Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ayı fındığı
Gürcü fındığı
Kolxida fındığı (lat. Corylus colchica) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m-dən çox olmayan çoxillik koldur. Cavan zoğları boz, sıx, ipəkvari tükcüklərlə örtülmüşdür, ancaq axırıncı ilin zoğları çılpaqdır. Yarpaq tumurcuqları uzunsov-yumurtavari formalı, iri, qırmızı-qonur, tükcüklüdür. Yaraqları təxminən 1 sm uzunluğunda olub, sıx tükcüklü saplaqlarda yerləşir, oval, bünövrəsində yumru, bəzən ürəkşəkilli, ucu qısa, biz, kənarları ikili dişli, 11-12 damarcıqlı, üstü batıqdır. Yarpaq ayasının uzunluğu 5-7 sm, eni 3,5-4,5 sm, üstü yayılmış tükcüklərlə örtülmüşdür, alt tərəfi damarcıqlardan ibarətdir. Yalançı zoğları lansetvari formalı, ucu bizdir.Tozluq sırğaları qırmızı-qonur, yarpaqların qoltuqlarında yumurtavari, ucu biz xırda yarpaqlıdır. Meyvənin qını biryarpaqlı, fındığa yapışıq, tükcüklü, qısa yumurtavari formalı, diametri 11 mm-dir.
Kolxida fındığı

Maral fındığı
Ağacvari fındıq (lat. Corylus colurna) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. == Təbii yayılması == Rusiya, Gürcüstan, İran, Kiçik Asiya və Balkan ölkələrində təbii arealı vardır. Azərbaycanda Lənkəran (İşхan çayı hövzəsində), Zaqatala rayonlarında və Qarabağda (Xoros çayı hövzəsi) dəniz səviyyəsindən 1200–1400 m yüksəkliklərdə yayılmışdır. Qarışıq meşələrdə karbonatlı torpaqlarda rast gəlinir. == Botaniki təsviri == Təbiətdə 15–25 m hündürlüyə çatan düz gövdəli bitki növüdür. Gövdəsinin qabığı açıq-boz, cavan zoğları açıq-qəhvəyi rəngdədir. Birillik zoğları seyrək tükcüklüdür. Şaxələrində altyarpaqlar qısa, ellipsvarı, iki cür mişardişlidir.
Meşə fındığı
Adi fındıq (lat. Corylus avellana) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. Amerikada, Kanadada, Kiçik Asiyada, Avropada təbii halda yayılmışdır. Hündürlüyü 3-9 m-ə çatan, sıx çətirli, çox gövdəli ağac və ya koldur, çətiri yumurtavari, sıxbudaqlıdır. Gövdəsinin qabığı açıq-boz, cavan zoğları açıq-qəhvəyi rəngdədir. Tumurcuqları yumurtavari, qırmızımtıl-qonur rənglidir, kənarlarında dəyirmi pulcuqları vardır. Yarpaqları 6-12 sm uzunluqda, 5-9 sm enində, dəyirmi, yumurtavari-dəyirmi və ya oval formadadır, dib hissəsi bir qədər qeyri-bərabər ürəkvaridir, təpə hissəsi kəskin surətdə mişardişlidir, yuxarı hissəsində 5-6 iri dilimvari diş vardır, üst tərəfi tünd-yaşıl, bulanıq, alt tərəfi açıqdır; cavan yarpaqlarının üzəri seyrək tüklüdür, sonralar üst tərəfi çılpaqlaşır, alt yan damarları 8-10 cütdür. Yarpaq saplaqlarının uzunluğu 10-20 mm-dir. Çiçəkləri müxtəlifcinslidir. Erkəkcik sırğaları 2-5 sm uzunluqdadır, 3-5-i bir yerə toplanmışdır.
