Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dairəvi iqtisadiyyat
Dairəvi iqtisadiyyat (ing. circular economy) — ümumi mənada bu, resursların yenilənməsinə əsaslanan iqtisadiyyatdır, ənənəvi xətti iqtisadiyyata alternativdir (tullantıların meydana gəlməsi, istifadəsi, utilizasiyası). == Xüsusiyyətlər == Dairəvi iqtisadiyyat tullantıları və digər çirklənmə növlərini minimuma endirən məhsul və xidmətlərə diqqət yetirməklə klassik xətti istehsal modelini dəyişdirmək üçün nəzərdə tutulmuşdur. Dairəvi iqtisadiyyatın əsas prinsipləri resursların yenilənməsinə, ikinci dərəcəli xammalın təkrar emalına, qalıq yanacaqlardan bərpa olunan enerji mənbələrindən istifadəyə keçidə əsaslanır. Həmçinin bu tip iqtisadiyyat dördüncü sənaye inqilabının tərkib hissəsi hesab olunur ki, bunun nəticəsində təbii resurslar da daxil olmaqla ehtiyatlardan rasional istifadə ümumən artacaq, iqtisadiyyat daha şəffaf, proqnozlaşdırıla bilən olacaq, onun inkişafı sürətli və sistemli olacaqdır. == Yayılma == Çin dairəvi iqtisadiyyatı inkişaf etdirmək üçün qanun qəbul edir; Cənubi Koreya oxşar Yaşıl İnkişaf Strategiyasını tətbiq edir; Yaponiyada "Düzgün Material Dövrü üçün Cəmiyyət" qurulur. Oxşar proqramlar Almaniya və İsveçrədə də mövcuddur. Milli inkişafın bu yeni konsepsiyaları tullantıların idarə olunması sistemlərində əsaslı dəyişiklikləri nəzərdə tutur, diqqəti tullantılardan ikinci dərəcəli resursların maksimum çıxarılmasına və təbii minerallar əvəzinə sənaye istehsalında istifadəsinə yönəldir. == Cəmiyyətə təsir == Dairəvi iqtisadiyyat insanın hər hansı hərəkətinin, təfəkkürünün, istehlak vərdişlərinin fərqli qavranılması sistemini, daha rasional istehsal və istifadəni nəzərdə tutur. Dünya İqtisadi Forumu, Ellen MacArthur Fondu və McKinsey & Company konsaltinq firmasının 2014-cü il hesabatına görə, istehsal dövriyyəsi hər il qlobal iqtisadiyyata 1 trilyon dollar əlavə edə bilər.
Dairəvi məbəd
Dairəvi məbəd, Nuxa Üçmüqəddəs kilsəsi (rus. Нухинская трехсвятительская церковь) və ya Nuxa Müqəddəs kilsəsi" (rus. Нухинская Святительская церковь) — Şəki şəhərindəki Nuxa qalasında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi. Hazırda bu tikilinin içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir. == Haqqında == Dairəvi məbədin əsas hisəsinin (artırmalarsız) üstü günbəzlə tamamlanır və bu ilkin hissə memarlıq üslubuna, tikintisində istifadə edilmiş inşaat materiallarının növünə görə qaladakı digər tikililərdən xeyli fərqlənir. Həmin səbəbdən də bəzi tədqiqatçılar onun tarixini Qafqaz Albaniyası dövrünə aid edirlər. Lakin XX əsrin ortalarında mütəxəssislər Nuxa qalası ərazisinə baxış keçirərkən bu qənaətə gəlmişlər ki, 6 ha ərazini əhatə edən qalanın içində məscid və Şəki xan sarayı istisna olmaqla, bütün tikililər rus dövrünə aiddir. Dairəvi məbəd XIX əsrin ən geci 1853-cü ildən XX əsrin əvvəllərinə qədər indiki Şəki şəhərində fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi idi. Kilsə binası təmiz yonulmuş əhəngdaşı ilə əvvəl dairəvi planda tikilmiş və üstü günbəzlə tamamlanmışdı. Sonralar isə ona üç tərəfdən çay daşı və kərpic hörgüsü ilə əlavələr edilərək genişləndirilmiş və o xaç formasına (yuxarıdan baxdıqda) salınmışdır.
