Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dırmanan dovşan
Dırmanan dovşanlar, və ya Yapon ağac dovşanı (lat. Pentalagus furnessi), (yap. 奄美野黒兎 —Pentalagus cinsinə və Leporidae fəsiləsinə aid növ. Mövcud ad amerikan antrapoloqu Vilyam Henri Fuernessin şərəfinə adlandırılıb (1866–1920). Dırmanan dovşanlar Yaponiyanın endemik canlısıdır. Dırmanan dovşanlar yumşaq, tünd-qəhvəyi xəzə malikdirlər. Qulaqları qısa olub 4–5 sm uzunluğa malik olurlar. Qısa pəncəyə və uzun dırnaqlara malik olurlar. Dırmanan dovşanlar ümumən 40–53 sm uzunluğa malik olurlar. Quyruqlarının uzunluğu 2–3,5 sm təşkil edir.
Dırmanan qurbağalar
Oophaga - Ağacadırmananlar (Dendrobatidae) fəsiləsinin dırmanan qurbağalar (lat. Dendrobatinae) yarımfəsiləsinə aid cins. Uzunluqları 2—4 sm-dir. Barmaqlarının uçunda üçbuçaqşəkilli cüt dəri qalxancıq var. Əksər növlərinin ətraflarında üzmə pərdəsi yoxdur. 3 cinsi var. Cənubi Amerikanın şimal hissəsində və Mərkəzi Amerikada yayılmışdır. Başlıca olaraq meşələrdə, adətən su hövzələrinin sahillərində yaşayır. Dəri vəzilərinin zəhərli ifrazatından hindilər ox ucluqlarına sürtmək üçün istifadə edirlər.
İran dırmanan təlxəsi
Fars dırmanantəlxəsi (lat. Zamenis persica) — Suilanıkimilər fəsiləsinə aid növ. Sayı azalmaqda olan relikt növdür. Xarici görünüşünə görə eskulap təlxəsinə çox oxşayır. Kiçik və orta ölçülü ilan olub, uzunsov başı boynundan bir qədər seçilir. Bədən uzunluğu 70 sm-dən 90 sm qədərdir, lakin bəzi iri fərdləri 120 sm-ə çatır. İran təlxəsinin 2 rəng aberasiyası var: açıq və melanik. Açıq aberasiyada bədənin bel tərəfinin rəngi açıq boz və tünd bozdan, bozumtul-qəhvəyi rəngə qədər dəyişir, nadir hallarda qırmızımtıl-qəhvəyi rəngdə olur. Melanik aberasiyada bədən tamamilə qara rəngdədir. Üst dodaq qalxancıqları, başın yanları və alt tərəfi ağ rəngdədir.
Dırmaşma
Dırmaşma (ing. Climbing) — dik bir yerdə yuxarı doğru irəliləmək üçün əllər və ya ayaqlarla (və ya həqiqətən bədənin hər hansı bir digər qismi) edilən fiziki bir fəaliyyətdir. Əyləncə məqsədli ya da ordularda profosyonel əsgər yetişdirmək üçün edilir. Bir çox adam üçün bir hobbi və ya idmandır. Bəzi yerlərdə yarışma olaraq da edilər. Təhlükəsizlik ipləri və ya bənzər köməkçi vasitələr ilə həyata keçirilir. Rakımı yüksək yerlərdə edilir. Hal-hazırda da bu fəaliyyətlər davam etməkdədir. Vikianbarda Dırmaşma ilə əlaqəli mediafayllar var.
Ağaca dırmaşmaq
Ağaclara dırmaşmaq — ağaclara dırmaşmaq və bayırda oynamaqla keçirilən saatlar. Ancaq müasir dövrün uşaqları daha çox qapalı yerlərdə vaxt keçirməyə üstünlük verir və bu da onların gözlərini zəiflədir. Amerikalı elm adamları bu yararın daha çox yaddaş və şüuri fəaliyyətlər üzərində güclü təsirə malik olduğunu bildirirlər. Ağaca dırmaşmaq şüurlu davranışları böyük miqdarda gücləndirir. Araşdırmaçılara görə, oynaqların boşluqdakı mövqeyini, hərəkətini qəbulla bağlı “proprioseptif” adı verilən duyğunu tətikləyən fəaliyyətlər idrak qabiliyyətini artırır. Bunu ABŞ-dəki Şimali Florida Univerisitetinin psixologiya Bölümünün araşdırmaçılar bildiriblər. Araşdırmaçlar 18-59 yaşındakı könüllülərin yaddaşını test etdikdən sonra, onların ağaca dırmaşmaq, taxta üzərində tarazlığı qoruyaraq gəzmək, bəzi nəsnələri yerə salmadan qaşımaq kimi fiziki fəaliyyətlərini yoxlayıblar. Bu cür fəaliyyətlərdən 2 saat sonra iştirakçılarla təkrar yaddaş testi keçirilib. Onların yarısı yaddaş testini daha uğurla başa vurublar. Araşdırmaçı Ross Allovay, düşündürən fəaliyyətlərin həm beyin, həm də bədəni çalışdırdığını vurğulayıb.
