1. Əl-üz və s. silmək üçün ensiz, uzunsov parça; məhrəba. Üz dəsmalı. Qab dəsmalı. Yaş dəsmalla bədənini sürtmək.
– Səməndər dəsmalını qatlayıb çarpayısının başından asdı.
[Mahmud] üz dəsmalı ilə yarasını sarımış( dı)…
// Burun və göz silmək üçün kvadratşəkilli parça; yaylıq.
Qadın … dəsmalı çıxarıb gözünün yaşını silmək istərkən, üzünün bir tərəfini yenə də müdirə göstərdi.
[Tahirzadə] dəsmalını çıxarıb üz-gözünü bərk-bərk sildi.
2. İçinə şey qoyulub bağlanılan hər cür parça, bağlama.
Qasım əmi dəsmalın içinə bir neçə çörək qoyub bağladı belinə.
Qəmər qucağında çiçək və əlində dəsmal bağlısı daxil olur.