Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ankara daşqını (2022)
2022-ci il Ankara daşqını — 7 iyun 2022-ci ildə Türkiyənin paytaxtı Ankarada başlayan daşqın. Güclü yağışdan sonra baş verən seldə ümumilikdə 5 nəfər həlak olmuşdur. == Hadisələr == 7 iyun 2022-ci ildə başlayan şiddətli yağış və doludan sonra Ankarada daşqınlar baş vermişdir. Bir çox ev və iş yerləri su altında qalmış, avtomobillər yollarda ilişmişdir. Buna görə Ankara valisi Vasip Şahin Ankarada təhsil prosesinin bir günlük dayandırıldığını açıqlamışdır.13 iyun 2022-ci il tarixində Türkiyə Respublikasının Daxili İşlər naziri Süleyman Soylu və Ankara Böyükşəhər Bələdiyyəsi bələdiyyə sədri Mansur Yavaş ilə təbii fəlakətlə bağlı görüş keçirmişdir. Daşqınlar Ankara Böyükşəhər Bələdiyyəsi məclisində müzakirə mövzusu olmuşdur.1 iyul 2022-ci ildə Ankara Böyükşəhər Bələdiyyəsi 1 saatda orta hesabla 20 kq yağıntı aldıqlarını, 15 xilasetmə halının olduğunu və 1,024 hadisəyə müdaxilə etdiklərini açıqlamışdır.İyunun 7-dən iyulun 2-dək baş verən daşqınlar nəticəsində ümumilikdə 5 nəfər həlak olmuşdur. == Nəticə == Daşqınların abadlıq işlərinin sıxlığından və dərələrin üstünün plansız bağlanmasından qaynaqlandığı iddia edilmişdir. Abadlıq işləri üçün açılan dərələrin hər güclü yağışda daşqınlara səbəb olduğu diqqətə çatdırılmışdır.
Araz daşqını (1896)
Araz daşqını (1896) — Araz çayının tarixi boyunca aşağı axarlarda dəfələrlə dəyişikliklər olmuşdur. Çayın xüsusi ilə dağ və dərə zonalarından axdığından əsasən aşağı axarlarda düzənliyə çıxır. Burada isə çayın güçü sanki bütünlüklə tükədilir. Araz çayının əvvəllər Xəzər dənizinə bir başa çıxışı olmuşdur. 1896-cı ildə Araz tarixində son 100 ildən artıq müddətində ən güçlü daşqın müşahidə edilmişdir. Daşqın nəticəsində sahil bəndini uçmuş, suyunun bir hissəsi Muğan düzündən keçərək Xəzər dənizinə axmışdır. Bununla əlaqədər Muğan düzü suyun altında qalmışdır. Ərazi lil ilə örtülmüşdür. Bu fəlakətin nəticəsi olaraq əhalinin təsərrüfatlarına böyük zərər dəymişdir. Hətta bölgədə bir neçə göl (Ağçala, Mahmudçala və s.) əmələ gəlmişdir.
Kür daşqını (2010)
Kür daşqını — 2010-cu ilin may ayında Azərbaycan Aran zonasını əhatə edən genişmiqyaslı daşqın. Salyan, Sabirabad, Saatlı, Hacıqabul, Şirvan, İmişli, Kürdəmir rayonlarının çay sahili boyu ərazilər suyun altında qalmışdır. Ölkənin şərq hissəsində Şirvan ərazisində Kür seli çay səddini dağıtmış və Bayramlı qəsəbəsini basmışdır. Xoşbəxtlikdən insan itkisi qeydə alınmamışdır. == Dəymiş zərər == 50 min hektara yaxın ərazini su basmış və 20 mindən çox ev suyun altında qalmışdır. 300-dən çox ev tamamən dağılmışdır. 10 min hektarlarla əkin sahələrini və otlaqları su basması ilə təsərrüfata böyük zərər dəymişdir. 10 minlərlə insan isə öz ev-eşiklərini tərk edərək çadırlara yerləşdirilmişdi. == Nəticələrin aradan qaldırılması == Nəticələrin aradan qaldılırılması məqsədi ilə güç strukturları bura cəlb edilmişdir. Kürə daxil olan suyun həcmini azaltmaq məqsədi ilə Araz çayı tarixi məcrasına buraxılmışdır.
