Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əbu əd-Dərda
Əbu əd-Dərda (586, Mədinə – 653, Dəməşq, ərəb. أبو الدرداء‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əbu əd-Dərda Mədinədə doğulmuş, Xəzrəc qəbiləsinin əl-Haris nəslindən idi. Bədr döyüşündən sonra hicrətin ikinci ilində İslamı qəbul edir. O, ticarətlə məşğul idi, lakin İslamı qəbul etdikdən sonra bu işi tərk edərək zahid həyat tərzi keçirir. O, Uhud döyüşündə və müsəlmanların məkkəlilərə qarşı digər döyüşlərində iştirak etmişdir. Quran, hədislər və İslam hüququ (fiqh) üzrə mütəxəssis olur. Xəlifə Osman ibn Əffanın dövründə əvvəlcə ona təklif olunan dövlət vəzifəsindən əl çəkmiş və insanlara İslamın əsaslarını öyrətməyə başlamışdır. Bununla belə, o, Suriyanın qazisi olmağa razı olur. O, üçüncü Saleh xəlifə Osmanın öldürülməsindən əvvəl 653-cü ildə vəfat etmişdir.
Derna
Derna (ərəb. درنة‎) – Liviyanın şimalında, Aralıq dənizin sahilində yerləşən liman şəhəri. Tarixən ərəb dövlətlərinin paytaxtı rolunu oynamış Derna hər zaman mühüm liman şəhəri kimi tanınmışdır. Hələ ellinizm mədəniyyəti zamanında aktiv liman funksiyasını yerinə yetirən Dernada 1850-ci ildə 4.500 yaxın əhali yaşamaqda idi. Günümüzdə Derna bölgəsinin mərkəzi olan şəhər hal-hazırda İraq Şam İslam Dövlətinə bağlı terror birləşmələrinin nəzarəti altındadır. Sinay yarımadasında aktiv olan terror qrupları şəhəri ələ keçirdikdən sonra İraq Şam İslam Dövlətinə bağlılıq andı içərək şəhəri terror təşkilatının nəzarəti altına qatıblar.