Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yaş dəsmal
Yaş dəsmal — və ya "Yaş salfet" — kiçik bir tikə nəmləndirilmiş salfet və ya parça. Ümumiyyətlə qatlanmış və fərdi rahatlığı təmin etmək üçün örtülü olur. Yaş dəsmal şəxsi gigiyena və ya ev təmizlənməsi kimi, təmizləmə məqsədləri üçün istifadə olunur.
Dəsmal aldı, qaç
Dəsmal aldı, qaç - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Oyunun quruluşu == Bu oyun əsasən iki variantda oynayırlar. Birinci üsul.Uşaqlar dairəvi şəkildə yerə oturub, ortada dayanan başçıya baxırlar. Bir uşaq dairə boyunca qaçır və dəsmalını oyunçulardan birinin arxasında gizlincə yerə qoyur. Başçı uşaqlardan soruşur: - Dəsmal kimin arxasındadır? Uşaq dəsmalın öz arxasında qoyulduğunu bilməsə onu ortaya salır, bir-birinin üstünə itələyirlər. Döyülən uşaq başqa birisinin üstünə yıxıla bilsə onu azad eləyir, üstünə yıxıldığı oyunçunu onun yerinə ortaya çıxarıb təpiklə vururlar. Belə-belə uşaqlar hamısı ortaya çıxmalı olur. Özünü möhkəm müdafiə edib ortaya çıxmayan qalib gəlir.. İkinci üsul.
Dəsmalı
Dəsmalı — Azərbaycanın milli rəqsi. Rəqs 1932-ci ildə Naxçıvanda Tarzən Nəsir Nəsirov tərəfindən yaradılan rəqs melodiyasıdır. Son dərəcə oynaq, şən, coşğun tempdə gedən rəqsdir. Rəqsi, əsasən qızlar ifa edirlər. Naxçıvanda onu hərdən bir oğlanlar da oynayırlar. "Dəsmalı" rəqsi vaxtilə respublikada, xüsusən Bakıda geniş yayılmışdır.
Dəstcan
Dəstcan (fars. دستجان‎; azərb. Dəsgan‎) — İranda, Mərkəzi ostanında, Fərahan şəhristanının Mərkəz bəxşinin Fərməhin dehestanında kənd. Ərak şəhərindən 70 km, Fərməhin şəhərindən isə 25 km şimal–qərbdə, dəniz səviyyəsindən təqribən 1860–1870 metr hündürlükdə yerləşir. Adı tarixi məxəzlərdə ilk dəfə X əsrdə, "Dəsgan" kimi qeyd edilmişdir. Sakinləri indi də kəndi bu adla adlandırırlar.İran ordusu Qərargahının Coğrafiya İdarəsi (fars. دايره جغرافيايي ستاد ارتش‎) tərəfindən toplanmış məlumatlar əsasında general–leytenant Hüseyn Əli Razmaranın (fars. حسین علی رزم آرا‎; ing. Hossein Ali Razmara) redaktorluğu ilə 1949–1953–cü illərdə 10 cild şəklində nəşr edilmiş "İranın coğrafiya lüğəti"ndə (ing. Geographical Dictionary of İran; fars.