Dairəvi sistem
Dairəvi sistem — idman yarışlarında mübarizə sistemi. Bu sistemlə keçirilən yarışlarda hər bir iştirakçı, bir-bir turnirin digər iştirakçıları ilə qarşılaşır. İdmanın populyar növləri (futbol, voleybol, basketbol), xüsusilə, mülli çempionatlar, dünya, yaxud kontintent çempionatlarının seçmə mərhələləri bu sistemlə keçirilir.
Dairəvi şəhər
Dairəvi şəhər (Əl-Mansur şəhəri də adlandırılır: sülh şəhəri)— 762-767-ci illərdə tikilmiş İraqın Bağdad şəhərində qədim şəhər.
Dairəvi Günbəd Türbəsi
Dairəvi Günbəd Türbəsi – İranın Marağa şəhərində, hicri 563 – cü ilin rəcəb ayında (miladi 1167 aprel ayı) inşa edilmiş türbə. Kürsülüyü iri daş lövhələrlə üzlənmiş dairəvi günbədin silindrik gövdəsi kərpicdən hörülmüşdür. Onun plan biçimi bayırda dairəvi olduğu halda içəridə onbucaqlıdır. İç üzlərin hər birində dayaz tağça verilmiş, şimal üzü qapı üçün ayrılmışdır. Dairəvi Günbəd də digər Marağa türbələri kimi ikiqatlıdır. Türbənin sərdabəsi daş kürsülüyün içərisindədir. Kərpic qüllənin yuxarısı dağılmışdır. Buna baxmayaraq türbənin silindrik qülləsinin içəridə sferokonik, bayırda konusvari günbəzlə tamamlandığı bəllidir. XI – XIII əsr Azərbaycan memarları silindrik tutuma girişin monumental baştağ şəklində birləşdirilməsi yolu ilə uğurlu memarlıq-məkan həllini işləyib hazırlamışdılar. Dairəvi Günbəddə baştağ iri ölçülü olmaqla türbənin ən zəngin bəzəkli elementidir.
Dairəvi Günbəz türbəsi
Dairəvi günbəz türbəsi Marağa şəhərində yerləşən Səlcuqlar dövrünə aid abidədir. Abidə Göy Günbəz türbəsi ilə 10 metrlik məsafədə yerləşir. Abidənin üzərində kufi xətti ilə onun tikilmə tarixi hicri 563-cü il göstərilsə də, içəridə yerləşən qəbirlə bağlı heç bir məlumat verilməmişdir. Binanın tikilişi zamanı işlənmiş müxtəlif rəngli kaşılar, naxış və ornament növləri o dövrdə kaşı ilə işləmə sənətinin inkişaf etdiyini göstərməklə yanaşı, türbənin ümumi görüşünə xüsusi rəng qatmışdır. == Memarlıq xüsusiyyətləri == Abidə dairəvi formalı, sadə və üzəri ikitərəfli günbəzlə örtülmüş fasada malik türbədir. Lakin zamanla abidənin tavanı və günbəzi dağılaraq tarixə qovuşmuşdur. Türbənin qeyd edilən iki hissəsi dağıldıqdan sonra isə binanın digər hissələrini qoruyub-saxlamaq üçün köhnə günbəzin yerində çardaq formalı dam tikilmişdir.Dairəvi türbə giriş qapısını əhatə edən çərçivə və aypara şəkilli tağlarla bəzədilmişdir. Tağın aşağı və yuxarı hissəsində isə kərpic və firuzəyi kaşılarla bəzədilmiş mürəkkəb naxışlara malik kufi xəttlə yazılmış kitabələr memarlıq-üslub baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir. Abidə öz tikildiyi tarix ilə Qırmızı Günbəd türbəsinin tikildiyi tarix arasındakı qısa zamanda öz fasad quruluşunun keçdiyi böyük inkişaf və təkamül yolunu göstərdiyi üçün xüsusi əhəmiyyət kəsb edir. Bina zirzəmisi olan hündür daş bünövrə üzərində tikilmişdir.