Mürsəlli Daşqını (1929)
== Məzmun == Xüsusi buraxılış Kür sahilində yerləşən Mürsəlli kəndində bəndin partladılması və bunun nəticəsində pambıq sahələrini su basması haqqındadır. == Film haqqında == Kinoxronika Moskva Mərkəzi Dövlət Kino-Fotofono Sənədlər Arxivində saxlanılır.
Sumqayıtçay daşqını (2010)
Sumqayıtçay daşqını (2010) - 2010-cu ilin may ayında Abşeron yarımadasının şimal-qərbində baş vermiş daşqın. Daşqın Sumqayıtçayın qəfil daşması və yatağını basması ilə meydana gəlmişdir. Başlanğıcını Şamaxı rayonundan götürərək Xəzər dənizinə tökülən çayın uzunluğu 198 km, hövzəsinin sahəsi isə 1751 km²-dir. Başlanığıcını Gülümdostudağından (2000 m) götürən çay Sumqayıtçay adını Qozlu və Çikilçayın birləşməsindən sonra alır. Az sulu olması və mənsəbə yaxın qumsal ərazidən axması suyunun süzülməsi effektini yaradır. Bu səbəbdən insanların hafizəsində bu çayın daşması nadir hadisədir. Axımı əsasən yağış (90%) sularından əmələ gəlir. Orta illik su sərfi 1,34 kub m/san olan çayın daşqın zamanı bu rəqəmi on dəfələrlə aşması ehtimal edilir. == Fəsadları == Daşqın baş verən zaman çayın hündürlüyünün 5 metrə çatmışdır. Nəticədə çayın yaxınlığından axdığı Pirəşükül kəndin girişindəki körpü yuyularaq tamamilə yararsız vəziyyətə düşmüşdür.
Tbilisi daşqını (2015)
Tbilisi daşqını — 14 iyun 2015-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində baş vermiş daşqın. Daşqın nəticəsində azı 12 adam ölüb. Hadisə ilə bağlı iyunun 15-də Gürcüstanda matəm elan olunub. == Haqqında == Bazar gününə keçən gecə baş vermiş leysan yağışlar nəticəsində şəhərin bir neçə rayonunda daşqın baş verib. Evlərin həyətləri, binaların birinci mərtəbələri və yüzlərlə evin zirzəmiləri, yeraltı keçidlər suyun altında qalıb.Daşqın zamanı şəhər zooparkından 6 şir, 6 pələng, 7 ayı və 13 canavar qaçıb. Qaçan heyvanların axtarışı aparılır. Heyvanlardan bəzilərini tutmaq mümkün olub, bəziləri isə öldürülüb.
