{\displaystyle \varphi }
), onların cəminin daha böyüyünə nisbəti onlardan böyüyünün kiçiyinə nisbətinə bərabər olsun. Cəbri dildə aşağıdakı kimi yazılır:
a
+
b
a
=
a
b
≡
φ
,
{\displaystyle {\frac {a+b}{a}}={\frac {a}{b}}\equiv \varphi ,}
burada Yunan hərfi fi (
φ
{\displaystyle \varphi }
) qızıl bölgünü bildirir və onun dəyəri:
φ
=
1
+
5
2
=
1.61803
39887
…
.
{\displaystyle \varphi ={\frac {1+{\sqrt {5}}}{2}}=1.61803\,39887\ldots .}
XX əsrdən başlayaraq xeyli sənətkarlar, memarlar öz işlərini qızıl bölgüyə əsasən qurmağa çalışıblar. Xüsusən də, onlar qızıl düzbucaqlı formasında tikintilərə xüsusi yer ayırıblar. Qızıl düzbucaqlıda uzun tərəfin qısa tərəfə nisbəti qızıl bölgü əsasında qurulur.
== Qızıl bölgünün tarixcəsi ==
Qızıl bölgü tarixən insanlar tərəfindən istifadə
edilməsinə baxmayaraq, ilk dəfə kim tərəfindən
kəşf edildiyi haqqında dəqiq bir məlumat yoxdur.
Euclid (e.ə. 365 – e.ə. 300), "Elementlər" adlı
nəzəriyyəsində bir xətti 1.6180339… nöqtəsindən
bölmək haqqında yazmış və bu xətti ekstrem və əhəmiyyətli nisbətdə bölmək deyə adlandırmışdı.