Dairəvi Mərdəkan qalası
Dairəvi Mərdəkan qəsri və ya Kiçik Mərdəkan qəsri— Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən tarix-memarlıq abidəsi. Qəsr, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.Qəsrin donjonunda olan kitabədə onun 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən Şirvanşah III Fəribürzün sifarişi ilə inşa edildiyi bəlli olur. Qəsrin inşasında əhəng məhlulu və yerli əhəngdaşından istifadə edilmişdir. Dairəvi Mərdəkan qəsri planda, yanlardan kor bürclərlə bərkidilən 7 metr hündürlüyə malik möhkəm qala divarları ilə əhatə olunmuş mərkəzi qüllədən ibarətdir. Qüllənin xarici diametri 7,6 metr, divarların qalınlığı isə 2 metrdir. Daxildə qüllə üç yarusa bölünmüş və yarusların hər biri daş günbəzlərlə örtülmüşdür. Üçüncü mərtəbənin divarında xaricə çıxan yola malik sanitar niş vardır. == Tarixi == Dairəvi Mərdəkan qəsri, bir zamanlar bu ərazidə olmuş və dövrümüzə çatmamış qala kompleksinin bir hissəsi olmuşdur.Qəsrin donjonunda olan kitabədə onun 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən Şirvanşah III Fəribürzün sifarişi ilə inşa edildiyi bəlli olur. == Memarlıq xüsusiyyətləri == XII-XV əsrlər Ön və Orta Asiya şəhərləri üçün xarakterik memarlıq planına malik olan Dairəvi Mərdəkan qəsri planda, yanlardan kor bürclərlə bərkidilən 7 metr hündürlüyə malik möhkəm qala divarları ilə əhatə olunmuş mərkəzi qüllədən ibarətdir.Qala divarları hər tərəfdən 25 metr uzunluğa malikdir. Qala divarlarının tinlərində qüllələr, məhəccər və mazqallar vardır.Qəsrin inşasında əhəng məhlulu və yerli əhəngdaşından istifadə edilmişdir.
Dairəvi bina (Taqanroq)
Dairəvi bina — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşın yaşayış binadı. Bina bürü SSRİ ərazisində ilk dairəvi bina olmuşdur. Binanın yerləşdiyi adresı: Aleksandrovskaya küçəsi, ev 107. == Layihənin müəllifi == Uzun illər ərzində binanın layihə müəllifi hasısa Boqoblyudov hesab edilirdi. 2000-ci illərdə binaya olan marağın artması ilə əlaqədar binatın layihə müəllifi axtarılmağa başlanılmışdır. Nəticədə bina layihəsinin müəllifi məşhur rodtovlu arxitektor Mixail Nikolsyeviç Kondratev olması müəyyənləşmişdir. Sonradan Artur Qeorqeviç Tokarevin apardığı araşdırmalar nəticədində binanın layihəsinin İvan Qeorqieviç Taranova mənsub olması müəyyən edilmişdir. Layihə hələ öz dövründə hazırlandıqdan sonra Sənaye və mülki tikililər jurnalında dərc edilərək müzakirə edilmişdir. == Binanın tarixi == Dairəvi binanın tikintisinə Taqanroqda 1929-cu ildə başlanıılmışdır. 1932-ci ildə isə tikinti işləri başa çatmışdır.
Dairəvi türbə (Marağa)
Dairəvi günbəz türbəsi Marağa şəhərində yerləşən Səlcuqlar dövrünə aid abidədir. Abidə Göy Günbəz türbəsi ilə 10 metrlik məsafədə yerləşir. Abidənin üzərində kufi xətti ilə onun tikilmə tarixi hicri 563-cü il göstərilsə də, içəridə yerləşən qəbirlə bağlı heç bir məlumat verilməmişdir. Binanın tikilişi zamanı işlənmiş müxtəlif rəngli kaşılar, naxış və ornament növləri o dövrdə kaşı ilə işləmə sənətinin inkişaf etdiyini göstərməklə yanaşı, türbənin ümumi görüşünə xüsusi rəng qatmışdır. == Memarlıq xüsusiyyətləri == Abidə dairəvi formalı, sadə və üzəri ikitərəfli günbəzlə örtülmüş fasada malik türbədir. Lakin zamanla abidənin tavanı və günbəzi dağılaraq tarixə qovuşmuşdur. Türbənin qeyd edilən iki hissəsi dağıldıqdan sonra isə binanın digər hissələrini qoruyub-saxlamaq üçün köhnə günbəzin yerində çardaq formalı dam tikilmişdir.Dairəvi türbə giriş qapısını əhatə edən çərçivə və aypara şəkilli tağlarla bəzədilmişdir. Tağın aşağı və yuxarı hissəsində isə kərpic və firuzəyi kaşılarla bəzədilmiş mürəkkəb naxışlara malik kufi xəttlə yazılmış kitabələr memarlıq-üslub baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir. Abidə öz tikildiyi tarix ilə Qırmızı Günbəd türbəsinin tikildiyi tarix arasındakı qısa zamanda öz fasad quruluşunun keçdiyi böyük inkişaf və təkamül yolunu göstərdiyi üçün xüsusi əhəmiyyət kəsb edir. Bina zirzəmisi olan hündür daş bünövrə üzərində tikilmişdir.