Ağaclara dırmaşmaq
Ağaclara dırmaşmaq — ağaclara dırmaşmaq və bayırda oynamaqla keçirilən saatlar. Ancaq müasir dövrün uşaqları daha çox qapalı yerlərdə vaxt keçirməyə üstünlük verir və bu da onların gözlərini zəiflədir. Amerikalı elm adamları bu yararın daha çox yaddaş və şüuri fəaliyyətlər üzərində güclü təsirə malik olduğunu bildirirlər. Ağaca dırmaşmaq şüurlu davranışları böyük miqdarda gücləndirir. Araşdırmaçılara görə, oynaqların boşluqdakı mövqeyini, hərəkətini qəbulla bağlı “proprioseptif” adı verilən duyğunu tətikləyən fəaliyyətlər idrak qabiliyyətini artırır. Bunu ABŞ-dəki Şimali Florida Univerisitetinin psixologiya Bölümünün araşdırmaçılar bildiriblər. Araşdırmaçlar 18-59 yaşındakı könüllülərin yaddaşını test etdikdən sonra, onların ağaca dırmaşmaq, taxta üzərində tarazlığı qoruyaraq gəzmək, bəzi nəsnələri yerə salmadan qaşımaq kimi fiziki fəaliyyətlərini yoxlayıblar. Bu cür fəaliyyətlərdən 2 saat sonra iştirakçılarla təkrar yaddaş testi keçirilib. Onların yarısı yaddaş testini daha uğurla başa vurublar. Araşdırmaçı Ross Allovay, düşündürən fəaliyyətlərin həm beyin, həm də bədəni çalışdırdığını vurğulayıb.
Dviki Darmavan
Dviki Darmavan (ind. Dwiki Dharmawan; d. 19 avqust 1966, Bandunq, Qərbi Yava, İndoneziya) — Sunda əsilli İndoneziya cazmeni, pianinoçalanı, bəstəkarı və prodüseri. Dviki Darmavan Krakatau musiqi qrupunun qurucusudur. Dviki Darmavan 19 avqust 1966-cı ildə İndoneziyanın, Qərbi Yava əyalətində yerləşən Bandunq şəhərində bir sunda ailəsində anadan olmuşdur. Darmavan ilk klassik pianino təhsilini 6 yaşında ikən almışdır. Darmavan 1979-cu ildə caz pianinosu təhsilini bəstəkar Elfa Sekioriyadan almışdır. O, 1995-ci ilin oktyabr ayında aktrisa İta Purnamasari ilə evlənmişdir. Onların Məhəmməd Fernanda Darmavan (d. 1996) adlı bir övladları var.
Dırmaşma yarışı
Dırmaşma yarışı, zamana qarşı müəyyən bir yamaca qalxmağa əsaslanan motorsport növüdür. Ən qədim motorsport növlərindən biridir. İlk dəfə 31 yanvar 1897-ci ildə Fransanın Nice şəhəri yaxınlığındakı La Turbiedə təşkil edilmişdir. İngiltərədəki Worcestershire, Shelsley Walshdə keçirilən dırmaşma yarışları, 1905-ci ildən bəri keçirilən ən qədim yarışlardan biridir. Dırmaşma yarışlarının olduqca fərqli bir növü, çox dik təpələrə off-road motosikllər ilə dırmaşma yarışıdır. Yarışın qalibi ən yüksək zirvəyə çata bilən və ya birdən çox çıxan olarsa, onların onların içərisində ən sürətli çıxanıdır. Bu tip motorsport növü həm cəsarət, həm də bacarıq tələb edir və ABŞ-də çoxdan bəri ənənəvi hala gəlmişdir və 1980-ci illərdən bəri Fransa və Avstriyada məşhurdur.
Sarmaşan doqquzdon
Sarmaşan doqquzdon (lat. Lonicera periclymenum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Dırmaşma mayakı
Gəzinti mayakı (参観灯台, sankan today) və ya bəzən dırmaşma mayakı (のぼれる灯台, noboreru today) – Yaponiyada ictimaiyyətə açıq olan və içərisində gəzinti icazəsi verilən mayaklar. Hazırda Yaponiyada 16 belə mayak var. Gəzinti mayakları sistemi Yaponiya Sahil Mühafizə Təşkilatının təşəbbüsü ilə yaradılmışdır və "Tokokay" təşkilatı tərəfindən idarə olunur. Mayakları ziyarət etmək üçün ziyarətçidən 300 yen tələb olunur. Gəzinti mayakları ictimaiyyətə açıqdır: mayakın yuxarısına dırmaşmaq və içərisində gəzişmək sərbəstdir. Lakin pis hava şəraitində mayaklara giriş məhdudlaşdırıla bilər. Bəzi gəzinti mayaklarında mayakın tarixindən və xüsusiyyətlərindən bəhs edən sərgi otağı olur. Gəzinti mayakı statusunda olan mayaklardan əlavə bəzi mayaklar Mayak Memorial Günü (1 noyabr) və Dəniz Günü münasibətilə ictimaiyyətə açıq olur. Yaponiyada müasir dəniz mayaklarının tikintisinə Meyci dövründə başlanmışdır. Həmin dövrdə mayaklara daxil olmaq üçün xüsusi icazə almaq lazım idi.
Pirəmaşan (Kəleybər)
Pirəmaşan (fars. پيره ماشان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 103 nəfər yaşayır (28 ailə).
Pirmaşa piri
Pirmaşa piri — Culfa rayonunun Camaldın kəndində hündür təpənin üzərində ziyarətgah. Pir müqəddəs şəxsiyyətlərdən birinin qəbri üzərində, müasir üslubda, bişmiş kərpicdən tikilmiş altıüzlü prizma şəklində binadan ibarətdir. Binanın hər bir üzündə yerləşən ensiz pəncərələr onun görünüşünü daha da ahəngdar edir. Pirin çardağı piramida formasında başlıqla örtülmüşdür. Yerli əhalinin məlumatına görə, burada vaxtilə möhrədən tikilmiş bina olmuşdur. Pirin ətrafından Orta əsrlərə aid keramika məmulatının tapılması onun uzun müddət ziyarətgah kimi istifadə olunduğunu təsdiq edir. Pirin köhnə tikintilərini və onun ziyarətgaha çevrilməsini, pirin ətrafında olan qəbiristanlıqla eyni dövrə XIV–XVIII əsrlərə aid etmək olar. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 401.