Azərbaycanlıların ilkin qaçqınlıq dövrü
Qərbi Azərbaycandan — indiki Ermənistan ərazisindən Azərbaycan türklərinin ilkin qaçqınlıq dövrü 1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı ilhaq etməsi və bunun nəticəsində Şəmşədil və Loru-Pəmbək bölgələrinin rusların əlinə keçməsi anından başlamışdır. == 1801-ci il == 1801-ci il iyulun 13-də general-mayor Lazarev Qafqaz qoşunlarının komandanı Knorrinqə göndərdiyi raportunda göstərirdi ki, Pəmbək əyalətinin 14 kəndindən təxminən 5–6 min türk əhalisi bölgəni tərk edərək İrəvan xanlığı ərazisinə sığınmışlar. Sonralar Pəmbək əyaləti türklərinin bir hissəsi Rusiyanın itaətinə girmək istəmədikləri üçün üsyan etmiş, 1804-cü ilin iyulunda Pəmbək bəyləri Rəhim bəy və Səid bəyin himayəsi altında bölgədən qaçaraq Qars paşalığına sığınmışdılar. Onların geri qaytarılması üçün knyaz Sisianov dəfələrlə Qars paşası Məmməd paşaya müraciət etmişdi. == 1804–1828-ci illər == 1804-cü ilin yazında İrəvan xanlığının ərazisindən 2 min erməni qaçaraq rusların himayəsinə keçmiş və onlar Loru-Pəmbək bölgəsində məskunlaşdırılmışdılar. Həmin il rus qoşunları Şörəyelə daxil olur. 1805-ci il oktyabrın 20-də Şörəyel sultanı Budaqla knyaz Sisianov Gəncədə Şörəyelin əbədi olaraq Rusiyanın tabeliyinə keçməsi haqqında sənəd imzalayırlar. Məhz bundan sonra həmin ərazidə yaşayan türklərin qaçqınlıq dövrü başlanmışdır. Şörəyel kəndlərinin qarapapaq boyundan olan əhalisinin bir hissəsi 1807-ci il rus-türk müharibəsi nəticəsində İrəvan xanlığının və Qars paşalığının ərazilərində sığınacaq tapmışdılar. Qarapapaq tayfaları fürsət tapan kimi əvvələr yaşadıqları kəndlərə hücum edib erməniləri qovmaq istəyirdilər.
Mureş Daşqını Milli Parkı
Mureș Daşqını Təbiət Parkı ― Rumıniyanın qərbində, Arad şəhərinin kənarında yerləşən milli park. Rumıniya hökuməti tərəfindən 2005-ci ildə ayrılmışdır. Park 17,455 ha ərazini əhatə edir və Arad şəhərindən qərbə, Macarıstan sərhəddinə qədər Mureş çayını izləyir. Park, bataqlıq əraziləri üçün tipik bir ekosistemdir. Axar suları, gölləri, bataqlıqları və meşələri, quş növlərinin yaşaması və yuva qurması üçün mühüm yerdir və bu ərazilər hər üç ildə bir dəfə olmaqla dövri daşqınlara məruz qalır. Parkdakı meşələr (7500 ha) əsasən palıd, ensizyarpaq göyrüş, qara və ağ qovaq, ağ söyüd və amerikan qara qozunun qarışığından ibarətdir. Bu sahə, əksəriyyəti beynəlxalq səviyyədə qorunan, təxminən 200 növ quş üçün yuva və köç üçün əhəmiyyətli bir yerdir. Mureș Daşqını Milli Parkının əsas məqsədi bölgədəki yaşayış yerlərini və landşaft müxtəlifliyini qorumaqdır. Parkın bir hissəsi RAMSAR konvensiyası ilə qorunur. Parkın daxilində 4 ciddi qorunan təbiət qoruğu var: Cenad Meşəsi (310.5 ha), Böyük Cenad Adası (2,1 ha), İqrian Adaları (7 ha) və Prundul Mare (717.9 ha).
Mürsəlli daşqını (film, 1929)
== Məzmun == Xüsusi buraxılış Kür sahilində yerləşən Mürsəlli kəndində bəndin partladılması və bunun nəticəsində pambıq sahələrini su basması haqqındadır. == Film haqqında == Kinoxronika Moskva Mərkəzi Dövlət Kino-Fotofono Sənədlər Arxivində saxlanılır.
2019-cu ildə İranda sel və daşqınlar
2019-cu ildə İranda sel və daşqınlar — 2019-cu ilin mart-aprel aylarında yayılmış sel fəlakəti. İranın geniş sahələrinə və ən çox Gülüstan, Fars, Xuzistan, Luristan ostanlarına təsir edib.