Dairəvi türbə (Urmiya)
İranın Urmiya şəhərindəki 1184-cü il tarixli Dairəvi türbə öz ümumi quruluşu etibarilə Marağadakı dairəvi türbəni xatırlatsa da,bu abidə daxili planı etibarilə Marağadakı türbədən fərqlidir.Türbənin daxili dördbucaqlı günbəzlə örtülü türbələrdən gələn bir quruluşdadır.türbənin daxilinin belə həll edilməsi görünür ki,günbəzli türbələrdən gələn ənənəvi təsirin nəticəsidir.Bu təsir özünü türbənin xarici görünüşündə də göstərir.burada türbənin giriş portalı türbənin daxili həcminə tabe deyil.Həm hündürlüyü,həm eni,əm də dərinliyi etibarı ilə türbənin kompozisiyasında baştağ özü əsas yer tutur.Türbənin silindrik gövdəsi bürcvari xüsusiyyətini itirmişdir.
Böyük dairəvi xətt
Böyük dairəvi xətt (rus. Большая кольцевая линия) Moskva Metropoliteninin 11-ci (xronoloji ardıcıllıqla onuncu) və dünyanın ən uzun metro xəttidir. Xəttin birinci hissəsi 26 fevral 2018-ci ildə açılıb. Son 9 stansiya isə 1 mart 2023-cü ildə sərnişinlərin istifadəsinə verildi. Xəttin ümumi uzunluğu 57.5 kilometrdir və 31 stansiyadan ibarətdir. Xəttin beş stansiyasında 5G texnologiyası sınaqdan keçirilir.Xətt sxemdə firuzəyi(ru)(bəzən qara) rəng ilə işarə olunur. == Təsvir == Xəttin uzunluğu 58,5 kilometrdir, lakin bəzi mənbələrdə 70 kilomterdən artıq olduğu qeyd olunur. Xəttdə 252 eskalator fəaliyyət göstərir. Sayca ən çox (17) eskalator Peçatniki (rus. Печатники) stansiyasında yerləşir.
Abşeron dairəvi dəmir yolu
Abşeron dairəvi dəmir yolu (əvvəlki adı Bakı dairəvi xətti) və ya Bakı şəhərətrafı dəmir yolu — Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişini təşkil edən əhəmiyyətli elektrikli dəmiryolu xəttidir. Bu dəmiryolu xətti 2 hissədən ibarətdir: Bakı sərnişin — Biləcəri — Sumqayıt və Bakı sərnişin — Sabunçu — Sumqayıt. Hazırda Bakı sərnişin — Biləcəri — Sumqayıt xətti üzrə Biləcəri, Xırdalan və Sumqayıt stansiya və dayanacaqları mövcuddur. Gələcək planda Keşlə, Dərnəgül, Binəqədi və Güzdək dayanacaqlarının da inşası nəzərdə tutulub. Bakı sərnişin — Sabunçu — Sumqayıt xətti üzrə Nərimanov, Keşlə, Koroğlu, Bakıxanov, Sabunçu Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı, Gorədil, Novxanı və Sumqayıt stansiya və dayanacaqları mövcuddur. Gələcəkdə Nərimanov dayanacağında da qatarların dayanması nəzərdə tutulub. Bakı şəhərinin baş planına əsasən, gələcəkdə Zabrat 2 stansiyasından Maştağa Albalılıq Zağulba istiqamətində, Bakıxanov dayanacağından Suraxanı, Qala, Zirə, Hövsan istiqamətində xətlərin yenilənməsi, Yeni Suraxanı — Hava limanı istiqamətində xəttin çəkilməsi planlaşdırılıb. Bundan əlavə Bakının Baş planına əsasən 2027-ci ilədək 28 may və Biləcəri stansiyaları arasında 4 yeni dayanacağın (Dərnəgül, Binəqədi Cənub, N.Nərimanov) yaradılması, Lökbatandan 28 maya (Lökbatan, Heybat, Xocahəsən, Biləcəri, Binəqədi, Dərnəgül, Keşlə, N.Nərimanov, 28 may) şəhərətrafı qatarların hərəkəti, 2040-cı ilədək Bakı sərnişin — Keşlə — Dərnəgül — Binəqədi — Binəqədi Şərq — Binəqədi Şimal — Mehdiabad — Fatmayı xəttinin inşası planlaşdırılır. == Tarixi == Bakı və Abşeron ərazisində ilk dəmir yolu xətti olan Bakı — Sabunçu — Suraxanı xətti 1880-ci ilin yanvar ayında istifadəyə verilmişdir. 1883-cü ildən Bakı — Tiflis — Batum, 1890-cu ildən isə Biləcəri — Dərbənd magistral xəttlərinin inşası ilə dəmiryolu xətti tədricən daha şaxəli formaya malik olur.