Dəstgah
Dəstgah (fars. دستگاه‎, dəst – komplekt, gah – mövqe, məqam, məkan) — müəyyən muğam tərkibinə daxil olan bütün şaxələr, şöbələr, guşələr, rədiflər, rənglər və təsniflərin küll halında, məntiqi inkişaf qaydası üzrə mütəşəkkil məcmusu. İran klassik musiqisinin növü. Məşhur İran tar ifaçısı M.Marufinin təsnifatına görə 7 əsas hissədən ibarətdir: Şur, Segah, Cahargah, Mahur, Hümayun, Rast-Pəncah, Nəva.Qacarlar öz Təbriz saraylarında (vəliəhdin qaldığı yer) Azərbaycan dilində, rədif-dəstgah ənənəsinə bənzər musiqi ənənəsinə himayəlik edirdilər. Bu saray musiqisi Azərbaycan muğamının əsasını təşkil etmişdir. Etnoqraflar tərəfindən rədif-dəstgahın farsdilli ərazilərin musiqi normalarına uyğun gəlmədiyi bildirilmiş, Jin Durinq isə bu sistemin birbaşa 12 muğam sistemindən gəlmədiyini, mənşəcə azərbaycanlılara uyğun göründüyünü qeyd etmişdir. Ehtimal edilir ki, dəstgah sisteminin İrana gəlməsi mənşəcə Azərbaycandan olan, Tehran saraylarına Azərbaycan və türk musiçilərini gətirən Qacarların işidir. == Ümumi xüsusiyyətləri == Dəstgah hər hansı bir muğamın («Rast», «Şur», «Cahargah» və s.) tərkibinə daxil olan bütün şaxələri, şöbə və guşələri, rədifləri, rəngləri, təsnifləri özündə birləşdirən məntiqi ardıcıllıqdır. Üzeyir Hacıbəyov yazırdı ki: SSRİ xalq artisti, professor Bülbül dəstgahları bir-biri ilə üzvi surətdə əlaqəli və məntiqi olaraq birindən digərinə keçən muğamlardan ibarət olduğunu qeyd etmişdir. O, göstərirdi ki, «Şur» dəstgahının məhz aşağıdakı muğamlardan «Şahnaz», «Bayatı-türk», «Şikəstə», «İraq», «Bayatı-kürd», «Səmayi-şəms», «Sarənc» («Sarəng»), «Nişibi-fəraz», «Şur»-dan ibarət olduğunu qeyd etmişdir.
Dəstəmaz
Dəstəmaz — İslamda xüsusi qayda ilə yerinə yetirilən müstəhəb əməl. Dəstəmaz aşağıdakı ardıcıllıqla yerinə yetirilir: Niyyət edilir (Məsələn, dəstəmaz alıram qürbətən iləllah) Üz yuyulur Sağ əl dirsəkdən barmaqların ucuna qədər yuyulur Sol əl dirsəkdən barmaqların ucuna qədər yuyulur Başa məsh çəkilir Sağ ayağın üstünə barmağın ucundan başlayaraq sağ əllə məsh çəkilir. Sol ayağın üstünə barmağın ucundan başlayaraq sol əllə məsh çəkilir.Dəstəmaz özü-özlüyündə müstəhəb olmasına baxmayaraq namaz qılmaq üçün vacibdir. == Ümumi məlumat == Dəstəmaz alarkən niyyət etmək vacibdir. Məsələn, niyyət edib desin ki, namaz qılmaq (və ya hər hansı ibadəti yerinə yetirmək) üçün dəstəmaz alıram qürbətən iləllah. ("illəllah" demək tam əks mə’na verir bu barədə diqqətli olmaq lazımdır.) Və bu iş Allahın əmrini yerinə yetirmək üçün olmalıdır, əgər başqa niyyətlə olarsa, məsələn, sərinləmək və ya özünü başqasına göstərmək üçün olarsa, batildir. Dəstəmazda vacibdir ki, üz və əllər yuyulsun. Başın qabaq tərəfinə və ayaqların üstünə məsh edilsin. Üzü yuyandan sonra əvvəlcə sağ əli, sonra isə sol əli dirsəkdən barmağın ucuna qədər yumaq lazımdır. Dirsəyin tamamilə yuyulmasını yəqin etmək üçün bir az dirsəkdən yuxarı yuyulmalıdır.Dəstəmazda üzü və əlləri yumaq birinci dəfə vacib, ikinci dəfə caiz, üçüncü və daha artıq dəfələrdə isə haramdır.
Dəstna
Dəstna— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,111 nəfərdən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Astmal (Vərziqan)
Astmal (fars. استمال‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 363 nəfər yaşayır (127 ailə).
