1. DƏSMAL (burun, göz silmək üçün parça, əl, cib yaylığı) O, əlini salıb mənim cibimdən dəsmalımı çıxartdı, gözümün yaşını sildi (İ.Əfəndiyev); MƏNDİL [Sitarə:] Göz yaşımı məndilimin ucu ilə qurudaraq önümdəki yay kimi bətsiz-bənizsiz bir vücuda baxdım (A.Şaiq); YAYLIQ O yüyürüb mənə ütülənmiş, tər-təmiz əl yaylığı gətirərək cibimə qoydu (İ.Əfəndiyev).
2. dəsmal bax məhrəba