Bakı dairəvi avtomobil yolu
Bakı dairəvi avtomobil yolu — Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması, ağır tonnajlı yük avtomobillərinin şəhərə daxil olmadan hərəkətinin təmin edilməsi üşün nəzərdə tutulmuş yol. 8 noyabr 2010-cu ildə təhvil verilib. BDAY şimal-cənub beynəlxalq nəqliyyat dəhlizini Böyük İpək Yolu ilə əlaqələndirərək, Bakı şəhərində tıxacların əhəmiyyətli dərəcədə azalmasına, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşmasına imkan verir. Bu yol sayı sürətlə artan nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin edir. Birinci dərəcəli əsas yolun uzunluğu 21,5 kilometrdir. İki istiqamətli yerli yolun uzunluğu 4,8 kilometrdir. Yol nəqliyyat vasitələrinin əsas magistrala daxil olmadan digər istiqamətlərə hərəkətini istiqamətləndirir. Burada, həmçinin əhalinin rahatlığı təmin etmək üçün səsboğucu baryerlər quraşdırılmışdır. 27 yanaşma yolunun ümumi uzunluğu 11,7 kilometr, əsas yolun hərəkət hissəsinin eni 22,5 metrdir. Dairəvi yol hər iki istiqamətdə üç hərəkət zolağı olmaqla, altı hərəkət zolağından ibarətdir.
Xarici dairəvi pardaqlama dəzgahı
Xarici dairəvi pardaqlama dəzgahı maşın hissələrinin silindrik xarici səthlərinin təmiz emalında istifadə olunur. === İşləmə prinsipi === Proses fasiləsiz olaraq pardaq dairəsinin doğuranı ilə hissə boyunca aparılır. Dəzgahda pəstah mərkəzlər arasında və ya patronda yeləşdirilib, bərkidilir. Pəstah pardaq dairəsinə nisbətən aşağı dövrlər sayında fırladılır. Dəzgahların konstruksiyası emal olunan hissələrin ölçüsündən asılı olur. Kiçik hissələr üçün nəzərdə tutulmuş dəzgahlarda, üzərində hissə bərkidlimiş stol uzununa hərəkəti icra edir. Pardaq dairəsi bərkidilmiş başlıq isə yalnız eninə veriş alır. Böyük (uzun) hissələrin emalında isə kinematik bölgü əksinə olur. Alət uzununa veriş, hissə bərkidilmiş stol isə eninə verişə malik olur. Dəzgahın əsas təşkiledici düyümləri pəstahın tutulub hərəkət etdirilməsi üçün patron qutusu, hissənin mərkəzləşdirilməsi və hərəkətini tənzimləyən dal aşıqdan ibarətdir.
Qax rayonunun Ləkit kəndindəki dairəvi məbəd
Ləkit məbədi — Qax rayonunun Ləkit kəndinin 1 km uzaqlığında yerləşən qədim alban məbədi. İnşaat texnikası baxımından mütəxəssislər kilsənin inşa tarixini IV–VI əsrlərə aid edirlər. Məbədin təqribən IV əsrdə Albaniya hökmdarı III Mömün Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir. Məbədin dairəvi divarları xaricdən pilyastrlar vasitəsilə 28 hissəyə bölünür. Ləkit kilsəsində daxili məkanın təşkili də xüsusi diqqət cəlb edir. Bu pilonlar günbəz və barabanı saxlamaqla yanaşı, həm də tetrakonxun Hər eksedrası üç sütun vasitəsiylə formalaşdırılmış künclərini vurğulayır. Bu sütunlar kvadrat formalı özüllər (interkolumni 120 sm) üzərində durmaqla hər biri bir metr diametrə malik olmuşdur. == Tarixi == İnşaat texnikası baxımından mütəxəssislər kilsənin inşa tarixini IV–VI əsrlərə aid edirlər. Ləkit məbədi Cənubi Qafqaz tetrakonxlarının təşəkkül tapması üçün əsas olmuşdur. Kilsə qədim zərdüştü məbədi əsasında yaradılmışdır.