Mirzə Həbib Dəstan Beni
Mirzə Həbib Dəstan Beni və ya Mirzə Həbib İsfahani-19-cu əsrdə yaşayan azərbaycanlı ədib və şair == Bioqrafiyası == 1835-ci(1250 Hicri Qəməri təqvimi) ildə Ben şəhərində dünyaya gəlmişdir.Uzun müddət İstanbulda yaşamaq üçün "Həbib Əfəndi" və "Mirzə Həbib Əfəndi" kimidə tanınırdi.Kitablarının birisində əslinin Qarabağdan olmasını bildirib.Bursa şəhərində vəfat edib.
Deşima
Deşima adası (yap. 礼文島, nid. Desjima) — Naqasaki körfəzindəki yelpik şəkilli süni ada (Yaponiya). Ada əvvəlcə portuqallar üçün bir anbar və ötürmə nöqtəsi olaraq inşa edildi. 1641–1853-cü illərdə Sakoku adı ilə tanınan Yaponiyanın təcrid dövründə ada Yaponiyadakı yeganə Hollandiya ticarət limanı idi. == Tarixi == Əvvəlcə süni adanın inşasına portuqaliyalı tacirlər üçün ticarət və malların saxlanma yeri olaraq syoqun İemisunun sifarişi ilə 1634-cü ildə başlanılmışdır. 1637-ci ildə Simabarda qiyam baş verdi. Bu qiyamda yapon xristianları fəal iştirak etdilər. Bundan sonra Yaponiyada xristianlığın artan təsirindən həyəcanlanan syoqunat bütün avropalıları ölkədən qovmaq qərarına gəldi. 1639-cu ildə syoqun Portuqaliyanı Yaponiyadan və müvafiq olaraq Deşimadan tamamilə qovdu.
Dettmar Kramer
Dettmar Kramer (alm. Dettmar Cramer‎; 4 aprel 1925, Dortmund, Prussiya[d] – 17 sentyabr 2015, Rayt-im-Vinkl[d], Bavariya, Almaniya Federativ Respublikası) – alman futbol məşqçisi. 1975 və 1976-cı illərdə "Bayern Münhen" klubunun baş məşqçisi kimi iki dəfə UEFA Çempionlar Kubokunun qalibi olmuşdur. 1960-cı illərdə Yaponiyada futbolun inkişafı üçün verdiyi töhfələrə görə "Yaponiya futbolunun atası" ləqəbini qazanmışdır. == Karyerası == Dettmar Kramer 4 aprel 1925-ci ildə Almaniyanın Dortmund şəhərində doğulmuşdur. O, məşqçilik karyerasına "Tevtoniya Lapştadt" klubunda başlamış, 1948-ci ildə Vestfaliya Futbol Assosiasiyasına qoşulmuşdur.Kramer 1960-cı ildə Yaponiya milli futbol komandasının məşqçisi olmağa dəvət olunmuşdur. Onun Yaponiyadakı vəzifəsi milli komandanı 1964-cü ildə Tokio şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlamaq idi. Olimpiya oyunlarında Yaponiyanın Argentina üzərində qazandığı qələbə onu Yaponiyada tanınmış şəxsə çevirmişdir. Kramer Yaponiyada futbolun inkişafı üçün çalışmış, yerli məşqçilər yetişdirmiş, aşağı yaş qruplarının təməlini atmışdır. Buna görə də "Yaponiya futbolunun atası" ləqəbini qazanmışdır.
