DƏSTƏLİ
DƏSTXƏT
OBASTAN VİKİ
Dəstəmaz
Dəstəmaz — İslamda xüsusi qayda ilə yerinə yetirilən müstəhəb əməl. Dəstəmaz aşağıdakı ardıcıllıqla yerinə yetirilir: Niyyət edilir (Niyyət etdim Allah rızası üçün dəstəmaz almağa ) Üz yuyulur Sağ əl dirsəkdən barmaqların ucuna qədər yuyulur Sol əl dirsəkdən barmaqların ucuna qədər yuyulur Başa məsh çəkilir Sağ ayaq topuğa qədər yuyulur. Sol ayaq topuğa qədər yuyulur. Dəstəmaz özü-özlüyündə müstəhəb olmasına baxmayaraq namaz qılmaq üçün vacibdir. == Ümumi məlumat == Dəstəmaz alarkən niyyət etmək vacibdir. Məsələn, niyyət edib desin ki, namaz qılmaq (və ya hər hansı ibadəti yerinə yetirmək) üçün dəstəmaz alıram qürbətən iləllah. ("illəllah" demək tam əks mə’na verir bu barədə diqqətli olmaq lazımdır.) Və bu iş Allahın əmrini yerinə yetirmək üçün olmalıdır, əgər başqa niyyətlə olarsa, məsələn, sərinləmək və ya özünü başqasına göstərmək üçün olarsa, batildir. Dəstəmazda vacibdir ki, üz və əllər yuyulsun. Başın qabaq tərəfinə və ayaqların üstünə məsh edilsin. Üzü yuyandan sonra əvvəlcə sağ əli, sonra isə sol əli dirsəkdən barmağın ucuna qədər yumaq lazımdır.

Digər lüğətlərdə