Adams dairəsi
Adams dairəsi və ya Adams County ABŞ-nin Pensilvaniya əyalətində yerləşən bir distriktdir. Regionun əhalisi 2010-cu il siyahıyaalma nəticələrinə görə 101 407 nəfərdir. Dairənin mərkəzi şəhəri Gettysburg şəhəridir. Bu dairə 22 yanvar 1800-cü ildə York dairəsinin bir hissəsi olaraq qurulmuşdur. Dairənin adı ABŞ-nin ikinci prezidenti Con Adamsdan gəlir.
Andi dairəsi
Andi dairəsi (rus. Андийский округ) — Rusiya imperiyası (Dağıstan vilayətində) və RSFSR–in (Dağıstan vilayəti və Dağıstan MSSR–də) tərkibində, 1861–1928–ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Botlix kəndi idi.
Anlonqvenq dairəsi
Anlonqvenq dairəsi (khm. ស្រុកអន្លុងវែង) — Kambocanın şimal-qərbində yerləşən, Oddarmeantey əyalətinə daxil olan əyalətdir. Dairənin inzibati mərkəzi həmçinin Anlonqvenq adlanır. Dairənin əhalisi 1998-ci il siyahıya alma zamanı münaqişəyə görə hesablanmırdı. Daha sonralar siyahıya almalar davam etdirilmişdir. == Coğrafi mövqeyi == Anlonqvenq əyaləti Danqrek dağları ərazisində yerləşmişdir. Bu dağlar Kambocanın ekstremal hissəsi hesab olunur və ölkənin şimalında yerləşmişdir. Dairə Siemrapadan 125 kilometr şimalda, Taylandın beynəlxalq sərhəd keçidi yaxınlığında yerləşmişdir. Bilavasitə şimala şəhərdən damba olur. == Tarixi == Anlonqvenq dairəsi iki əsas səbəbdən bu qədər məşhurluq əldə etmişdir: Dairə Qırmızı kxmerlərin son qalası idi.
Avar dairəsi
Avar dairəsi (rus. Аварский округ) — Rusiya imperiyası (Dağıstan vilayətində) və RSFSR–in (Dağıstan vilayəti və Dağıstan MSSR–də) tərkibində, 1864–1928–ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Xunzax kəndi idi.
Balaka dairəsi
Balaka — Afrika ölkəsi olan Malavinin 28 dairəsindən biri. Cənub regionuna aiddir. == Coğrafiya == Balaka ölkənin üç regionundan biri olan Cənub regionuna aiddir. Dairənin mərkəz şəhəri dairə ilə eyni adı daşıyan Balaka şəhəridir. Dairə şərqdə Maçinqa, cənubda Mvanza və Zomba, şimalda Manqoçi, qərbdə Ntçeu dairələri ilə qonşudur. == Əhali == Balaka dairəsində 316,748 nəfər yaşayır.
Belqrad dairəsi
Belqrad dairəsi (serb. Град Београд) — yerli özünüidarətmə sahib Mərkəzi Serbiyada yerləşən ayrıca ərazi vahidi. Belqrad və onun şəhərətrafı qəsəbələrini özündə cəmləşdirir. == Əhalisi == Dairənin ərazisində 1.659.440 insan yaşayır, bu da Serbiyanın bütöv əhalisinin 23,0% təşkil edir (2011 siyahıyaalma məlumatlarına görə, Kosova ve Metohiyada olan əhalini saymadan). Əksəriyyəti serblər (1 505 448 və ya 91%) təşkil edir. Yuqoslaviyalılar (8061 nəfər), monteneqrolular (9902 nəfər), xorvatlar (7752 nəfər), makedoniyalılar (6970 nəfər), qaraçılar (27 325 nəfər) da burada yaşayır. Belqradda və dairənin digər şəhərlərində 1281,8 min nəfər yaxud əhalinin 81,3% -i yaşayır (2002-ci ildəki siyahıyaalmaya əsasən).
Blantire dairəsi
Blantire — Afrika ölkəsi olan Malavinin 28 dairəsindən biri. Cənub regionuna aiddir. == Coğrafiya == Blantire ölkənin üç regionundan biri olan Cənub regionuna aiddir. Dairənin mərkəz şəhəri dairə ilə eyni adı daşıyan Blantire şəhəridir. Dairə şərqdə Çiradzulu, cənubda Tayolo, şimal-şərqdə Zomba, şimal-qərbdə Mvanza, cənub-şərqdə Çikvava dairələri ilə qonşudur. == Əhali == Blantire dairəsində 999,491 nəfər yaşayır.
