DAĞINIQ

1. разбросанный, разрозненный, рассыпанный, раскиданный; 2. беспорядочный;
DAĞILMAQ
DAĞINIQLIQ
OBASTAN VİKİ
Dağınıq skleroz
Dağınıq skleroz (lat. sclerosis disseminata) — sinir sisteminin iltihabi xəstəliyi olub , baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur. Bu zədələnmə sinir sistemi hissələri arasında əlaqəni pozur və bunun nəticəsində bir sıra simptom və sindromlar yaranır.Dağınıq skleroz xronik, vaxtaşırı kəskinləşmə ilə keçən və pasiyentlərin müxtəlif dərəcədə əlilliyinə səbəb olan xəstəlikdir. Xəstəliyin başlanmasından 20 il sonra xəstələrin 60%-i sərbəst hərəkət edə bilmir. Çox hallarda xəstəlik ömrün uzunluğuna o qədər də təsir etmir, lakin nadir hallarda xəstəlik çox sürətlə irəliləyir. Klinik müayinələr göstərir ki, xəstələrin MSS-də zədələnmələr əmələ gəlir və bu zədələnmələr zaman keçdikcə səpələnir. Zədələr ocaqlarda olan iltihabi proses nəticəsində yaranan çapıqlardır. Diaqnozun təsdiqlənməsi üçün yeganə bir patoqnomonik test mövcud deyil və xəstənin sağlığında çox nadir hallarda onu təsdiq edən histoloji müayinə mümkün olur. == Epidemiologiya == DS-nin yayılmasında coğrafi amillərlə (iqlim) yanaşı sosialiqtisadi, ekoloji və etnoqrafik amillər, xüsusən əhali tərəfindən istifadə edilən qida məhsulları da müəyyən əhəmiyyət kəsb edə bilər. Ekvatordan uzaqlaşdıqca dağınıq sklerozun yayılmasında artım müşahidə edilir.
Dağınıq suincilosu
Gövdəsi 150 sm-ə qədər uzunluqda, nazik,çılpaq olan çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları açıq-yaşıl rənglidir,nazikdir; yarpaq ayasının uzunluğu 3-4 sm-dir,üçqat-üç hissəyə bölünmüş tükşəkilli payları vardır. == Çiçək == Çiçəklərinin diametri 8-10 mm-dir.Çiçək saplağı yarpaqlardan uzun və ya ona bərabərdir. Ləçəkləri əksinəyumurta-şəkillidir,ağ rənglidir, demək olar ki, kasa yarpaqlarından iki dəfə uzundur. == Meyvə == Meyvələrinin sayı 15-30 ədəddir,yuxarı hissədə bozumtul-cod tüklüdür. == Çiçəkləməsi == Aprel == Meyvə verməsi == Aprel-İyul == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, Kür-Araz oval., Kür düz., KQ şimal, KQ mərkəzi, Nax. dağ., Lənk. Oval. Ovalıqdan yuxarı dağ qurşağına qədər. == Yaşayış mühiti == Durğun və yavaş axan sularda, göllərdə rast gəlinir.
Dağınıqcətirli dovşanalması
Dağınıqcətirli dovşanalması (lat. Cotoneaster pannosus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Cənubi-Şərqi Çindir. == Botaniki təsviri == Hündürlüyü 1-2 m olan, sıxbudaqlı, dağınıq çətirli koldur. Yarpaqları kiçik, dairəvi, iti ucludur, kənarları azca dişlidir, qalın, səthi parlaqdır. Çiçəkləri xırdadır, qalxanvari salxımlarda yerləşir. May ayında çiçəkləyir, meyvələri sentyabr-oktyabrda yetişir. == Ekologiyası == Abşeronun torpaq-iqlim şəraitinə davamlıdır. == Azərbaycanda yayılması == Abşeron şəraitinə davamlıdır. == İstifadəsi == Çiçəkləmə və meyvəvermə vaxtı dekorativ görünür.
Dağınıqçiçək kəkotu
Dağınıqçiçək kəkotu, Məzrə, Küftəotu (lat. Satureja hortensis) - kəkotu cinsinə aid bitki növü. == Yayılması == Cənubi Avropa, Krım, Türkiyə, Orta Asiyada yayılıb. Çınqıllı, daşlı yamaclarda, qayalarda bitir. Bağ və bostanlarda çoxaldılır, bəzən isə yabanılaşır və alaq otu kimi bitir.

Digər lüğətlərdə

каменно... мета́ллик на́восьмеро папе́жество прила́вочный прота́птывать солесо́с тота́льный травооби́льный фотопро́ба хобби́ст выдава́ть вы́ставиться ископа́емое на-гора́ по́люсный сопротивля́ться atty de-tank dropping-gear gaping-stock megatherm priestess вынести неуравновешенный