Qasıq dağcığı
Qasıq dağcığı (lat. mons pubis, Veneris — BNA) — qasıq bitişməsi nahiyəsində olan hündürlüyə deyilir. Qadınlarda bu hündürlük üçbucaq şəklindədir. Bu üçbucağın əsası yuxarı, zirvəsi isə aşağı baxır. Yuxarıdan qasıq şırımı (lat. sulcus pubis) yantərəflərdən isə çanaq-bud şırımı (lat. sulcus pelvicofemoralis) vasitəsilə əhatə olunmuşdur. Qasıq dağcığında dərialtı piy təbəqə yaxşı inkişaf etmiş, qalınlığı 2-3 sm-ə çatır. Kök qadınlarda isə 5-8 sm-ə çata bilir. Buradakı piy təbəqəsi birləşdirici toxuma arakəsmələri ilə paycıqlara bölünmüşdür.
Yer fındığı yağı şahin
Yer fındığı yağı şahin (ing. The Peanut Butter Falcon) — 2019-cu il istehsalı komediya-dram janrındakı ABŞ filmi. Amerikan güləşçisi olmaq arzusu ilə saxlanıldığı qocalar evindən qaçan daun sindromlu gənc oğlandan bəhs edir. Yolda o, evindən uzaqda olan balıqçı bir adamla dostlaşır. Filmdə rol alıblar: Zack Gottsagen, Şaya LaBaf, Dakota Conson və Con Houks Şaya LaBaf — Tyler Dakota Johnson — Eleanor John Hawkes — Duncan Bruce Dern — Carl Zack Gottsagen — Zak Jon Bernthal — Mark Thomas Haden Church — Clint / The Salt Water Redneck Yelawolf — Ratboy Jake Roberts — Sam Mick Foley — Jacob Wayne Dehart — Jasper John Dylan Odom — Wrestler (uncredited) thepeanutbutterfalconmovie.com — Yer fındığı yağı şahin rəsmi saytı Yer fındığı yağı şahin — Internet Movie Database saytında.
Ağacvari fındıq və ya ayı fındığı
Ağacvari fındıq (lat. Corylus colurna) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. == Təbii yayılması == Rusiya, Gürcüstan, İran, Kiçik Asiya və Balkan ölkələrində təbii arealı vardır. Azərbaycanda Lənkəran (İşхan çayı hövzəsində), Zaqatala rayonlarında və Qarabağda (Xoros çayı hövzəsi) dəniz səviyyəsindən 1200–1400 m yüksəkliklərdə yayılmışdır. Qarışıq meşələrdə karbonatlı torpaqlarda rast gəlinir. == Botaniki təsviri == Təbiətdə 15–25 m hündürlüyə çatan düz gövdəli bitki növüdür. Gövdəsinin qabığı açıq-boz, cavan zoğları açıq-qəhvəyi rəngdədir. Birillik zoğları seyrək tükcüklüdür. Şaxələrində altyarpaqlar qısa, ellipsvarı, iki cür mişardişlidir.
Divriği
Divriği (türk. Divriği) — Sivas ilinin ilçəsi.
Dəqiqi
Dəqiqi, tam adı Əbu Mənsur Məhəmməd bin Əhməd (fars. ابو منصور محمد بن احمد دقیقی‎, d. 935/942-ö. 976/980, Tus) — İran şairi. == Həyatı == Samanilər dönəminin ən tanınmış şairlərindəndir. İslam öncəsi İran dönəminin tarixini şeirə döndərən ilk şairdir. Nisbəsinə baxılaraq onun ya da atasının dəyirmançı olduğu sanılmaqdadır. Öncələri Mavəraünnəhrdə hökm sürən Çağaniyan ya da Al-i Muhtac əmirlərindən Fəxrüddövlə Əbu Səid Mənsura mədhiyələr yazdı. Samani hökmdarları Mənsur bin Nuh (hökmdarlığı 961-976) və II Nuh bin Mənsur (hökmdarlığı 976-997) dönəmində məşhur oldu. Gənc yaşda köləsi tərəfindən öldürüldü.
Dağdibi (Uludərə)
Dağdibi — Türkiyənin Şırnak vilayətinin Uludurə rayonunda kənd. == Tarix == Kəndin köhnə adı 1928-ci il qeydlərində kürdmənşəli Hedrin kimi istinad edilir. Əvvəllər Hakkari vilayətinin Uludere rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni yaradılmış Uludere rayonuna birləşdirilib.