Buynaksk dairəsi
Buynaksk dairəsi (rus. Буйнакский округ) — Dağıstan MSSR tərkibində, 1952–1953–cü illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Buynaksk şəhəri idi.
Dakar dairəsi
Dakar meydanı və ya Dakar dairəsi — Bakı şəhərində yerləşən meydanlardan biri. "Neftçilər" metrostansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin kəsişməsində yerləşir. Bakı sakinləri onu daha çox "Neftçilər dairəsi" kimi tanıyırlar. Meydan, Bakı ilə qardaşlaşmış şəhər olan Seneqalın paytaxtı, Dakar şəhərinin şərəfinə adlandırılmışdır. İki şəhər 1967-ci ildə qardaşlaşmışlar. 1987-ci ilin sentyabrında Dakar şəhərinin əsasının qoyulmasının 100 illiyi münasibətilə Dakar şəhər bələdiyyəsinin nümayəndə heyəti Bakıda səfərdə olmuş və Dakar meydanına baş çəkmişdir. Meydanın mərkəzində mozaikalarla, göyərçin və salamlaşma təsvirləri ilə bəzədilmiş türbəşəkilli abidə, şərq tərəfində isə iki şəhərin gerblərini əks etdirən və fransızca "Cités Unies" (azərb. "Qardaşlaşmış şəhərlər"‎) sözləri yazılmış mozaikalı panno yerləşir.
Dargi dairəsi
Dargi dairəsi (rus. Даргинский округ) — Rusiya imperiyası (Dərbənd quberniyası və Dağıstan vilayəti tərkibində) və RSFSR–in (Dağıstan MSSR–də) tərkibində, 1854–1928–ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Levaşi kəndi idi. == Mənbə == О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: XII. Дербентская губернiя, стр. 42 – 49. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр.
Dedza dairəsi
Dedza — Malavinin 28 dairəsindən biri. Mərkəz regionuna aiddir. == Coğrafiya == Dedza ölkənin üç regionundan biri olan Mərkəz regionuna aiddir. Dairənin mərkəz şəhəri dairə ilə eyni adı daşıyan Dedza şəhəridir. Dairə şərqdə Malavi gölü və Manqoçi dairəsi, cənubda Ntçeu dairəsi və Mozambik, şimalda Salima, qərbdə Lilonqve dairələri ilə qonşudur. == Əhali == Dedza dairəsində 623,789 nəfər yaşayır.
Dova dairəsi
Dova (ing. Dowa) — Malavinin 28 mahalından biri. Mərkəz bölgəsinə aiddir. == Coğrafiya == Dova ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Dova şəhəridir. Mahal şərqdə Salima mahalı, şimalda Ntçisi mahalı və Kasunqu mahalı cənub-qərbdə Lilonqve mahalı ilə qonşudur. == Əhali == Dova mahalında 556,678 nəfər yaşayır.
Dərbənd dairəsi
Dərbənd dairəsi (rus. Дербентский округ) — Dağıstan MSSR tərkibində, 25 iyun 1952-ci ildən 24 aprel 1953-cü ilədək mövcud olmuş 4 inzibati–ərazi vahidindən biri. İnzibati mərkəzi Dərbənd şəhəri idi. Dərbənd dairəsinin ərazisi 10 rayon (Ağul, Axtı, Dərbənd, Doqquzpara, Qasımkənd (indiki Süleyman-Stal), Qürah, Məhərrəmkənd, Rutul, Tabasaran, və Xiv rayonları) və 1 şəhərdən (Dərbənd şəhəri) ibarət idi.
En dairəsi
Coğrafi enlik, en dairəsi və ya paralel — Ekvatorun şimal və ya cənubundakı hər hansı bir nöqtənin ekvatora açıldığı məsafəsi. En dairəsini astronomik alətlərdən olan sekstant və qnomon ilə təyin etmək mümkündür. Günün davam etmə müddəti En dairəsindən asılıdır. Coğrafi enlik 0°-dən 90°-yə qədər hesablanır və ekvatordan şimal qütbünə qədər – şimal Coğrafı enlik ekvatordan cənub qütbünə qədər – cənub Coğrafı enlik adlanır.