Dalğıclıq
Dayvinq və ya dalğıclıq — xüsusi avadanlıqlarla uzun müddət su altında qalma üzrə idman növü. == Tarixi == İnsanlar qədimdən su altında uzun müddətlər qalmağa çalışmışlar. E.ə. 500 illərinə aid şəkillərdə heyvan dərilərindən hazırlanmış tuluqdakı havanı tənəffüs edərək su altında olan Qədim Yunan dalğıclar təsvir edilmişdir. Xüsusilə, batan gəmilərdəki yüklərin çıxardılması ehtiyacı insanları daha dərinə enmək və orada daha uzun müddət qala bilmək üçün yeni icadlar etməyə məcbur etmişdir. Bu zaman su altında qalanlar xüsusi zənglərdən istifadə etməyə başlamışlar. Jül Vernnin "20 000 lye su altında" kitabında su altə aparatlardan bəhs edilir. Ancaq dalğıclıqda ən böyük inqilab 1943-də Fransız ixtiraçı Kapitan Kustonun (Jak-İv Kusto) inkişaf etdirdiyi requlyator sayəsində olmuşdur. Kustonun "su ciyəri" adını verdiyi aparat yüksək təzyiqli bir balon və tək pilləli requlyatordan ibarət idi. O insanın su səthindəki havaya heç bir ehtiyacı olmadan su dərinliyinə enib uzun müddətlər orada qala bilməsinə imkan vermişdir.
Dağınıq skleroz
Dağınıq skleroz (lat. sclerosis disseminata) — sinir sisteminin iltihabi xəstəliyi olub , baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur. Bu zədələnmə sinir sistemi hissələri arasında əlaqəni pozur və bunun nəticəsində bir sıra simptom və sindromlar yaranır.Dağınıq skleroz xronik, vaxtaşırı kəskinləşmə ilə keçən və pasiyentlərin müxtəlif dərəcədə əlilliyinə səbəb olan xəstəlikdir. Xəstəliyin başlanmasından 20 il sonra xəstələrin 60%-i sərbəst hərəkət edə bilmir. Çox hallarda xəstəlik ömrün uzunluğuna o qədər də təsir etmir, lakin nadir hallarda xəstəlik çox sürətlə irəliləyir. Klinik müayinələr göstərir ki, xəstələrin MSS-də zədələnmələr əmələ gəlir və bu zədələnmələr zaman keçdikcə səpələnir. Zədələr ocaqlarda olan iltihabi proses nəticəsində yaranan çapıqlardır. Diaqnozun təsdiqlənməsi üçün yeganə bir patoqnomonik test mövcud deyil və xəstənin sağlığında çox nadir hallarda onu təsdiq edən histoloji müayinə mümkün olur. == Epidemiologiya == DS-nin yayılmasında coğrafi amillərlə (iqlim) yanaşı sosialiqtisadi, ekoloji və etnoqrafik amillər, xüsusən əhali tərəfindən istifadə edilən qida məhsulları da müəyyən əhəmiyyət kəsb edə bilər. Ekvatordan uzaqlaşdıqca dağınıq sklerozun yayılmasında artım müşahidə edilir.
Dağınıq suincilosu
Gövdəsi 150 sm-ə qədər uzunluqda, nazik,çılpaq olan çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları açıq-yaşıl rənglidir,nazikdir; yarpaq ayasının uzunluğu 3-4 sm-dir,üçqat-üç hissəyə bölünmüş tükşəkilli payları vardır. == Çiçək == Çiçəklərinin diametri 8-10 mm-dir.Çiçək saplağı yarpaqlardan uzun və ya ona bərabərdir. Ləçəkləri əksinəyumurta-şəkillidir,ağ rənglidir, demək olar ki, kasa yarpaqlarından iki dəfə uzundur. == Meyvə == Meyvələrinin sayı 15-30 ədəddir,yuxarı hissədə bozumtul-cod tüklüdür. == Çiçəkləməsi == Aprel == Meyvə verməsi == Aprel-İyul == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, Kür-Araz oval., Kür düz., KQ şimal, KQ mərkəzi, Nax. dağ., Lənk. Oval. Ovalıqdan yuxarı dağ qurşağına qədər. == Yaşayış mühiti == Durğun və yavaş axan sularda, göllərdə rast gəlinir.