Divriği Ulu məscidi
Divriği böyük məscidi və darüşşəfası — Məngüçlü bəyi Əhməd şah və Məleykə Turan tərəfindən, bəyliyin mərkəzi Sivas, Divriğidə inşa etdirilmiş böyük məscid və darüşşəfa (xəstəxana) kompleksi. Kompleks 1228-1229-cu illərdə inşa edilmişdir. Kompleksə daxil olan abidələrin memarı Əhlətli Xürrəmşah və Tiflisli Əhməddir. Kompleksə daxil olan məscidin xeyriyyə fondu 5 iyul 1243-cü ildə fəaliyyətə başlamışdır. Kompleksi ziyarət etmiş məşhur səyyah Övliya Çələbi yazır: "Ustad,...mərmər,bu camiyə elə əmək sərf edib, qapı və divarları elə naxışlamışdır ki, onu mədh eləməyə nə söz yetər, nə qələm yazar..." Kompleks Türkiyədən UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınmış ilk abidədir. == Tarixi == Kompleks Məngucuk bəyi Əhməd şahın xanımı Məleykə Turan tərəfindən inşa etdirilmiş və məscid, hamam və xəstəxanadan ibarət olmaqla Anadolunun bu tipli külliyələri içərisində ən qədimidir. Kompleksə daxil olan məscidin memarı Əhlətli Xürrəmşahdır. Darüşşəfa binası məscidin cənub divarına bitişik inşa edilmişdir. Bina üstü işıqlıq qübbəylə örtülmüş, giriş ilə birgə dörd eyvandan ibarətdir. Darüşşəfanın şimal-şərqində isə bir türbə vardır.
Divriği böyük məscidi

Mir Qəmərüddin xan Siddiqi
Nizamülmülk Asəfcah Mir Qəmərəddin Çin Qılınc xan (d.20 avqust 1671 — ö.1748) — Baburlu dövlət adamı və Heydərabad nizamlığının qurucusu (1724–1748). 20 avqust 1671-ci ildə Hindistanda ehtimalən Aqrada doğuldu. Türkistandan Hindistana köç ətmiş, Əbu Bəkrin soyundan gəldiyini iddia edən bir ailəyə mənsubdur. Adı Mir Qəmərüddin olub bu ad və Qılınc xan ünvanı ona Sultan Övrəngzib tərəfindən, Asəfcah unvanı da Nasırüddin Muhamməd Şah tərəfindən verilmişdir. Babası Xacə Abid hac dönüşü Dəkkən valisi Övrəngzibin xidmətinə girdi və onun taxta keçməsindən sonra önəmli vəzifələrə üstləndi. 1080-ci (1669-cu) ildə Buxaradan Hindistana gəlib Övrəngzibin xidmətinə girən atası Şəhabəddin 1094-cü (1683-cü) Qaziddin Firuz Cəng ünvanını aldı. Nizamülmülk on yeddi yaşında dövlət xidmətinə girərək mansabdar oldu. 1684-cü ildən etibarən atasıyla birlikdə səfərlərə qatıldı. 1114-cü (1702-ci) Bicapur bölgəsi valiliyinə gətirildi. Övrəngzibin vəfatının (1118/1707) ardından taxt iddiasında olan oğulları arasında tərəfsiz qaldı.
Mir Osman Əli xan Siddiqi
Mir Osman Əli xan Siddiqi (6 aprel 1886 - 24 fevral 1967) — sonunci Heydərabad nizamı. Mir Osman Əli xan 6 aprel 1886-cı ildə anadan olmuşdu. Ümumi sərvəti: 229.5 milyard dollar. Sərvətinin qaynağı: Kral. Yaşadığı tarix: 1027-1087. Hindistanın işğalına qədər Heydərabad nizamı olan Mir Osman Əli Xan haqqında 50-dən çox Rolls- Roycesi olduğu kimi fərqli söz-söhbətlər gəzir. Mir Osman Əli xan 24 fevral 1967-ci ildə vəfat edənə qədər dünyanın ən zəngin adamlarından biri idi.