Falombe dairəsi
Falombe — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. == Coğrafiya == Falombe ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Falombe şəhəridir. Mahal şərqdə Mozambik, cənub-qərbində Mulane mahalı, şimalda Zomba mahalı ilə qonşudur. == Əhali == Falombe mahalında 313,227 nəfər yaşayır.
Hartford Dairəsi
Hartford Dairəsi — Amerika Birləşmiş Ştatlarının Konnektikut ştatında yerləşən bölgə. Burada yaşayan əhalinin 2010-cu ilin siyahıya alınmasına əsasən 894,014 nəfərdir və Konnektikut ştatının 2-ci ən sıx insan yaşayan bölgəsidir.
Kabarda dairəsi
Kabarda mahalı — Rusiya imperiyası, Terek vilayətinin 1860–1870-ci illərdə mövcud olan inzibati ərazi vahidi. Mahal tarixi Kabarda vilayətinin bir hissəsini əhatə edirdi. Onun ərazisində mahalının əhalisinin əsas hissəsini düzən ərazilərdə yaşayan kabardalılar və dağətəyi və dağlıq ərazilərdə yaşayan balkarlar təşkil edirdi. Buna baxmayaraq, mahal ərazisində köçürülmə kazak kəndləri də var idi. Mahal 1870-ci ildə ləğv edilərək Georgiyevski rayonuna birləşdirildi. == Coğrafi yerləşməsi == Şimali Qafqazın mərkəzi hissəsində, müasir Kabardiya-Balkar ərazisinin çox hissəsini əhatə edən Terek, Baksan, Çeqem, Çerek, Urux və Malka çaylarının hövzəsində yerləşirdi. Mahala: Böyük Kabarda, Kiçik Kabarda və Balkariya kimi tarixi ərazilər daxil idi.Sərhədləri şimalda Stavropol vilayəti, şərqdə Osetiya mahalı, şimal-şərqdə İnquş mahalı, cənubda Qafqaz silsiləsi boyunca Tiflis quberniyası, qərbdə Kuban bölgəsinə qədər uzanırdı. == Tarixi == 1860-cı ildən Rusiya imperiyası Şimali Qafqazda yeni inzibati ərazi islahatı həyata keçirdi. Nəticədə həmən il imperator II Aleksandrın fərmanı ilə Terek vilayəti yaradıldı. Vilayətin yaradılmasında məqsəd Şimali Qafqazın dağlı xalqlarını inzibati cəhətdən idarəedilməsini asanlaşdırmaq idi.
Karonqa dairəsi
Karonqa — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Şimal bölgəsinə aiddir. == Coğrafiya == Karonqa ölkənin üç bölgəsindən biri olsan Şimal bölgəsinə aid olub ölkənin şimalında yerləşir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Karonqa şəhəridir. Mahal şərqdə Malavi gölü, cənubda Rumfi mahalı, şimalda Tanzaniya, qərbdə Çitipa mahalı ilə qonşudur.
Kasunqu dairəsi
Kasunqu — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Mərkəz bölgəsinə aiddir. == Coğrafiya == Kasunqu ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Kasunqu şəhəridir. Mahal şərqdə Nxotakota mahalı, cənubda Lilonqve mahalı, cənub-qərbdə Mçini mahalı, cənub-şərqdə Dova mahalı və Ntçisi mahalı, şimalda Mzimba mahalı, qərbdə isə Zambiya ilə qonşudur. Mahalın ərazisi daxilində həmçinin eyni adı daşayan vəhşi həyatı mühafizə parkı vardır. == Əhali == Kasunqu mahalında 616,085 nəfər yaşayır.
Kolubar dairəsi
Kolubara dairəsi (serb. Колубарски управни округ) — Serbiyanın qərb hissəsində yerləşən dairə. == İnzibati bölgüsü == Dairənin ərazisi 6 icmaya bölünüb: Valevo Oseçina Ub Laykovats Mionitsa Liq == Əhalisi == 2011-ci ildə aparılan rəsmi siyahıyaalmaya görə, Kolubara dairəsinin 174,513 sakini var.
Kolubara dairəsi
Kolubara dairəsi (serb. Колубарски управни округ) — Serbiyanın qərb hissəsində yerləşən dairə. == İnzibati bölgüsü == Dairənin ərazisi 6 icmaya bölünüb: Valevo Oseçina Ub Laykovats Mionitsa Liq == Əhalisi == 2011-ci ildə aparılan rəsmi siyahıyaalmaya görə, Kolubara dairəsinin 174,513 sakini var.