Vestal bakirəsi
Vestal bakirəsi (lat. virgo vestalis) — Qədim Romada yüksək hörmət və ehtirama sahib ilahə Vesta rahibəsi. O, toxunulmaz sayılırdı. Buna görə də çoxları öz vəsiyyətnamələrini ona saxlamaq üçün etibar edirdilər. Vestal bakirəsinə qarşı hər hansı təhqir ölümlə cəzalandırılırdı. Vestal bakirəsi ata himayəsindən azad olunaraq, öz mülkünə sahib olmaq hüququ qazanırdı. Vestal bakirəsi qətil yerinə təsadüfən yetişdikdə məhkumu əhv etmək hüququna malik idi. Bu zaman onun təsadüfən hadisə üzərinə çıxdığını and içərək təsdiqləməsi kifayət idi. Onu 1 nəfər liktor mühafizəçisi olurdu. == Şərtlər == Qız uşağı altı yaşdan az və ondan çox olmamaqla; Namizədin nitq və cismani qüsuru olmamaqla; Valideynlərinin hər ikisinin həyatda olması; Bir qədər emansipasiyalaşmış olmalı; Valideynlərindən heç biri qul olmamalı eyni zamanda Roma sakini — Patrisilər olmalıdır.
Bədii detal
Bədii detal, bədii təfərrüat — bədii yaradıcılıqda istifadə olunan real ifadə və təsvir vasitəsi. Təkcə təsviri xarakter daşımır, həm də bədii obrazın ideya və məzmununun açılmasına xidmət edir. Mənzərə və portret yaradılmasında, hadisə, hərəkət və nitqin təqdimində əsas ünsürdür. Yerinə görə bədii ümumiləşdirmə, tamamlama, dolğunlaşdırma, aşkarlama mahiyyəti daşıya bilir. Bəzən bədii detalın həddən artıq şişirdilməsi onun mövzu və məzmunla əlaqəsini zəiflədir. Mövzunun bədii həlli bədii detalın seçilməsindən və işlədilməsindən, ifadə sərrastlığından, təfərrüatların dəqiqliyindən və tutumluluğundan çox asılıdır. Realist bədii nəsrdə bədii detal xüsusi əhəmiyyət kəsb edir. Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim Bəy Haqverdiyev, Cəfər Cabbarlı və başqalarının əsərlərində orijinal bədii detallar çoxdur. Məsələn, Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povestində Xudayar bəyin burnunun əyriliyinin təsviri portret səciyyəli bədii detaldır. == Ədəbiyyat == Vəliyev K. Sözün sehri.
Aryen-an-Betmal
Aryen-an-Betmal (fr. Arrien-en-Bethmale) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Kastiyon-an-Kuzeran kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09017. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 101 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 54 yaşda (15-64 yaş arasında) 36 nəfər iqtisadi fəal, 18 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 66,7%, 1999-cu ildə 56.1%) idi. Fəal olan 36 nəfərdən 31 nəfər (17 kişi və 14 qadın), 5 nəfər işsizdir (4 kişi və 1 qadın). 18 hərəkətsiz 1 nəfər arasında şagird və ya tələbə, 13 nəfər təqaüdçü, 4 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Qlayds del Estal
Qlayds del Estal (isp. Gladys del Estal Ferreño) - Kompüter proqramçısı və ekoloji aktivist. İspaniyanın San Sebastian şəhərində yaşayan Qlayds Del Estal 1979-cu ildə Basklar ölkəsində tikilməsi planlaşdırılan Lemoniz AES-nin tikintisinə qarşı keçirilən etiraz nümayişlərində iştirak edərkən hökumət qüvvələrinə bağlı Quardia mülki polisləri tərəfindən güllələnərək öldürülmüşdür. Hadisə 1979-cu ilin 3 iyun tarixində İspaniyanın Navarra bölgəsinin Tudela şəhərinə keçirilən nümayiş zamanı baş vermişdir. Qlayds del Estalın ölümü ETA təşkilatının Lemoniz AES-inə qarşı olan hücumlarının çoxalmasına və hökumətin nüvə enerjisi siyasəti ilə bağlı mövqeyini müəyyən qədər də olsa dəyişdirməsinə səbəb olmuşdur. Qlayds del Estal İspaniya, Kataloniya və Basklar ölkəsində ekoloji aktivistlərin əsas simvolu olaraq qəbul edilməkdədir.
Təzəkənd-i Şeşmal (Urmiya)
Təzəkənd-i Şeşmal (fars. تازه كندشش مال‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 50 nəfər yaşayır (10 ailə).