Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dənizaşırı departament
Dənizaşırı departament (fr. Département d’outre-mer et région d’outre-mer) — Fransanın dənizaşırı ərazilərədə yerləşən torpaqları ifadə edən termin. Sözügedən ərazilər, əvvəllər Fransanın müstəmləkələri olub, II Dünya müharibəsindən sonra ölkənin departamentlərinə çevirilmişdir. Avropa qitəsində, Fransaya tabe olan Korsika adası dənizaşırı departament statusunda sayılmır. == Dənizaşırı departamentlər == Dənizaşırı departamentlər eyni zamanda Avropa Birliyinin bir parçası hesab olunur. Pul vahidləri avrodur. Buna baxmayaraq, dənizaşırı bölgələri şengen razılaşmasına daxil deyildir. Avropa Parlamentində üç millət vəkili ilə təmsil olunmaqdadırlar.
Dənizaşırı kollektivlik
Dənizaşırı kollektivlik (fr. collectivités d'outre-mer) - Fransa Dənizaşırı Bölgələr Birliyinə daxil olan Fransa inzibati ərazi vahidlərindən biri. Dənizaşırı kollektivlər, dənizaşırı departamentlərdən daha kiçik statuslu hesab olunsada, bir sıra məsələlərdə daxili qərar vermə mexanizmləri mövcuddur.
Norveçin dənizaşırı əraziləri
Norveçin dənizaşırı əraziləri — ölkənin beş ərazi mülkiyyəti mövcuddur ki, onunda üçü asılı ərazi (norv. Biland), ikisi isə inteqrasiya olunmuş ərazidir (norv. Andre deler av landet). Norveçin asılı əraziləri hüquqi mənada bu ölkənin Cənub yarımkürəsində yerləşən mülklər nəzərdə tutulur. Bu asılı ərazilər Atlantik okeanın cənubunda yerləşən vulkanik məşhəlli olan Buve adası (49 km²) və Cənub okeanının suları ilə yuyulan Kraliça Mod Torpağıında yerləşən 20° q. u. və 44°38’ q. u arasında yerləşən materik ərazisi, Bellinshauzen dənizi suları ilə yuyulan vulkan məşhəlli I Pyotr adasından ibarətdir. Norveçin dənizaşırı ərazilərinə daxil olan inteqrasiya olunmuş mülklər Şimal yarımkürəsində olanlardır. Bu Norveç dənizində yerləşən vulkanik məşhəlli Yan Mayen adasından (377 km²) və Şimal Buzlu okeanda yerləşən Şpisbergen arxipelaqından (Ayı adasıda daxildir) ibarətdir.
Fransa Dənizaşırı Bölgələr Birliyi
Fransa Dənizaşırı Bölgələr Birliyi (fr. La France d’Outre-Mer) — Avropada yerləşən Fransanın yer kürəsinin müxtəlif bölgələrində mövcud olan ərazilərinin daxil olduğu birlik. Bölgələrin statusu Dənizaşırı departament, Dənizaşırı kollektivlik olmaqla bir necə dərəcədən ibarətdir. Fransa parlamenti və senatında təmsil olunan ərazilərin bəzi məsələlərdə daxili müstəqillikləri mövcuddur. Fransa Dənizaşırı Bölgələr Birliyinin daxil olduğu ərazilərdə yaşayan şəxslər Fransa vətəndaşlığı daşıyır və başda prezident seçkiləri olmaqla, Fransada keçirilən müxtəlif səviyyəli seçkilərdə iştirak etmək hüquqları mövcuddur. FDBB-yə Fransa Qvianası, Sakit okeanı, Hind okeanı və Antarktidada yerləşən bir çox ərazilər daxildir. Dənizaşırı departament və Dənizaşırı kollektivliklərin siyasi sərbəstlikləri eyni dərəcədə deyil. Dənizaşırı departamentlər Fransanın inzibati ərazi vahidlərindən olan departamentlərlə eyni statusa malikdirlər. Fransa Dənizaşırı Bölgələr Birliyinə daxil olan ərazilər Fransa Konstitusiyasında nəzərdə tutulmuş bütün qanunlara tabedir və ölkə hüquq sistemini tənzimləyən cinayət, vergi, sosial yönümlü qanunlar sözügedən ərazilərdə tətbiq edilməkdədir. Dənizaşırı kollektivliklər müdafiə, beynəlxalq münasibətlər, ticarət və valyuta, məhkəmə və inzibati hüquq qanunları istisna olmaqla, öz qanunlarını qəbul etməyə səlahiyyətlidirlər.